Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1277/2021 01.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Şəmsəddin oğlunun, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, “xxxx” ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş 1680 manat maddi zərərin və 30.40 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və “xxxx” ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, ekspert rəyinə etiraz etmir. İddiaçı “xxxx” ASC-yə müraciət etdiyi zaman onların bu hadisədən xəbəri olmayıb. Hadisə Cavabdeh1 tərəfindən törədilib. İddiaçı tərəf qarşılıqlı razılıq üçün hər addımı atmışdır. Hələki tələb hər iki cavabdehə qarşıdır. Dəyən ziyanı hər iki tərəfdən istəyirlər. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxx” ASC-nin nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, xxxx ASC vurulmuş ziyanın onun tərəfindən ödnənilməsini mübahisələndirmir, onlar vurulmuş maddi ziyanla bağlı tələb olunan məbləğlə razı deyillər. Ekspert istinad nöqtəsi olaraq Real Motorsun qüsur aktını əsas götürüb. Halbuki iki qüsur aktında mübahisə olduğundan ekspertiza təyin olunmuşdur. Real Motorsun qüsur aktında imza, möhür, tarix yoxdur. İddiaçıdan ödənişi etmələrinə dair sənədi təqdim etmələrini xahiş etmiş, iddiaçının nümayəndəsi və vəkili ödənişlə bağlı sənəd təqdim edə bilmədiklərini bildirmişdir. Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, onun maşınına əl böyüklüyündə ziyan dəyib və dəymiş ziyanı qarşılamayıb. İddiaçıya qeyd olunan miqdarda ziyan vurmayıb. Şəkil çəkib sığortaya göndərib. İş materiallarında olan 29.11.2019-cu il tarixli AP0137433 saylı inzibati xəta haqqında protokola əsasən müəyyən olunur ki, Cavabdeh1 idarə etdiyi Mercedes Benz C240 markalı, 99BO140 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsiylə hərəkətdə olan zaman İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materirallarında olan 29.11.2019-cu il tarixli inzibati xəta vermə haqqında qərara əsasən müəyyən olunur ki, Cavabdeh1 İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə 100 manat cərimə edilmişdir. İş materiallarında olan 04.12.2019-cu il tarixli, Real Motors LTD tərəfindən tərtib olunmuş qüsur aktından müəyyən olunur ki, iş haqqı daxil olmaqla 1680 manat məbləğində hissələrin dəyişdirilməsi müəyyən olunmuşdur. İş materiallarında olan “X3” tərəfindən tərtib olunmuş, 10.09.2020-ci il tarixli qüsur aktına əsasən müəyyən olunur ki, avtomobilin təmiri üçün çəkilməli olan xərc 230 manat manatdır. 17.05.2021-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilir ki, iş materiallarında olan “Real Motors” LTD-nin 04.12.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Seat Leon” minik markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 1356 manat təşkil edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Cavabdeh1 İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsi nəticəsində İddiaçı məxsus Seat Leon minik markalı ** UA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin əzilməsi nəticəsində iddiaçıya maddi zərər vurulması iş materialları ilə öz təsdiqini tapır, avtomobilin xxxx ASC təfəindən sığortalı olması onun nümayəndəsi tərəfindən mübahisələndirilmir və məhkəmə ekspert rəyi ilə müəyyən edilən ziyanı daha mötəbər hesab edir. İddiaçının təqdim etdiyi 04.12.2019-cu il tarixli, Real Motors LTD tərəfindən tərtib olunmuş qüsur aktına əsasən məbləğ 1680 manat, cavabdeh “xxxx” ASC-nin təqdim etdiyi “xxxx” ASC tərəfindən tərtib olunmuş, 10.09.2020-ci il tarixli qüsur aktına əsasən 230 manat müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, ehtiyat hissələrinin köhnəlmə faizi nəzərə alınaraq, maddi zərər ekspertin rəyinə müvafiq olaraq 1356 manat məbləğində tutulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, 30,40 manat dövlət rüsumu cavabdeh xxxx” ASC-dən tutularaq iddiaçıya ödənilməli, 100 manat məbləğində mülki iş üzrə ekspertiza xərci cavabdeh xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə köçürülməldir. Həmçinin məhkəmə qeyd edir ki, digər cavabdehə münasibətdə iddia rədd edilməldir. Belə ki, Cavabdeh1 avtomobilinin sığortaçısı xxxx” ASC-dir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xxxx” ASC-dən dəymiş ziyana görə 1356 (min üç yüz əlli altı) manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə aparılmış 100 (bir yüz) manat məbləğində ekspertiza xərci cavabdeh “xxxx” ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-1277/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1277/2021
01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver