Məhkəmə qərarları › İş №2(004)-1413/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1413/2022

03.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1413/2022 03.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın kimyəvi təmizləmə pulu 150 manat, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan cəmi 750 manat pulu, hüquqi yardıma görə Norm-az hüquq agentliyinə iddiaçının etdiyi ödəniş 45 manat pulun cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsi, 4 saylı evin 5 saylı mənzili iddiaçının mülkiyyətindədir. 26 oktyabr 2021-ci il tarixdə mənzilinin bir mərtəbə yuxarısında yerləşən mənzildən suyun axması nəticəsində su basmışdır. Mənzilinin tavanı və divarları, işıq sistemi, şkaf, məişət əşyaları tam və ya qismən yararsız vəziyyətə düşmüşdür. İddiaçının mənzilindən yuxarıda yerləşən 8 saylı mənzilin sahibi Cavabdehdur. Baş verənlərin səbəbi tualet-vanna otağında kafel-metlaxların yararsızlığı, döşəmənin keyfiyyətsiz izolyasiya olunması və s.dir. Cavabdehin təqsiri üzündən ona məxsus əmlaka dəymiş ziyanla və baş vermiş nəticələrlə onun hərəkətləri (hərəkətsizliyi) nəticəsində səbəbli əlaqə şəkillər, video görüntü, mənzil istismar sahəsinin yoxlama aktı, şahidlərin ifadələri və s.) təsdiq olunur. Cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində onun mənzilində olan əmlak yararsız vəziyyətə düşmüşdür, yəni balışlar, yorğanlar, xalça – bunların yenidən alınması humanistlik edib tələb etməsə də, kimyəvi təmizlənmə haqqı 150 manat qiymətləndirilməlidir. Yararsız vəziyyətə düşmü əmlakın ümumi dəyəri 900 manat təşkil edir. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil elektron məhkəmə sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, mənzilin bərpası üçün təmir işlərinin dəyəri olan 629 manat pulun, iddia ərizəsinin tərtibinə görə norm.az şirkətinə ödənilmiş 45 manat, vəkil xidmətinə görə ödənilmiş 200 manat, 30,40 manat ödənilmiş dövlət rüsumu, Lənkəran şəhərindən məhkəməyə gəlmək üçün xərclənilmiş 150 manat benzin pulu, səlahiyyətlərin verilməsi üçün ödənilmiş 34,50 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 4 saylı evin 8 saylı mənzili ona məxsusdur. Mənzil bir otaqlı 20 kv.m-lik mənzildir. Ekspert rəyi ilə razı deyildir, dəymiş zərər mənzilin sahəsinə görə yüksək hesablanmışdır, həmçinin əvvəlki mülkiyyəçinin dövründə də su axıtma olmuş, ondan da pul tələb olunmuşdur. Eyni zamanda iddia tələbini digər hissədə xərc olaraq qeyd edilmiş məbləğlərin heç birini qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin hallarını və dəlillərini araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan MA seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, 4 nömrəli yaşayış evinin 5 saylı mənzili İddiaçı adına xüsusi mulkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 1617 nömrəli reyest kitabının 148150 saylı səhifəsində ********** nömrə ilə xx.xx.2012-ci il tarixdə qeydiyyat aparılmışdır. AZEMİS vasitəsilə əldə edilmiş əmlak sahibi məlumatı soğusunun çıxarışından müəyyən olunur ki, Bakı şəhəri, Yasamal rayonu, X5 küçəsi, 4 saylı evin 8 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İş materiallarında olan Yasamal rayon 56 saylı MİKS-nin mühəndisi N.Məmmədov, sahə nəzarətçiləri A.Nəhmədov, S.Şirinova tərəfindən imzalanaraq tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, 4 nömrəli yaşayış evinin 8 saylı mənzilindən 5 saylı mənzilə su axıdılmışdır. Su axıntısı nəticəsində 5 saylı mənzilə zərər dəymişdir. İş materiallarına əlavə edilmiş 06 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, X3 tərəfindən 14 saylı vəkil bürosunun bank hesabına 200 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və 01 mart 2021-ci il tarixli qəbzlərdən görünür ki, "xxxx" LTC MMC-nə və “İst” firmasına cəmi 150 manat məbləğində benzin haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş AR-İİ 598246 saylı 23 fevral 2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı X1 qanunla nəzərdə tutulmuş hüquqların etibar edilməsi üçün 1 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə üzrə 11.50 manat haqq tutulmuşdur. İş materiallarına əlavə edilmiş AR-İİ 633516 saylı 02 aprel 2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı 11 saylı vəkil bürosunun vəkili Vəkil qanunla nəzərdə tutulmuş hüquqların etibar edilməsi üçün 1 saylı notariat ofisində təsdiq edilmiş etibarnamə üzrə 17.25 manat haqq tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/1863 nömrəli, 16 iyun 2022-ci il tarixli rəyinin nəticə hissəsində qeyd olunur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin yerləşmə planını, yəni iddiaçıya məxsus 5 saylı mənzilin binanın 3-cü mərtəbəsində, cavabdehə məxsus 8 saylı mənzilin isə binanın 4-cü mərtəbəsində yerləşdiyini, 5 saylı mənzilin sanitar-qovşağı və yaşayış otağı tikilisinin konstruktiv elementlərində (divar, tavan və s) qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarını nəzərə alaraq, Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, 4 nömrəli yaşayış evinin 5 saylı saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 8 saylı mənzildən su axıdıldığı və nəticədə 5 saylı mənzilin sanitar-qovşağı və yaşayış otağı tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, 4 nömrəli yaşayış evinin 5 saylı mənzili üzrə su sızma nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün görüləcək təmir-tikinti işlərin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 629 (altı yüz iyirmi doqquz) manat məbləğində müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır. İş materiallarından göründüyü kimi, hazırkı mübahisənin yaranmasına səbəb olan mülki hüquq pozuntusu ilə iddiaçının mənzilinə zərər dəyməsi arasında səbəbli əlaqə vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1111.2-ci maddəsinə görə isə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir; 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus mənzilə cavabdehə məxsus Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, 4 nömrəli evinin 8 saylı saylı mənzilinə -dən susızma baş verməsi müəyyən edilmişdir. İddiaçıya məxsus Bakı şəhəri Yasamal rayonu Məhəmməd Xiyabani küçəsi, 4 nömrəli evin 5 saylı saylı mənzilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/7204 nömrəli, 11 fevral 2021-ci il tarixli rəyinə əsasən 629 manat məbləğində zərər dəymişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddi zərər hissəsində təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 629 manat məbləğində pul tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, norm.az şirkətinə ödənilmiş 45 manat pulun qaytarılması hissəsində iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş kserosurət formasında olan həmin norma.az saytından çıxarış mötəbər sübut kimi qiymətləndirilə bilməz, çünki iddiaçı tərəfindən həmin şirkətə 45 manat pulun ödənilməsi aydın deyildir. Məhkəmə, iddiaçının “Lənkəran şəhərindən məhkəməyə gəlmək üçün xərclənilmiş 150 manat benzin pulunun tutulması” tələbi ilə bağlı qeyd edir ki, sözügedən qəbzlərin tarixləri məhkəmə iclaslarının tarixləri ilə üst-üstə düşmür. Eyni zamanda, eləcə də hər kəsin nəqliyyat vasitəsinin istənilən növündən istifadəsi könüllü xarakter daşıdığından göstərilən məbləğin cavabdehdən tələb etməkdə iddiaçı haqlı olmamışdır və bu hissədə iddia təmin edilməməlidir. Etibarnamələrin təsdiqi üçün ödənilmiş 34.50 manat pulun tutulması hissəsində iddia iş materialları ilə qismən təsdiqini tapdığından, qismən 28.75 (28 manat yetmiş beş qəpik) manat hissədə təmin edilməli, qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə 200 manat məbləğində vəkilə ödənilmiş pulun cavabdehdən tutulması ilə bağlı hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, ağlabatan məbləğdə - 100 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasaən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində olan ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməli, ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 629 (altı yüz iyirmi doqquz) manat, etibarnamələrin təsdiqi üçün ödənilmiş 28.75 (28 manat yetmiş beş qəpik) manat, hüquqi yardıma görə 100 (yüz) manat, ödənilmiş 30.40 (otuz manat qırx qəpik) dövlət rüsumu olmaqla, cəmi 788.15 (yeddi yüz səksən səkkiz manat on beş qəpik) manat İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza xərcinə görə 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar