Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-122/2021 10.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliklərin icra edilməsi və borcun qaytarılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliklərin icra edilməsi və borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən maliyyə arayışları və müqavilələr üzrə ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinə görə ödənilmiş 238700 manat məbləğində vəsait ondan tutularaq İddiaçı1 və 200 kv.m mansardına görə ödənilən 60300 manat məbləğində vəsait tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 2018-ci ildə Bakı şəhərində, “xxxx“ Mənzil Tikinti Kooperativinin yerləşdiyi baş ofisində “xxxx“ Mənzil Tikinti Kooperativinin İdarə heyətinin sədri X1, İddiaçı1 ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m. görə 300 manat ilkin üzvlük pay haqqı iddiaçı tərəfindən MTKya ödənilmiş və həmin binanın -Yeni Yasamal-2, Xarici Dairəvi küçəsi, 38 məhəllə ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsininin 297 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 manatdan əlavə qalan 89100 manat məbləğində vəsait də payçı kimi İddiaçı1 tərəfindən 02 aprel 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. 16 mart 2018-ci ildə Bakı şəhərində, “xxxx” Mənzil Tikinti Kooperativinin yerləşdiyi baş ofisində “xxxx“ Mənzil Tikinti Kooperativinin İdarə heyətinin sədri - X1, İddiaçı1 ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m-ə görə 300 manat ilkin üzvlük pay haqqı iddiaçı tərəfindən MTK-ya ödənilmiş və həmin binanın – Yeni Yasamal-2, Xarici Dairəvi küçəsi, 38 məhəllə ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsininin 497 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 manatdan əlavə qalan 149000 manat məbləğində vəsait də payçı kimi İddiaçı1 tərəfindən 16 mart 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. Bundan başqa, 02 aprel 2018-ci ildə Bakı şəhərində, “xxxx” Mənzil Tikinti Kooperativinin yerləşdiyi baş ofisində “xxxx” Mənzil Tikinti Kooperativinin İdarə heyətinin sədri X1, İddiaçı2 ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m. görə 300 manat ilkin üzvlük pay haqqı cavabdehə ödənilmiş və həmin binanın - Yeni Yasamal-2, Xarici Dairəvi küçəsi, 38 məhəllə ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinin 200 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı2 təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də, 300 manatdan əlavə qalan 60000 manat məbləğində vəsait də payçı kimi İddiaçı2 tərəfindən 02 aprel 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası ilə təsdiq edilərək möhürlənmişdir. Cavabdehin onlara olan əmlak borcu və ya onun dəyəri cəmi 299000 manat pul bu günə qədər imzaladığı müqavilə öhdəliyi üzrə onlara ödənilməmişdir. Şifahi tələblərinə də müxtəlif bəhanələrlə söz versə də, əməl etmir, öhdəliyini icra etməkdən, borcu qaytarmaqdan bu günə qədər də müxtəlif bəhanələrlə yayınırlar. Hazırda həmin binanın mansardının ümumiyyətlə mövcud olmaması və cavabdeh tərəfindən aldadıldıqları müəyyən edilmişdir. Müqavilələr üzrə mənzillərin və borcun qaytarılması tələb edilsə də, bu günə qədər borc ödənilməmiş və müqavilələr üzrə mənzillər onlara verilməmiş, müqavilələr isə ləğv edilməmişdir. Faktiki olaraq ikitərəfli müqavilə üzrə, birtərəfli qaydada qanunazidd olaraq cavabdeh tərəfindən icrasından imtina edilmişdir. Borcun və müqavilələr üzrə öhdəliyin icrası tələbi dəfələrlə müxtəlif bəhanələrlə icra edilməmişdir. Pretenziya məktubu cavabdehə iddiaçılar tərəfindən sifarişli poçtla göndərilmiş, lakin cavabdeh borcu qaytarmamışdır. Cavabdeh barəsində müxtəlif instansiyalara, onlara qarşı bu əməlinə hüquqi qiymət verilməsi üçün dəfələrlə şikayətlər edilsə də, barəsində tədbir görülməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 yuxarıda göstərilən məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçıların və İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə2 izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16.03.2018-ci il tarixli Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış müqavilənin 2.3-cü bəndindən görünür ki, Cavabdeh MTK “Payçı”nın, yəni İddiaçı1 bu müqavilənin tərkib hissəsi olan öhdəçilik əsasında ödədiyi pay haqqının müqabilində ona ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsini 497 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı1 təhvil verməyi öhdəsinə götürür. Müqaviləyə əsasən payçı ilkin pay haqqını 149000 manat məbləğində pulu ödəməlidir. İş materiallarında olan 16.03.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 497 kv.m mansardı dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan 02.04.2018-ci il tarixli Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış müqavilənin 2.3-cü bəndindən görünür ki, Cavabdeh MTK “Payçı”nın, yəni İddiaçı1 bu müqavilənin tərkib hissəsi olan öhdəçilik əsasında ödədiyi pay haqqının müqabilində ona ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyriyaşayış sahəsini 297 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı1 təhvil verməyi öhdəsinə götürür. Müqaviləyə əsasən payçı ilkin pay haqqını 89100 manat məbləğində pulu ödəməlidir. İş materiallarında olan 02.04.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 297 kv.m mansardı dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan 02.04.2018-ci il tarixli Cavabdeh MTK ilə İddiaçı2 arasında müqavilənin 3-cü bəndindən görünür ki, Cavabdeh MTK “Payçı”nın, yəni İddiaçı2 bu müqavilənin tərkib hissəsi olan öhdəçilik əsasında ödədiyi pay haqqının müqabilində ona ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 200 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı2 təhvil verməyi öhdəsinə götürür. Müqaviləyə əsasən payçı ilkin pay haqqını 60000 manat məbləğində pulu ödəməlidir. İş materiallarında olan 02.04.2018-ci il tarixli Maliyyə arayışından görünür ki, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 200 kv.m mansardı dəyəri payçı tərəfindən tam olaraq ödənilmişdir. İş materiallarında olan Cavabdeh MTK tərəfindən Mədaxil qəbzlərindən görünür ki, İddiaçı1 238100 manat (149000 + 89100) və İddiaçı2 60000 manat pul ödəmişlər, onların MTK-ya borcları yoxdur. İş materiallarında olan 04.05.2021-ci il tarixli, 10/270 saylı rəydən görünür ki, ünvan 4 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasında mansard mərtəbəsi olmadığı üçün, İddiaçı1 ilə “Pərvin- İnşaat” Mənzil Tikinti arasında bağlanmış 16.03.2016cı il tarixli müqavilədə nəzərdə tutulmuş 497 kv.m qeyri-yaşayış sahəsi (mansard), İddiaçı1 ilə “Pərvin-Mənzil Tikinti Kooperativi arasında bağlanmış 02.04.2018-ci il tarixli müqavilədə tutulmuş 297 kv.m, İddiaçı2 ilə “xxxx” Mənzil Tikinti Koorperativi arasında bağlanmış 02.04.2018-ci il tarixli müqavilədə nəzərdə tutulmuş 200 kv.m mansard sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. Tədqiq olunan ünvanda binanın dam hissəsində mansard mövcud olmadığı üçün qərardadın ikinci sualı üzrə tədqiqat aparılmamışdır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, 16.03.2016-cı il tarixli Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MTK İddiaçı1 ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 497 kv.m mansardı yüksək keyfiyyətlə təhvil verməyi öhdəsinə götürmüşdür. Daha sonra 02.04.2018-ci il tarixli Cavabdeh MTK ilə İddiaçı1 arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh MTK İddiaçı1 ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 297 kv.m mansardı yüksək keyfiyyətlə təhvil verməyi öhdəsinə götürmüşdür. Həmçinin 02.04.2018-ci il tarixli Cavabdeh MTK ilə İddiaçı2 arasında bağlanmış müqaviləyə əsasənCavabdeh MTK İddiaçı2 ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsini 200 kv.m mansardı yüksək keyfiyyətlə təhvil verməyi öhdəsinə götürmüşdür. İş materiallarında Cavabdeh MTK tərəfindən verilmiş Vəsait mədaxil qəbzlərindən və maliyyə arayışlarından görünür ki, İddiaçı1 və İddiaçı2 MTK-ya borcları yoxdur. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar öz üzərlərinə düşən öhdəlikləri tam olaraq yerinə yetirmiş, lakin cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və nəticədə ekspert tərəfindən müəyyən edilmişdir ki, ünvan 4 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasında mansard sahəsinin mövcud olmadığı müəyyən edilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılar onlara dəymiş maddi ziyanın geri qaytarılmasını tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçılar iddia cavabdehdən 238700 manat pulun tutularaq İddiaçı1 və 60300 manat pulun tutularaq İddiaçı2 ödənilməsini tələb etməsinə baxmayaraq həm iş materiallarında olan qəbzlərdən, həm də iddiaçıların məhkəmə iclasında verdikləri izahatlardan görünür ki, İddiaçı1 MTK-ya 238100 manat, İddiaçı2 isə 60000 manat məbləğində pul ödəmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, ünvan 5 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238100 manat məbləğində vəsait cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı1, ünvan 5 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 60000 manat məbləğində vəsait cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı2 ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəlləlnin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəlləlnin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. ünvan 5 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238100 (iki yüz otuz səkkiz min yüz) manat məbləğində vəsait cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı1 ödənilsin. ünvan 5 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 60000 (altmış min) manat məbləğində vəsait cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq İddiaçı2 verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdeh “xxxx” Mənzil Tikinti Kooperativindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-122/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-122/2021
10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver