Məhkəmə qərarları › İş №2(004)-1227/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1227/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1227/2021 24.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh ASC-ya qarşı “sığorta ödənişi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx"ASC-yə qarşı “sığorta ödənişi və mənəvi ziyan tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3051,22 manat sığorta ödənişinin, mənəvi ziyana görə 2000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, 18.04.2020 ci il tarixində, Kürdəmir rayonunda yol nəqliyyat hadisəsi nəticəsində ona məxsuz “Mazda 6” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Zərər vuran “Kia Cadenza” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası "xxxx" şirkətində yazılmışdır. X6 və sığorta şirkətinin əməkdaşı hadisə yerinə dəvət olunub, tərəflərindən hadisə qeydiyyat alınıb. Lakin bir necə gün sonra sığorta şirkətinin əməkdaşı əlaqə saxlayaraq hadisənin daha öncə baş verdiyini deyərək hadisənin araşdırılacağını bildirmişdir. Hadisənin tənzimlənməsi üçün X6 tərəfindən hadisə araşdırılıb və sığorta şirkətinin ödənişin həyata keçirilməsi üçün tələb olunan Forma 4, 25.04.2020 ci ildə İcbari sığorta bürosu vasitəçiliyi ilə sığorta şirkətinə təqdim edilmişdir. İyul ayında yazılı sürədə şirkətə məktub ünvanlamış, cavab olaraq qeyd edildir ki, DYP əməkdaşı tərəfindən hadisə zamanı alkoqol testi nəticəsi və hadisə zamanı hal şahidləri qeyd edilməmişdir, tələb olunan sənədləri təqdim etməyəcəyi halda ödənişə imtina veriləcəyini bildirmişlər, lakin icbari sığorta haqqında qanunda qeyd edilməyib ki, sığorta şirkəti zərərçəkən şəxsə sənədin çatışmamasına görə imtina verə bilər. 25.04.2020-ci il tarixində sığorta şirkətinə DYP tərəfindən yönləndirilmiş forma 4 sənədində tələb etdikləri sənədlər DYP əməkdaşı tərfindən sığorta şirkətinə təqdim edilmişdir. Sənədlərin DYP tərəfindən təqdim olunmasına baxmayaraq sənədlərin sürəti DYP sənədlərində çıxalıraraq sığirta şirkətinə poçt vasitəsi ilə təqdim edilmişdir. Sentyabr ayında sığorta şirkətindən əlaqə saxlayaraq tərəflərindən nəqliyyat vasitəsinə zərərin 1050 AZN qiymətləndirildiyi bildirilmişdir. Təyin edilmiş 1050 AZN açıqlaması ilə tanış olmaq üçün sığorta şirkətinə yaxınlaşaraq qüsür aktını istədikdə, Hadisələr departamentinin rəisi Mahir adlı şəxs qüsür aktını təqdim etməkdən imtina edərək, deyərək qüsür aktını təqdim etməmişdir. Hadisədən uzun müddət keçdiyindən və hadisə sığota şirkətinin əməkdaşının bildirdiyi kimi, araşdırmada olduğundan nəqliyyat vasitəsini təmir etdirmişdir. Nəqliyyat vasitəsinə dəyən zərər rəsmi servis olan "Yeni Motors" tərəfindən 3051.22 AZN, ədliyyə ekspertiza tərəfindən 2435.17 AZN qiymətləndirilmişdir. Cavabdeh ASC-nin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Kürdəmir şəhərində 17.04.2020-ci il tarixdə X1 idarə etdiyi “Mazda 6” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin və sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti icbari qaydada “xxxx” ASC-də sığortalanmış “KİA Cadenza” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə ilə bağlı Kürdəmir rayon DYPB-nin polis kapitanı X2 tərtib etdiyi 17.04.2020-ci il tarixli İnzibati xəta haqqında protokoldan və eyni tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, “KİA Cadenza” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə ilə bağlı sənədlərə YNH iştirakçılarının sərxoşluq vəziyyətinin texniki vasitələrdən istifadə edilməklə yoxlanılması barəd protokollar əlavə edilsə də, həmin protokolların tərtib edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş tələblərə riayət edilməmişdir və bu səbəbdən sığortaçı hadisənin hadisəsinin səbəblərini araşdırmaq imkanından məhrum edilmişdir. Qeyd edilən səbəblərdən Kürdəmir rayon Polis Şöbəsinə 13.08.2020-ci il tarixli məktubla müraciət edilərək, sərxoşluq vəziyyətinin müayinəsinə dair 17.04.2020-ci il tarixli, 00938 və 00939 saylı protokolların hansı səbəbdən hal şahidlərinin imzası və barəsində xüsusi texniki vasitələrdən istifadə edilən sürücülərin imzaları ilə təsdiqlənmədiyi barədə məlumat verilməsi xahiş edilmiş 28.08.2020-ci il tarixli məktubla hal şahidlərinin imzası olan sənədlər əlavə edilərək göndərilmişdir. Bundan əlavə, hadisə nəticəsində “Mazda 6” markalı avtomobilə dəymiş zərər sığortaçı tərəfindən qiymətləndirilərək, zərər məbləği 1050 manat müəyyən edilmiş və həmin məbləğdə sığorta ödənişinin həyata keçirilməsi mümkün olması bildirilmişdir. Lakin iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən üç dəfə artıq olan 3051.22 manat tələb etmiş və təklif olunan 1050 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “İcbari sığortalar haqqında” qanunu ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, iddiaçı, yalnız iddia etdiyi hüquqlarının pozulmasını sübut etməklə həmin iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilərdi. İddia tələbindən belə çıxır ki, icbari sığorta üzrə istənilən zərərçəkmis şəxs qanunla və Mülki Məcəllə ilə təsbit edilmiş hüquqların həyata keçirilməsinə cəhd belə etmədən birbaşa məhkəməyə müraciət edərək, özünün təyin etdiyi və ya digər qərəzli rəyə istinad etməklə, həqiqi zərər məbləğindən dəfələrlə çox pul tələb edə bilər. Sığortaçı ilə razılaşdırmadan və onun iştirakını təmin etmədən özünün təyin etdiyi qiymətləndirmə rəyinə istinad edilməsi də əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə AR MPM-nin 53-cü maddəsinə əsasən dəqiqləşdirmə verərək, avtomobilə dəymiş zərərə görə 3050 manat və 20 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbini 1050 manat məbləğində sığorta ödənişinin tutulması hissəsində təmin, qalan hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC tərəfindən icbari qaydada sığortalanmış “KİA Cadenza” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus “Mazda 6” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtobillə toqquşaraq, sonuncuya maddi ziyan yetirmişdir. Sığorta təşkilatı iddiaçı tərəfindən tələb olunan məbləğdən yalnız 1050 manat məbləğində sığorta ödənişini ödəməyə razılığını bildirmişdir. Halbuki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/1268 saylı, 19.04.2021-ci il tarixli ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan, olan “xxxx” MMC-nin 22.09.2020-ci il tarixli aktı məlumatlarına əsasən, avtohisssələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Mazda 6” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3050 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti-1528 manat; təmir-bərpa işlərinin qiyməti 1522 manatdır. Mülki qanunvericiliyə görə sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinə əsasən sığorta ödənişi həyata keçirilir. Sığorta tələbi sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. “İcbari sığortalar” haqqında Azərbaycan Respublikasının qanunun 24.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, hazırki iddia tələbi qanuni və əsaslı olub qismən təmin edilməli, cavabdehdən 3050 manat məbləğində sığorta ödənişi və 20 manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. “Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza xərcini təşkil edən 100 manat Cavabdeh” ASC-dən tutularaq, Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ASC-dən 3050 (üç min beş əlli) manat məbləğində sığorta ödənişi və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq, İddiaçı xeyrinə ödənilsin. Ekspertiza xərcini təşkil edən 100 (bir yüz) manat Cavabdeh” ASC-dən tutularaq, Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar