Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1150/2025 24.04.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin predmeti olan əşyaların və ya əşyaların tam dəyəri qismində 20679.90 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi”, qarşılıqlı iddia üzrı iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “saxlanc haqqının ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “20679.90 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət etmişdir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək alqı-satqı müqaviləsinin predmeti olan əşyaların və ya əşyaların tam dəyəri qismində 20679.90 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-nin 28 May-1 şöbəsindən xx.xx.2022-ci il tarixli ********* nömrəli satış qaiməsi əsasında nağd ödənişlə 1 (bir) ədəd Bosch VBC514CR0 markalı duxovka ankast, 1 (bir) ədəd Bosch PCR9A5B90M markalı qaz üstü, 1 (bir) ədəd Bosch PRA3A6D70 markalı qaz üstü, 1 (bir) ədədBosch CTL636ES1 markalı kofevarka, Bosch BİC630NS1 markalı sıcaqtutma çəkməcəsi, Bosch HSG656XS1 markalı duxovka, 1 (bir) ədədBosch BEL634GS1 markalı mikrodalğalı soba, 1 (bir) ədəd BOSCH WTW85461BY markalı paltarqurudan və 1 (bir) ədəd Bosch WAY32862ME markalı paltaryuyan elektrik avadanlıqları almışdır. Həmin avadanlıqlar iddiaçının yaşadığı ünvan 1 ünvanına çatdırılmalı idi. Lakin, həmin mənzildə təmir işləri görüldüyündən və əşyaların yerləşdirilməsi üçün başqa yer olmadığından Cavabdeh MMCnin əməkdaşları alınan əşyaları müvəqqəti olaraq saxlanc pulunu ödəmək şərtilə həmin MMC-nin anbarında saxlamağı və təmir işləri başa çatdıqdan sonra mənzilinə gətirib təhvil verməyi təklif etmişlər. İddiaçı bu təkliflə razılaşdıqdan sonra ailəsi ilə birlikdə müvəqqəti olaraq xarici ölkəyə getmiş, xx.xx.2024-cü il tarixdə ölkəyə qayıtmış, Cavabdeh MMC-nin 28 May-1 şöbəsinə gedərək saxlanc pulunu ödəmək şərtilə aldığı əşyaları təhvil almaq istədikdə həmin mağazanın başlandığını, şirkətin satıldığını öyrənmişdir. Əlaqə üçün verilən ***-***-**-** mobil telefona zəng etsə də, telefon zənglərinə cavab verilməmişdir. Hazırda isə nə əşyalar, nə də əşyalara ödədiyi pul geri qaytarılmır. Göstərilənlər nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi xahiş edilir. Qarşılıqlı iddia üzrı iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “saxlanc haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək İddiaçı iddiasında qeyd edilən məişət avadanlıqlarının saxlanma və məhkəmə xərci olan 6551,89 manat xərcləri Cavabdeh MMC-ə ödənildikdən sonra natura şəkilində qaytarmaq barədə qarşılıqlı iddia üzrə iddiaçının niyyəti nəzərə alaraq İddiaçı 6063,89 manat məişət avadanlıqlarının saxlanma xərcləri, 400 manat vəkil xidmət haqqının və 88 manat dövlət rüsumunun cəmi 6551,89 manat pulun tutularaq Cavabdeh MMC-ə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən alınmış malların sahə olaraq tutar həcmi 4,70 kv m təşkil edir. Belə ki, iddiaçının alış etdiyi malların yerləşdiyi mağazanın minimum saxlanma xərcləri vardır. Həmin saxlanma xərcləri mağazanın icarə xərci, enerji xərci və mühafizə xərcindən ibarətdir. Bu üç istqamət üzrə aylıq xərc məbləği aşağıdakı kimidir. - İcarə haqqı – 7000,0 (yeddi min) manat; - İşıq pulu – 250,0 (iki yüz əlli) manat; - Mühafizə pulu – 150,0 (bir yüz əlli) manat: Qeyd edilən aylıq xərclərin məbləği 7400,0 manat təşkil edir. Həmin 7400,0 manat xərc 212,2 kv m üçün çəkilir. Deməli mağazanın minimum saxlama xərci hər kv m üçün 34,87 manat təşkil edir. (7400/212,2=34,87) İddiaçının mallarının saxlanması üçün sahə yuxarıda qeyd edilən kimi 4,70 kv m təşkil edir. Ona görə də iddiaçının mallarının saxlanması üçün minimum aylıq saxlama xərci 163,89 manat edir. Hazırkı vaxta qədər 37 ay keçdiyini nəzərə alsaq 6063,89 manat təşkil edəcəkdir. (163,89 x 37 = 6063,89). Qeyd edilən əsaslandırma iddiaçının mallarının saxlandığı mağazanın bütün xərclərinə şamil edilməmişdir. Yalnız icarə, enerji və mühafizə xərclərinə aiddir ki, həmin subutları da məhkəməyə təqdim edilir. Eyni zamanda iddiaçıya minimum saxlanma xərci təklif edildiyini qəbul etmədiyi üçün, yersiz məhkəmə çəkişməsi yaratdığı üçün məhkəmə xərcləri də onun özünə ödətdirilməlidir. Belə ki, iş üzrə 400 manat vəkil xidmət haqqı, 88,0 manat dövlət rüsumu olmaqla ümumilikdə 6551,89 manat qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq Cavabdeh MMC-ə ödənilməlidir. İlkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək qarşılıqlı iddia tələbinin təmin edilməsini, ilkin iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Satış qaimələrinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan 1 (bir) ədəd Bosch VBC514CR0 markalı duxovka ankast, 1 (bir) ədəd Bosch PCR9A5B90M markalı qaz üstü, 1 (bir) ədəd Bosch PRA3A6D70 markalı qaz üstü, 1 (bir) ədəd Bosch CTL636ES1 markalı kofevarka, Bosch BİC630NS1 markalı sıcaqtutma çəkməcəsi, Bosch HSG656XS1 markalı duxovka, 1 (bir) ədədBosch BEL634GS1 markalı mikrodalğalı soba, 1 (bir) ədəd BOSCH WTW85461BY markalı paltarqurudan və 1 (bir) ədəd Bosch WAY32862ME markalı paltaryuyan elektrik avadanlıqları Satıcı Cavabdeh MMC tərəfindən Alıcı X1. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən müəyyən edilir ki, 20.679,90 manat pul müştəri X7 tərəfindən Satıcı Cavabdeh MMC-yə ödənilmişdir. İş materiallarında olan Bank hesabı məlumatlarına əsasən müəyyən edilir ki, Samir Guliyev (ABŞ-dən) tərəfindən Cavabdeh MMC-yə 12.238,55 ABŞ dolları ödəniş edilmişdir. İş materiallarında olan İcarəyə verənlər X5, X9, X8 və X3 ilə İcarəçi Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsinə əsasən müəyyən edilir ki, icarə predmeti Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən, iddiaçıların paylı mülkiyyətində olan daşınmaz əmlak, icarə haqqı isə 7000 manat təşkil edir. İcarə ödənişləri barədə bank sənədləri əlavə edilmişdir. İş materiallarına mübahisə predmeti olan əşyaların saxlanılma yeri barədə fotoşəkil əlavə edilmişdir. İş materiallarına İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubu və Nəsimi RPİ 22-ci PŞ-nin xx.xx.2024-cü il tarixli məktubu əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş poçt qəbzinə əsasən müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubu xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Əhəd Əsgərova çatdırılmışdır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. İlkin iddia tələbinin qanuni əsası qismində aşağıdakı hüquq normaları çıxış edir. MM-in 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. MM-in 568.2-ci maddəsinə əsasən, əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. MM-in 570.1.2-ci maddəsinə əsasən, əşya alıcıya və ya onun göstərdiyi şəxsə əşyanın olduğu yerdə verməlidirsə, onun alıcının ixtiyarına verildiyi məqamda satıcının əşyanı alıcıya vermək vəzifəsi icra edilmiş sayılır. Əşya müqavilədə nəzərdə tutulan müddətdə lazımi yerdə verilməyə hazır olduqda və müqavilənin şərtlərinə müvafiq surətdə alıcı bundan xəbərdar olduqda əşya alıcının ixtiyarına verilmiş sayılır. Əgər əşya nişanlanma yolu ilə və ya başqa şəkildə müqavilənin məqsədləri üçün eyniləşdirilməyibsə, verilməyə hazır sayılmır. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-nin 28 May- 1 şöbəsindən xx.xx.2022-ci il tarixli ********* nömrəli satış qaiməsi əsasında nağd ödənişlə 1 (bir) ədəd Bosch VBC514CR0 markalı duxovka ankast, 1 (bir) ədəd Bosch PCR9A5B90M markalı qaz üstü, 1 (bir) ədəd Bosch PRA3A6D70 markalı qaz üstü, 1 (bir) ədədBosch CTL636ES1 markalı kofevarka, Bosch BİC630NS1 markalı sıcaqtutma çəkməcəsi, Bosch HSG656XS1 markalı duxovka, 1 (bir) ədədBosch BEL634GS1 markalı mikrodalğalı soba, 1 (bir) ədəd BOSCH WTW85461BY markalı paltarqurudan və 1 (bir) ədəd Bosch WAY32862ME markalı paltaryuyan elektrik avadanlıqları almışdır. Həmin avadanlıqlar iddiaçının yaşadığı ünvan 1 ünvanına çatdırılmalı idi. Lakin, həmin mənzildə təmir işləri görüldüyündən və əşyaların yerləşdirilməsi üçün başqa yer olmadığından Cavabdeh MMCnin əməkdaşları alınan əşyaları müvəqqəti olaraq saxlanc pulunu ödəmək şərtilə həmin MMC-nin anbarında saxlamağı və təmir işləri başa çatdıqdan sonra mənzilinə gətirib təhvil verməyi təklif etmişlər. İddiaçı bu təkliflə razılaşdıqdan sonra ailəsi ilə birlikdə müvəqqəti olaraq ABŞ-yə getmiş, xx.xx.2024-cü il tarixdə ölkəyə qayıtmış, Cavabdeh MMC-nin 28 May-1 şöbəsinə gedərək saxlanc pulunu ödəmək şərtilə aldığı əşyaları təhvil almaq istədikdə həmin mağazanın bağlandığı ona məlum olmuşdur. Həmin əşyaların hazırda cavabdehin sərəncamında olması və icarə haqqı ödənildikdən sonra əşyaların iddiaçıya təhvil verilməsinin cavabdeh tərəfindən qəbul edilməsi mülki işin mübahisəsiz halıdır (qarşılıqlı iddia ərizəsinin nəticə hissəsində qeyd edilənlər əsas götürülməklə). Müqavilə üzrə cavabdeh müqavilə predmeti olan əşyaları (bu mümkün olmadıqda isə onların dəyərini) iddiaçıya təhvil verməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş fotoşəkillərə əsasən müəyyən edilir ki, həmin əşyalar salamatdır və cavabdehin istifadəsində olan anbarda xüsusi qutularda saxlanılır. Deməli, ilkin iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində aşağıdakı hüquq normaları və tərəflər arasında şifahi formada bağlanmış saxlama müqaviləsinin şərtləri çıxış edir. MM-in 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-in 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. MM-in 822-ci maddəsinə əsasən, saxlama müqaviləsinə görə bir şəxs (yük götürən, saxlayıcı) başqa şəxsin (yük verənin, tapşıranın) ona verdiyi daşınar əşyanı saxlamağı və müqavilənin qüvvəsi sona çatdıqda qaytarmağı öhdəsinə götürür. MM-in 823.1-ci maddəsinə əsasən, tapşıran saxlama müqaviləsinin icrası ilə bağlı saxlayıcının çəkdiyi zəruri xərclərin əvəzini ödəməlidir. MM-in 823.2-ci maddəsinə əsasən, tapşıran saxlama üçün muzdu yalnız o halda ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya şərait nəzərə alınmaqla saxlama üçün muzd ödənilməsi qəbul edilmiş olsun. Zərurət olduqda muzd saxlamanın sonunda ödənilir. Müəyyən zaman hissələri üçün muzd ödənilməsi barədə razılaşma olduqda həmin muzd müvafiq olaraq ayrı-ayrı zaman hissələrinin sonunda hissələr şəklində ödənilir. MM-in 824.3-cü maddəsinə əsasən, tapşıranın xahişi ilə saxlayıcı əşyanı qaytarmalıdır. Saxlama üçün konkret müddətin təyin edildiyi halda da bu müddəa həmişə qüvvədədir. Əşya onun saxlandığı yerdə qaytarılmalıdır. Əşyanın saxlayıcısı onu tapşırana çatdırmağa borclu deyildir. Əşya tapşıranın hesabına və tapşıranın riski ilə qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sözügedən əşyaları alan zaman mənzilində təmir işləri görüldüyündən və əşyaların yerləşdirilməsi üçün başqa yer olmadığından Cavabdeh MMC-nin əməkdaşları alınan əşyaları müvəqqəti olaraq saxlanc pulunu ödəmək şərtilə həmin MMC-nin anbarında saxlamağı və təmir işləri başa çatdıqdan sonra mənzilinə gətirib təhvil verməyi təklif etmişlər. İddiaçı bu təkliflə razılaşdıqdan sonra ailəsi ilə birlikdə müvəqqəti olaraq xarici ölkəyə getmiş, xx.xx.2024-cü il tarixdə ölkəyə qayıtmışdır (ilkin iddia ərizəsində qeyd edilənlərə əsasən). Deməli, tərəflər arasında şifahi formada etibarlı müqaviləyə əsasən saxlama hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin şifahi formada bağlanması onun forma baxımından etibarsızlığına dəlalət etmir, saxlama müqaviləsinin şifahi formada bağlanması yolveriləndir. İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli pretenziya məktubu xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin direktoru Əhəd Əsgərova çatdırılmışdır. İlkin iddia ərizəsində iddiaçı özü qeyd etmişdir ki, o, ABŞ-dən Azərbaycan Respublikasına xx.xx.2024-cü il tarixdə qayıtmış və Cavabdeh MMC-dən əşyaları tələb etmişdir. Bu səbəbdən, pretenziya məktubunun sonunda məktubun tarixi xx.xx.2021-ci il tarix qeyd edilsə də, həmin bildiriş qarşılıqlı iddia üzrə cavabdeh ölkəyə qayıtdıqdan sonra Cavabdeh MMC-nin rəhbər şəxsinə təqdim edilmişdir. Həmin tarixdən etibarən müqavilə məhkəmədən kənar ləğv edilmiş, Cavabdeh MMC isə müqavilə predmeti olan əşyaları İddiaçı təhvil verməmişdir. Təhvil verilməmənin əsası kimi saxlama haqqının ödənilməməsi qeyd edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, tərəflər arasındakı münasibətlər alqı-satqı və saxlama müqavilələri olmaqla fərqli münasibətlərdir. Hər iki müqavilənin hüquqi və faktiki əsasları fərqlidir. Həmin əşyalar sahibinə təhvil verildikdən sonra da müvafiq saxlama xərcinin tələb edilməsi mümkündür. Müqavilənin xx.xx.2024-cü il tarixdə məhkəmədən kənar ləğv edilməsi xüsusatı nəzərə alınmaqla müvafiq saxlama xərci həmin dövrə qədər, yəni 35 ay üzrə (2022-ci ilin yanvar ayından 2024-cü ilin 30 noyabr tarixinədək) tələb edilə bilər. Qarşılıqlı iddia ərizəsi üzrə saxlama xərcinin hesablanması ağlabatan və əsaslıdır. Bundan əlavə, saxlama xərcinin aylıq 163,89 manat həddində müəyyən edilməsi əşyaların sayı, saxlama müddəti və həcmi nəzərə alınmaqla ağlabatan bazar qiymətinə uyğundur. Deməli, saxlama xərci 35 ay x 163.89 manat olmaqla 5736,15 manat təşkil edir. Bu səbəbdən, qarşılıqlı iddia tələbi qismən, yəni 5736,15 manat həddində təmin edilməlidir. Satış qaimələri və mədaxil qəbzində soyadı və ata adı fərqli olan X7 qeyd edilsə də (həmin hal texniki xəta kimi qiymətləndirilir), qarşılıqlı iddia üzrə ilkin iddia ərizəsində göstərilənlər mülki işin mübahisəsiz halı olduğundan sübutetmə yükünün bölünməsi, mübahisəsiz halların müəyyənləşdirilməsi və müqavilə üzrə ödənişin hazırki mülki iş üzrə İddiaçı tərəfindən aparılası nöqteyi-nəzərdən hesab edilir ki, İddiaçı ilkin iddia üzrə subyektiv hüququ vardır, qarşılıqlı iddia üzrə də əsl cavabdehdir. Məhkəmə mülki işə tələb həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, həm ilkin iddia, həm qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları, hüquqi xidmətin göstərilməsi üçün müvafiq xərclər müvafiq olaraq iddiaçıların özlərinə aid edilməlidir. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, müqavilə predmeti olan 1 (bir) ədəd Bosch VBC514CR0 markalı duxovka ankast, 1 (bir) ədəd Bosch PCR9A5B90M markalı qaz üstü, 1 (bir) ədəd Bosch PRA3A6D70 markalı qaz üstü, 1 (bir) ədədBosch CTL636ES1 markalı kofevarka, Bosch BİC630NS1 markalı sıcaqtutma çəkməcəsi, Bosch HSG656XS1 markalı duxovka, 1 (bir) ədədBosch BEL634GS1 markalı mikrodalğalı soba, 1 (bir) ədəd BOSCH WTW85461BY markalı paltarqurudan və 1 (bir) ədəd Bosch WAY32862ME markalı paltaryuyan, əşyaların qaytarılması mümkün olmadıqda əşyaların tam dəyəri qismində 20679.90 (iyirmi min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat pul ilkin iddia üzrə Cavabdeh MMC-dən alınaraq ilkin iddia üzrə İddiaçı verilməlidir. Qarşılıqlı iddia qismən təmin edilsin, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5736,15 (beş min yeddi yüz otuz altı manat on beş qəpik) manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilməlidir. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə İddiaçı Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsinin predmeti olan əşyaların və ya əşyaların tam dəyəri qismində 20679.90 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilsin. Alqı-satqı müqaviləsinin predmeti olan 1 (bir) ədəd Bosch VBC514CR0 markalı duxovka ankast, 1 (bir) ədəd Bosch PCR9A5B90M markalı qaz üstü, 1 (bir) ədəd Bosch PRA3A6D70 markalı qaz üstü, 1 (bir) ədəd Bosch CTL636ES1 markalı kofevarka, Bosch BİC630NS1 markalı sıcaqtutma çəkməcəsi, Bosch HSG656XS1 markalı duxovka, 1 (bir) ədədBosch BEL634GS1 markalı mikrodalğalı soba, 1 (bir) ədəd BOSCH WTW85461BY markalı paltarqurudan və 1 (bir) ədəd Bosch WAY32862ME markalı paltaryuyan, əşyaların qaytarılması mümkün olmadıqda əşyaların tam dəyəri qismində 20679.90 (iyirmi min altı yüz yetmiş doqquz manat doxsan qəpik) manat pul ilkin iddia üzrə Cavabdeh MMC-dən alınaraq ilkin iddia üzrə İddiaçı verilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “saxlanc haqqının ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 5736,15 (beş min yeddi yüz otuz altı manat on beş qəpik) manat pul tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin xeyrinə ödənilsin. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. Həm ilkin iddia, həm qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumları, hüquqi xidmətin göstərilməsi üçün müvafiq xərclər müvafiq olaraq iddiaçıların özlərinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1150/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1150/2025
24.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver