Məhkəmə qərarları › İş №2(004)-1384/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1384/2023

04.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1384/2023 04.04.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyinin, Hacıyeva Aysel Nazim qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh o]luna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat dəyərində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Dövlət Yol Polis İdarəsirin 23.11.202 l-ci il tarixində verdiyi, BA 137547 saylı texniki pasporta əsasən “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh məxsusdur. Cavabdeh “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2021-ci il tarixli 7E-35976 reyster nömrəli etibarnamə əsasında İddiaçı təqdim etmişdir. Cavabdeh və İddiaçı xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, Zabitlər parkı yaxınlığında şifahi danışıq əsasında razılığa gəlmişlər ki, “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 36 ay ərzində aylıq 800 manat məbləği ödəməklə qalmaq şərti ilə ona verilsin. Cavabdeh onun təkidlərinə baxmayaraq notarial qaydada təsdiqini tapmış yazılı müqavilə ilə rəsmiləşdirmə edilməsinə razı olmadı. Qalmaq şərti olması ilə bağlı olaraq yaranacaq bütün texniki xərclərin qarşılanması onun öhdəsinə verildi. Hər ay ödənişləri vaxtı vaxtında Cavabdeh kart hesabına ödəmişdir. 01.11 2022-ci il tarixində ödənişi etdikdən sonra nəqliyyat vasitəsində nasazlıq yarandı və onun tərəfindən təmir işləri görülərək nəqliyyat vasitəsi saz vəziyyətə gətirildi. Bu hadisələrdən sonra Bakı şəhəri, Yasamal rayonu ərazisində onunla görüşərək nəqliyyat vasitəsinin qalmaq şərti ilə verilməsini inkar etdi və nəqliyyat vasitəsini qalmamaq şərti ilə əvvəlki qayda ilə idarə etməyinə razılığını bildirdi. O da qalmamaq şərtini qəbul etmədi və nəqliyyat vasitəsini təhvil verdi. Bu barədə Cavabdeh dələduzluq edərək etibardan sui istifadə etməsi barədə Sabunçu rayonu 15-ci polis bölməsinə şikayət ərizəsiylə müraciət etdi. Polis bölməsindən ona təqdim olunan sənədlərin surətlərini qoşma vərəqdə təqdim edir. Nəticədə ona nəqliyyat vasitəsi üçün ödədiyi təmir xərcindən əlavə 8000 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbi ilə eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X5 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının vəziyyətinin pis olduğunu nəzərə alaraq əl tutmaq məqsədilə 36 ay müddətində borcun ödənilməsi şərti ilə maşını ona vermişdir. Lakin maşının xərclərini ödəməmiş, hətta maşını qaytarmışdır. Qaytardıqdan sonra yaranan 1000 manatdan çox cərimələri də özü ödəmişdir. İddiaçının oğlu tərəfindən avtomobil idarə olunarkən də cərimələri yaranmışdır. Onları da özü ödəyib. Maşın ona qaytarıldıqdan sonra maşının motorunun da xarab olmağı məlum olmuşdur. Daha sonra maşını başqalarına kirayə vermək üçün avtomobilə 1500-2000 manat məbləğində xərc çəkmişdir. Odur ki, iddia tələbinin əsassız hesab edərək təmin olunmamasını məhkəmədən xahış etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi sübut olunmadığından və əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 05 dekabr 2021-ci il tarixli etibarnamədən görünür ki, Cavabdeh məxsus “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı xx.xx.2023-cü il tarixədək etibar edilmişdir. Sabunçu RPİ-nin baş təhqiqatçısı, polis mayoru X3 22 yanvar 2023-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. Daha sonra İddiaçı ilə X5 aralarında şifahi razılığa gələrək Cavabdeh ona məxsus “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili 36 ay müddətinə hər ay ödənişlər etmək şərti ilə İddiaçı istifadəsinə vermişdir. İddiaçı isə 8 ay həmin avtomobildən istifadə edərək ödənişləri aylıq X4 ödəmişdir. Həmçinin İddiaçı avtomobildən istifadə edərkən müxtəlif usta xərclərini də ödəmişdir. Hazırda isə İddiaçı cavabdeh X1 8000 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi; mülki hüquq subyektlərinin iradə sərbəstliyi, müqaviə azadlığı prinsipləri təsbit olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Mülki Məcəllənin 390.6-cı maddəsinə əsasən müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Məhkəmə işin faktiki hallarını, tərəflərin qarşılıqlı münasibətləri çərçivəsində nəzərdən keçirərək, eyni zamanda məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlara istinad edərək hesab edir ki, İddiaçı ilə cavabdeh X5 arasında şifahi razılıq əsasında X5 ona məxsus “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 36 ay müddətinə ödəmək şərti ilə istifadə etmişdir. İddiaçı 8 ay həmin avtomobili istifadə etdikdən sonra avtomobili sahibinə qaytarmışdır. İddiaçı həmin avtomobildən istifadə etdiyi 8 ay müddətində avtomobilin təmir xərclərini ödəmişdir. Beləliklə müəyyən edilmişdir ki, İddiaçı “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 8 ay müddətində istifadə etdiyi müddətdə dəymiş ziyanı ödəsə də, iddia ərizəsindən də göründüyü kimi məlum olmuşdur ki, tərəflər arasındakı şifahi razılığa görə avtomobil İddiaçı istifadəsində olduğu müddət bütün texniki xərclərin qarşılanması iddiaçının öhdəliyi olmalıdır. Həmçinin İddiaçı iddia ərizəsində də qeyd etdiyi kimi avtomobili özü qaytarmışdır. Bunlardan əlavə İddiaçı tərəfindən ona dəymiş 8000 manat dəyərində maddi ziyan sübut edilməmişdir. Odur ki, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, İddiaçı X4 məxsus “KİA PRİDE MİNİK” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında istifadə etdiyi müddət ərzində 8000 manat məbləğində maddi ziyanın dəyməsi ilə məhkəməyə hər hansı sübut təqdim olunmadığından iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişinə təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli Qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 101 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş 101 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X4 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 101 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar