Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1190/2022 21.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin bölünməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması və əlavə xərclərin bölünməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən yetkinlik yaşına çatmayan 20.03.2005-ci il təvəllüdlü X4, 20.03.2005-ci il təvəllüdlü X3 və 27.07.2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlunun saxlanılması üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 193 manat sabit pul məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi, həmçinin 20.03.2005-ci il təvəllüdlü X4, 20.03.2005-ci il təvəllüdlü X3 əlavə təhsili üçün iddiaçı tərəfindən 2022-ci ilin yanvar ayı üçün ödənilmiş 300 manat məbləğin ikidə bir hissəsi olan 150 manatın cavabdehdən tutularaq ona ödənilməsi; iddia ərizəsi məhkəməyə daxil olduğu gündən yetkinlik yaşına çatmayan 20.03.2005-ci il təvəllüdlü X4, 20.03.2005-ci il təvəllüdlü X3 əlavə təhsilləri üçün aylıq xidmət haqqı təşkil edən 300 manat məbləğin ikidə bir hissəsi olan 150 manatın hər ay cavabdehdən tutularaq ona ödənilməsi; ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat və hüquqi xidmət göstərilməsinə görə ödənilmiş 500 manat pul məbləğlərinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2017 saylı, 10 iyul 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında 14.06.2004-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında qeydlər kitabında 1139 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 20.03.2005-ci il təvəllüdlü X11, 20.03.2005-ci il təvəllüdlü X9, 27.07.2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlunun anaları-İddiaçı yanında qalması, Cavabdeh 23.05.2017-ci il tarixdən hesablanmaqla 20.03.2005-ci il təvəllüdlü X11, 20.03.2005-ci il təvəllüdlü X9, 27.07.2009cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlu yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 136,50 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(103)-10483/2017 saylı qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2(004)-5411/2017 saylı, 10.07.2017-ci il tarixli qətnaməsi cavabdeh Şabanov Rauf Fuad oğlunun şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)- 2041/2018 saylı, 12 aprel 2018-ci il tarixli qərarı ilə cavabdeh Şabanov Rauf Fuad oğlunun kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(103)-10483/2017 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək hər uşaq üçün hər ay 80 manat olmaqla, cəmi 240 manat alimentin cavabdehdən tutularaq ona ödənilməsi qərara alınmışdır. Hal-hazırda Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2018-ci il tarixli 2(102)- 2041/2018 saylı qərarında qeyd olunmuş aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir və məsrəfləri yetərincə artmışdır. Həmçinin əlavə təhsil xidmətinin göstərilməsi ilə bağlı olaraq fərdi sahibkar X5 ilə bağlanmış 06.01.2022-ci il tarixli müqavilələrə əsasən 20.03.2005-ci il təvəllüdlü X11 və 20.03.2005-ci il təvəllüdlü X6 hər birinə ayrı-ayrılıqda ayda 150 manat olmaqla əlavə təhsil xərcləri İddiaçı tərəfindən ödənilir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci il üzə hər uşaq üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir. Həmçinin ərizədə bildirilmişdir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment məbləğlərini vaxtlıvaxtında ödəmir. Buna görə də övladlarının bütün qayğıları ilə iddiaçı özü məşğul olur. Uşaqlar böyüdükcə isə onların atalarına münasibətdə ehtiyac və tələbatlarının artmasına baxmayaraq cavabdeh tərəfindən bu ehtiyaclar qarşılanmır. Hazırda uşaqların təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çətindir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq məhkəməyə mənzilin kirayə verilməsi və tədris verilməsinə dair xidmət göstərilməsi haqqında müqavilələri təqdim edərək bildirdi ki, iddiaçı ilə fərdi sahibkar X5 arasında bağlanmış 06.01.2022-ci il tarixli müqavilələrə əsasən o, yetkinlik yaşına çatmayan övladları 20.03.2005-ci il təvəllüdlü X4 və X3 əlavə təhsil xərcləri üçün hər birinə ayrıayrılıqda 150 manat olmaqla, ümumilikdə 300 manat, kirayə haqqı olaraq isə hər ay 450 manat ödənişlər edir. Bundan başqa iddiaçının nümayəndəsi məhkəməyə cavabdehin sosial şəbəkədə yerləşdirdiyi fotoşəkili və icra işindən əldə etdiyi sərhədkeçmə məlumatlarını təqdim edərək bildirmişdir ki, qeyd olunan məlumatlardan göründüyü kimi Cavabdeh xarici ölkələrdə İstanbul şəhərindən tranzit keçməklə İtaliyada, bundan başqa X1 səfərdə olmuşdur. Bu hal isə onu deməyə əsas verir ki, cavabdehin rəsmi məlumatlara əsasən 300 manat məbləğində əmək haqqının olmasına baxmayaraq onun xarici ölkələrə səfər etmək üçün kifayət qədər vəsaiti mövcuddur. Eyni zamanda alimentin ödənilməsi ilə bağlı icra işindən də göründüyü kimi cavabdeh müəyyən vaxtlarda böyük məbləğdə yaranmış aliment borcu üzrə fasilələrlə xeyli miqdarda birdəfəlik ödənişlər etmişdir. Bu hal da ona dəlalət edir ki, cavabdeh istədiyi vaxt aliment üzrə ödənişlər həyata keçirmək iqtidarındadır. Lakin cavabdeh qərəzli olaraq övladlarının qayğıları ilə məşğul olmur, onların təhsili və tərbiyəsində hər hansı formada iştirak etmir. Göstərilənlərlə yanaşı, iddiaçının nümayəndəsi və vəkili Vəkil 2022-ci il üzrə hər uşağa görə yaşayış minimumu 193 manat məbləğində müəyyən edilməsini, alimentin ödənilməsinə dair yuxarı instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardan isə artıq uzun müddət keçməsi nəzərə alınaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, rayon məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(103)-10483/2017 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək, Cavabdeh tutulan alimentin miqdarı hər ay, hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilmişdir. Ali Məhkəmənin mövqeyinə əsasən müəyyən edilmişdir ki, cavabdeh 300 manat məbləğində əmək haqqı alır, alimentin artıq miqdarda tutulması onun 300 manat məbləğində əmək haqqından tam məhrum olması və aliment məbləğinin onun qazancını aşması ilə nəticələnir. Bu səbəbdən Azərbaycan Respublikasının Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı ilə uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə görə hər ay 80 (səksən) manat sabit pul məbləğində olmaqla 240 manat alimentin tutulması qərara alınmışdır. Müvafiq məhkəmə qərarlarından da müəyyən edildiyi kimi, iddiaçı məhkəmədə verdiyi izahatlarında orta məktəbdə işlədiyini və əmək haqqının 480 manat təşkil etməsi, bundan əlavə şagirdlərə xidmət haqqı müqabilində dərs verdiyini bildirmişdir. Bundan sonra iddiaçı eyni əsaslarla, hazırki iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edən iddia ərizəsi ilə alimentin artırılması ilə bağlı Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, 08.05.2019-cu il tarixli 2(004)-3047/2019 nömrəli qətnamə ilə iddiaçının tələbi rədd edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 16.08.2019-cu il tarixli 2(103)-10467/2019 saylı 16.08.2019-cu il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamələrdə məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdehin ailə və maddi vəziyyətində dəyişiklik mövcud olmamışdır. Hazırda da işin faktiki hallarından göründüyü kimi cavabdehin maddi vəziyyətində dəyişiklik olmamış, belə ki, hal-hazırda onun əmək haqqı 300 manat təşkil edir, lakin cavabdehin ailə vəziyyətində nisbətən dəyişiklik olmaqla o, yeni nikaha daxil olmuşdur. Göstərilənlərlə yanaşı, eyni xarakterli məhkəmə mübahisələri üzrə qəbul edilmiş məhkəmə aktlarının, əvvəlki iddia ərizəsinin, eləcə də Yasamal Rayon Məhkəməsinin 08.05.2019-cu il tarixli 2(004)- 3047/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi, iddiaçının alimentin artırılmasına dair istinad etdiyi əsaslar əvvəlki tələblərinin əsasları ilə eynilik təşkil edir. Belə ki, həmin vaxt iddiaçı tələbini onunla əsaslandırmışdır ki, kirayədə yaşayır, uşaqlarının təhsilinə əlavə xərcləri olur və sair. Bu əsaslara isə artıq məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş, cavabdehin maddi vəziyyəti isə həmin vaxta nisbətdə dəyişməmiş və alimentin artırılması üçün yeni hal hazırda mövcud deyildir. Odur ki, göstərilənlərə əsasən cavabdehin nümayəndəsi verilmiş iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, məhkəməyə təqdim edilmiş sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək, həmçinin tərəflərin faktiki maddi vəziyyətini və uşaqların üstün mənafelərini, onların gündəlik tələbatlarının artmasını, onların saxlanılmasında hər iki valideynin bərabər öhdəlik daşımasını və hər bir uşağın saxlanılması üçün tələb olunan minimum yaşayış xərclərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - doğum haqqında şəhadətnamələrin və şəxsiyyət vəsiqələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahından 20.03.2005-ci il təvəllüdlü X11, 20.03.2005-ci il təvəllüdlü X9 və 27.07.2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlu adlı övladları vardır. - nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X10 arasında bağlanmış nikah pozulmuş və 02 iyun 2018-ci ildə nikahın pozulması haqqında akt qeydləri kitabında 2665 nömrəsi ilə qeyd edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2041/2018 saylı, 12 aprel 2018-ci il tarixli qərardan görünür ki, 10 iyul 2017-ci il tarixli, 2(004)- 5411/2017 saylı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 14.06.2004-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında qeydləri kitabında 1139 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 20 mart 2005-ci il təvəllüdlü X11, 20 mart 2005-ci il təvəllüdlü X9 və 27 iyul 2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlu anaları İddiaçı yanında qalması, Cavabdeh 23.05.2017-ci il tarixdən hesablanmaqla, 20 mart 2005-ci il təvəllüdlü X11, 20 mart 2005-ci il təvəllüdlü X9 və 27 iyul 2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlu yetkinlik yaşına çatana kimi saxlanmalarına görə hər ay hər bir uşaq üçün 136,60 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. 03 noyabr 2017-ci il tarixli, 2(103)- 10483/2017 saylı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(004)-5411/2017 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. 12 aprel 2018-ci il tarixli, 2(102)-2041/2018 saylı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 03 noyabr 2017-ci il tarixli, 2(103)-10483/2017 saylı qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək, Cavabdeh tutulan alimentin miqdarı hər ay, hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qərarda Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman qanunvericiliyin uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi kimi nəzərdə tutmasına və uşaqların himayəsində saxlanıldıqları anaları - İddiaçı Bakı şəhəri 308 saylı orta məktəbində müəllimə vəzifəsində işləməklə aylıq əmək haqqının 470 manat təşkil etməsinə və bundan başqa uşaqlara əlavə dərslər keçməklə qazanc əldə etməsinə, Cavabdeh hər ay hər bir uşaq üçün 136,60 manat olmaqla cəmi – 409,80 manat məbləğində alimentin tutulmasının onun 300 manat məbləğində əmək haqqından tam məhrum olması və alimentin məbləğinin onun qazancını 109,80 manat məbləğində aşmasına dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, faktiki olaraq cavabdehin özünün yaşaması üçün maddi cəhətdən təminatsız qalması və hər ay 109,80 qəpik məbləğində aliment öhdəliyinin icrasını təmin etmək baxımından iqtidarsız vəziyyətə düşməsi kimi hüquqa zidd nəticələr doğuran qərar qəbul edilmişdir ki, bununla da, maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman aliment ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, hər ay hər bir uşaq üçün 136,60 manat sabit pul məbləğində tutulması barədə nəticəyə gəlinərkən İddiaçı aliment ödəməli şəxs Cavabdeh digər gəlirlərinin olub-olmaması ilə bağlı hər hansı sübut təqdim etməməsinə dair işin hallarına düzgün hüquqi qiymət verilməmiş, hər ay hər uşaq üçün 136,60 manat olmaqla, faktiki sonuncunun əmək haqqının bütövlükdə tutulması və özünün yaşaması üçün yaşayış minimumundan tam məhrum olmaqla hər ay 109,80 manat icra edilməmiş aliment öhdəliyinin yaranması kimi hüquqa zidd nəticələr doğuran qərar qəbul edilmişdir. Kassasiya kollegiyası hesab etmişdir ki, hər bir uşaq üçün hər ay 80 manat olmaqla cəmi 240 manat məbləğində alimentin İddiaçı 470 manat əmək haqqısı ilə toplandıqda əldə edilən (470+240=710) 710 manat vəsait 3 uşaq və aliment tələbi üzrə iddiaçının özü də daxil olmaqla 4 nəfərə bölüşdürdükdə (710:4=177,50) hər birinə düşən 177,50 manat məbləğ «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minumumu haqqında» Qanunda uşaqlar üçün nəzərdə tutulmuş 154 manat məbləğində yaşayış minimumundan artıq olduğundan hər bir uşaq üçün aliment məbləğinin 80 manat müəyyən edilməsi uşaqların mənafeyinə zərər yetirmir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3047/2019 saylı, 08 may 2019cu il tarixli qətnaməsindən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı 20 mart 2005-ci il təvəllüdlü X4, X3 və 27 iyul 2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin məbləği artırılaraq hər ay, hər uşağa görə 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi tələbi barədə iddia ərizəsi rədd edilmişdir. Qətnaməyə əsasən məhkəmə hesab etmişdir ki, qeyd edilən aliment tələbi bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Həmçinin qeyd edilmişdir ki, məhkəmə istər uşaqların hüquq və mənafelərini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən hüquq normasından görünür ki, alimentin miqdarının dəyişdirilməsinin əsası tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Bu dəyişikliklər özünü tərəflərin birinin səhhəti, ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmələr yalnız təqdim edilmiş sübutlar əsasında araşdırma aparır. Bu sübutları təqdim etmək mülki iş üzrə tərəflərin vəzifəsidir. Buna uyğun olaraq mülki iş materiallarından müəyyən edilir ki, cavabdehin maddi vəziyyətinin dəyişməsi ilə əlaqədar mülki iş materialarında heç bir sübut müəyyən edilməməklə, onun "xxxx" MMC-də işlədiyi və aylıq 300 manat məbləğində əmək haqqı alması müəyyən edilmişdir, iddiaçının tələb etdiyi alimentin miqdarı hər uşağa görə 160 manat, ümumilikdə isə 480 manat təşkil edir, həmin alimentin tutulmasının onun 300 manat məbləğində əmək haqqından tam məhrum olması və alimentin məbləğinin onun qazancını 180 manat məbləğində aşması ilə nəticələnir. Bu baxımdan məhkəmə, cavabdehin üzərinə yerinə yetirilməsi qeyri-mümkün olan öhdəliyin müəyyən edilməsini qanunazidd hal hesab etmişdir. Həmçinin məhkəmə tərəfindən cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olmadığı müəyyən edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 16.08.2019-cu il tarixli 2(103)-10467/2019 nömrəli qətnaməsindən müəyyən edilir ki, Bakı şəhəri ünvan 1naməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş sənədlərdən: -mediator X7 tərəfindən təsdiq edilmiş 20.09.2021-ci il tarixli, 01697 nömrəli arayışdan və eyni tarixli 148769 nömrəli mədaxil qəbzindən görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün mediasiya prosesi baş tutmamış və X10 ilkin mediasiya sessiyasında iştirak edərək bunun üçün müəyyən edilən 50 manat xərci ödəmişdir. -İddiaçı ilə onun nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən Vəkil arasında bağlanmış 07 yanvar 2022-ci il tarixli 02/22 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilənin 2.1-ci bəndindən görünür ki, hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 490 (dörd yüz doxsan) manat və vəkil order marka xərci 10 (on) manat, cəmi 500 (beş yüz) manat müəyyən edilmişdir. - “eManat” ödəniş sisteminin 28.01.2022-ci il tarixli 44593 nömrəli qəbzindən görünür ki, İddiaçı tərəfindən 02/22 nömrəli müqavilə əsasında hüquqi xidmətin göstərilməsi üçün Vəkil bank hesabına 500 manat məbləğində vəsait köçürmüşdür. - fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********) X5 ilə İddiaçı arasında bağlanmış 06.01.2022-ci il tarixli tədris verilməsi haqqında xidmət müqavilələrindən görünür ki, X11 və X3 əlavə təhsili üçün X5 tərəfindən onların hər birinə göstəriləcək xidmətin dəyəri tərəflər arasında 150 manat məbləğində razılaşdırılmışdır. 06 yanvar 2022-ci il tarixli 638915 və 638916 nömrəli, 31.03.2022-ci il tarixli 669361 və 669362 nömrəli, 05.04.2022-ci il tarixli 669364 və 669363 nömrəli mədaxil qəbzlərindən görünür ki, X11 və X3 əlavə təhsili üçün fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (VÖEN **********) X2 müvafiq aylar üzrə hər uşağa görə ayrı-ayrılıqda 150 manat olmaqla vəsait ödənilmişdir. - 115486/2018-53-18 nömrəli icra işi üzrə elektron informasiya sistemi vasitəsilə əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh 16.04.2019-21.04.2021-ci il tarixlərində Tel-Aviv sərhəd postundan, 06.12.2021-11.12.2021-ci il tarixlərində İstanbul sərhəd postundan ölkə sərhədinə giriş-çıxışına dair qeydiyyat aparılmışdır. Göstərilənlərlə yanaşı iddiaçının nümayəndəsi məhkəməyə İddiaçı kirayədə yaşamasına dair “Asan Əmlak” firması tərəfindən tərtib edilmiş 20 fevral 2022-ci il tarixli müqavilə və kirayə haqqının ödənilməsinə dair “eManat” ödəniş sisteminin 25.02.2022-ci il tarixli 31444 nömrəli qəbzini təqdim etmişdir. Qeyd olunan müqavilədən görünür ki, onun “Asan Əmlak” firması tərəfindən tərtib edilməsinin göstərilməsinə baxmayaraq, firmanın rekvizitləri göstərilməmiş, eyni zamanda kirayəçinin adı “Mustafayev İlkin” kimi qeyd olunmasına baxmayaraq onun anket məlumatları və sair göstərilməmiş və müqavilə möhürlə təsdiqlənməmişdir. Bundan başqa müqavilə rəsmi blankda deyil fotoşəkildən print edilmiş müqavilə formasında doldurularaq imzalanmışdır, “eManat” ödəniş sisteminin 25.02.2022-ci il tarixli 31444 nömrəli qəbzindən isə 450 manat vəsaitinin konkret olaraq kimin və hansı bank hesabına köçürülməsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə iddiaçının nümayəndəsi məhkəməyə cavabdehin İtaliya Respublikasında olmasına dair sosial şəbəkədən print edilmiş fotoşəkil təqdim etmişdir. Qeyd olunan fotoşəkildən görünür ki, “bemo81” adlı istifadəçi tərəfindən Milan, İtaliya məkanında çəkilmiş foto sosial şəbəkəyə yerləşdirilmişdir. Lakin məhkəməyə fotoşəkilin hansı sosial şəbəkədə yerləşdirilməsi, həmin “bemo81” adlı səhifənin məhz Cavabdeh məxsus olması və s barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Odur ki, məhkəmə iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş “Asan Əmlak” firması tərəfindən tərtib edilmiş 20 fevral 2022-ci il tarixli müqaviləni, kirayə haqqının ödənilməsinə dair “eManat” ödəniş sisteminin 25.02.2022-ci il tarixli 31444 nömrəli qəbzini və fotoşəkili mötəbər sübut olaraq qəbul etmir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə sübut olaraq təqdim edilmiş sənədlərdən: - 1 saylı Bakı Asan xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 484522 nömrəli nikah şəhadətnaməsindən görünür ki, Cavabdeh ilə X8 arasında 07.01.2022-ci il tarixdə nikah bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 45 nömrə ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə edilmiş 09.03.2022-ci il tarixli iş yerinə dair arayışdan görünür ki, Cavabdeh 22.06.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən "xxxx" MMC-də mühəndis vəzifəsində vəzifəsində işləyir və əmək haqqı 300 manat təşkil edir. - İddiaçı 03.04.2019-cu il tarixdə məhkəməyə ünvanlanmış və Yasamal Rayon Məhkəməsinin 2(004)-3047/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş iddia ərizəsinin məzmunundan müəyyən edilir ki, o, həmin vaxt alimentin artırılmasına dair tələbini 3 övladının qayğısı ilə məşğul olması, onların ali məktəbə hazırlaşmaları üçün gələcəkdə fərdi müəllim yanına getməli olacaqları, sürətlə inkişaf etmələri səbəbi ilə hər növbəti ilə üçün onlara müəyyən vəsait hesabına yeni geyim əşyalarının alınması zərurətinin olduğu, eləcə də kirayə yaşaması ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 60.3-cü maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Beləliklə, işin mübahisəsiz halları ilə təsdiq olunur ki, Cavabdeh ilə İddiaçı arasında 14.06.2004-cü il tarixdə nikah bağlanmış, həmin birgə nikahdan 3 övladları - 20 mart 2005-ci il təvəllüdlü X11, 20 mart 2005-ci il təvəllüdlü X9 və 27 iyul 2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlu anadan olmuşlar. Onlar arasında nikah məhkəmə qətnaməsinə əsasən pozulmuş və aidiyyəti qeydiyyat şöbəsi tərəfindən 02 iyun 2018-ci il tarixdə nikahın pozulması haqqında akt qeydləri kitabında 2665 nömrə ilə qeyd edilmişdir. Məhkəmə qətnaməsi ilə uşaqların ananın yanında qalması qət edilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2018-ci il tarixli, 2(102)-2041/2018 saylı qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilərək, Cavabdeh tutulan alimentin miqdarı hər ay, hər uşağa görə 80 manat olmaqla, cəmi 240 manat məbləğində müəyyən edilmişdir. Daha sonra kassasiya instansiyası məhkəməsinin qeyd olunan qərarından 11 ay sonra alimentin artırılması tələbi ilə Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə İddiaçı tərəfindən müraciət edilmiş, məhkəmənin 2(004)-3047/2019 saylı, 08 may 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, qətnamədən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa iş materialları ilə təsdiq olunur ki, Cavabdeh "xxxx" MMC-də mühəndis vəzifəsində vəzifəsində işləyir və əmək haqqı 300 manat təşkil edir. Həmçinin müvafiq məhkəmə qətnamələri və iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatla İddiaçı Bakı şəhəri 308 saylı orta məktəbində müəllimə işləməsi təsdiq olunur. Lakin iddiaçının hazırda hansı məbləğdə aylıq əmək haqqı alması və onun hazırki dövrdə də xidmət haqqı müqabilində şagirdlərə əlavə dərs verməsinə dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Lakin yuxarıda qeyd olunun məhkəmə aktlarına əsasən iddiaçının 2018-2019-cu illərdə aylıq əmək haqqının 470 manat məbləğində olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2041/2018 saylı, 12 aprel 2018-ci il tarixli qərarına əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladlarının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının və yetkinlik yaşına çatmayan uşaqların mənafeyi əhəmiyyətli dərəcədə pozulur. Bundan başqa məhkəmə qeyd edir ki, yaşayış minimumu ölkə ərazisində ümumi iqtisadi vəziyyət nəzərə alınmaqla dövrlər üzrə qəbul edilən qanunvericilik aktlarına əsasən artırılır. Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-2041/2018 saylı, 12 aprel 2018-ci il tarixli qərarı ilə tərəflərin birgə nikahından doğulmuş hər uşağa görə 80 manat alimentin müəyyən edilməsindən isə artıq 4 il müddət keçmişdir. Bu müddət ərzində isə uşaqların gündəlik tələbatlarının və xərclərinin artması kifayət qədər ağalabatan hal kimi qiymətləndirilir. Odur ki, iddia tələbi alimentin artırılması hissəsində qismən təmin edilməli, hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat aliment cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə onu da qeyd edir ki, uşaqlar üçün yaşayış minimumunun 193 manat məbləğində müəyyən edilməsi uşaqların saxlanılması üçün qeyd edilən miqdarda aliment tutulması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır.Eyni zamanda məhkəmə iddia tələbini bu hissədə qismən təmin edərkən onu da nəzərə alır ki, uşaqlarını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Məhkəmə iddia tələbinin əlavə təhsil üçün xərclərin ödənilməsi hissəsində belə qənaətə gəlir ki, bu hissədə iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın pulsuz icbari ümumi orta təhsil almaq hüququ dövlət tərəfindən təmin edilir və təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş cəmi 50 manat pulun cavabdehdən tutulması ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Qeyd olunan normanın məzmunundan göründüyü kimi, ilkin mediasiya prosesində tərəflərdən biri üzrsüz səbəbdən iştirak etmədiyi halda mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ödəməli, əks halda əgər tərəflər arasında ayrı razılaşma yoxdursa mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Odur ki, məhkəmə hesab edir ki, mediasiya xərcinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli və ilkin mediasiya prosesində ödənilmiş 50 (əlli) manatın ½ hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmədə hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi ilə bağlı iddia tələbinə münasbətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxil edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutub hesab edir ki, iddia tələbi hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş vəsaitin ödənilməsi ilə bağlı hissədə də qismin təmin edilməlidir. Belə ki, məhkəmə keçirilmiş məhkəmə iclaslarının sayını, iclasların müddətini, vəkilin məhkəməyə təqdim etdiyi sübutların toplanması üçün sərf oluna biləcək ağlabatan müddəti nəzərə alaraq belə nəticəyə gəlir ki, hüquqi yardım göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manatın ½ hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh 20.03.2005-ci il təvəllüdlü X4, 20.03.2005-ci il təvəllüdlü X3 və 27.07.2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlunun saxlanılması üçün tutulan alimentin miqdarı artırılmalı Cavabdeh 20.03.2005-ci il təvəllüdlü X4, 20.03.2005-ci il təvəllüdlü X3 və 27.07.2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalı, hüquqi xidmət göstərilməsinə görə ödənilmiş məbləğin ½ hissəsi olan 250 (iki yüz əlli) manat və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat, cəmi 275 (iki yüz yetmiş beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 20.03.2005-ci il təvəllüdlü X4, 20.03.2005-ci il təvəllüdlü X3 və 27.07.2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlunun saxlanılmaları üçün tutulan alimentin miqdarı artırılsın. Cavabdeh 20.03.2005-ci il təvəllüdlü X4, 20.03.2005-ci il təvəllüdlü X3 və 27.07.2009-cu il təvəllüdlü Şabanov Rauf Fuad oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Hüquqi xidmət göstərilməsinə görə ödənilmiş məbləğin ½ hissəsi olan 250 (iki yüz əlli) manat və mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş məbləğin ½ hissəsi olan 25 (iyirmi beş) manat, cəmi 275 (iki yüz yetmiş beş) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1190/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1190/2022
21.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver