Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1310/2024 01.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından dünyaya gələn xx.xx.2007ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2771/2018 saylı qətnaməsi ilə bir uşaq üçün təyin edilmiş 154 (yüz əlli dörd) manat məbləğində alimentin, 235 (iki yüz otuz beş) manata artırılması, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin və mediasiyaya ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixində cavabdeh ilə aralarında rəsmi nikah bağlanılmışdır. Birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2771/2018 saylı qətnaməsi ilə nikahları pozulmuş, cavabdehdən uşaqların saxlanılması üçün bir uşağa 154 (yüz əlli dörd) manat olmaqla, ümumilikdə iki uşağa görə 308 (üç yüz səkkiz) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilmişdir. İlkin olaraq işin mediasiyada həlli üçün cavabdehə mediasiya qaydasında təklif vermişdir. Müvafiq qaydada 14 gün gözləndikdən sonra tərəflərindən mediasiya təşkilatına müraciət edildi. Mediasiya təşkilatında xx.xx.2024cü il tarixində müvafiq iclas keçirilərək iddiaçıya cavabdeh iştirak etmədiyi üçün “X3 iştirak edilməməsi” barədə arayış təqdim edildi və bildirildi ki, bundan sonra artıq məhkəməyə müraciət etməlidir. Hal-hazırda hesab edir ki, birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2771/2018 saylı qətnaməsi ilə xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay bir uşaq üçün təyin edilmiş 154 (yüz əlli dörd) manat, ümumilikdə iki uşağa görə 308 (üç yüz səkkiz) manat məbləğində alimentin miqdarının Azərbaycan Respublikasının X2 2024-cü il üzrə minimum həddində, yəni bir uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, 154 (yüz əlli dörd) manatdan, 235 (iki yüz otuz beş) manata artırılması, ümumilikdə iki uşağa görə 470 (dörd yüz yetmiş) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi zəruridir. Mediasiya prosesi zamanı tərəfindən 50 manat rüsum ödənilmişdir. Mediasiya arayışında sonuncu qrafada xüsusi qeyd də mövcuddur. Bu növ iddialar üzrə təyin edilən rüsum 30 manatdır. O, da mediasiyada 50 manat ödəniş etdiyi üçün hazırki iş üzrə məhkəməyə müraciət edərkən rüsum ödəmir. Məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; AZ-İİ seriyalı, 024905 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. AZ-İİ seriyalı, 462513 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2009-cu ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2771/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayı tərəfindən 06 dekabr 2017-ci il tarixli akt qeydinə əsasən bağlanılmış nikah pozulmalı, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X1 və tərbiyə edilmələri üçün İddiaçı yanında qalmaları, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay Cavabdeh hər uşağa görə 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, nikahın pozulması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu və notarial xərclər üçün ödənilmiş 10,40 (on manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən MPay ödəniş portalı vasitəsilə 60 (altmış) manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2771/2018 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaəsn məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(004)-2771/2018 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. xx.xx.2007-ci il təvəllüdlü X4 və xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-1310/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1310/2024
01.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver