Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1320/2025 19.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21750 (iyirmi bir min yeddi yüz əlli) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 156 manat alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 21750 (iyirmi bir min yeddi yüz əlli) manat miqdarında pul borcludur. Hal- hazırda cavabdeh ona borclu olduğu pulu qaytarmır. Belə ki, Cavabdeh müəyyən vaxtlarda ondan 22000 (iyirmi iki min) olaraq borca pullar almışdır. xx.xx.2024-cü il tarixdə ərizə yazaraq borcunu etiraf etmiş və hər ay 250 manat verəcəyinə söz vermiş və bundan sonra 2100 manat pulu verdiyini bildirməklə 19900 manat verəcəyini yazaraq imza etmişdir. Bundan başqa 2024-cü ilin iyul avqust ayında Milliön aparatından 450, 600, 420 manat, Emanatdan 500 manat olmaqla cəmi 1970 manat pulu cavabdehə məxsus LEO karta göndərmişdir. Bu puldan da 1850 manat borclu qalmışdır. O, bu pulu müəyyən müddət ərzində ödəyəcəyini bildirmişdir. Həmçinin cavabdeh onun əvvəlki tanışı olduğu üçün onun ona yazığı gəlmiş, kömək məqsədi ilə bu yardımı ona göstərmişdir. Onun ona borclu olmasını sübut edən sənəd kimi imzası ilə təsdiq edilmiş ərizəsi, pul göndərməyi barədə çeklər, whatsapp vasitəsilə göndərilən səs yazıları və yazışmalar vardır. Fləş kartla məhkəməyə təqdim ediləcəkdir. Hal-hazırda ilk borc götürdüyü vaxtdan bu yana borcunu ödəməyən cavabdeh ona 21750 (iyirmi bir min yeddi yüz əlli) manat pul borcludur. Dövlət rüsumu olaraq 156 manat pul tərəfindən ödənilmişdir. Bütün bunları nəzərə alaraq Cavabdeh 21750 (iyirmi bir min yeddi yüz əlli) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 156 manat alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilmiş, lakin o, məhkəməyə gəlməmiş və 04 fevral 2025-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq, onun iddiaçıya 21750 (iyirmi bir min yeddi yüz əlli) manat pul borcunun olduğunu etiraf etmiş və xəstəliyi ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Cavabdeh 20 iyun 2024-cü il tarixli ərizəsinə əsasən o, Xuraman xanıma 22000 manat pul borclu idi. O, hər ay 250 manat verəcəyinə söz vermişdir. Hal-hazırda o, Xuraman xanıma 2100 manat pul vermiş, 19900 manat pul borclu qalmışdır. Bunu da tez verib qurtaracağına söz vermişdir. - 26 iyul 2024-cü il tarixli qəbzə əsasən İddiaçı Milliön aparatı vasitəsilə Cavabdeh kartına (son 8 rəqəm: ********) 450 manat pul köçürtmüşdür. - 30 iyul 2024-cü il tarixli qəbzə əsasən İddiaçı Milliön aparatı vasitəsilə Cavabdeh kartına (son 8 rəqəm: ********) 600 manat pul köçürtmüşdür. - 04 avqust 2024-cü il tarixli qəbzə əsasən İddiaçı Milliön aparatı vasitəsilə Cavabdeh kartına (son 8 rəqəm: ********) 420 manat pul köçürtmüşdür. - 07 avqust 2024-cü il tarixli qəbzə əsasən İddiaçı Milliön aparatı vasitəsilə Cavabdeh kartına (son 8 rəqəm: ********) 500 manat pul köçürtmüşdür. Beləliklə, işin halları ilə və məhkəmə iclasında iddiaçının verdiyi ifadəsinə əsasən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 22000 (iyirmi iki min) manat məbləğində borca pul vermiş və sonuncu borcu hər ay 250 manat verərək, tam qaytarmağı öhdəsinə götürmüşdür. Sonuncu dəfə 20 iyun 2024-cü il tarixdə həmin borcundan 2100 (iki min yüz) manat pul ödəmişdir. Bu barədə sadə yazılı formada ərizə yazılmış və ərizəyə əsasən Cavabdeh yuxarıda 19900 manat borcunun qaldığını öz imzası ilə təsdiq etmişdir. Daha sonra İddiaçı (450+600+420+500=1970 (bir min doqquz yüz yetmiş) manat pulu müxtəlif vaxtlarda Cavabdeh məxsus kart hesabına göndərmişdir. İddiaçı Cavabdeh 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pulun və ödənilmiş 156 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir, cavabdeh iddia tələbini etiraf edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən Mülki Məcəllənin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, tərəflər arasında yaranan münasibətlər borc münasibətləri olsa da, qanunvericiliyin tələbinə uyğun olaraq yazılı borc müqaviləsi bağlanmamışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, borc verən İddiaçı borcalan Cavabdeh 21750 manat məbləğində borc pul verdiyini bildirir, cavabdeh isə bunu etiraf edir. Məhkəmə iddiaçının 21750 manat borc verməsi halını cavabdehin etirafı, yəni 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pulun borc verilməsini işin mübahisəsiz halı kimi qiymətləndirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. “Məhkəmə qətnaməsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarına əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmasıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olduğu günə olan manat məzənnəsi ilə hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olan 156 (yüz əlli altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21750 (iyirmi bir min yeddi yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 156 (yüz əlli altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1320/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1320/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver