Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1361/2022 24.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" KB ASC 18.05.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qaytarılmasını barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh1 ərizəyə etiraz etmədiyini bildirir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinə əsasən iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə qaytarıldığından ödənilmiş dövlət rüsumu da iddiaçıya geri qaytarılmalı, keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci iddiaçıdan tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 114, 170, 170.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı "xxxx" KB ASC-yə geri qaytarılsın. 25.01.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 143,47 (yüz qırx üç manat qırx yeddi qəpik) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-yə ("xxxx" KB ASC, kod 507666, VÖEN **********, Müxbir hesab AZ46NABZ********************, S.W.İ.F.T. UBAZAZ22XXX) qaytarılsın. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xərci olan 150 ( yüz əlli) manat məbləğində pul iddiaçı "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ("xxxx" ASC, VÖEN **********, Kod 200145, VÖEN **********, hesab AZ90AİİB********************, müxbir hesab AZ37NABZ********************, S.W.İ.F.T. kod: AİİBAZ2X) ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1361/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1361/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver