Məhkəmə qərarları › İş №2(004)-1162/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1162/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1162/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh Məmməd oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Məmməd oğluna qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məmməd oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 250 (iki yüz əlli) manat borc və 50 (əlli) manat cərimə, cəmi 300 (üç yüz) manat və hüquqi yardım üçün ödədiyi 100 (yüz) manat və dövlət rüsumu üçün ödədiyi 30 manat pulun, cəmi 430 (dörd yüz otuz) manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Məmməd oğlu, onun maşınını icarə müqaviləsinə əsasən etibarnamə ilə idarə edən şəxsdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə onunla Bakı şəhər 23 saylı Notariat ofisində icarə müqaviləsi bağlayaraq anası İddiaçı adına olan, AR DİN BDYPİ QİS tərəfındən verilmiş, xx.xx.2022-ci il tarixli, BA 188615 nömrəli qeydiyyat şəhadətnaməsin əsasən ban nömrəsi KNEDE**********55 və buraxılış ili 2005-ci il olan “KİA RİO MİNİK” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışdır. İcarənin şərtinə görə “İcarəyə götürən” Cavabdeh “İcarə verən” İddiaçı aylıq 750 manat 00 qəpik (yeddi yüz əlli manat sıfır qəpik) icarə haqqı ödəməlidir və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamaq öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022ci tarixdən xx.xx.2022-ci il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtini pozmuşdur. Cavabdeh müqavilənin şərtinə görə 50 manat avomaşının üzərinə gələn cərimə, radar və idarə etdiyi 10 gün müddətə ödəniş olduğu 250 manat, cəmi 300 (üç yüz) manat pulu ödəməmişdir. Lakin cavabdehə dəfələrlə şifahi və yazılı olaraq pretenziya formasında müqavilənin şərtinə əməl etməsini xahiş və tələb etsə də, o, əməl etməmişdir. Odur ki, məcbur olub məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. Cavabdeh müqavilənin şərtinə görə onun pulunu ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, anası İddiaçı məxsus nəqliyyat vasitəsini 750 manata Cavabdeh Məmməd oğluna icarəyə vermişdir. Sonra cavabdeh ödəməyə imkanı olmadığı üçün nəqliyyat vasitəsinin Tural adlı şəxsə verməyini təklif etmişdir. O da, Tural adlı şəxslə müqavilə bağlayıb, ona aylıq 900 manat icarə haqqı ödənilməsi şərti ilə nəqliyyat vasitəsini icarəyə vermişdir. O, cavabdehdən pulun ödənilməsini istəmiş, cavabdeh isə pulu 28 dekabr 2022-ci il tarixdə ödəyə biləcəyini bildirmişdir. Lakin bu günə kimi heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Məmməd oğlu iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, o, nəqliyyat vasitəsini demək olar ki, heç sürməmiş, cəmi 10 gün idarə etmiş, avtomaşın qızıdırmış, lakin onu düzəltməyə imkanı olmamışdır. Ona görə o, iddiaçıya nəqliyyat vasitəsini geri qaytararaq, digər şəxsə, onu Tural adlı tanışına icarəyə verməsini təklif etmişdir. Avtomobillə bağlı da cəriməsi olmuş, həmin cəriməni iddiaçıya ödəmiş, hətta avtomobili bir dəfə cərimə meydançasına da aparmışdır. Pulun ödənilməsindən də çox yayınmaq fikri olmamış, lakin birdən birə həmin pulu ödəməyə də imkanı yoxdur, hissə-hissə ödəməyə razıdır. Məhkəmə tərəfləri dinləyb, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan ünvan tariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M- 1074 reyestr nömrəli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ban nömrəsi KNEDE**********55 və buraxılış ili 2005-ci il olan “KİA RİO MİNİK” markalı, **- OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini hər ay 750 manat ödənilməsi şərti ilə bir il müddətinə xx.xx.2023-cü il tarixə kimi Cavabdeh Məmməd oğluna icarəyə vermişdir. İcarə müqaviləsini İddiaçı adından oğlu Nümayəndə və Cavabdeh Məmməd oğlu imzalamışlar. İş materiallarında olan İddiaçı Cavabdeh Məmməd oğluna ünvanladığı pretenziya məktubuna əsasən xx.xx.2022-ci il tarixdə onunla ünvan tariat ofisində icarə müqaviləsi bağlayaraq, onun adına olan AR DİN BDYPİ QİS tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, BA 188615 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********55 və buraxılış ili 2005-ci il olan “KİA RİO MİNİK” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. İcarənin şərtinə görə “İcarəyə götürən “Cavabdeh “İcarə verən” İddiaçı aylıq 750 manat 00 qəpik (yeddi yüz əlli manat sıfır qəpik) icarə haqqı ödəməli və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdənizə götürmüşdür. O, ona məxsus yuxarıda qeyd etdiyi avtomaşını xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi idarə etmiş və müqavilənin şərtini pozmuşdur. Avtomaşını idarə etdiyi vaxt avtomaşının üzərinə gələn 50 manat cərimə və on gün müddətə ödəməli olduğu 250 manat, cəmi 300 manat ziyan vurmuşdur. Odur ki, 300 manat maddi ziyanın 10 (on) gün müddətinə ona ödəməsini xahiş etmiş, əks təqdirdə Cavabdeh Məmməd oğluna qarşı həmin maddi ziyanın və digər xərclərini tələb edilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan sms yazışmalarından görünür ki, Nümayəndə 26 noyabr 2022-ci il tarixdə Cavabdeh Məmməd oğluna onu məhkəməyə verdiyini bildirmiş, o, isə 28 dekabr 2022-ci il tarixdə ödəniş edə biləcəyini bildirmişdir. İş materiallarında olan İXP ******* saylı protokola əsasən Cavabdeh Məmməd oğlu 51,60 manat məbləğində cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, Cavabdeh Məmməd oğlu xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ban nömrəsi KNEDE**********55 və buraxılış ili 2005-ci il olan “KİA RİO MİNİK” markalı, **-OA- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürərək 10 gün onu idarə etmiş, 10 gündən sonra ödəmək imkanı olmaması səbəbindən həmin avtomobili sahibinə qaytarmışdır. Eyni zamanda o, nəqliyyat vasitəsini başqa bir şəxsə - tanışına icarəyə verməyi təklif etmişdir. Cavabdeh iddia tələbini qismən etiraf etmişdir. Belə ki, bu hal məhkəmə iclasında tərəflərin izahatları, cavabdehin iddia tələbini qismən etiraf etməsi və iş materiallarında olan iddia ərizəsi ilə və sms yazışmaları ilə öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh Məmməd oğlu üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinin icarə haqqının və eləcə də, ödənilmiş 50 manat cərimənin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə xx.xx.2022-ci il tarixli, 3M-1074 reyestr nömrəli icarə müqaviləsi əsasında icarə predmeti olan “KİA RİO MİNİK” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin 10 gün müddətində Cavabdeh Məmməd oğlunun istifadəsində olması və onun istifadəsində olduğu müddətdə də, müvafiq inzibati xətaya görə 50 manat cərimə olunması, həmin məbləğin də, iddiaçı tərəfindən ödənilməsi müəyyən edilmişdir. İşin bu halları iş materiallarında olan sübutlar, eləcə də, tərəflərin etirafedici izahatları ilə öz təsdiqini tapmışdır. Beləliklə, icarə müqaviləsinə əsasən aylıq 750 manat, günlük 25 manat (750/30=25) hesablanmaqla, 10 gün müddəti üçün 250 (iki yüz əlli) manat və eləcə də, 50 (əlli) manat cərimə məbləği üçün ödənilmiş vəsait, cəmi 300 (üç yüz) manat məbləğində pul Cavabdeh Məmməd oğlundan tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 100 (yüz) manat məbləğində hüquqi yardım üçün ödədiyi pulun tutulması hissəsi ilə belə qərara gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf məhkəmə iclasında bu halı sübut edə biləcək hər hansı mötəbər bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh Məmməd oğlundan tutularaq İddiaçı ödənilməli, 02 (iki) manatı isə İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Məmməd oğlundan 300 (üç yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 28 (iyirmi səkkiz) manatı Cavabdeh Məmməd oğlundan tutularaq İddiaçı ödənilsin, 02 (iki) manatı isə İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar