Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-127/2025 13.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2800 manat zərərin "xxxx" ASC-dən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2800 manat zərər vurulmuşdur. Cavabdeh sığorta şirkəti tərəfindən müvafiq qiymətləndirmə aparılaraq zərərin həcmi 1060 manat həddində müəyyən edilmişdir. Lakin, həmin avtomobilin bərpası üçün ümumilikdə 2800 manat vəsait lazımdır. Odur ki, iddia tələbinin təmin edilməsi xahiş edilir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini bildirmiş və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nümayəndə məhkəmə hazırlıq iclasında bildirmişdir ki, avtomobilin bərpası və zərər kimi tələbdən daha aşağı miqdarda, 1400 manat həddində sığorta ödənişinin aparılmasına cavabdeh sığorta şirkəti razıdır. İş materiallarında olan Bakı Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli XS-24/005 nömrəli rəyinə əsasən müəyyən edilir ki, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1360 manat təşkil edir. İş materiallarında olan Avanqard avto servis tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən edilir ki, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2800 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskeprtizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6992-8/2400 nömrəli rəyinə əsasən müəyyən edilir ki, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1425 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. İş materiallarında olan təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş X5 Mərkəzi MMCnin xx.xx.2024-cü il tarixl rəyinə əsasən müəyyən edilir ki, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2085 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mübahisənin qanuni əsası qismində tərəflər arasında bağlanmış sığorta müqaviləsinin şərtləri (öhdəlik münasibətləri) çıxış edir. “İcbarı Sığortalar” haqqında Azərbaycan Respublikası qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat hadisəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkənin üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 904.1-ci maddəsinə əsasən, sığorta məbləği sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin son həddidir. Həmin Məcəllənin 934.1-ci maddəsinə əsasən, bu Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Müəyyən edilir ki, mülki iş üzrə keçirilmiş ilkin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Eskeprtizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6992-8/2400 nömrəli rəyinə əsasən 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1425 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil etmişdir. Təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş X5 Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli rəyinə əsasən müəyyən edilir ki, 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 2085 manat təşkil edir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil etmiş və xidmət haqqı İddiaçı tərəfindən ödənilmişdir. Avtomobilin buraxılış ili, markası, detallarının çətin tapılması və retro xüsusiyyəti əsas götürülərək bərpasının həssaslıqla aparılması nəzərə alınmaqla X5 Mərkəzi MMC-nin xx.xx.2024-cü il tarixli rəyi məhkəmə tərəfindən daha ədalətli, mötəbər və əsaslı hesab edilir. Sığorta şirkəti tərəfindən iddiaçıya təxminən 1400 manat dəyərində sığorta ödənişinin təklif edilməsi, lakin, həmin məbləğin zərərin real həcmindən aşağı olması əsası ilə iddiaçı tərəfindən qəbul edilməməsi və mübahisənin məhkəmə müstəvisinə çıxarılması ilə bağlı iddiaçının irafə ifadəsi, dolayı yolla obyektiv faktiki vəziyyət nəzərə alınmalıdır. Beləliklə, araşdırma nəticəsində müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus olan 1993-cü il buraxılışlı “BMW 520” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2085 manat zərər vurulmuşdur. Lakin, həmin zərərlə bağlı sığorta ödənişi cavabdeh sığorta təşkilatı tərəfindən ödənilməmişdir. Cavabdeh "xxxx" ASC tərəfindən təklif edilmiş sığorta məbləği isə real zərərdən əhəmiyyətli dərəcədə az məbləğ təşkil etmişdir. İddiaçının öz avtomobilini sığorta şirkəti tərəfindən deyil, özü tərəfindən təmir etdirmək istəməsi mülkiyyətçi kimi onun hüququdur. Məhkəmə tələbə iddia həddində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin qismən, yəni əsas hissədə təmin olunması əsası ilə iddiaçı tərəfindən ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı, 50 (əlli) manat ekspertiza xərci isə cavabdeh "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş X5 Mərkəzi MMC-yə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının 100 (yüz) manat hissəsi İddiaçı aid edilməlidir. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən 2085 (iki min səksən beş) manat pul, ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumu və təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş X5 Mərkəzi MMC-yə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının 100 (yüz) manat hissəsi tutularaq iddiaçı X3 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2085 (iki min səksən beş) manat pul, ödənilmiş 48 (qırx səkkiz) manat dövlət rüsumu və təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş X5 Mərkəzi MMC-yə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının 100 (yüz) manat hissəsi tutularaq İddiaçı ödənilsin. Təkrar qiymətləndirmə ilə bağlı keçirilmiş X5 Mərkəzi MMC-yə ödənilmiş 200 (iki yüz) manat xidmət haqqının 100 (manat) hissəsi İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış 50 (əlli) manat məbləğində ekspertiza xərci cavabdeh "xxxx" ASCdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №2(004)-127/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-127/2025
13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver