Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1203/2021 22.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit müqaviəsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavadehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 412,8 ABŞ dolları əsas borc, 107,5 ABŞ dolları faiz borcu, 568,12 ABŞ dolları məbləğində cərimə borcu, 88,92 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1177,34 ABŞ dolları məbləğində pulun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 101 №-li kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik 26 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borc verən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və onu faizi ilə birlikdə borcverənə geri qaytarmağı öhdəsinə götürür. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasəb cavabdehin xx.xx.2020-ci il tarixə 412,8 ABŞ dolları əsas borc, 107,5 ABŞ dolları faiz borcu, 568,12 ABŞ dolları məbləğində cərimə borcu, 88,92 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1177,34 ABŞ dolları məbləğində borcu vardır. Belə ki, borcalan üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin müvafiq məbləğində dəbbə pulu ödəməlidir. Kredit müqaviləsinə əsasən, borcalan öz üzərinə götürdüyü öhdəliklərin vaxtında və lazımi qaydada yerinə yetirilməməsinə görə borc verənə dəymiş zərər məbləğində məsuliyyət daşıyır. Kredit müqaviləsinin müvafiq bəndlərinə əsasən borcalan kreditdən istifadəyə görə əsas və faiz borcu üzrə banka hər ay ödəniş etmək barədə öhdəlik götürməsinə baxmayaraq, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdehə dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq kredit borcunun banka qaytarılması təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, iddianı əsas borc və faiz borcu hissəsində qəbul edir, lakin cərimə borcu əsassız olaraq çoxdur. Borca cərimə hissəsində güzəşt olunmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 101 №-li kredit müqaviləsinə əsasən, bank borcalana istehlak məqsədləri üçün 18 ay müddətinə illik 26% ödəmək şərtilə 1500 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və kreditə hesablanmış faizləri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, **********718 saylı bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan İddiaçı ASC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli, **********881 saylı maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2015-ci il tarixli, 101 №-li kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə 412,8 ABŞ dolları əsas borc, 107,5 ABŞ dolları faiz borcu, 568,12 ABŞ dolları məbləğində cərimə borcu, 88,92 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 1177,34 ABŞ dolları məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd edilmişdir: “...icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. ...” Cavabdeh xx.xx.2015-ci il tarixli, 101 №-li kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinədək 412,8 ABŞ dolları əsas borc, 107,5 ABŞ dolları faiz borcu, 88,92 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun olması iş materialları ilə sübut olunduğundan, məhkəmə iddianı bu hissədə əsaslı hesab edir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cəriməni azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq kredit müqaviləsi üzrə iddia ərizəsində göstərilən cərimənin 568,12 ABŞ dolları məbləğində deyil, 10 ABŞ dolları məbləğində müəyyən edilməsini ədalətli və məqsədəuyğun sayır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, 101 №-li kredit müqaviləsi üzrə 412,8 ABŞ dolları əsas borc, 107,5 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları məbləğində cərimə borcu, 88,92 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 619,22 ABŞ dolları məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbəğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 101 №-li saylı kredit müqaviləsi üzrə 412,8 ABŞ dolları əsas borc, 107,5 ABŞ dolları faiz borcu, 10 ABŞ dolları məbləğində cərimə borcu, 88,92 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu olmaqla, cəmi 619,22 (altı yüz on doqquz dollar iyirmi iki sent) ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1203/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1203/2021
22.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver