Məhkəmə qərarları › İş №e-2-2(1-8)-620/2026

Ali Məhkəmə Qərardad — İş №e-2-2(1-8)-620/2026

28.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2-2(1-8)-620/2026 28.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi – iddianın qiyməti kommersiya mübahisələrinə dair işlər üzrə on min manatdan az olduqda Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Qarayev Sənan Məmməd oğlunun məruzəsi ilə, hakimlər Abbasov Aqil Əzizağa oğlu və Qəribov Bəhman Fərhad oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı MMC-nin cavabdeh “xxxx” MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli e-*- *(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC (vəkili İbrahimov Nail Nadir oğlu) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasının 2026-cı il ## #### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “Mülki Prosessual Məcəllə”) tələblərinə cavab vermədiyindən qeyri–mümkün hesab edilməlidir. Belə ki, işdən göründüyü kimi iddia tələbinin ümumi məbləği 66.548,61 manatdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən – 17.540,7 manat məbləğində əsas borc, illik 5 faizlə hesablanmış 439,11 manat məbləğində faiz borcu və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 125,73 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməsi hissələrində təmin edilmiş, iddia tələbi qalan hissələrində təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, cavabdehdən 19.392,5 manat məbləğində əsas borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən onun tərəfindən verilmiş kassasiya şikayəti ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin yalnız 1.851,8 (19.392,5-17540,7) manat məbləğinə münasibətdə mübahisələndirildiyi aydın olur. Bu isə, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən kassasiya qaydasında mübahisələndirilməsi mümkün olan minimum məbləğdən (10.000 manat) aşağıdır. Kassasiya şikayətinin verilməsi ilə bağlı qeyd edilən nöqsanların olmasına baxmayaraq, apellyasiya instansiya məhkəməsi tərəfindən şikayətin Mülki Prosessual Məcəllənin 402-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlanılmadan kassasiya instansiya məhkəməsinə göndərilmişdir. Göstərilənlərə əsasən, cavabdehin kassasiya şikayətinə baxılması üçün prosessual əsaslar olmadığından kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 404-1.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDI: Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2026-cı il ## #### tarixli e-*-*(*-*)-***/**** nömrəli qətnaməsindən cavabdeh “xxxx” MMC (vəkili İbrahimov Nail Nadir oğlu) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardad qəbul olunduğu andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar