Məhkəmə qərarları › İş №2(004)-125/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-125/2024

03.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-125/2024 03.07.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı vəkili Vəkil1, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “yaşayış sahəsi üçün artıq alınmış vəsaitin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X3” MMC-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “X3” MMC-dən onun xeyrinə vurulmuş maddi ziyana görə 28330 (22.22 kv.m x1275) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra idiaçının nümayəndəsi və vəkili Vəkil1 cavabdehin əvəz edilməsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh “X3” MMC-nin cavabdeh "xxxx" MTK ilə əvəz edilməsini, "xxxx" MTK-dan onun xeyrinə vurulmuş maddi ziyana görə 28330 (22.22 kv.m x1275) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdeh əsl Cavabdeh "xxxx" MTK ilə əvəz edilmişdir. İddiaçı vəkili Vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, ünvanında yerləşən 117 nömrəli mənzil (yeni qaydalarla AZ1122 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 126, M18,m5) Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X2 Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat №-li çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Qeyd olunan mənzili cavabdeh ilə bağlanmış GH-A-18/002380 №-li 16 noyabr 2020-ci il tarixli müqaviləyə əsasən almışdır. Lakin sonradan mənzil sahəsinin ölçüsünün onunla cavabdeh arasında bağlanmış GH-A-18/002380 nömrəli 16 noyabr 2020-ci il tarixli müqavilədə qeyd olunan rəqəmlə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi X2 Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat №-li çıxarışda qeyd olunan rəqəmlərin fərqli olduğunu müşahidə etdi. Onunla cavabdeh arasında bağlanmış GH-A- 18/002380 №-li 16 noyabr 2020-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən İcraçı Bakı şəhəri Tbilisi prospekti 1054-cü məhəllə ünvanında onun tərəfindən inşa edilən "xxxx" çox mərtəbəli yaşayış kompleksində blok 8, mərtəbə 18, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 149,00 m2 olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək şıxarışda əks olunan ümumi sahə) sahəsi 137, 22 m2, olan 3 (üç) otaqdan ibarət 117 saylı mənzili Sifarişçiyə təhvil verməyi, Sifarişçi isə bunun qarşılığında icraçıya razılaşdırılmış pul vəsaitini müəyyən edilmiş müddət ərzində ödəməyi və müqavilə ilə nəzərdə tutulmuş işləri yerinə yetirməyi öhdəsinə götürmüşdür. Hansıki, hazırda həmin mənzilin net sahəsi 115.90 kv.m-dir. Beləliklə cavabdeh ona müqavilədə nəzərdə tutulandan 22.22 kv.m az sahəsi olan mənzil vermişdir. Cavabdehlə bağlanmış GH-A-18/002380 №-li 16 noyabr 2020-ci il tarixli müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi 1054-cü məhəllə, ev 122, 122A, 126, 126A, 128, ünvanında yerləşən 117 nömrəli (yeni qaydalarla AZ1122 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 126, M18,m5) mənzilin 1 kvadrat metrinin qiyməti 1275 manat müəyyən olunmuşdur. Beləliklə cavabdeh ona 28330 manat maddi ziyan vurmuşdur. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tərəflərin razılaşaraq aralarında bağlanmış müqavilə vardır. Cavabdeh MTK ("xxxx" MTK) ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli alqı-satqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054- cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 8, mərtəbə 18, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 149 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,22 kv.metr olan, 3 otaqdan ibarət 117 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 190.000 manat olmaqla, mənzilin brut satış sahəsi üzrə hər kv.metr üçün 1.275 manat, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) üçün isə 1.384,64 manat olması barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 137,22 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 149,00 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyəri tam olaraq Cavabdeh MTK-ya ödəmişdir. Cavabdeh MTK da müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili İddiaçı təhvil vermişdir. Mənzilin ölçüləri müqavilənin şərtlərinə uyğun olaraq müqavilədə göstərilən ölçülərə uyğun olaraq iddiaçıya təhvil verilmişdir. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli çıxarışda Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi, b. 122, 122A, 126, 126A, 128, 17 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi, 126, M18, m5) ümumi sahəsinin 115,90 kv.metr göstərilməsi, cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz. Çünki, çıxarışda mənzilin sahəsi hesablanarkən balkon əmsal tətbiq edilməklə yazılıb, faktiki ölçüləri isə mənzilin texniki pasportuna uyğun hesablanmışdır. Tərəflərin izahatlarından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edilir ki, Cavabdeh MTK ("xxxx" MTK) ilə İddiaçı arasında xx.xx.2020-ci il tarixli alqı-satqı (podrat) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh "xxxx" MTK Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054- cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 8, mərtəbə 18, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 149 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,22 kv.metr olan, 3 otaqdan ibarət 117 nömrəli mənzili İddiaçı təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə görə tərəflər mənzilin ümumi dəyəri 190.000 manat olmaqla, mənzilin brut satış sahəsi üzrə hər kv.metr üçün 1.275 manat, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) üçün isə 1.384,64 manat olması barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş eskiz layihədə mənzilin sahəsi (net sahəsi) 137,22 kv.metr və ya (mənzilin tikilən brut sahəsi) 149,00 kv.metr göstərilmişdir. İddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirmiş və mənzilin dəyəri tam olaraq Cavabdeh MTK-ya ödəmişdir. Cavabdeh MTK da müqavilə öhdəliyini yerinə yetirmiş və mənzili İddiaçı təhvil vermişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə əsasən tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. 59.4. Yaşayış binalarında mənzillərin döşəmədən tavana qədər hündürlüyü 2,7 metrdən az olmamalıdır. 59.5. Mansarda mərtəbələrinin bayır divarlar boyunca hündürlüyü 1,6 metrdən, yüksək hissəsində hündürlüyü 2,7 metrdən az olmamalıdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. İddiaçı mənzilini özəlləşdirərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xx.xx.2023-cü il tarixli çıxarış almışdır. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi, b. 122, 122A, 126, 126A, 128, 17 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi, 126, M18, m5) ümumi sahəsinin 115,9 kv.metr olduğu göstərilmişdir. ƏMDX DƏDK və Reyestri publik hüquqi şəxs tərəfindən tərtib edilmiş xx.xx.2022-cİ il tarixli **********17-05301-093172 reyestr nömrəli texniki pasportda X1 mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Ə.Salamzadə küçəsi, b. 122, 122A, 126, 126A, 128, 17 nömrəli mənzilinin (Yeni qaydalarla: AZ1122, Bakı şəhəri Yasamal rayonu Əbdülvahab Salamzadə küçəsi, 126, M18, m5), ümumi sahəsinin 115,90 kv.metr, yaşayış sahəsinin 65,3 kv.m, 3 yaşayış otağından ibarət olduğu göstərilmişdir. Mənzilin balkonunun sahəsi hesablanarkən əmsal tətbiq edilmiş və 28,3 kv.m x 0,3 = 8,5 kv.m göstərilməklə, mənzilin ümumi sahəsinin 115,9 kv.m olduğu qeyd edilmişdir. Balkonun sahəsi hesablanarkən əmsal tətbiq edilmədikdə, ümumi sahə 135,7 kv.m olduğu görünür. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********938600 nömrəli və xx.xx.2022-ci il tarixli **********597000 nömrəli çıxarışlardan müəyyən edilir ki, "xxxx" MTK xx.xx.2005-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (VÖEN **********), sonradan adı dəyişdirilərək "xxxx" MTK olmuş, daha sonra isə "xxxx" MTK-nın adı dəyişdirilərək Cavabdeh MTK olmuşdur. Hüquqi ünvanı AZ1065, Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllədir. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3- 16-16/2- 10/8150 nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1-ci maddəsinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən mənzilin ümumi sahəsinin 115,9 kv.m, həmin mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsi 147,5 kv.m təşkil edir. Göstərilənləri nəzərə alaraq mənzilin ümumi sahəsinin 115,9 kv.m təşkil etdiyini, həmin mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m təşkil etdiyini nəzərə alaraq, mənzilin ümumi sahəsinin tərəflər arasında bağlanmış xx.xx.2020ci il tarixli GH-A 1/002354 saylı müqavilənin tələblərinə (Brut sahə: 147,5 kv.m, net sahə 137,36 kv.m) uyğun olmadığı müəyyən edilmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquq münasibətləri onlar arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə əsasında yaranmışdır. Həmin müqaviləyə əsasən cavabdeh Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 1054-cü məhəllə ünvanda inşa etdiyi "xxxx" çoxmənzilli yaşayış kompleksində blok 8, mərtəbə 18, brut sahəsi (mənzilin tikilən brut satış sahəsi) 149,00 kv.metr olmaqla, net sahəsi (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən gələcəkdə veriləcək çıxarışda əks olunan ümumi sahə) 137,22 kv.metr olan, 3 otaqdan ibarət 117 nömrəli mənzili İddiaçı təhvil verməyi, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndində qeyd edilən mənzilin dəyəri (qiyməti) tərəflərin razılığı ilə 190.000 manat məbləğində müəyyən olunmuşdur. Tərəflər öz öhdəliklərini icra etmişlər, yəni iddiaçı müqavilədə şərtləşdirilmiş məbləği bütünlüklə cavabdehə ödəmiş, cavabdeh isə inşa etdiyi binada müqavilədə göstərilən mənzili iddiaçıya təhvil vermişdir. Mənzil üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarış verilmişdir. Çıxarışda mənzilin ümumi sahəsi 115,90 kv.m göstərilmişdir. Hazırda iddiaçı, cavabdeh tərəfindən inşa edilən binada ona təhvil verilmiş mənzilin sahəsinin müqavilədə göstəriləndən az olduğuna istinad edərək artıq ödədiyi pulun geri qaytarılmasını tələb edir. Tərəflər arasında bağlanmış müqavilənin şərtləri və tərəflərin üzərinə götürdükləri öhdəliklərin xarakteri onu deməyə əsas verir ki, onlar arasında podrat münasibətləri mövcud olmuşdur. Bu baxımdan iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 762, 766-cı maddələri çıxış edir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyən edilməsidir və bu hal iddia üzrə sübutetmənin predmetini təşkil edir. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa istinad edərək, ona müqavilədə nəzərdə tutulduğundan az sahəsi olan mənzil verildiyini bildirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2 və 59.3-cü maddələrində (“Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”), Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.8-ci bəndində aşağıdakılar göstərilir: Maddə 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. İşin hallarından aydın olur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən cavabdeh iddiaçıya ümumi brut sahəsi 149.00 kv.metr olan mənzili təhvil verməyi öhdəsinə götürmüş və öhdəliyini icra edərək həmin sahəyə malik (cuzi fərqlə 01.5 kv.m) mənzili iddiaçıya vermişdir. Yuxarıda qeyd olunduğu kimi, ekspert rəyi ilə mənzilin divarlarının və arakəsmələrinin, dəhliz və eyvanlarının sahəsi, habelə yardımçı sahələr də daxil edilməklə ümumi sahəsinin 147,5 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. Bu isə onu deməyə əsas verir ki, cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam icra etmiş, yəni podratı kəmiyyətcə yerinə yetirmişdir və bu baxımdan iddiaçının cavabdehə qarşı podrat müqaviləsindən irəli gələn hazırkı iddianı irəli sürməsi əsassızdır. Mənzilin faktiki sahəsinin (müvafiq azaltma əmsalları tətbiq olunmadıqda) 135,7 kv.m, yəni müqavilədə göstərilən 135,7 kv.m net sahədən 1,52 kvm az təşkil etməsinə gəldikdə, məhkəmə mənzildə təmir-tikinti və yenidənqurma işlərinin aparıldığını nəzərə alaraq bu fərqi əhəmiyyətli saymır və hesab edir ki, həmin fərq iddianın təmin olunması üçün əsas vermir. Belə ki, müqavilə üzrə təhvil verilməli olan brut sahə 149 kv.m – cuzi fərqlə - 147,5 kv.m ekspert rəyi ilə də təsdiq olunduğu kimi faktiki olaraq yerində mövcuddur. Ekspert rəyi ilə 147,50 kvm brut sahəsinin yerində tam şəkildə mövcud olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı hazırkı işdə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Cavabdeh isə həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübuta yetirmişdir. Bundan əlavə, məhkəmə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda mənzilin ümumi sahəsinin az göstərilməsi ilə bağlı iddiaçıya izah edir ki, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 50 (əlli) manat pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı vurulmuş maddi ziyana görə 28330 manat (22.22 kv.m X 1275 manat) məbləğində pulun tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFTBİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE**********0002088501 hesabına köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar