Məhkəmə qərarları › İş №2(004)-1175/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1175/2024

04.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1175/2024 04.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Gülnar Babazadə Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək ünvan 1nzilə istifadə hüququnun tanınması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Manafova X1 Rüfət Yaqub oğlu ilə birgə nikaha daxil olmuş, bu nikahdan sonra 2016-cı ildən etibarən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1D, 16 saylı mənzildə yaşamağa başlamış və X2 ilə aralarında olan nikah münasibətlərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 avqust 2021-ci il tarixli, 2(006)-4678/2021 saylı qətnaməsinə əsasən xitam verildikdən sonra başqa yaşayış yerləri olmadıqları üçün bu nikahdan olan azyaşlı uşağı ilə həmin mənzildə yaşamağa davam etmişdir. Lakin cavabdeh tərəfindən əsassız olaraq İddiaçı qeyd edilən mənzildən istifadə hüququna maneə törədilmiş, onun həyata keçirilməsinin qarşısı alınmışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqlarının pozulmasına müvafiq olaraq İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1D, 16 saylı mənzildən istifadə hüququnun tanınması zərurəti yaranmışdır. Belə ki, cavabdeh tərəfindən İddiaçı istifadə hüquqlarına xitam verilməsi barədə mövqe bildirilsə də, bununla bağlı mülki qanunvericiliyin tələbləri və məhkəmə praktikası nəzərə alınmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Miilki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair" 29 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Lakin Cavabdeh kompensasiya ödənilməsi ilə bağlı heç bir təklif irəli sürməmiş, üstəlik qətiyyətlə bununla razı olmadığını bildirmişdir. Bundan əlavə qeyd edilməlidir ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1D, 16 saylı mənzildə qazdan istifadə olunması müqabilində hər ay edilməli olan kommunal ödənişlər İddiaçı tərəfindən həyata keçirilməklə birlikdə, mənzilin təmiri və yenidən bərpası üçün iddiaçı tərəfindən xeyli miqdarda vəsait sərf olunmuş, lakin qarşılıqlı etimadın qorunması məqsədilə onun tərəfindən bu məbləğlərin ödənilinəsi cavabdehdən tələb edilməmiş, bununla bağlı məhkəməyə müraciət edilməmişdir. O da qeyd edilməlidir ki, İddiaçı himayəsində olan azyaşlı uşaqla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi ev 1D, 16 saylı mənzildə yaşayaraq zəruri yaşayış ehtiyacını təmin etdiyi və himayəsində olan övladının tələbatlarını ödədiyi üçün onu istifadə hüququnun təmin edilməsi zəruridir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilmiş qərarına görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün tələb olunan təməl şərtlərdən biri yaşayış sahəsinə olan ehtiyacım bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmasıdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya etirazını AZEMİS vasitəsilə məhkəməyə təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən dəlilər əsassız olduğundan iddia rədd olunmalıdır. Belə ki, 2023-cü ildə Cavabdeh iddiaçı olaraq İddiaçı qarşı “mənzildən çıxarılma” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 1D, 16 saylı (yeni qaydalarla AZİ 102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 1, M9, m2) mənzildən çıxarılması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4769/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4769/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh narazı qalaraq kassasiya şikayəti vermişdir. Lakin, İddiaçı kassasiya şikayətinin verilməsi ilə bağlı müddəti ötürdüyündən məhkəmə tərəfindən kassasiya şikayəti geri qaytarılmışdır. Bu səbəbdən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4769/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Sözügedən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsində hüquqi qiymət verilərək göstərilmişdir ki, təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh İddiaçı mübahisəli mənzildə qeydiyyatda deyil, həmin mənzildən istifadə hüququ yoxdur, iddiaçı keçmiş gəlini olan cavabdeh İddiaçı mənzilindən istifadə hüququ verməmiş, cavabdehin istifadə hüquqlarının olmasına dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeyd aparılmamışdır. Cavabdeh mənzilə müvəqqəti buraxılmışdır. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4769/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsində də qeyd olunmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, cavabdehin iddiaçı Cavabdeh məxsus mənzildə müvəqqəti yaşaması iddianın əsaslı olmadığına dəlalət etmir. Belə ki, cavabdehin qeyd olunan mənzilin mülkiyyətçisi olan iddiaçı Cavabdeh ailə üzvi, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından mübahisəli mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, cavabdehin bu istəyi keçmiş qaynatası Cavabdeh bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından məhkəmənin yekun qənaəti mahiyyət etibarı ilə düzgün olmuşdur. Göründüyü kimi İddiaçı mübahisəli olan mənzillə bağlı istifadə hüququ olmamasına məhkəmə qətnamələri ilə hüquqi qiymət verilmişdir. Göründüyü kimi, mənzilə istifadə hüququnun tanınması tələbi ilə bağlı məsələyə artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə hüquqi qiymət verildiyindən həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilə bilməz. Bu səbəbdən iddia rədd olunmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 işə mahiyyəti üzrə baxılmasını tələb edərək etirazın məzmununa uyğun qiymət verilmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, AZEMİS vasitəsilə ona məxsus telefon nömrəsinə SMS bildiriş göndərilsə də, iddiaçı heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 1D, 16 saylı (yeni qaydalarla AZ 1102, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 1, M9, m2) mənzildən çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4769/2023 saylı, 11 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 995/2023 saylı, 09 mart 2023-cü il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4769/2023 saylı, 08 yanvar 2024-cü il tarixli qərardadına əsasən, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 sentyabr 2023-cü il tarixli, 2(103)-4769/2023 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpası barədə cavabdeh İddiaçı ərizəsi təmin edilməmiş və kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, mübahisə predmeti olan evin mülkiyyətçisi hazırda Cavabdehdur. Cavabdeh keçmiş gəlini olan İddiaçı mənzilindən istifadə hüququ verməmiş, cavabdehin istifadə hüquqlarının olmasına dair daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeyd aparılmamışdır. İddiaçı mənzilə müvəqqəti buraxılmışdır. Məhkəmə hesab edir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Alı Mustafey küçəsi ev 1D, 16 saylı mənzilə istifadə hüququnun tanınmasına heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh qarşı ünvan 1nzilə ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı ünvan 1nzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar