Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1336/2021 13.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Yəhya oğluna qarşı "vurulmuş zərərin ödənilməsi tələbinə dair" mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Yəhya oğluna qarşı "vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müəraciət edərək, cavabdehdən vurulmuş zərərə görə 135.000 manat pulun iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, eyni zamanda iddiaçılar İddiaçı1 və İddiaçı3 nümayəndəsi İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, xx.xx.2008-ci il tarixdə Cavabdeh Yəhya oğlu atası X5 ilə əlbir olub, İddiaçı1 gizli olaraq yeganə yaşayış yerləri olan Novxanı qəsəbəsində yerləşən, sahəsi 36,48 kv.m-dən ibarət 2 otaqlı 1106 “D” saylı bağ evinə dair Bakı şəhəri 14 saylı X6 alqı-satqı müqaviləsi bağlamışlar. Bu müqaviləyə əsasən X4 Zərri ilə birgə əmlakları olan bağ evini real qiymətindən dəfələrlə aşağı, 48 000 manata Cavabdeh Yəhya oğluna satmış, pulun hamısını özünə götürüb, ailəni tərk edərək Qazaxstan Respublikasına qaçmışdır. Satılan bağ evi sənədlə 2 otaqlı 36,48 kv.m qeyd edilsə də, həqiqətdə yaşayış sahəsi dəfələrlə böyük bir villadır. Bu bağ evində iddiaçılar birlikdə yaşayırdı. Biznesində bankrot olan Məmmədov Məhərrəmdən bağ evini qiymətindən dəfələrlə aşağı məbləğə alan Cavabdeh məhkəmə icraçılarının vasitəsilə onları yaşadıqları bağ evindən çıxarıb küçəyə atmışdır. Böyük yaşayış sahəsi olan bağ evindən qanunsuz çıxarıldıqdan sonra bütün ailə 10 il ərzində kirayə tutulmuş evlərdə yaşamağa, 200-300 manat kirayə pulu vermək məcburiyyətində qalmışdır. Nəticədə 10 il ərzində ən azı 70000 manat zərər çəkmişdir. Bundan əlavə evdən qanunsuz çıxarılmaqla bağlı 8-9 il ərzində çoxsaylı məhkəmə baxışlarında iştirak etmək məcburiyyətində qalmış, bununla bağlı vəkil və digər hüquqi xidmətlərə 5000 manat vəsait vermək məcburiyyətində olmuşlar. Nəhayət, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarı ilə xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsi qanunsuz hesab edilmişdir. Yəni Cavabdeh tərəfindən pozulmuş mülki hüquqları bərpa edilmişdir. Konstitusiya Məhkəməsinin qərarına əsaslanaraq Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2019-cu il tarixli qərardadı ilə qanunsuz çıxarıldıqları Novxanı qəsəbəsində olan bağ evinin 11 ildən sonra qaytarılmasını tələb etmişdir. Bu qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Kirayə evlərdə yaşadıqları və məhkəmələrdə mübahisə apardıqları illərdə Cavabdeh Yəhya oğlu hüquq pozuntusu ilə aldığı bağ evindən özü üçün mənfəət götürmüşdür. O, 10 il ərzində bağ evini kimlərəsə kirayə vermişdir. Nəticədə yaxşı təmirli bağ evi tamamilə dağıdılmış, yaşamaq üçün yararsız vəziyyətə gətirilmişdir. Hazırki vaxt bağ evinin ilkin vəziyyətinə gətirilməsi üçün 60000 manat vəsait tələb olunur. Beləliklə, Cavabdeh Yəhya oğlu qanunsuz olaraq 10 il müddətində onları kirayə evlərdə yaşamağa məcbur etdiyi, bağ evini tamamilə dağıtdığı və çoxsaylı məhkəmə xərcləri çəkilməsinə məcbur etdiyi səbəbdən ailələrinə 135000 manat zərər vurmuşdur. Göstərilənlərə əsasəni, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Novxanı qəsəbəsində yerləşən 1106 saylı bağ evi 2 saylı rayonlar arası Təmir Tikinti Trestinin “xxxx” ASC-dən götürdüyü kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan kredit borcu ödənilmədiynə görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin “xxxx” ASC-nin iddia tələbi üzrə qəbul edilmiş xx.xx.2006-cı il tarixli, 2- 2972/2006-cı il tarixli qətnaməsinə əsasən tutulmalı olan borcun həmin fərdi yaşayış evinə yönəldilməsi qət edilmişdir. Bundan sonra həmin fərdi yaşayış evi hərraca çıxarılmadan “xxxx” ASC-nin razılıq məktubuna əsasən evin mülkiyyətçisi X5 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 48000 manata Cavabdeh satılmış, həmin məbləğin 17470 manatı qətnamə ilə tutulmalı olan bankın borcunun ödənilməsinə yönəlmiş, yerdə qalan məbləğ isə mülkiyyətçiyə ödənilmişdir. Qeyd olunan alqı-satqı müqaviləsi əsasında bankın borcu bağlandığına görə həmin fərdi yaşayış evi ipoteka ilə yüklülükdən azad edilmişdir. Eləcə də, həmin ev qeyd olunan alqı-satqı müqaviləsiqə əsasən Cavabdeh satılmasaydı, məhkəmə qətnaməsinin icrası qaydasında həmin ev açıq həracda satılacaqdı. Həmçinin qeyd edir ki, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə Cavabdeh hər hansı bir hüquqazidd əməlləri səbəb olmamışdır. Belə ki, həmin qətnamənin ləğv edilməsinə dair olan qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı1 tərəfindən əri X3 xx.xx.2004-cü il tarixdə 3 illik müddətə etibarnamə verilmiş, alqı-satqı müqaviləsi bağlanan zaman həmin etibarnamənin müddəti başa çatmış və bununla da X2 İddiaçı1 adından etibarnamədə müəyyən edilmiş səlahiyyətləri həyata keçirmək hüququ olmamışdır. Göründüyü kimi, müqavilənin etibarsız hesab edilməsinə əsas Cavabdeh hər hansı bir hüquqazidd əməlləri deyil, X2 və 14 saylı Notariat Kontorunun qanunsuz hərəkətləri səbəb olmuşdur. Həmçinin qeyd edir ki, qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi nəticəsində əslində real zərər Cavabdeh vurulmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən qeyd olunan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə görə X1 48000 manat məbləğində pulun alınaraq Cavabdeh ödənilməli olsa da, bu günədək həmin vəsaitin ona ödənilməsi təmin edilməmişdir. Eləcə də, Cavabdeh 48000 manat məbləğində pulun indeksasiyasının həyata keçirilməsinə dair ərizə ilə Binəqədi rayon Məhkəməsinə müracəit etmiş və həmin iş üzrə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Həmçinin, qeyd olunan fərdi yaşayış evi Cavabdeh tərəfindən alındıqdan sonra həmin evdə yaşayış olmamış, ümumiyyətlə həmin ev istifadə olunmamışdır. Ev alındıqdan sonra yalnız təbii şəkildə köhnəlməyə məruz qalmış, evdə heç bir dağıntı və söküntü işləri aparılmamışdır. Bu səbəbdən də evin kirayəyə verilməsinə, eləcədə cavabdeh tərəfindən dağıdılaraq yararsız vəziyyətə gətirilməsinə dair iddiaçıların qeyd etdikləri tamamilə əsassızdır. Eyni zamanda, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmələrinin əsas səbəbi Cavabdeh indeksasiyası həyata keçirilməklə ödənilməli olan 48000 manat pul məbləğinin ödənilməsindən yayınmaqdır. Belə ki, iddiaçılar həmin evə təxminən bir il əvvəl köçmüşlər və evə köçdükdən dərhal sonra hazırkı iddia tələblərində göstərilən əsaslarla məhkəməyə müraciət etməmişlər. Cavabdeh 48000 manat məbləğində pulun indeksasiyasının həyata keçirilməsinə dair ərizə ilə Binəqədi rayon Məhkəməsinə müracəit etdikdən sonra iddiaçılar tərəfindən hazırkı iddia tələbi ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Qeyd olunanların nəzərə alınmaqla, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü, 1096.1- 1096.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İddiaçı1 şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarından göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 Cavabdeh qarşı bağ evinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv olunması və əvvəlki qeydiyyatın bərpası tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin MKnın xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin M.K-nın xx.xx.2016-cı il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MKnın xx.xx.2016-cı il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin MK-nın xx.xx.2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Z.lsmixanova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayətlə müraciət edərək, Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu İddiaçı1 Cavabdeh qarşı bağ evinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilərək çıxarışın ləğv olunması və əvvəlki qeydiyyatın bərpası tələbi barədə mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1-418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməsini, işə Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmasını qərara almışdır. Bakı Apelyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilmiş, Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən, yaşayış sahəsi 36,48 kv.m-dən ibarət 2 otaqlı 1106 D saylı bağ evinə dair İddiaçı3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, əvvəlki qeyd bərpa edilməklə çıxarışın ləğv edilməsi, mənzilə görə ödənilmiş 48.000 manat pulun İddiaçı3 alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin M.K-nın xx.xx.2019-cu il tarixli qərarı ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmişdir. Hazırda iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia edir ki, Cavabdeh Yəhya oğlunun qanunsuz hərəkətləri nəticəsində uzun müddət kirayədə qalmaqla və cavabdeh tərəfindən onlara məxsus bağ evinin yararsız hala gətirilməsi nəticəsində onlara 135000 manat məbləğində maddi zərər vurulmuşdur. Halbuki, iş materiallarında olan məhkəmə aktlarından da göründüyü kimi, Cavabdeh Yəhya oğlu ilə X5 arasında Novxanı qəsəbəsində yerləşən, sahəsi 36,48 kv.m-dən ibarət 2 otaqlı 1106 “D” saylı bağ evinə dair xx.xx.2008-ci il tarixdə Bakı şəhəri 14 saylı X6 bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin əsası kimi, İddiaçı1 tərəfindən X3 verilmiş etibarnamənin müddətinin bitməsi olmuş, Cavabdeh Yəhya oğlunun müqavilənin etibarsızlığı üzrə heç bir qanunsuz hərəkəti müəyyən olunmamışdır. Eləcə də, iddiaçılara məxsus bağ evinin cavabdeh tərəfindən kirayəyə verilməsi, bu səbəbdən də, dağılaraq yararsız vəziyyətə gətirilməsi barədə iddiaçıların mülahizələri öz təsdiqini tapmamışdır. Mülki qanunvericiliyə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçılar tərəfindən tələblərini təsdiq edə biləcək əsaslı və mötəbər sübutlar təqdim olunmamışdır. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olduğu halda, məhkəmə hesab edir ki, hazırki iddia tələbi əsassız və qanunsuz olub rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Odur ki, iddiaçılar tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu özlərinə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Yəhya oğluna qarşı "vurulmuş zərərin ödənilməsi tələbinə dair" iddiaları təmin edilməsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçılra aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-1336/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1336/2021
13.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver