Məhkəmə qərarları › İş №2(004)-1224/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1224/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1224/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundov Toğrul Bəhruz oğlu, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10000 manat əsas borcun, 2325 manat faiz borcun, 120 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 12445 manatın tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədlər geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı iddia tələbi üzrə borc ilə bağlı Cavabdeh məlumat versə də, pretenziya məktubunda qeyd olunan müddəti gözləmədən məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli pretenziya məktubuna əsasən iddiaçı aralarında bağlanmış borc müqaviləsi üzrə cavabdehin 10000 manat əsas borcu, 2325 manat faiz borcunun yaranması barədə cavabdehə məlumat vermiş və ona 10 gün müddətində borcunun ödənilməsi təklif edilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin ********* saylı məxaric qəbzinə əsasən xx.xx.2023-cü il tarixli pretenziya məktubu xx.xx.2024-cü il tarixdə Cavabdeh göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, pretenziya məktubu cavabdehə göndərilən gündən bir gün sonra iddiaçı məhkəməyə müraciət etmiş, yəni iddiaçı pretenziya məktubunun cavabdehə çatdırılmasını və borcun ödənilməsi üçün təklif olunan 10 gün müddətini gözləmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 -ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar