Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1182/2022 28.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh birgə nikahdan anadan olunmuş 22.07.2015-ci il təvəllüdlü X2 və 22.04.2013-cü il təvəllüdlü X1 üçün hər uşağa görə aylıq 200 (iki yüz) manat olmaqla, ümumilikdə 400 (dörd yüz) manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdırki, Cavabdeh arasında nikahları məhkəmə qaydasında pozulmuşdur və iddiaçıya nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların ananın himayəsində qalması qət edilmişdir. Birgə nikahlarından 22.07.2015-ci il təvəllüdlü X4 və 22.04.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Cavabdeh hər iki uşağın saxlanılması üçün iddiaçıya ayda 308 (üç yüz səkkiz) manat aliment ödəyir. Hazırda uşaqların saxlanılması üçün yaşayış minimumunda dəyişiklik edildiyindən və iddiaçı işsiz olduğundan hər uşağa görə 200 (iki yüz) manat olmaqla, aliment məbləğinin ümumilikdə aylıq 400 (dörd yüz) manatadək artırılmasını ağlabatan hesab edir. Bu barədə qarşı tərəflə könüllü şəkildə razılıq əldə etməkləri qeyri- mümkündür. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, hə riki övladı hal-hazırda məktəbdənkənar əlavə hazırlıqlara da gedir, hər birinə görə hər ay 100 manat ödəniş edir, bu səbəbdən tutulan cəmi 308 manat aliment məbləği artıq uşaqların tələbatını ödəmir. Cavabdeh isə son iki aydır alimenti ödəmir, alimentdən əlavə isə heç bir köməklik etmir. İddiaçı özü isə işsizdir. Ona görə də, alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, aliment məbləğinin ümumilikdə aylıq 400 (dörd yüz) manat müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, hal-hazırda işsizdir, maddi imkanı yoxdur, bu vaxta qədər ödənişləri vaxtında etmişdir. Hər ay hər uşağa 200 manat olmaqla, 400 manat məbləğində alimenti ödəməyə imkanı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşaqların yüksək mənafelərini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 3 saylı Asan Xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.08.2019-cu il tarixli 2394 nömrəli doğum haqqında arayışdan görünür ki, X5 22.04.2013-cü ildə, X4 22.07.2015-ci ildə Bakı şəhərində anadan olmuşdur və bu barədə “Vətəndaşlıq vəziyyəti aktları”avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir.Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(004)-1071/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsi tərəfindən 07 fevral 2012-ci il tarixli 50 nömrəli akt qeydinə əsasən bağlanmış nikahın pozulması, 22.07.2015-ci il təvəllüdlü X4 və 22.04.2013-cü il təvəllüdlü X3 İddiaçı yanında qalması, 22.07.2015-ci il təvəllüdlü X4 və 22.04.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12 iyun 2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşaq üçün 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (bir yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(004)-1071/2018 nömrəli qətnaməsi ilə Cavabdeh 22 iyul 2015-cu il təvəllüdlü X4 və 22 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər uşaq üçün hər ay 154 (yüz əlli dörd) manat, cəmi 308 (üç yüz səkkiz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği (154 manat) isə hazırda uşaqların saxlanması üçün yetərli olmadığından, uşaqların yaşlarına uyğun olaraq tələbatları da artdığından iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27.07.2016-cı il tarixli Qərarında göstərilmişdir ki, “Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.” “ Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli 8- 2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu tələbini, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq, valideynləri ilə birlikdə yaşadığı müddətdə maddi təminatının maksimal dərəcədə saxlanılması hüququnu nəzərə alıb, iddia qismən təmin edilməli, Cavabdeh 22 iyul 2015-ci il təvəllüdlü X2 və 22 aprel 2013-cü il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 193 (iki yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(004)-1071/2018 nömrəli qətnaməsi ilə uşaqların saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. Cavabdeh 22 iyul 2015-ci il təvəllüdlü X4 və 22 aprel 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1182/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1182/2022
28.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver