Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1378/2021 06.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası; Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 05.01.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 29.12.2017-ci il tarixli 3M-374 reyestr nömrəli kredit müqaviləsinə əsasən verdiyi 15.000 manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borc öhdəliyinə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 44 saylı notariat kontorunda İddiaçı və Cavabdeh arasında bağlanmış 29.12.2017-ci il tarixli 3M-374 reyestr nömrəli kredit müqaviləsi üzrə onun borc öhdəliyinə xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi və izahatında bildirdi ki, onun Cavabdeh ilə Emin adlı uşaqlıq dostu tanış etmişdir. O, tikinti işləri ilə məşğul olur. Nüsrət ona təklif etmişdir ki, Mehdiabad qəsəbəsində yerləşən Gənclik Şəhərciyində inşa ediləcək binaların 8 ədədinin inşasını həyata keçirsin və gəlir əldə edə etsinlər. Bu məqsədlə o, Cavabdeh adına və Nüsrətin qohumu X6 adına borc müqavilələri bağlamaqla hər biri 15.000 manat olmaqla 30.000 manat pulu Cavabdeh vermişdir. Onlar notariat kontoruna gedərək 29.12.2017-ci il tarixli kredit müqaviləsinə onun borcalan Cavabdeh 29.12.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə bir il müddətinə 15.000 manat borc verdiyinə dair Bakı şəhəri 44 saylı notariat kontorunda 29.12.2017-ci il tarixdə müqavilə bağlamışlar. Ümumilikdə verdiyi 30.000 manat borcun qaytarılmasının təminatı olaraq Cavabdeh dostu X11 08.08.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsinə dair onun adına 29.12.2017-ci il tarixdə 10 il müddətinə baş etibarnamə vermiş və qeyri-yaşayış sahəsinin 08.08.2015-ci il tarixli çıxarışının əslini ona təqdim etmişdir. 29.12.2017-ci il tarixli kredit müqaviləsinin müddəti 29.12.2018-ci ildə başa çatsa da Cavabdeh ondan aldığı 15.000 manat borcu qaytarmamışdır. Cavabdeh borcu qaytara bilmədiinə görə X7 məxsus olan ünvan 1 ünvanda yerləşən sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsini etibarnamə əsasında satmağı və pulu götürməyi təklitf etmişdir. Aralarındakı razılaşmaya əsasən obyektin satışından əldə olunacaq vəsaitin 30.000 manatını borcun əvəzində o, götürməli idi. Bu məqsədlə onlar birlikdə Abşeron rayonu 2 saylı notariat ofisinə getmişlər. Abşeron rayonu 2 saylı notariat ofisində 13.03.2018-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən o, 29.12.2017-ci il tarixli etibarnamə əsasında X7 məxsus olan ünvan 1 ünvanda yerləşən sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsini 60.000 manata X1. X5 arvadı X12 obyektin satılmasına razılıq vermişdir. O, 13.03.2018-ci il tarixli alqısatqı müqaviləsini X5 əvəzindən imzalasa da, müqavilədə göstərilən 60.000 manatı və ya ona çatası 30.000 manatı almamışdır. Çünki, alqı-satqı zamanı orada olan X14 ona söz vermişdir ki, 30.000 manatın əvəzinə ona bir ay müddətində 26.500 manat pul verəcəkdir. X4 başqa obyekti sataraq 26.500 manatı Cavabdeh vermişdir ki, ona versin. Lakin Nüsrət pulu ona qaytarmamışdır. Alqı-satqı zamanı 30.000 manatın 3.500 manatı rüsum kimi tutulmuşdur. Abşeron rayonu 2 saylı notariat ofisinin notariusu G.İ.Məsimovanın verdiyi 12.03.2018-ci il tarixli çekdə göstərilən 60.000 manat vəsaiti notariusun “xxxx” ASC-nin Abşeron filialındakı depozit hesabıdan almamışdır. Odur ki, 29.12.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verdiyi 15.000 manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona qaytarılması və qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X10 məhkəmə iclasında iddianı qəbul etmədi və qarşılıqlı iddianı müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış 29.12.2017-ci il tarixli 3M-374 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 29.12.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə bir il müddətinə 15.000 manat borc vermişdir. Borcun qaytarılmasının təminatı kimi Cavabdeh dostu X11 08.08.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı adına 29.12.2017-ci il tarixdə 10 il müddətinə baş etibarnamə vermiş və qeyri-yaşayış sahəsinin 08.08.2015-ci il tarixli çıxarışının əslini ona təqdim etmişdir. Cavabdeh aldığı 15.000 manat borcu qaytara bilmədiyini İddiaçı bildirmiş və obyekti sataraq borcun əvəzini götürməsini təklif etmişdir. Bundan sonra Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış 13.03.2018-ci il tarixli 4Ə-402 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı 29.12.2017-ci il tarixli etibarnamə əsasında X9 60.000 manata satmış və Cavabdeh 29.12.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verdiyi 15.000 manat borcun əvəzini özünə götürmüşdür. Bu səbəbdən hesab edir ki, Cavabdeh 29.12.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyinə xitam verilməlidir. Odur ki, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Cavabdeh əvvəlki məhkəmə iclaslarında iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə etmiş, nümayəndəsi və vəkili X3 izahatına oxşar, eyni məzmunlu izahat vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri, notariat işinin materiallarını və kassa məxaric orderini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilk iddia rədd, qarşılıqlı iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri 44 saylı notariat kontorunda bağlanmış 29.12.2017-ci il tarixli 3M-374 reyestr nömrəli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 29.12.2018-ci il tarixə kimi qaytarmaq şərti ilə bir il müddətinə 15.000 manat borc vermişdir. Borcun faizsiz verilməsi şərtləndirilmişdir. Tərəflərin məhkəmə iclasında verdikləri izahatlarından müəyyən edilmişdir ki, tərəflər arasında olan şifahi razılaşmaya əsasən 29.12.2017-ci il tarixli müqavilə üzrə verilmiş 15.000 manat borcun qaytarılmasının təminatı kimi Cavabdeh dostu X11 08.08.2015-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı adına 29.12.2017-ci il tarixdə 10 il müddətinə baş etibarnamə vermiş və qeyriyaşayış sahəsinin 08.08.2015-ci il tarixli çıxarışının əslini İddiaçı təqdim etmişdir. Cavabdeh borcunu qaytara bilmədiyi təqdirdə İddiaçı adına 29.12.2017-ci il tarixli etibarnamədən istifadə etməklə X5 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 66,3 kv.m olan qeyriyaşayış sahəsini satmaqla, Cavabdeh verdiyi 15.000 manat borcun əvəzini özünə götürməli idi. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, 15.000 manat pulu cavabdehə vermişdir. Borclu da müqavilə üzrə iddiaçının müəyyən etdiyi müddətdə borcu qaytara bilmədiyinə görə, tərəflər arasındakı şifahi razılaşmaya uyğun olaraq, Abşeron rayonu 2 saylı notariat ofisində bağlanmış 13.03.2018-ci il tarixli 4Ə-402 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı etibarnamə əsasında 60.000 manata X1. Müqavilə bağlanarkən İddiaçı 13.03.2018-ci il tarixdə saat 16:25:55-də 1.793,68 manat vergi ödəmişdir. X2 etibarnamə üzrə nümayəndəsi İddiaçı ilə alıcı X13 13.03.2018-ci il tarixdə notariusa birgə ərizə yazaraq ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsini 60.000 manata satmağa razılaşdıqlarını bildirmişlər. X2 etibarnamə üzrə nümayəndəsi İddiaçı ilə alıcı X13 arasında bağlanmış 13.03.2018-ci il tarixli 4Ə-402 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu 2 saylı notariat ofisinin notariusu G.İ.Məsimovanın verdiyi 12.03.2018-ci il tarixli 111 nömrəli məktub əsasında alıcı X13 tərəfindən ödənilməli olan 60.000 manat vəsait, müqavilə təsdiq edildikdən sonra notariusun məktubu əsasında İddiaçı verilməsi üçün notariusun “xxxx” ASC-nin Abşeron filialındakı AZ71AİİİB******************** nömrəli depozit hesabına qəbul edilmişdir. X13 12.03.2018ci il tarixdə saat 14:54:38-də 60.000 manat vəsaiti notariusun depozit hesabına ödəmişdir. Abşeron rayonu 2 saylı notariat ofisinin notariusu G.İ.Məsimova notariusun “xxxx” ASC-nin Abşeron filialındakı depozit hesabından alqı-satqı müqaviləsi üzrə 60.000 manat pul vəsaitini alması üçün İddiaçı 12.03.2018-ci il tarixli KB8 № ******* nömrəli kassa çeki vermişdir. “xxxx” ASCnin Abşeron filialı tərəfindən məhkəməyə təqdim edilmiş həmin çekin arxa tərəfində 60.000 manatın 12.03.2018-ci il tarixdə İddiaçı ödənildiyi barədə müvafiq qeyd yazılmış və imzalanmışdır. Pulu alan şəxsin şəxsiyyətini təsdiq edən sənəd kimi İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi göstərilmişdir AZE 0*******, Bakı-Nizami RPİ 16.09.2015-ci il. İddiaçı izahatında 13.03.2018-ci il tarixli alqı-satqı müqaviləsini imzalasa da, müqavilədə göstərilən məbləği almadığını iddia edir. Məhkəmə qeyd edir ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 66,3 kv.m olan qeyriyaşayış sahəsinin satılmasına dair alqı-satqı müqaviləsi üzrə alıcı X8 notariusun depozit hesabına ödədiyi 60.000 manat pulun İddiaçı ödənilməsi üçün Abşeron rayonu 2 saylı notariat ofisinin notariusu G.İ.Məsimova tərəfindən 12.03.2018-ci il tarixli KB8 № ******* nömrəli kassa çeki verilmişdir. Əgər Abşeron rayonu 2 saylı notariat ofisinin notariusu G.İ.Məsimova tərəfindən verilmiş 12.03.2018-ci il tarixli KB8 № ******* nömrəli kassa çekində göstərilən 60.000 manat pul “xxxx” ASC-nin Abşeron filialı tərəfindən İddiaçı ödənilməmişdirsə, İddiaçı həmin çekə əsasən pul vəsaitinin kimə ödənildiyini, çekdəki imzanın kimə məxsus olmasının araşdırılması üçün “xxxx” ASC-yə və hüquq mühafizə orqanlarına müraciət etmək hüququ vardır. Pulun ödənilmədiyi və ya mənimsənildiyi sübuta yetirildiyi təqdirdə İddiaçı 12.03.2018-ci il tarixli KB8 № ******* nömrəli kassa çekində göstərilən 60.000 manat pul vəsaitinin ödənilməsini “xxxx” ASC-dən tələb etmək hüququ vardır. Çünki, həmin çekdə göstərilən 60.000 manat vəsati almaq səlahiyyəti yalnız İddiaçı məxsus olmuşdur. Hazırkı halda isə cavabdehin vəzifəsi 29.12.2017-ci il tarixli borc müqaviləsi üzrə 15.000 manat vəsaitin qaytarılmadığı təqdirdə, İddiaçı 29.12.2017-ci il tarixli etibarnaməyə əsasən sərəncam vermək hüququna malik olduğu və X5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 66,3 kv.m olan qeyri-yaşayış sahəsinin satılmasını və İddiaçı alqı-satqı müqaviləsi üzrə pul vəsatini almasını sübut etməkdən ibarət olmuşdur. İşin bu halı 13.03.2018-ci il tarixli alqısatqı müqaviləsi, notariusun 60.000 manat pulun İddiaçı ödənilməsi üçün verdiyi 12.03.2018-ci il tarixli KB8 № ******* nömrəli kassa çeki ilə sübuta yetirilir. Yəni, Cavabdeh 15.000 manat borcunun əvəzinin ödənilməsi üçün İddiaçı etibarnamə əsasında X5 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 66,3 kv.m olan qeyriyaşayış sahəsini satmasını sübuta yetirməklə, 29.12.2017-ci il tarixli müqavilə üzrə borc öhdəliyinə xittam verildiyini sübuta yetirmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “29.12.2017-ci il tarixli 3M-374 reyestr nömrəli kredit müqaviləsinə əsasən verdiyi 15.000 manat borcun və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri 44 saylı notariat kontorunda İddiaçı və Cavabdeh arasında bağlanmış 29.12.2017-ci il tarixli 3M-374 reyestr nömrəli kredit müqaviləsi üzrə Cavabdeh 15.000 manat borcu İddiaçı qaytarması öhdəliyinə xitam verilsin. İlk iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1378/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1378/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver