Məhkəmə qərarları › İş №2(004)-1264/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1264/2022

21.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1264/2022 21.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi ilə, İddiaçı Hacıəlı oğlunun Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” kiçik iddia ərizəsi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Hacıəlı oğlu kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.08.2019-cıı il tarixli, C9790154/19 saylı nisyə satış müqaviləsi üzrə 213 manat əsas borc, 24 manat cərimə borcu olmaqla cəmi 237 manat borcun, 18.12.2019-cıı il tarixli C9790274/19 saylı nisyə satış müqaviləsi üzrə 279 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 309 manat borcun, ümumilikdə 546 manat borcun və 31 manat dövlət rüsumunun alınaraq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verldikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh lazimi qaydada bildiriş göndərilmiş, lakin onun tərəfindən iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq, məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 14.08.2019-cu il tarixli C9790154/19 saylı nisyə satış müqaviləsinə əsasən cavabdehə 950 manat dəyərində 1 ədəd HP markalı 15-bs 153ur modelİi noutbook 140 manat ilkin ödəniş, qalıq 810 manat məbləği12 ay müddətinə hər ay 67.50 manat ödənilməklə, 18.12.2019-cu il tarixli C9790274/19 saylı nisyə satış müqaviləsinə əsasən 684 manat dəyərində 1 ədəd Samsung markalı A50 blue modelli telefon ilkin ödənişsiz, 9 ay müddətinə hər ay 76 manat ödənilməklə nisyə satılmışdır. Nəticədə, Cavabdeh borcu 14.08.2019-cu il tarixli C9790154/19 nömrəli nisyə satış müqaviləsi üzrə 213 manat əsas borc və cərimə borcu 24 manat olmaqla cəmi 237 manat, 18.12.2019-cu il tarixli C9790274/19 nömrəli nisyə satış müqaviləsi üzrə 279 manat əsas borc və cərimə borcu 30 manat olmaqla cəmi 309 manat, ümumilikdə 546 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Ona görə də, məhkəmə belə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, cavabdehdən 14.08.2019-cıı il tarixli, C9790154/19 saylı nisyə satış müqaviləsi üzrə 213 manat əsas borc, 24 manat cərimə borcu olmaqla cəmi 237 manat borc, 18.12.2019-cıı il tarixli C9790274/19 saylı nisyə satış müqaviləsi üzrə 279 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 309 manat borc, ümumilikdə 546 manat borc və 31 manat dövlət rüsumu alınaraq, iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi təmin edilsin. Cavabdeh 14.08.2019-cu il tarixli, C9790154/19 saylı nisyə satış müqaviləsi üzrə 213 manat əsas borc, 24 manat cərimə borcu olmaqla cəmi 237 (iki yüz otuz yeddi) manat borc, 18.12.2019-cıı il tarixli C9790274/19 saylı nisyə satış müqaviləsi üzrə 279 manat əsas borc, 30 manat cərimə borcu olmaqla, cəmi 309 (üç yüz doqquz) manat borc, ümumilikdə 546 (beş yüz qırx altı) manat borc və 31 (otuz bir) manat dövlət rüsumu alınaraq, İddiaçı Hacıəlı oğlunun xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar