Məhkəmə qərarları › İş №2(004)-1232/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1232/2022

14.03.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1232/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşviq qızının katibliyi, İddiaçı və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xetrinə 29.10.2009-cu il təvəllüdlü X4, 01.09.2011-ci il təvəllüdlü X5 və 08.07.2014-cü il təvəllüdlü X1 üçün ayda 3000 manat sabit məbləğində alimentin və mediator xidmətinə görə ödənilmiş 50 manat rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 11.04.2008-ci il tarixdə bağlanmış nikahlarından 29.10.2009-cu il təvəllüdlü X8, 01.09.2011-ci il təvəllüdlü X9 və 08.07.2014-cü il təvəllüdlü X10 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.02.2021-ci il qətnaməsi ilə nikahları pozulmuş, uşaqların onun himayəsində qalması və onların saxlanması üçün cavabdehdən hər ay üç uşağa görə 1000 manat sabit məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh söz vermişdir ki, əvvəllər uşaqlarla bağlı nə qədər xərclər çəkilmişdirsə, həmin məbləği də ona verəcək, bu səbəbdən həmin məbləğə razılaşmışdır. Qətnamədən sonra cavabdehlə barışmış və bir müddət bir yerdə yaşamışlar. Cavabdeh ilk əvvəllər özünü ona münasibətdə cox yaxşı aparmış və davranışı ilə onu aldadaraq iki avtomaşını və Moskva vilayətində yerləşən mənzili satdırdıqdan sonra, yenə də onu atıb evdən çıxıb ğetmişdir. Hal-hazırda 3 uşaqla birlikdə çapalıyır, özü işləmir, cavabdeh isə könüllü olaraq uşaqların xərclərini ödəməkdən imtina edir. Cavabdeh "xxxx" MMC-nin təmsilçisidir, onun aylıq qazançı 10000 manatdan artıqdır, bu səbəbdən də hesab edir ki, uşaqların saxlanması üçün cavabdehdən 3000 manat aliment tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul qismən qəbul edərək 1500 manat aliment ödəyə biləcəyini bildirərək məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili X3 onunla eyni məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin qismən təmin olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü, Ailə Məcəlləsinin 7-1, 22, 75, 76, 78, 112.1-ci maddələrini, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununu və “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddələrini rəhbər tutaraq müəyyən etdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş 29.10.2009-cu il təvəllüdlü X4, 01.09.2011-ci il təvəllüdlü X5 və 08.07.2014-cü il təvəllüdlü X6 analarının yanında qalması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay üç uşağa görə 1000 manat sabit məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir Əmək müqaviləsinə dəyişiklik edilməsi əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh "xxxx" MMC-də icraçı direktor vəzifəsində işləyir və aylıq əmək haqqı 1230 manat təşkil edir. “İlkin mediasıya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” 12.01.2022-ci il tarixli arayış iddia ərizəsinə əlavə edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı ödəmişdir. Hazırda iddiaçı iddia edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləği hazırda yetərli deyil və uşaqların gündəlik tələbatlarını ödəmir. Ailə qanunvericiliyinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, məhkəməyə müraciət etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, uşaqların saxlanılması hər iki valdeyinin vəzifəsi olduğundan, iddiaçı tərəfindən cavabdehin qazancı və gəlirlərinin artması və tələb olunan məbləğdə aliment ödəmək imkanına malik olması barədə məhkəməyə heç bir sübut təqdim olunmadığından, iddia tələbi qismən təmin edilməli, cavabdehdən uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment dəyişdirilməli, hər ay hər uşağa görə 500 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməli, alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə görə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 29.10.2009-cu il təvəllüdlü X4, 01.09.2011-ci il təvəllüdlü X5 və 08.07.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulan aliment dəyişdirilsin. Cavabdeh 29.10.2009-cu il təvəllüdlü X4, 01.09.2011-ci il təvəllüdlü X5 və 08.07.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalı üçün hər ay hər uşağa görə 500 (beş yüz) manat olmaqla, cəmi 1500 (min beş yüz) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Cavabdeh mediatorun hesabına ödənilmiş 50 (əlli) manat rüsum tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar