Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1187/2024 15.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “yaşayış sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, onun və azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X4 Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə Mikayıl Müşviq küçəsi 4 nömrəli evin 34 nömrəli mənzilinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh1 xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2022-ci il təvəllüdlü X8 adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-3943/2023 nömrəli qətnaməsi ilə tərəflərin nikahı pozulmuş və uşaq ananın yanında qalmışdır. İddiaçı nikaha daxil olduğu vaxtdan Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə Mikayıl Müşviq küçəsi 4 nömrəli evin 34 nömrəli mənzilində yaşayır. Ailə qurarkən cavabdehlər həmin mənzildə yaşayacaqlarını iddiaçıya bildirmişlər. Lakin boşanmadan sonra cavabdehlər iddiaçıya həmin mənzildə yaşamağına imkan vermirlər. İddiaçının övladı ilə həmin mənzildə yaşamaq hüququ vardır. Odur ki, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş İddiaçı və digər cavabdeh X6 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə Mikayıl Müşviq küçəsi 4 nömrəli evin 34 nömrəli mənzili onun xüsusi mülkiyyətindədir. Bu mənzili xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən atası X7 ona bağışlamışdır. İddiaçı onun keçmiş gəlinidir. O, İddiaçı onun mülkiyyətində olan mənzildə yaşamasına və istifadə hüququnun tanınmasına razı deyildir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1262/2024 nömrəli qətnaməsi ilə onun cavabdehlər İddiaçı və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X5 və X1 onun mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu məhəllə 500, M.Müşviq küçəsindəki 4 nömrəli evin 34 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq ona təhvil verilməsi qət edilmişdir. Qətnamə artıq qanuni qüvvəyə minmişdir və icra olunması üçün icra şöbəsinə göndərilməlidir. Hesab edir ki, İddiaçı onun üçün yad adamdır, ailə üzvü deyildir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərdən və məhkəmə aktlarından müəyyən edilir ki, Cavabdeh1 və X9 xx.xx.2021-ci il tarixdə 1022 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandan sonra arvada “Əzimova” soyadı verilmişdir. Tərəflərin birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8 adlı bir uşağı var. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(004)-3943/2023 nömrəli qətnaməsi ilə Cavabdeh1 və İddiaçı arasında 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi qeydiyyat şöbəsində xx.xx.2021-ci il tarixdə 1022 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Tərəflərin birgə nikahdan doğulmuş övladları - xx.xx.2022-ci il təvəllüdlü X8 anası İddiaçı yanında qalmışdır. xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X7 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə Mikayıl Müşviq küçəsi 4 nömrəli evin 34 nömrəli mənzilini qızı - Cavabdeh2 bağışlamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə Mikayıl Müşviq küçəsi 4 nömrəli evin 34 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X9 və X1 iddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə Mikayıl Müşviq küçəsi 4 nömrəli evin 34 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları və mənzil boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1262/2024 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı və X2 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilmiş, cavabdehlər X5 və X1 iddiaçı Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu məhəllə 500, M.Müşviq küçəsindəki 4 nömrəli evin 34 nömrəli mənzilindən əşyaları ilə birlikdə çıxarılmaları və mənzilin boşaldılaraq iddiaçı Cavabdeh2 təhvil verilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı qeyd olunan mənzilin mülkiyyətçisi olan keçmiş qayınanasının ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından çıxmaq istəmədiyi mənzilin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Ona görə də, İddiaçı bu istəyi keçmiş ərinin deyil, keçmiş qaynanasının bilavasitə razılığı ilə şərtləndirildiyindən, sonuncunun isə belə razılığı olmadığından, iddiaçı qaynanasının mülkiyyətində olan mənzildən istifadə hüququ yaranmamışdır. İddiaçının nə hər hansı bir müqaviləyə, nə də qanuna görə keçmiş qaynanasının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququ yaranmır. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Yaşayış sahəsindən istifadə hüququnun əsaslarını müəyyən edən Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. İddiaçının bu əsaslarla yaşayış sahəsindən istifadə hüququnun yaranmadığı tam aydındır. Mənzildən istifadə hüququnun digər hüquqi əsasını müəyyən edən norma Mənzil Məcəlləsinin 30-cu maddəsidir. Bu normada göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. İddiaçı cavabdehin oğlu ilə nikahda olduğu dövrdə qaynanasının mülkiyyətindəki mənzildə yaşasa da, həmin mənzildən istifadə hüququ yaranmamışdır, bu baradə gəlin-qaynana arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış və hal-hazırda iddiaçının cavabdehin oğlu ilə ailə münasibələrinə də xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdur və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Göründüyü kimi, ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında əmək qabiliyyəti olan gəlin “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmişdir. Yuxarıda qeyd olunanlar iddiaçının cavabdehin mənzilindən istifadə hüququnun olmadığını təsdiq edir. İddiaçının cavabdehin mülkiyyətində olan mənzildə yaşaması, onun həmin mənzildən istifadə hüququnun yaranmasına əsas vermir. nuvoralağA.R“ şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlara uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi hüquqi mövqeyini açıqlayaraq göstərmişdir ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X3 və Cavabdeh2 qarşı “onun və azyaşlı övladının Cavabdeh2 məxsus olan Bakı şəhəri Yasamal rayonu 500-cü məhəllə Mikayıl Müşviq küçəsi 4 nömrəli evin 34 nömrəli mənzilinə istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1187/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1187/2024
15.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver