Məhkəmə qərarları › İş №2(102)-6758/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6758/2021

13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6758/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: icbari sığorta ödənişi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7221/2021 nömrəli iş üzr ə 18 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh və ya sığorta şirkəti) tərəfindən icbari qaydada sığortalanmış “KİA Cadenza” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı (bundan sonra – iddiaçı) məxsus “Mazda 6” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi ziyan yetirmişdir. Sığorta şirkəti iddiaçı tərəfindən tələb olunan məbləğdən yalnız 1050 manat məbləğində sığorta ödənişini ödəməyə razılığını bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş zərərə görə 3050 manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.04.2020-ci il tarixdə Kürdəmir rayonunda yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus nəqliyyat vasitəsinə zərər dəymişdir. X1 (DYP) və sığorta şirkətinin əməkdaşı hadisə yerinə dəvət olunmuş, tərəflərindən hadisə qeydiyyata alınmışdır. DYP tərəfindən hadisə araşdırılmış və sığorta şirkəti tərəfindən ödənişin həyata keçirilməsi üçün tələb olunan Forma 4 arayışı icbari sığorta bürosu vasitəçiliyi ilə 25.04.2020-ci il tarixdə sığorta şirkətinə təqdim olunmuşdur. İyul ayında yazılı surətdə şirkətə məktub ünvanlamış, cavab olaraq qeyd edilmişdir ki, DYP əməkdaşı tərəfindən hadisə zamanı alkoqol testi nəticəsi və hal şahidləri qeyd edilməmişdir, tələb olunan sənədləri təqdim etməyəcəyi halda ödənişdən imtina ediləcəkdir. 25.04.2020-ci il tarixində sığorta şirkətinə DYP tərəfindən yönləndirilmiş Forma 4 sənədində tələb etdikləri sənədlər DYP əməkdaşı tərəfindən sığorta şirkətinə təqdim edilmişdir. Sentyabr ayında sığorta şirkətindən nəqliyyat vasitəsinə dəyən zərərin 1050 AZN qiymətləndirildiyi bildirilmişdir. Təyin edilmiş 1050 AZN məbləğin açıqlaması ilə tanış olmaq üçün sığorta şirkətinə yaxınlaşaraq qüsur aktını istədikdə, Hadisələr departamentinin rəisi qüsur aktını təqdim etməkdən imtina etmişdir. Hadisədən uzun müddət keçdiyindən və hadisə, sığorta şirkətinin əməkdaşının bildirdiyi kimi, araşdırmada olduğundan nəql iyyat vasitəsini təmir etdirmişdir. Nəqliyyat vasitəsinə dəyən zərər rəsmi servis olan "Yeni Motors" tərəfindən 3051.22 AZN, məhkəmə ekspertizası mərkəzi tərəfindən 2435.17 AZN qiymətləndirilmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddiaçı özünün sifarişi ilə aldığı qiymətləndirməyə istinad edərək real zərər məbləğindən üç dəfə artıq olan 3051.22 manat tələb etmiş və təklif olunan 1050 manat sığorta ödənişini almaqdan imtina edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsi (bundan sonra – Mülki Məcəllə) və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu (bundan sonra - “İcbari sığortalar haqqında” Qanun) ilə müəyyən edilmiş konkret tənzimləmə qaydalarına riayət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaç ının sığortaçı ilə razılaşdırmadan və onun iştirakını təmin etmədən özünün təyin etdiyi qiymətləndirmə rəyinə istinad etməsi əsaslı hesab oluna bilməz. Qeyd edilənlərə əsasən, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1268 nömrəli, 19.04.2021-ci il tarixli ekspertiza rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC-nin 22.09.2020-ci il tarixli akt məlumatlarına əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2014-cü il buraxılışlı “Mazda 6” markalı, **-AJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 3050 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1528 manat; təmirbərpa işlərinin qiyməti 1522 manat. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-1227/2021 nömrəli iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyinə istinadla belə nəticəyə gəlmişdir ki, iddia tələbi qanuni və əsaslıdır. Cavabdehdən 3050 manat məbləğində sığorta ödənişi və 20 manat dövlət rüsumu tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” Qanunun 24.1.6-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətini birinci instansiya məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətində, həmçinin göstərilmişdir ki, ekspert tərəfindən hər hansı qiymətləndirmə keçirilməmiş, sadəcə iddiaçının özünün təqdim etdiyi qərəzli və zərər məbləğinin şişirdildiyi "xxxx" MMC-nin 22.09.2020-ci il tarixli aktında yazılanları rəyə köçürməklə kifayətlənmişdir. Yəni, ekspertizanın rəyində müəyyən edilən məbləğ iddiaçının təqdim etdiyi aktdakı məbləğdən fərqlənməmişdir. Hazırkı halda ekspertin hər hansı müstəqil tədqiqat aparmadığı və iddiaçının qərəzli rəyinə istinad etməklə orada yazılmış məbləği olduğu kimi öz rəyinə köçürməsi aşkardır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-7221/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə apellyantın dəlilini əsassız saymış və qeyd etmişdir ki, cavabdehin ekspert rəyi ilə razılaşmaması həmin rəyin əsassız və şübhəli olmasına dəlalət etmir. Cavabdeh tərəf dəymiş zərərin şişirdilmiş olduğunu, əslində daha az olduğunu iddia etsə də, bunu əsaslandıra, sübut edə bilməmiş, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, ekspert rəyinin əsassız və şübhəli olduğunu bildirsə də, bunu da sübuta yetirə bilməmişdir. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərə flər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Qətnamədən cavabdeh kassasiya şikayəti vemişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın r ədd edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert rəyində heç bir qiymətləndirilmə aparılmamış, iddiaçının özünün təqdim etdiyi aktda əks olunanlar rəyə köçürülmüş və məhkəmə MPM-in 88, 101.6, 101.7-ci maddələrinin, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3, 6-cı maddələrinin tələblərinə zidd olaraq ekspert rəyinə istinad etməklə iddianı təmin etmişdir. Bundan başqa, zərərçəkən (iddiaçı) tərəfindən Mülki Məcəllənin 925.2, 925.3-cü və “İcbari sığortalar haqqında” Qanunun 24.1.4-cü maddələrinin tələblərinə əməl edilmədən bilavasitə məhkəməyə müraciət olunmuşdur. Məhkəmə isə apellyasiya şikayətinin qeyd olunan dəlilinə heç bir münasibət bildirməmişdir. Şikayətə görə məhkəmə maddi və p rosessual hüquq normalarını düzgün tətbiq etməmiş, ədalətsiz, əsassız qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya instansiyası məhkəməsində işə baxılarkən kassatorun vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verməklə, qətnamənin ləğv edilməsinə və kassasiya şikayətinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67.1ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsin in sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (maddə 883.1). Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır (maddə 922.1). Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir (maddə 922.2). Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır (maddə 926.1). MPM Hər bir tər əf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassator şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmadığını qeyd edərək, bəzi maddi hüquq norma larının mətninə istinad etsə də, maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını göstərməmiş və bununla bağlı mövqeyini açıq-aşkar əsaslandırmamışdır. Kassasiya şikayətinin digər dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının lə ğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7221/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar