Məhkəmə qərarları › İş №2(004)-3589/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3589/2021

25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3589/2021 25.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Xalq Sığorta ASC-dən İddiaçı xeyrinə 2705 manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun, 200 manat vəkil xərcləri məbləğinin, 2000 manat mənəvi zərər məbləğinin, ümumilikdə 4905 mnat pul vəsaititnin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun və ödənilmiş 30 otuz manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək cavabdeh Xalq Sığorta ASC-dən İddiaçı xeyrinə 2705 manat sığorta ödənişi məbləğinin, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində - 730,35 manat dəbbə pulunun, 200 manat vəkil xərcləri məbləğinin, 2000 manat mənəvi zərər məbləğinin, ümumilikdə 5635,35 manat pul vəsaitinin və 30 otuz ödənilmiş manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili idida ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məbləğin yüksək olduğunu, həmin məbləğlər ilə razı olmadığını, özlərinin mütəxəssisləri olduğunu bildirmiş və qeyd etmişdir ki, qiymət onlar tərəfindən müəyyən olunmalı və ona uyğun hesablanmalı idi. Sığorta şəhadətnaməsini və sığorta hadisəni mübahisələndirmirlər, sadəcə məbləğ ilə razı deyillər. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan icbari Sığorta müqaviləsinə dair məlumata əsasən müəyyən olunur ki, sığortalı X2 99SF784 dövlət qeydiyyat nişanlı Mercedes Benz E220 CDİ markalı nəqliyyat vasitəsini 03.08.2020-ci il tarixdə Xalq Sığorta ASC-də sığorta etdirmişdir. İş materiallarında olan Şərq Motors MMC tərəfindən verilmiş 15.03.2021-ci il tarixli Aktdan görünür ki, 10GZ093 dövlət nömrə nişanlı Toyota Rav4 nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmir xərci 2705 manat təşkil edir. İş materiallarında olan Toyota Bakı Mərkəzi MMC tərəfindən verilmiş 05.03.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, 10GZ093 dövlət nömrə nişanlı Toyota Rav4 nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmir xərci 3307 manat təşkil edir. İş materiallarında olan Autobox automobile services tərəfindən verilmiş 19.02.2021-ci il tarixli qiymətləndirmə aktından görünür ki, 10GZ093 dövlət nömrə nişanlı Toyota Rav4 nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmir xərci 1100 manat təşkil edir. İş materiallarında olan 19.10.2021-ci il tarixli 9/6184 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" MMC-nin 15.03.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtomobil hissələrinin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı Toyota-Rav-4 minik markalı, 10GZ093 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2236 manat müəyyən edilir. İş materiallarında olan İddiaçı ilə 12 saylı vəkil bürosu arasında bağlanmış Hüquqi yardımın göstərilməsi haqqında 449 №-li müqaviləyə əsasən müəyyən olunur ki, İddiaçı ilə Həsənli Murad arasında hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlanmış və hüquqi yardıma görə haqq 200 manat müəyyən edilmişdir. İş materiallarında olan 22.04.2021-ci il tarixli qəbzə əsasən müəyyən olunur ki, İddiaçı tərəfindən 12 saylı vəkil bürosunun hesabına 200 manat məbləğində vəsait köçürülmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, nəqliyyat hadisəsinin baş verməsi faktı, sığortaçı Xalq Sığorta tərəfindən sığorta edilmiş nəqliyyat vasitəsinin iddiaçıya məxsus 10GZ093 dövlət nömrə nişanlı Toyota Rav4 nəqliyyat vasitəsinə zərər vurması faktı iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilməyən haldır. Belə olan halda Xalq Sığorta ASC tərəfindən sığortalanmış nəqliyyat vasitəsinin iddiaçıya məxsus 10GZ093 dövlət nömrə nişanlı Toyota Rav4 nəqliyyat vasitəsinə zərər vurması faktı müəyyən edildiyindən məhkəmə hesab edir ki, maddi zərər ekspertin rəyinə müvafiq olaraq 2236 manat məbləğində tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 30,40 manat dövlət rüsumu və 200 manat vəkil xərci cavabdeh Xalq Sığorta” ASC-dən tutularaq iddiaçıya ödənilməli, 100 manat məbləğində mülki iş üzrə ekspertiza xərci cavabdeh Xalq Sığorta” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməldir. Məhkəmə 2000 manat məbləğinə mənəvi zərərin cavbdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, iş materialları ilə mənəvi zərərin tutulması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, 730,35 manat məbləğində dəbbə pulu tənasübsüz surətdə yüksək hesab olunmalı və azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2236 (iki min iki yüz otuz altı) manat sığorta ödənişi məbləği, 50 manat dəbbə pulu, 200 manat vəkil xərci məbləği, ümumilikdə 2486 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, idida tələbi qalan hissədə rədd edilməlidir. “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2236 (iki min iki yüz otuz altı) manat sığorta ödənişi məbləği, 50 manat dəbbə pulu, 200 manat vəkil xərci məbləği, ümumilikdə 2486 manat pul və 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış 100 (yüz) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar