Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1410/2021 02.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 12 saylı alğı-satqı müqaviləsinə xitam verilməsi, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 34 saylı alğı-satqı müqaviləsi üzrə 480 manat əsas borc, 240 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 42 saylı alğı-satqı müqaviləsi üzrə 776 manat əsas borc, cərimə borcu 388 manat; xx xxxxxx 2019-cu il tarixli 087 saylı alğı-satqı müqaviləsi üzrə 400 manat əsas borc, 200 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 47 saylı alğı-satqı müqaviləsi üzrə 2770 manat əsas borc, 1385 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 51 saylı alğı-satqı müqaviləsi üzrə 320 manat əsas borc, 160 manat cərimə borcu; xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı alğı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 140 manat cərimə borcu; xx xxxxxxxx 2019-cu il tarixli 4 saylı alğı-satqı müqaviləsi üzrə 970 manat əsas borc, 485 manat cərimə borcu və xx xxxxxxxx 2019-cu il tarixli 12 saylı alğı-satqı müqaviləsi üzrə 684 manat əsas borc, 392 manat cərimə borcu olmaqala, cəmi 10070 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 34 saylı alğı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 600 manat məbləğində kredit üsulu ilə hər ay 60 manat ödəməklə Samsung A40 mobil telefon, xx xxxxxx 2019-cu il tarixli 42 saylı alğı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 940 manat məbləğində kredit üsulu ilə hər ay 94 manat ödəməklə Samsung A70 mobil telefon, xx xxxxxx 2019-cu il tarixli 087 saylı alğı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 600 manat məbləğində kredit üsulu ilə hər ay 50 manat ödəməklə WF8590NLW8DYLP Samsung paltar yuyan maşın, xx xxxxxx 2019-cu il tarixli 47 saylı alğı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 3120 manat məbləğində kredit üsulu ilə hər ay 270 manat ödəməklə “İphone XS MAX 256 GB” markalı mobil telefon, xx xxxxxx 2019-cu il tarixli 51 saylı alğı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 380 manat məbləğində kredit üsulu ilə hər ay 30 manat ödəməklə Xiaomi Redmi S2 mobil telefon, xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı alğı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 330 manat məbləğində kredit üsulu ilə hər ay 33 manat ödəməklə Samsung A10 mobil telefon, xx xxxxxxxx 2019-cu il tarixli 4 saylı alğı-satqı müqaviləsinə əsasən 10 ay müddətinə 970 manat məbləğində kredit üsulu ilə hər ay 97 manat ödəməklə Samsung A70 mobil telefon, xx xxxxxxxx 2019-cu il tarixli, 12 saylı alöı-satqı müqaviləsinə əsasən 12 ay müddətinə 684 manat məbləğində kredit üsulu ilə hər ay 57 manat ödəməklə Samsung A50 markalı mobil telefon cavabdehə satılmışdır. Cavabdeh müqavilələr üzrə borcları ödəməmiş və xx xxxxxx 2019-cu il tarixli 34 saylı alğı-satqı müqaviləsi üzrə 480 manat əsas borc, 240 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 42 saylı alğı-satqı müqaviləsi üzrə 776 manat əsas borc, cərimə borcu 388 manat; xx xxxxxx 2019-cu il tarixli 087 saylı alğı-satqı müqaviləsi üzrə 400 manat əsas borc, 200 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 47 saylı alğı-satqı müqaviləsi üzrə 2770 manat əsas borc, 1385 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 51 saylı alğı-satqı müqaviləsi üzrə 320 manat əsas borc, 160 manat cərimə borcu; xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı alğı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 140 manat cərimə borcu; xx xxxxxxxx 2019-cu il tarixli 4 saylı alğı-satqı müqaviləsi üzrə 970 manat əsas borc, 485 manat cərimə borcu və xx xxxxxxxx 2019-cu il tarixli 12 saylı alğısatqı müqaviləsi üzrə 684 manat əsas borc, 392 manat cərimə borcu olmaqala, cəmi 10070 manat borcu yaranmışdır. Borcluya pulu ödəməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə əldə edilməmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 087 №-li alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 600 manat olan “Samsung” markalı paltaryuyan satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 47 №-li alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 3120 manat olan “İphone XS MAX” markalı telefon satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 42 №-li alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 940 manat olan “Samsung A70” markalı telefon satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 34 №-li alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 600 manat olan “Samsung A40” markalı telefon satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 12 №-li alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 684 manat olan “Samsung A50” markalı paltaryuyan satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 4 №-li alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 970 manat olan “Samsung A70” markalı telefon satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3 №-li alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 330 manat olan “Samsung A10” markalı telefon satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 51 №-li alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya – Cavabdeh ümumi dəyəri 380 manat olan “Xiaomi Redmi S2” markalı telefon satılmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 087 №-li alğı-satqı müqaviləsinə əlavəyə əsasən müqavilənin 600 manat ümumi dəyərinin ilkin ödənişsiz ayda 50 manat olmaqla 12 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 47 №-li alğı-satqı müqaviləsinə əlavəyə əsasən müqavilənin 3120 manat ümumi dəyərinin ilkin ödənişsiz ayda 270 manat olmaqla 12 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 42 №-li alğı-satqı müqaviləsinə əlavəyə əsasən müqavilənin 940 manat ümumi dəyərinin ilkin ödənişsiz ayda 94 manat olmaqla 10 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 34 №-li alğı-satqı müqaviləsinə əlavəyə əsasən müqavilənin 600 manat ümumi dəyərinin ilkin ödənişsiz ayda 60 manat olmaqla 10 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 4 №-li alğı-satqı müqaviləsinə əlavəyə əsasən müqavilənin 970 manat ümumi dəyərinin ilkin ödənişsiz ayda 97 manat olmaqla 10 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 3 №-li alğı-satqı müqaviləsinə əlavəyə əsasən müqavilənin 330 manat ümumi dəyərinin ilkin ödənişsiz ayda 33 manat olmaqla 10 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 51 №-li alğı-satqı müqaviləsinə əlavəyə əsasən müqavilənin 380 manat ümumi dəyərinin ilkin ödənişsiz ayda 30 manat olmaqla 12 ay müddətinə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 087 №-li alğı-satqı müqaviləsi üzrə 400 manat məbləğində əsas, 200 manat məbləğində cərimə borcu, ümumilikdə 600 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 47 №-li alğı-satqı müqaviləsi üzrə 2770 manat məbləğində əsas, 1385 manat məbləğində cərimə borcu, ümumilikdə 4155 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 42 №-li alğı-satqı müqaviləsi üzrə 776 manat məbləğində əsas, 388 manat məbləğində cərimə borcu, ümumilikdə 1164 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 34 №-li alğı-satqı müqaviləsi üzrə 480 manat məbləğində əsas, 240 manat məbləğində cərimə borcu, ümumilikdə 720 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 12 №-li alğı-satqı müqaviləsi üzrə 684 manat məbləğində əsas, 392 manat məbləğində cərimə borcu, ümumilikdə 1076 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 4 №-li alğı-satqı müqaviləsi üzrə 970 manat məbləğində əsas, 485 manat məbləğində cərimə borcu, ümumilikdə 1455 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 3 №-li alğı-satqı müqaviləsi üzrə 280 manat məbləğində əsas, 140 manat məbləğində cərimə borcu, ümumilikdə 420 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli 51 №-li alğı-satqı müqaviləsi üzrə 320 manat məbləğində əsas, 160 manat məbləğində cərimə borcu, ümumilikdə 480 manat məbləğində borcu vardır. Məhkəmə qeyd edir ki, borclu Cavabdeh alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında icra etmədiyindən, iddia tələbi əsas borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğısatqı müqaviləsində əşya alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə, cərimənin əsas borca münasibətdə kifayət qədər yüksək və tənasübsüz olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, Cavabdeh iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq, xx.xx.2019-cu il tarixli, 47 №-li alğı-satqı müqaviləsi üzrə 1385 manat deyil, 100 manat, xx.xx.2019-cu il tarixli 87 №-li alğısatqı müqaviləsi üzrə 200 manat deyil 20 manat, xx.xx.2019-cu il tarixli 42 №-li alğı-satqı müqaviləsi üzrə 388 manat deyil 30 manat, xx.xx.2019-cu il tarixli 34 №-li alğı-satqı müqaviləsi üzrə 240 manat deyil 20 manat, xx.xx.2019-cu il tarixli 12 №-li alğı-satqı müqaviləsi üzrə 392 manat deyil 30 manat, xx.xx.2019-cu il tarixli 4 №-li alğı-satqı müqaviləsi üzrə 485 manat deyil 40 manat, xx.xx.2019-cu il tarixli 3 №-li alğı-satqı müqaviləsi üzrə 140 manat deyil 10 manat, xx.xx.2019-cu il tarixli 51 №-li alğı-satqı müqaviləsi üzrə 160 manat deyil, 10 manat məbləğində cərimə borcu müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, əsas borc hissəsində iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 12 saylı alğı-satqı müqaviləsinə xitam verilməli, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 34 saylı alğı-satqı müqaviləsi üzrə 480 manat əsas borc, 20 manat cərimə borcu; xx xxxxxx 2019- cu il tarixli 42 saylı alğı-satqı müqaviləsi üzrə 776 manat əsas borc, cərimə borcu 30 manat; xx xxxxxx 2019-cu il tarixli 087 saylı alğısatqı müqaviləsi üzrə 400 manat əsas borc, 20 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 47 saylı alğı-satqı müqaviləsi üzrə 2770 manat əsas borc, 100 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 51 saylı alğı-satqı müqaviləsi üzrə 320 manat əsas borc, 10 manat cərimə borcu; xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı alğı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 10 manat cərimə borcu; xx xxxxxxxx 2019-cu il tarixli 4 saylı alğı-satqı müqaviləsi üzrə 970 manat əsas borc, 40 manat cərimə borcu və xx xxxxxxxx 2019-cu il tarixli 12 saylı alğısatqı müqaviləsi üzrə 684 manat əsas borc, 30 manat cərimə borcu olmaqala, cəmi 6940 (altı min doqquz yüz qırx manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalı, qalan hissədə iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2019-cu il tarixli 12 saylı alğısatqı müqaviləsinə xitam verilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 34 saylı alğı-satqı müqaviləsi üzrə 480 manat əsas borc, 20 manat cərimə borcu; xx xxxxxx 2019- cu il tarixli 42 saylı alğı-satqı müqaviləsi üzrə 776 manat əsas borc, cərimə borcu 30 manat; xx xxxxxx 2019-cu il tarixli 087 saylı alğı-satqı müqaviləsi üzrə 400 manat əsas borc, 20 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 47 saylı alğı-satqı müqaviləsi üzrə 2770 manat əsas borc, 100 manat cərimə borcu; xx xxxxxx 2019-cu il tarixli 51 saylı alğı-satqı müqaviləsi üzrə 320 manat əsas borc, 10 manat cərimə borcu; xx xxxxxxxx 2019-cu il tarixli 3 saylı alğı-satqı müqaviləsi üzrə 280 manat əsas borc, 10 manat cərimə borcu; xx xxxxxxxx 2019-cu il tarixli 4 saylı alğı-satqı müqaviləsi üzrə 970 manat əsas borc, 40 manat cərimə borcu və xx xxxxxxxx 2019-cu il tarixli 12 saylı alğı-satqı müqaviləsi üzrə 684 manat əsas borc, 30 manat cərimə borcu olmaqala, cəmi 6940 (altı min doqquz yüz qırx manat) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-1410/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1410/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver