Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1186/2023 05.05.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc qismində verilmiş 6400 (altı min dörd yüz) manat pulun və ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2019-cu ilin fevral ayından etibarən hissə-hissə olmaqla ümumilikdə 6400 (altı min dörd yüz) manat pulu almış, lakin qaytarmamışdır. Göstərilən xüsusat Nəsimi RPİ İstintaq Şöbəsində aparılmış araşdırma zamanı öz təsdiqini tapmış, cavabdeh həmin faktı etiraf etmişdir. Bu səbəbdən, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı ərizəsini (razılıq) nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 238-ci maddəsinə uyğun olaraq, işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Nəsimi RPİ 19-cu PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərara əsasən, İddiaçı iddia tələbində göstərilən xüsusatlarla bağlı Cavabdeh qarşı şikayət ərizəsi üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Sözügedən qərardan İddiaçı tərəfindən prokurorluq nəzarəti qaydasında şikayət verilmiş və Nəsimi Rayon Prokurorluğunun xx.xx.2021-ci il tarixli qərarı ilə Nəsimi RPİ 19cu PŞ tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş, material araşdırılması üçün Nəsimi RPİ İŞ-yə həvalə edilmişdir. Nəsimi RPİ İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarına əsasən, İddiaçı iddia tələbində göstərilən xüsusatlarla bağlı Cavabdeh qarşı şikayət ərizəsi üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən tərəflər arasındakı mübahisə mülki məhkəmə icraatı qaydasında baxılması əsası ilə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan aparılmış təhqiqat araşdırması materialında olan Azərbaycan Respublikası DİN-in 186 nömrəli möhür ilə təsdiq edilmiş iltizama (əsli) əsasən müəyyən edilir ki, Cavabdeh iddiaçı Babayeva (Soltanova) Xuraman Nəhmət qızından 6400 (altı min dörd yüz) manat pulu borc qismində aldığını və borcu geri qaytarmadığını etiraf etmişdir. Həmçinin, sözügedən iltizam üzrə Cavabdeh borcu qaytaracağını öhdəlik kimi üzərinə götürmüşdür. Göstərilən iltizam Cavabdeh və Nəsimi RPİ-nin müstəntiqi Mahmud Sarivəlli tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 739 (əsas borca münasibətdə) maddəsi çıxış edir. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, “Borcverən” pul məbləğini “Borcalan”a ödəmiş, “Borcalan” isə həmin pul məbləğinin geri qaytarılması öhdəliyini icra etməməklə müqavilə öhdəliklərini pozmuşdur. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, müqavilənin yazılı formada bağlanması tələbinə tərəflər əməl etməsələr də, bu, müqavilənin etibarsızlığına səbəb olmamalıdır. Belə ki, göstərilən müqavilə etibarsız hesab oluna bilməz. Belə ki, tərəflər arasında şifahi olaraq borc müqaviləsi bağlanmışdır. Tərəflər arasında mövcud olmuş münasibətlər mülki hüquq münasibəti olmaqla etibarlı borc münasibətləri hesab olunmalıdır. Müqavilənin formasına dair tələb isə göstərilən münasibətdə məsələnin formal tərəfini təşkil edir. Məhkəmə isə tərəflər arasındakı faktiki münasibətlər üzrə mübahisəni ədalətli formada həll etməli və mülki hüquq münasibətlərinin subyektlərinin hüquqa, dövlətə və məhkəməyə inamını təmin etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmiş, yazılı və ya şifahi formada hər hansı sübut, material təqdim etməmiş, ümumiyyətlə, iddia tələbinin təkzib edilməsinə dair hər hansı mülahizə bildirməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılması üçün 3 (üç) hazırlıq iclası və 1 (bir) baxış iclası olmaqla ümumilikdə 4 (dörd) iclas keçirilmişdir. Məhkəmənin işdəki tədqiq edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, prosessual tərəflərin (iddiaçı, cavabdeh və s.) hər hansı birinin lehinə və ya əleyhinə öz təşəbbüsü ilə sübutlar toplaması qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 84 (səksən dörd) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında şifahi borc müqaviləsi bağlanmışdır. Müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra edərək 6400 (altı min dörd yüz) manat pulu cavabdehə ödəsə də, Cavabdeh öhdəliklərinə əməl etməyərək sözügedən borc məbləğini geri qaytarmamışdır. Bu səbəbdən, iddia tələbi təmin edilməli, Cavabdeh 6400 (altı min dörd yüz) manat pul və ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 6400 (altı min dörd yüz) manat pul və ödənilmiş 84 (səksən dörd) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-1186/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(004)-1186/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver