Məhkəmə qərarları › İş №2(004)-1261/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1261/2021

17.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1261/2021 17.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi (atası) X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh “vurulmuş maddi ziyanın vəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı idarə etdiyi “VAZ 21074” minik markalı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün Cavabdeh 500 manat alınaraq ona ödənilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi (atası) X4 məhkəmə iclasında iddia tələbindən imtina barədə xx.xx.2021-ci il tarixli ərizə təqdim etdi və izahatında bildirdi ki, xx xxxxxx 2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı X2 məxsus olan “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın ödənilməsi ilə bağlı cavabdehlə aralarında razılaşma əldə etmişlər. Razılığa əsasən vurulmuş maddi zərərin əvəzi olaraq Cavabdeh 250 (iui yüz əlli) manat pul almışdır. Bu səbəbdəb İddiaçı Cavabdeh avtomobilə vurulmuş 500 manat maddi ziyanı tələb etməkdən imtina edir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında icraata xitam verilməsinə etiraz etmədi və izahatında bildirdi ki, İddiaçı nümayəndəsi (atası) X4 ilə aralarında mübahisənin sülh yolu ilə həll etmişlər. O, X2 məxsus olan “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq iddiaçının nümayəndəsi X3 250 manat pul ödəmişdir. Bu səbəbdən İddiaçı iddia tələbindən imtina edir. Odur ki, İddiaçı iddiadan imtinasının qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, İddiaçı nümayəndəsinin iddiadan imtina barədə ərizəsini və iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, proses iştirakçılarının izahatlarından, iddiaçının nümayəndəsi (atası) X1 iddia tələbindən imtina barədə xx.xx.2021-ci il tarixli ərizəsindən müəyyən edilir ki,tərəflər arasındakı mübahisə sülh yolu ilə həll edilmişdir. Cavabdeh məhkəmə iclasında iddiaçı X2 məxsus olan “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın əvəzi olaraq iddiaçının nümayəndəsi X3 250 manat pul ödədi. İddiaçının nümayəndəsi X3 250 manat pulu almasına və iddia tələbindən imtina etməsinə dair məhkəməyə xx.xx.2021-ci il tarixli yazılı ərizə təqdim etdi. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “İddiaçı etibarnamə ilə idarə etdiyi “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqiyyat hadisəsi zamanı vurulmuş maddi zərərin əvəzi olaraq 500 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi” tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar