Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1163/2023 13.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1600 (bir min altı yüz) manat borcu, hüququ yardım üçün 100 manat, dövlət rüsumu 50 manat, cəmi 1730 (min yeddi yüz otuz) manat məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X5 iddiaçının adına olan maşını icarə müqaviləsinə əsasən etibarnamə ilə idarə edən şəxsdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi ilə ünvan tariat ofisində icarə müqaviləsi bağlayaraq, anası İddiaçı adına olan, AR DİN BDYPİ QİS tərəfindən verilmiş, xx.xx.2022ci il tarixli BA 188615 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********55 və buraxılış ili, 2005-ci il olan “KİA RİO MİNİK” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verilməsi barədə icarə müqaviləsi bağlamışdır. İcarənin şərtinə görə “İcarəyə götürən” Cavabdeh “İcarə verən” İddiaçı ilk iki ayı 900 (doqquz yüz) manat, qalan müddətdə isə aylıq 600 manat 00 qəpik (altı yüz manat sıfır qəpik) icarə haqqı ödəməlidir və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi avtomaşını idarə etmiş, müqavilənin şərtini pozmuşdur. Cavabdeh müqavilənin şərtinə görə 1600 (bir min altı yüz) manat borcu ödəməmişdir. Lakin cavabdehə dəfələrlə şifahi və yazılı pretenziya olaraq, müqavilənin şərtinə əməl etməsini xahiş və tələb etsə də, o, əməl etməmişdir. Odur ki, məcbur olub məhkəmədə iddia qaldırmaq məcburiyyətində olmuşdur. Cavabdeh müqavilənin şərtinə görə onun pulunu ödəməlidir. Göründüyü kimi, Cavabdeh, üzərinə götürdüyü öhdəliyi icra etməlidir, ona olan borcunu qaytarmalıdır. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək göstərmişdir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iddiaçının əvəzindən nümayəndəsi qismində çıxış edən Nümayəndə ilə arasında bağlanan xx.xx.2022-ci il tarixli “İcarə Müqaviləsi”-nə əsasən onun tərəfindən **- OA-*** dövlət qeydiyyat nişanlı, “KİA RİO” markalı minik avtomobili onun icarəsinə verilmişdir. Həmin müqavilədə icarənin müddəti xx.xx.2023-cü ilə qədər müəyyən edilmişdir. Müqavilə bağlanan an iddiaçının nümayəndəsi Nümayəndə ondan qabaqcadan 600 manat icarə haqqı almışdır. Lakin Nümayəndə müqavilə bağlanarkən onu aldatmış, avtomobildə olan bir çox nasazlıqlar barədə əvvəlcədən məlumat verməmişdir. Çünki əvvəlcədən bu barədə məlumat versəydi, əlbəttə ki, o, həmin müqaviləni bağlamağa razı olmazdı. Belə ki, müqavilə bağlandıqdan sonra həmin avtomobili yaşadığı ünvana gətirdikdən sonra işləməmiş və o, evakuator xidməti vasitəsilə avtomobili təmir yerinə aparmışdır. Orada maşına baxış keçirən mütəxəssis tərəfindən müəyyən olunmuşdur ki, avtomobilin motoru xarab, korobkası nasaz, 2 təkəri isə yararsız vəziyyətdədir. O, bu barədə iddiaçının nümayəndəsi olan İslama bildirdikdə, o, buna görə narahat olmamağı, həmin nasazlıqların aradan qaldırılmasına çəkəcəyi vəsaiti icarə haqqından çıxacağını bildirmişdir. O da, ona inanaraq avtomobilin təmirinə 600 manat xərc çəkmişdir. Lakin avtomobili düzəltdikdən sonra yenə də onu sürmək mümkün olmadı. Belə ki, yaxşı işləmədi. Ona görə də iddiaçı ilə aralarında bağlanmış icarə müqaviləsindən təxminən 10 gün sonra o, İslama zəng edərək müqavilənin pozulmasını və avtomobili geri qaytarmaq istədiyini bildirmişdir. O, onunla razılaşaraq gəlib avtomobili aparacağını bildirmişdir. Bundan bir müddət sonra o, gəlib həmin avtomobili geri aparmışdır. Qeyd etmişdir ki, avtomobil yaxşı işləmədiyinə görə o, ondan istifadə etməmişdir. Bu faktı qonşuluqda yaşayan sakinlər məhkəmə iclasında şahid qismində təsdiq edə bilərlər. Lakin o, avtomobili apardıqdan bir müddət sonra ondan əsassız olaraq icarə haqqı tələb etmiş, sonda isə yalan dolu mülahizəsi ilə iddiaçının adından onu məhkəməyə vermişdir. İddia ərizəsində göstərilir ki, müqavilə xx.xx.2022-ci il tarixdə bağlansa da, lakin iki ay keçməmiş, yəni oktyabr ayına kimi icarə haqqı ödənilməmişdir. Bu fakt özü təsdiq edir ki, avtomobil işləmədiyinə ondan istifadə edə bilməmişdir. Ona görə də iddiaçının nümayəndəsi Nümayəndə gəlib onu aparmışdır. Bu faktı qonşular şahid qismində təsdiq edə bilərlər. Həmçinin bildirmişdir ki, iddiaçı və onun nümayəndəsi onu aldadaraq, etibarından sui-istifadə edərək icarə adı ilə nasaz avtomobil verməklə, ona 1200 manat məbləğində maddi zərər vurmuşlar. Qeyd olunanlara əsasən İddiaçı ona qarşı “Pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, anası İddiaçı məxsus nəqliyyat vasitəsini ilkin olaraq 750 manata X2 icarəyə vermişdir. Sonra İbrahim icarə haqqının ödəmək imkanı olmadığını bildirərək nəqliyyat vasitəsinin dostu Tural adlı şəxsə icarəyə verməsini təklif etmişdir. O da, Tural adlı şəxslə müqavilə bağlayaraq, ona ilk iki ayı 900 manat, sonradan isə 600 manat icarə haqqı ödənilməsi şərti ilə nəqliyyat vasitəsini ona icarəyə vermişdir. Onu da qeyd etmişdir ki, ilk iki ayın 900 manat göstərilməsinə səbəb isə, icarə müqaviləsi bağlanılarkən notarial xərclərinin Tural tərəfindən ödənilməsi barədə razılığa gəlmələri, lakin həmin vaxt Turalın pulun nağd şəkildə ödəyə bilməyəciyini bildirərək, icarə haqqının üzərinə əlavə edilməsini xahiş etməsi olmuşdur. O, avtomobili İbrahimə verərkən, maşında heç bir problem olmamış, daha sonra isə maşın İbrahim tərəfindən Turala təhvil verilmişdir. Turalla şifahi razılığa əsasən aylıq icarə müqaviləsinin günlər üzrə bölünüb ödənilməsi barədə razılığa gəldiklərində və maşını götürəndən sonra Tural tərəfindən bir həftə gün ərzində heç bir ödəniş olmadığından, o, Turalla əlaqə saxlamağa cəhd etmiş, lakin buna nail ola bilməmişdir. Daha sonra ona bəlli olmuşdur ki, avtomobil xarab olmuşdur. O, bunu biləndən sonra Turalla görüşmüş və artıq bir ay müddətində icarə haqqını ödəmədiyi üçün borclu olduğunu, avtomobili düzəldərək idarə etməyəcəyi təqdirdə belə, icarə müqaviləsinə əsasən öhdəliyin davam etdiyini bildirərək, ödəmək imkanının olmayacağı təqdirdə isə avtomobili geri qaytarmağı təklif etmişdir. Tural isə öz növbəsində ona heç bir problemin olmadığını, narahat olmamasının, yaranmış borcunu hissə-hissə ödəyəcəyini bildirmişdir. Daha sonra avtomobil hələ də düzəlmədiyini gördükdə Turalla görüşmüş və bu zaman Tural ona avtomobilin düzəldilməsi üçün tam maddi imkanının olmamasını bildirərək ona kömək etməsini xahiş etmişdir. Daha sonra Tural avtomobili təxminən 07 oktyabr 2022-ci il tarixdə sonradan tanıdığı Bəhlul adlı ustaya aparmış, bundan sonra o da, usta ilə görüşmüş və avtomobilin dəyişilməsi zəruri olan təxminən 600-700 manat məbləğində bütün ehtiyyat hissələrinin bəzilərini alaraq ustaya təqdim etmiş, bəzilərinin isə pulunu ödəmişdir. Tural isə usta ilə öz aralarında razılığa əsasən yalnız ustanın xidmət haqqını ödəmişdir. Bundan sonra avtomobil düzəldikdən sonra ustaya avtomobili ona təqdim etməsini bildirmiş və avtomobil xx.xx.2022-ci il tarixdə usta Bəhlul tərəfindən təmir edilərək ona təhvil verilmişdir. Avtomobil istər İbrahimə, istərsə də Turala verilərkən işlək vəziyyətdə olmuş və problem yaranmışdırsa da, avtomobil onların istifadəsində olarkən tərəflərindən istismar qaydalarına riayət etmədikləri üçün yaranmışdır. Çünki cavabdehin dediyi kimi avtomobil əgər birinci gündən işlək vəziyyətdə olmasaydı, Tural İbrahimlə qonşu idi və işləməyən avtomobili İbrahimlə razılaşaraq onun tərəfindən icarəyə götürülməsinə razı olmazdı. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək və iddiaya etiraza dair ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, həmin avtomobili ilkin olaraq məhlə uşağı və tanışı olan İbrahim icarəyə götürmüşdür. Daha sonra İbrahim onun da taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil axtardığını bildiyindən həmin avtomobilin onun tərəfindən icarəyə götürülməsini təklif etmişdir. Eyni zamanda ona bildirmişdir ki, o, hal-hazırda icarə haqqını ödəyə bilmədiyi üçün maşını geri qaytarmaq istəyir. İbrahim ona avtomobildə xırda problemlərin olduğunu bildirmiş, o da öz növbəsində bunun problem olmadığını, özünün həll edəcəyini bildirmişdir. Lakin avtomobili götürdüyü gündən avtomobildə problem olmuş, avtomobil xoda getməmiş, hər dəfə avtomobili itələyərək xoda salmaq olduğunu bildirmişdir. Ümumiyyətlə avtomobil İbrahimdə olanda da yaxşı işləməmiş, bir neçə dəfə onu itəliyərək xoda salmalı olmuşlar. Avtomobil onun istifadəsində olarkən dəfələrlə ona xərc çəkmiş, sonuncu dəfə də iddiaçıya da bildirərək 07 oktyabr 2022-ci il tarixdə Bəhlul adlı ustaya aparmış, lakin bütün xərclərini çəkə bilmədiyi üçün yalnız ustanın əmək haqqını o ödəmiş, digər ehtiyyat hissələrinin xərcini isə iddiaçının nümayəndəsi İslam özü çəkmişdir. Onu da qeyd edir ki, avtomobili Bəhlula aparmamışdan öncə başqa ustaya göstərmiş, o da motoru sökərkən ehtiyyatsızlıqdan motorun zəncirini qırmışdır. O, maşın xarab olduğu üçün dəfələrlə İslamı yığaraq avtomobili geri qaytarmaq istədiyini bildirmiş, İslam isə avtomobili geri götürməmişdir. Ümumiyyətlə avtomobil ona verilərkən pis vəziyyətdə olmuş və ondan istifadə edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyb, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirmişdir ki, o, ailəlidir, orta təhsillidir, özü ustadır. Təxminən 2022-ci ilin oktyabr ayının əvvəlləri, səhv etmirsə oktyabr ayının 6-7 günündə Tural “KİA RİO MİNİK” markalı avtomobili ona təmir etməyə gətirmişdir. Turalın dediyinə görə avtomobil ona gətirilməzdən əvvəl başqa bir ustaya aparmış, həmin usta isə motora baxış keçirdərkən, motorun zənciri ehtiyyatsızlıqdan qırmış və təmir edə bilmədiyi üçün Tural avtomobili onun yanına gətirmişdir. Daha sonra avtomobilin mülkiyyətçisi Nümayəndə gəlmiş və onlar Turalla öz aralarında razılığa gəlmişlər ki, avtomobilin bütün ehtiyyat hissələrini İslam alıb verəcək, qalan xərcləri isə Tural ödəyəcəkdir. Cavabdeh və onun atası avtomobilin təmiri üçün ümumilikdə 220 manat pul vermiş, ehtiyyat hissələrinin alınması üçün isə İslam tərəfindən 400 manat pul verilmişdir. Lakin bundan əlavə olaraq bəzi ehtiyyat hissələri də İslam tərəfindən alınaraq gətirilmişdir. Avtomobil təxminən 07 oktyabr 2022-ci il tarixdən 02 həftə onda qalmış, sonra o, avtomobili təmir etdikdən sonra həmin avtomobili 21 oktyabr 2022-ci il tarixdə Nümayəndə təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 izahatında bildirmişdir ki, o, ailəlidir, heç yerdə işləmir, qatıq və süd məhsullarını satmaqla məşğuldur. O, cavabdehin məhləsində qatıq satır, cavabdehi bir neçə dəfə “KİA RİO MİNİK” markalı avtomobillə görmüş, məhlənin qabağında saxlayırdı. O, iddiaçının nümayəndəsi Nümayəndə da bir neçə dəfə görmüş, o, cavabdehlə bir neçə dəfə söhbət etmişdir, hətta cavabdeh ona pul da vermişdir, lakin məbləği görməmişdir. Cavabdeh özü problemli insandı, əvvəllər həbsdə olub, o, hesab edir ki, belə insanlar taksi fəaliyyəti ilə məşğul ola bilməzlər. Bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında bir müddət mübahisə olmuş, avtomobili aparıb təmir elətdirmişlər. Bundan sonra iddiaçının cavabdehin əmisi ilə də söhbət etdiyini görmüş, cavabdehin əmisi iddiaçının nümayəndəsi Nümayəndə bildirmişdir ki, o, cavabdehə avtomobili verməsin, götürüb özü ilə aparsın. Oktyabr ayının axırlarında cavabdeh avtomobil sürməyini görməmişdir. İş materiallarında olan ünvan tariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M- 1110 reyestr nömrəli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı mülkiyyətində olan ban nömrəsi KNEDE**********55 və buraxılış ili 2005-ci il olan “KİA RİO MİNİK” markalı, **- OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini ilk iki ayı 900 manat, qalan müddətdə isə aylıq 600 manat ödənilməsi şərti ilə bir il müddətinə xx.xx.2023-cü il tarixə kimi Cavabdeh icarəyə vermişdir. İcarə müqaviləsini İddiaçı adından oğlu Nümayəndə və X3 imzalamışlar. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı pretenziya məktubuna əsasən xx.xx.2022-ci il tarixdə onunla ünvan tariat ofisində icarə müqaviləsi bağlayaraq, onun adına olan AR DİN BDYPİ QİS tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, BA 188615 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi KNEDE**********55 və buraxılış ili 2005-ci il olan “KİA RİO MİNİK” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə verilməsi barədə icarə müqaviləsi bağlanmışdır. İcarənin şərtinə görə “İcarəyə götürən” Cavabdeh “İcarə verən” İddiaçı ilk iki ayı 900 (doqquz yüz) manat, qalan müddətdə isə aylıq 600 (altı yüz) manat icarə haqqı ödəməli və icarəyə götürdüyü avtomobili götürdüyü vəziyyətdə saxlamağı öhdəsinə götürmüşdür. O, ona məxsus yuxarıda qeyd etdiyi avtomaşını xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi idarə etmiş və müqavilənin şərtini pozmuşdur. O, müqavilənin şərtinə görə 1600 (bir min altı yüz) manat ziyan vurmuşdur. Odur ki, 1600 (bir min altı yüz) manat maddi ziyanın 10 (on) gün müddətinə ona ödəməsini xahiş etmiş, əks təqdirdə Cavabdeh qarşı həmin maddi ziyanın və digər xərclərini tələb edilməsi ilə bağlı məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan sms yazışmalarından görünür ki, Nümayəndə Cavabdeh borcunun ödənilməsini bildirmiş, o, isə çətin vəziyyətdə olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, iddiaçının nümayəndəsi Nümayəndə ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, cavabdeh həmin müqaviləyə əsasən ban nömrəsi KNEDE**********55 və buraxılış ili 2005-ci il olan “KİA RİO MİNİK” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini icarəyə götürmüş, daha sonra avtomobildə probləmlər yarandığından 07 oktyabr 2022-ci il tarixdə avtomobil ustaya təhvil verilmiş, müəyyən təmir işləri görüldükdən sonra avtomobilin təmir xərclərini cavabdeh ödəmiş, ehtiyyat hissələri isə iddiaçı tərəfindən alınmışdır. Avtomobil tərəflərin razılığı əsasında təmir edildikdən sonra 21 oktyabr 2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə təhvil verilmişdir. İş materialları ilə eyni zamanda müəyyən olunur ki, iddiaçının nümayəndəsi Nümayəndə cavabdehi onun qonşusu X3 vasitəsilə tanımış və ilkin olaraq avtomobili İbrahim icarəyə götürmüş, lakin sonra onun icarə haqqını ödəməyə imkanı olmadığı üçün və Cavabdeh taksi fəaliyyəti ilə məşğul olmaq istədiyi üçün ona avtomobili götürməyi məsləhət görmüş və avtomobildə xırda problemlərin olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, işin halları ilə müəyyən olunmuşdur ki, “KİA RİO MİNİK” markalı, **-OA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 29 avqust 2022-ci il tarixdə Cavabdeh təhvil verilmiş, o, avtomobildə yaranmış problemlərlə əlaqədar onu iddiaçının razılığı əsasında 07 oktyabr 2022-ci il tarixdə avtomobili ustaya təhvil vermiş, avtomobil təmir edildikdən sonra isə xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə təhvil verilmişdir. Göründüyü kimi avtomobil faktiki olaraq 29 avqust 2022-ci il tarixdən təmir olunması üçün ustaya verildiyi 07 oktyabr 2022-ci il tarixədək cavabdehin istifadəsində qalmış və bu müddət ərzində cavabdeh tərəfindən icarə müqaviləsi üzrə heç bir ödəniş edilməmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etiraz olaraq avtomobilin onda olan birinci gündən xarab olması, onu əvvəllərdə başqa ustalara göstərməsinə dair dəlillərinə münasibət bildirərək, qeyd edir ki, cavabdeh tərəfindən həmin halları sübut edəcək hər hansı bir sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa məhkəmə bu qənaətə gələrkən, avtomobilin ilkin icarədarının hazırki cavabdehin dostu və qonşusu olmasını, həmin avtomobilin ilkin icarədarın istifadəsində olduğu müddətdən hazırki cavabdehin müşahidə etməsini, avtomobilin də, məhz dostunun təklifi ilə icarəyə götürməsini nəzərə alaraq, avtomobilin cavabdehin istifadəsində olduğu müddətdə deyil, ilkin gündən işlək vəziyyətdə olmamasını və cavabdehin də işlək vəziyyətdə olmayan avtomobili icarəyə götürməsini ağlabatan hesab etmir. Bundan başqa, məhkəmə cavabdehin iddiaya etiraz olaraq ünvanladığı etiraz ərizəsində iddiaçı tərəfindən guya ondan qabaqcadan 600 manat icarə haqqı almasına dair dəlillərinə də tənqidi yanaşaraq qeyd edir ki, cavabdeh bu halları da təsdiqləyən hər hansı bir sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı və avtomobilin faktiki olaraq cavabdehin istifadəsində olduğu müddətlər nəzərə alınaraq, icarə müqaviləsinə əsasən ilk iki ayı 900 manat olmaqla, günlük 30 manat (990/30=30) hesablanmaqla, 01 ay 08 gün müddət üçün (xx.xx.2022-xx.xx.2022-ci il tarixədək, avtomobil tərəflərin razılığı əsasında ustaya təhvil verilmiş tarixə) 1140 (bir min yüz qırx) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin 100 (yüz) manat məbləğində hüquqi yardım üçün ödədiyi pulun tutulması hissəsi ilə belə qərara gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı tərəf məhkəmə iclasında bu halı sübut edə biləcək hər hansı mötəbər bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlar və məhkəmə iclasında tədqiq olmuş həqiqi və tədqiq olunmuş hallar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, iş üzrə ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, 20 (iyirmi) manatı isə İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1140 (bir min yüz qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun 30 (otuz) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, 20 (iyirmi) manatı isə İddiaçı özünə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №2(004)-1163/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1163/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver