Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-924/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı "sığorta ödənişinin verilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin verilməsi və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ödənilməmiş 2.000 manat sığorta məbləğinin alınaraq ona verilməsinə və vurulmuş mənəvi zərərə görə 1.500 manat pulun tutulmasına, ödənilmiş 55 manat dövlət rüsumunun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 06 iyul 2021-ci il tarixdə Bakı — Şamaxı yolunda “Mersedes Benz C220CDİ” markalı, ** CH *** dövlət qeydiyyatı avtomobillə hərəkətdə olarkən Cavabdeh1 MMC-yə məxsus “İsuzu NPR66L” markalı, ** JT *** dövlət qeydiyyatı avtomobili idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində idarə etdiyi avtomobillə toqquşmuşdur və nəticədə ona məxsus avtomobilə maddi zərər dəymişdir. Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə sığorta aktı tərtib edilmişdir və ona vurulmuş maddi zərərin məbləği 5.991 manat müəyyən edilmişdir. Qeyd olunmalıdır ki, hadisəni törədən MMC-yə məxsus avtonəqliyyat vasitəsi “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Lakin cavabdeh "xxxx" ASC tərəfindən ona 3.935,23 manat sığorta ödənişi verilmişdir və qalan zərər, yəni 2.000 manat ödənilməmişdir, sığorta ödənişi tam həyata keçirilməmişdir. Sığorta ödənişi tam həyata keçirilmədiyindən o məcbur qalaraq özü təmir etdirir və bu da onun üçün əlavə yükdür, halbuki dəymiş zərər tam şəkildə ona ödənilməli idi. Dəfələrlə müraciət etsə də ödənişi yerinə yetirməmişlər. Daha sonra İddiaçı cavabdehlərin əvəz edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin əsl cavabdeh olan Cavabdeh1 MMC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı yenidən ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 mülki iş üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianın ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia Cavabdeh1 MMC-yə münasibətdə qismən təmin edilməlidir. İddia Cavabdeh2 münasibətdə rədd edilməlidir. AB seriyalı, 708183 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C220” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı minik maşını İddiaçı məxsusdur. 34726 nömrəli, xx.xx.2021-ci il tarixdə xx.xx.2021-ci il tarixədək verimiş Yol vərəqəsindən görünür ki, Cavabdeh1 MMC tərəfindən “İsuzu NPR66L” markalı , ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil texniki cəhətdən saz vəziyyətdə Cavabdeh2 təhvil verilmişdir. İddiaçı tərəfindən "xxxx" ASC-nin idarə heyətinin sədrinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, "xxxx" ASC-ninPPA serialı, ********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası şəhadətnaməsi ilə sığotalanmış, “İsuzu NPR66L” markalı , ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan “Mercedes Benz C220” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur. Vurulan zərərin əvəzində sığorta ödənişi verilməsini xahiş etmişdir. xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, 1998-ci il buraxılışlı “Mercedes Benz C220 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələnmiş və təmirbərpa xərci 6.165,00 manat (dəyişilməli hissələrin dəyəri - 4185,00 manat, təmir işlərinin dəyəri - 1980,00 manat) məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, PPA seriyalı, ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən Cavabdeh1 MMC-yə məxsus olan “İsuzu NPR66L” markalı , ** JT *** dövlət qeydiyyat nişanlı avtomobil “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 5.000 manat məbləğində sığorta edilmiş, yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus olan “Mersedes Benz C220CDİ” markalı, ** CH *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə vurulmuş zərərin ümumi məbləği 5.991 manat məbləğində müəyyən edilmiş və 3.935,23 manat sığorta ödənişi zərərçəkmiş şəxsin hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı bank hesabına 3.935,23 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2904 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, «X6»-nun xx.xx.2021-ci il tarixli və "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1998-ci il buraxılışlı “Mercedes Benz C220 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5.465,00 manat müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallardan görünür ki, Cavabdeh2 Cavabdeh1 MMC-yə məsxus və "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “İsuzu NPR66L” markalı, ** JT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2021-ci il tarixdə İddiaçı məxsus “Mercedes Benz C220 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncu avtomobilə zərər dəymişdir. Dəymiş zərərin məbləği "xxxx" ASC tərəfindən 5.991 manat məbləğində qiymətləndirilmiş və mütənasib qaydada zərər çəkən şəxsə 3.935,23 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı ödənilməmiş 2.000 manat sığorta məbləğinin, vurulmuş mənəvi zərərə görə 1.500 manat pulun və ödənilmiş 55 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 tutulmasını xahiş edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Belə ki, Mülki Məcəllənin 21.2 və 1096-cı maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun Cavabdeh2 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə cavabdehin təqsiri işin mübahisələdnirilməyən hallarıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından isə görünür ki, Cavabdeh2 yol-nəqliyyat hadisəsini törətdiyi vaxt nəqliyyat vasitəsini "xxxx" MMC tərəfindən verilmiş yol vərəqəsinə əsasən idarə etmişdir. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinin tələblərinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Göründüyü kimi, iddiaçıya dəymiş zərər sığorta şirkəti tərəfindən natamam ödənildiyi üçün iddiaçının həmin zərərin ödənilməmiş hissəsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, hadisə baş verən zaman yüksək təhlükə mənbəyi sayılan avtomobilin sahibi hazırki iş üzrə cavabdeh MMC-dir və MMC yol vərəqəsinə əsasən avtomobilin idarə edilməsini Cavabdeh2 həvalə etmişdir. Yəni, hadisəni törətmiş Cavabdeh2 avtomobili hüquqa zidd hərəkətləri nəticəsində şirkətin sahibliyindən ələ keçirərək idarə etməsi halı işdə olan sübutlara əsasən müəyyən edilməmişdir. Əksinə, avtomobilin şirkətin verdiyi yol vərəqəsinə əsasən ikinci cavabdehə idarə etmək üçün təhvil verildiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən təyin edilməsi labüd hesab edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyinə əsasən 1998-ci il buraxılışlı “Mercedes Benz C220 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 5.465 manat məbləğində olduğu müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C220 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan İddiaçı 3.935,23 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C220 markalı, **-CH- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 3.935,23 manatı məbləğində "xxxx" ASC tərəfindən ödənildiyi müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2904 saylı ekspert rəyinə əsasən müəyyən edilmiş zərərin məbləği 3.935,23 manat azaldılmalı, 1.529,77 manat məbləğində pul Cavabdeh1 MMC-dən tutularaq İddiaçı verilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. İddiaçının yol-nəqliyyat hadisəsi və daha sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalması nəticəsində mənəvi zərər çəkməsi şübhəsizdir və məhkəmə, iddiaçıya dəymiş mənəvi zərəri 200 manat məbləğində qiymətləndirir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia cavabdeh Avrora MMC-yə münasibətdə qismən təmin edilməli, maddi zərər olaraq 1.529,77 manat, mənəvi zərər olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 55 manatın 26,46 manatı, cəmi 1.756,23 manat məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə həmçinin hesab edir ki, Cavabdeh2 İddiaçı qarşısında cavabdehlik daşımadığından və iddiaçıya dəymiş zərər tam şəkildə ödənildiyindən iddia ona münasibətdə rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia Cavabdeh1 MMC-yə münasibətdə qismən təmin edilsin. Maddi zərər olaraq 1.529,77 manat, mənəvi zərər olaraq 200 manat və dövlət rüsumu kimi ödənilmiş 55 manatın 26,46 manatı, cəmi 1.756,23 manat məbləğində pul Cavabdeh1 MMC-dən alınaraq İddiaçı ödənilsin. İddia Cavabdeh1 MMC-yə münasibətdə digər hissədə və Cavabdeh2 münasibətdə tam olaraq rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manatın 50 manatı iddiaçı Cavabdeh1 MMC-dən, 50 manatı isə cavabdeh İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-924/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-924/2022
13.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver