Məhkəmə qərarları › İş №2(004)-1188/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1188/2024

18.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1188/2024 18.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, İsmayılov Vüsal Baxış oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qəza hadisəsi nəticəsində onun avtomobilinə vurulmuş zərərin əvəzi olaraq 3533 manat təmir xərclərinin, avtomobilin qəzalı status aldıqdan sonra itirilmiş dəyəri olan 800 manat məbləğində pul vəsaitinin və avtomobilin qəzalı vəziyyətdə qaldığına və təmir olunduğu müddət üçün taksi və digər xərclərin qarşılanması məqsədilə 500 manat məbləğində pul vəsaitinin, ümumilikdə 4833 manat manat məbləğində dəymiş zərərin, ödənilmiş 70 manat dövlət rüsumunun, qüsur aktının tərtibinə görə ödənilmiş 59 manat məbləğində pul vəsaitinin ümumi olaraq 4962 manat məbləğində pul vəsaitinin birdəfəlik qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh avtomobilə vurulmuş zərərin əvəzi olaraq 3533 manat təmir xərclərinin əvəzi, 70 manat dövlət rüsumunun, qüsur aktının tərtibinə görə 59 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, məhkəmədən barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını və barışıq sazişini araşdırıb hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli və tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış barışıq sazişinə əsasən tərəflər aşağıdakı məzmunda olan barışıq sazişini imzalamışlar:

1. Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən tələb olunan məbləğdən 1500 manatı artıq ödənilmiş, qalan ödənilməmiş 2033 manat məbləğində pul vəsaitinin isə hər ayın sonuna qədər ayda 200 manat, sonuncu ay isə 230 manat ödəməyi öhdəsinə götürür.

2. ikinci tərəf olan Cavabdeh öhdəliyin vaxtından öncə (yəni 10 aydan əvvəl) icra edilməsi hüququnu özündə saxlayaraq istisna etmir.

3. Birinci tərəf olan İddiaçı hər ay ödənişi Cavabdeh qəbul etməyi öhdəsinə götürür.

4. Bu saziş üzrə öhdəliklərin icrası istisna olmaqla tərəflər bir - birlərinə qarşı iddia sürməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər. Saziş üzrə tələblər istisna olmaqla hər iki tərəf hazırki iş üzrə və Yasamal Rayon Məhkəməsində olan iddiaçı pul tələbinə dair 2(004)-1188/2024 saylı iddiasından imtina edirlər.

5. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilir.

İddiaçı və cavabdehə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.4-cü maddəsinin tələbləri (işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir.) aydındır və tərəflər hazırki barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.5-ci maddələrinə əsasən iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Barışıq sazişi hər bir tərəfin sərbəst iradə ifadəsi ilə tərtib edilərək imzası ilə təsdiq edilir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan yazılı formada ifadə olunmuş, barışıq sazişi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, tərəflər arasında bağlanılmış barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin.

1. Tərəflər razılaşırlar ki, Cavabdeh tərəfindən tələb olunan məbləğdən 1500 manatı artıq ödənilmiş, qalan ödənilməmiş 2033 manat məbləğində pul vəsaitinin isə hər ayın sonuna qədər ayda 200 manat, sonuncu ay isə 230 manat ödəməyi öhdəsinə götürür.

2. ikinci tərəf olan Cavabdeh öhdəliyin vaxtından öncə (yəni 10 aydan əvvəl) icra edilməsi hüququnu özündə saxlayaraq istisna etmir.

3. Birinci tərəf olan İddiaçı hər ay ödənişi Cavabdeh qəbul etməyi öhdəsinə götürür.

4. Bu saziş üzrə öhdəliklərin icrası istisna olmaqla tərəflər bir - birlərinə qarşı iddia sürməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürürlər. Saziş üzrə tələblər istisna olmaqla hər iki tərəf hazırki iş üzrə və Yasamal Rayon Məhkəməsində olan iddiaçı pul tələbinə dair 2(004)-1188/2024 saylı iddiasından imtina edirlər.

5. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilir. İddiaçı Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair 2(004)-1188/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar