Məhkəmə qərarları › İş №e-2(3-6)-3845/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3845/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-3845/2026 28.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardaddan iddiaçının verdiyi şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla MMC arasında bağlanmış ##.##.2024-cü il tarixli “İcarə müqaviləsi” üzrə 23 aya görə yaranmış borcun ödənilməsi məqsədi ilə 16.100 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 139 manat məbləğində pulun cavabdeh MMCdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxılması zamanı cavabdeh MMC-nin nümayəndəsi vəkil2 vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək, hazırkı iş üzrə cavabdeh MMC-nin hazırkı iş üzrə iddiaçının övladına – Nümayəndə qarşı irəli sürdüyü “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin tutulması tələbi barədə” iddiasına dair Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında olan *(*-***)-****/**** saylı mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, MMC, onunla iddiaçı arasında ##.##.2024-cü il tarixdə bağlanmış “İcarə müqaviləsi” üzrə icarə haqqını iddiaçının övladı Nümayəndə ödəmiş, lakin sonuncu, həmin məbləği iddiaçıya çatdırmamışdır. Bu səbəbdən də, MMC, Nümayəndə qarşı “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin tutulması tələbi barədə” iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsinə dair mülki iş hazırda həmin məhkəmənin icraatındadır. Göründüyü kimi hazırkı mülki iş qeyd edilən həmin mülki işin nəticələrindən asılıdır. Buna görə də, hazırkı mülki işin icraatı, qeyd edilən həmin mülki iş üzrə qəbul edilə biləcək, yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmalıdır. Vəsatətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla vəsatətin təmin edilməsini, hazırkı iş üzrə icraatı MMC-nin hazırkı iş üzrə iddiaçının övladı Nümayəndə qarşı irəli sürdüyü və Sabunçu Rayon Məhkəməsinin icraatında olan “əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin tutulması tələbi barədə” iddiasına dair mülki iş üzrə qəbul edilə biləcək yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmasını qərara almışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin hazırkı iş üzrə icraatın dayandırılması üçün əsas götürdüyü mülki işlə hazırkı iş arasında bağlılıq yoxdur, çünki həmin iş həll edilməyəncə hazırkı işə baxmaq mümkündür. Bundan başqa nəzərə alınmalıdır ki, hər iki iş üzrə tərəflər, mübahisənin predmeti və hüquqi əsasları fərqlidir. Lakin vəsatəti əsaslı hesab etmiş Rayon Məhkəməsi bunları nəzərə almamışdır. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ##.##.2026-cı il tarixli qərardad ləğv olunmalı və cavabdeh MMC tərəfindən verilmiş “iş üzrə icraatın dayandırılması haqqında” vəsatətə yenidən baxılması üçün iş Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 254.1.4-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı dayandırmalıdır. Hazırkı işdə iddiaçı cavabdeh MMC-dən onunla MMC arasında bağlanmış “İcarə müqaviləsi” üzrə ödənilməmiş icarə haqqının tutulmasını tələb edir. Cavabdeh MMC isə ödənişlərin iddiaçının övladı Nümayəndə edildiyini, lakin sonuncu tərəfindən atasına verilmədiyini bildirir. İş materiallarından görünür ki, Rayon Məhkəməsi hazırkı mülki işlə yuxarıda qeyd edilən mülki iş arasında bağlılığın mövcudluğunu, hər iki iş üzrə tərəflərin, mübahisənin predmetinin və hüquqi əsaslarının fərqli olub-olmamasını, işlər arasında bağlılıq mövcud olduğu halda onların bir icraatda birləşdirilməsinin mümkünlüyünü araşdırmamış, müzakirə etməmişdir. Halbuki, MPM-in tələblərinə görə, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir (maddə 43.1.). Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər (maddə 43.2.). Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: İddiaçı İddiaçı şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## #### 2026-cı il tarixli qərardad ləğv edilsin. Hazırkı iş üzrə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindəb verilmiş “iş üzrə icraatın dayandırılması haqqında” vəsatətə yenidən baxılması və işlər arasında bağlılıq mövcud olduğu halda onların bir icraatda birləşdirilməsinin mümkünlüyünü məsələsinin müzakirə edilməsi üçün iş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar