Məhkəmə qərarları › İş №2(004)-1167/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1167/2021

29.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1167/2021 29.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, İddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 Sergeyeviçə, Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 Sergeyeviçə, Cavabdeh2 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Sergeyeviçdən və Cavabdeh2 10715 (on min yeddi yüz on beş) manat vurulmuş zərərin və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, ekspert rəyinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəfdən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” MMC-nin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında bildirmişdir ki, lizinq “xxxx” MMC tərəfindən İddiaçı verilmişdir. İddiaçı xahişi ilə Adamoviçə etibarnamə verilib. Həmin etibarnamə 1 aylıq olub, yəni ayda bir dəfə etibarnamə yenilənib. Əlavə olaraq bildirmişdir ki, nəqliyyat vasitəsi 48 ay müddətinə götürülmüşdür və hal-hazırda lizinqdədir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Lakin 10.06.2021-ci il tarixdə məhkəmə iclasında iştirak edən cavabdeh Aleksandr Sergeyeviç məhkəməyə verdiyi izahatında iddianı qəbul etdiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, o, 05.06.2020-ci il tarixdə “xxxx” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə idarə etdiyi maşına ziyan dəymişdir. İş materiallarında olan AD № 520139 seriya nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsinə əsasən müəyyən olunur ki, **-PU-*** dövlət qeydiyyat nişanlı “xxxx” markalı nəqliyyat vasitəsinin sahibi xxxx MMC-dir. İş materiallarında olan xxxx MMC ilə İddiaçı arsında bağlanmış 11.06.2019-cu il tarixli MAŞ-912 №-li X2nə əsasən müəyyən olunur ki, lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilən əmlakı muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini, lizinq alan isə bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 11.06.2019-cu il tarixli MAŞ-912 saylı X2nə 1 saylı əlavəyə əsasən müəyyən olunur ki, 11.06.2019-cu il tarixli MAŞ-912 saylı X2 üzrə əmlak **-PU-*** dövlət qeydiyyat nişanlı “xxxx” markalı nəqliyyat vasitəsidir və dəyəri 12900 AZN təşkil edir. İş materiallarında olan 11.06.2019-cu il tarixli MAŞ-912 saylı X2nə 2 saylı əlavəyə əsasən müəyyən olunur ki,İddiaçı xxxx MMC tərəfindən lizinqə verilməsi üçün 12900 manat məbləğində olan KHAZAR SD, NVAW01HHFKE160571 BAN nömrəli nəqliyyat vasitəsinin satıcı Azkron MMC-dən alınması üçün müraciət etmişdir. İş materiallarında olan 17.06.2020-ci il tarixli TP373380 seriyalı qərara əsasən müəyyən olunur ki, Cavabdeh1 05.06.2020-ci il tarixində saat 01:30 da **-PU-*** dövlət qeydiyyat nişanlı “xxxx” markalı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 400 AZN məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarında olan qüsur aktına əsasən müəyyən olunur ki, **-PU-*** dövlət qeydiyyat nişanlı “xxxx” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan 10715 AZN təşkil edir. İş materiallarında olan 24 may 2021-ci il tarixli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə xxxx MMC tərəfindən təqdim edilmiş 24.11.2020-cil il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “xxxx” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10392,0 manat müəyyən edilir. İş materiallarında olan xxxx MMC tərəfindən Cavabdeh1 Sergeyeviçə verilmiş 14.06.2019-cu il tarixli etibarnaməyə əsasən müəyyən olunur ki, Cavabdeh1 Sergeyeviç xxxx MMC ilə İddiaçı arasında bağlanmış 11.06.2019-cu il tarixli MAS-912 saylı X2 əsasında lizinq verilmiş 1 ədəd “xxxx” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı minik maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir, etibarnamə 14.06.2019-cu il tarixdən 11.07.2019-cu il tarix daxil olmaqla etibarlıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 məhkəməyə verdiyi izahatında qeyd edilən inzibati xətanı törətməklə idarə etdiyi xxxx” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğunu qəbul etmiş və Cavabdeh1 “xxxx” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsində lizinq müqaviləsi əsasında iddiaçının müvəqqəti sahibliyinə və istifadəsinə verilmiş “xxxx” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi iş materialları ilə sübut olunmuşdur. Məhkəmə qeyd edir ki, “xxxx” markalı **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobil lizinq müqaviləsi əsasında İddiaçı verildiyindən, “xxxx” markalı **-PU-*** dövlət qeydiyyat nəqliyyat vasitəsinin əzilməsi nəticəsində İddiaçı maddi ziyan vurulduğundan iddia tələbi qismən, ekspert rəyində qeyd edilən məbləğə uyğun, təmin edilməli və Cavabdeh1 Sergeyeviçdən dəymiş maddi ziyana görə 10392 (on min üç yüz doxsan iki) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində Cavabdeh2 iddiaçını Cavabdeh1 Sergeyeviçlə tanış etdiyini və Cavabdeh1 Sergeyeviçin öhdəliklərini tam olaraq yerinə yetirilməsinə dair şifahi öhdəlik götürməsini bildirsə də, bu hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş və iş materialları ilə həmin hallar sübuta yeirilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Həmçinin iddia tələbi inzibati xəta dair ödənilmiş cərimə hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, törədilmiş inzibati xətaya dair məsuliyyət fərdi xarakter daşıdığından və şəxsin inzibatı cəriməsi 3-cü şəxs tərəfindən könüllü ödənildiyindən bu hal mülki məsuliyyətə səbəb olmur və Cavabdeh1 Sergeyeviçdən tutula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh1 Sergeyeviçdən dəymiş maddi ziyana görə 10392 (on min üç yüz doxsan iki) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə aparılmış 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Cavabdeh1 Sergeyeviçdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22,MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar