Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1214/2023 16.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi X7, İddiaçının nümayəndəsi X3, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10748.44 manat əsas borc, 3693.41 manat faiz borcu və 939.80 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 15381.65 manat borcun və 136.14 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X11 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Yello Bank" ASC-dən illik 17 faizlə 36 ay müddətinə 15000 manat kredit götürmüşdür. Lakin borc müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. AR Ədliyyə Nazirliyi Bakı şəhəri 53 sayh Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci tarixli X19 X2 görünür ki, X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakdan ona tam hissədə pay almalıdır. 2022-ci il iyunun 10-dək Cavabdeh banka xx.xx.2019-cu il tarix kredit müqaviləsi üzrə 10748.44 manat əsas borc, 3693.41 manat faiz borcu və 3759.41 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 18201.05 manat borcu vardır. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 3759.41 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 939.80 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X8 aid bank borcunu əsassız sayır. Belə ki, Yello Bankın iddia ərizəsində qeyd olunur ki, X12 xx.xx.2019-cu ildə bankdan kredit götürüb. Sonra onu icra etməkdən boyun qaçırıb. Əslində həyat yoldaşı xx.xx.2020-ci ilə qədər ödənişlərini heç bir zaman gecikdirməyib. Lakin xx.xx.2020-ci ildə qəfil rəhmətə getdiyindən bankın aylıq ödənişləri dayanıb. Onun mərhum yoldaşıyla bank arasındakı müqavilədən xəbəri olmayıb. Yalnız mərhum bir iki həftə olardı ki, dünyasını dəyişmişdi bankdan onun mobil nömrəsinə (onunla bağlanmış müqavilədəki mobil nömrəsinə, hazırdada aktivdi **********) zəng edib bildiriblər ki, ödənişin vaxtıdır. Bundan sonra bankdan götürdüyü kreditdən məlumatı olub və onda bank nümayəndəsinə onun rəhmətə getdiyini bildirmişdir. Onlar da baş sağlığı verib ölüm haqqında şəhadətnamənin gətirilməsini istəyiblər. O da bir gün sonra göndərmiş və aldıqları barədə də məlumat veriblər. Bununla da bir daha kredit borcu ilə bağlı ona hər hans bir sms göndərilməyib, həyat yoldaşı kredit götürərkən 60 yaşı olduğundan onun həyat sığortası ilə sığortalandığını bildirmişdilər.Yalnız təxmini üç ildən sonra Yasamal rayon məhkəməsinin çağırışı ilə Bankın iddiası haqqında xəbər tutmuşdur. Bank ondan mərhumla bağlı ölüm şəhadətnaməsini aldıqdan iki sonra rəhmətə gedəni məhkəməyə vermişdi.Yaxşı ki, Bankdan fərqli olaraq Məhkəmə mərhumla bağlı iddianı geri qayrtarmışdı. Bank tərəfindən mərhumun ailə üzvləri ilə heç bir danışıqlar aparılmamışdı. Bank mərhumun rəhmətə getməsi haqqında şəhadətnaməni alaraq üzərinə düşən hərəkətləri etmədən illərlə faiz dərəcəsi hesablayaraq sonradan mərhumu məhkəməyə vermişdir. Bir daha Bankın qoyduğu qaydaları özü pozmuşdur. O 2 qrup əlildir. Övladları da tələbədir. Xahiş edir ki, bütün bunlar nəzərə alnsın. Bank üzərinə düşən öhdəlikləri yerinə yetirmədən mərhumun ölümüylə bağlı sənəd alaraq, onun yaş həddini nəzərə alaraq ailəsinin xəbəri olmadan ayırdığı kreditə görə 3 ildi onlarda olan əlaqə telefonuna heç bir məlumat vermədiyi halda ona qarşı qaldırdıqları iddianı əsassız sayır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin tənmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat vermiş və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin, cavabdehin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" İKB ASC ilə X11 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, "xxxx" İKB ASC tərəfindən X1 istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17% ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC ilə X11 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, borclu sonuncu ay 534.85 manat olmaqla hər ay 534.79 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. 10 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, X6 banka 10 iyun 2022-ci il tarixinə 10748.44 manat əsas borc, 3693.41 manat faiz borcu və 3759.41 manat cərimə borcu vardır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, kredit müqaviləsi üzrə öhdəlikləri lazımınca və vaxtında icra edilməyindən gecikdirilmiş borc məbləğinə əlavə olaraq cərimə hesablanmışdır. Qeyd edilənlərə əsasən banka olan bütün borc məbləğini tam olaraq 5 (beş) iş günü müddətində ödənilməsi təklif edilmiş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar bank tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdeh şəxs xəbərdar edilmişdir. Bildirişin Cavabdeh qeydiyyatda olduğu ünvana göndərilməsi və “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılması barədə akt tərtib edilmiş və iş materiallarına əlavə edilmişdir. Bakı şəhəri 53 saylı notariat ofisinin sorğuya cavab məktubuna əlavə edilmiş X19 X2 müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X6 vərəsəlik işi Bakı şəhəri 53 saylı notariat ofisində xx.xx.2021-ci ildə 8V-56-2020 nömrə ilə açılmış və xx.xx.2020-ci ildə 2V-6 reyestr nömrəsi ilə qeydiyyatı aparılaraq, ünvan 1 ünvanında qeydiyyatda olan arvadı Cavabdeh mərhumun vərəsəsidir və o, miras əmlakdan tam hissədə pay almalıdır. a dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan Yasamaı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2 (004)- 3767\2022 saylı qərardadından müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh X9 qarşı borcun tutulması barədə iddia ərizəsi cavabdehin ölməsi səsəbindən geri qaytarılmışdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı ilə X11 arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini icra etməmişdir. Müqavilə üzrə borclu vəfat etmişdir. Onun miras əmlakı iş üzrə Cavabdeh tərəfindən qəbul edilmişdir Hal-hazırda X6 hüquqi varisi Cavabdeh banka 10748,44 manat əsas borcu, 3693,41 manat faiz borcu, 939,80 manat cərimə olmaqla, cəmi 15381,65 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC ilə X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10748,44 manat əsas borc və 3693,41 manat faiz borcunun tutulması hissəsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia ərizəsinin əsas borca hesablanmış 939.80 manat məbləğində cərimə tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından endirilməli və 100 (bir yüz) manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 136,14 (bir yüz otuz altı manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun 110 (bir yüz on) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 10748.44 (on min yeddi yüz qırx səkkiz manat qırx dörd qəpik) manat əsas, 3693.41 (üç min altı yüz doxsan üç manat qırx bir qəpik) manat faiz borcu və 100 (bir yüz) manat cərimə olmaqla, ümumilikdə cəmi 14541.85 (on dörd min beş yüz qırx bir manat səksən beş qəpik) manat məbləğində borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Ödənilmiş 136,14 (bir yüz otuz altı manat on dörd qəpik) manat məbləğində dövlət rüsumunun 110 (bir yüz on) manat hissəsi Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1214/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1214/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver