Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1428/2021 14.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi X2 oğlunun katibliyi İddiaçı İddiaçının vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müracət edərək, cavabdehin evini təmir etməsi nəticəsində iddiaçıya vuruduğu ziyanın dəyəri olaraq 5000 manat və vəkilə ödənilmiş xidmət haqqı olaraq 200 manat pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2 ildən artıqdır ki, iddiaçının yaşadığı Bakı şəhəri Yasamal rayonu 507/511 məhəllə, Ə.Ələkbərov küçəsi 10 a saylı evin 60-cı mənzilin üzərində yerləşən 63 saylı mənzili almış və orada əsaslı təmir işləri aparır. Təmir işləri aparılarkən iddiaçıya məlum olmayan səbəblərdən onun mənzilinin sanitar qovşağına və mənzilin digər sahələrinə ciddi ziyan dəymişdir. İddiaçı cavabdehə və polis orqanına dəfələrlə dəymiş ziyanın aradan qaldırılması üçün müraciət etmişdir. Lakin cavabdeh tərəfindən mənzildə yaranmış qüsurların aradan qaldırılması üçün heç bir tədbir görülməmişdir. Ona görə də məhkəməyə müraciət etmişdir. Odur ki, dəymiş zərərin ödənilməsi barədə iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh mənzilində apardığı təmir işləri və iddiaçının mülkiyyətində olan mənzilə su axıtması nəticəsində iddiaçıya maddi zərər vurmuşdur. Məhkəmə hesab edir ki, iddiaçı maddi zərər tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, dəymiş maddi zərərin məbləği 5000 manat məbləğində təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 sentyabr 2021-ci il tarixli 10/2961 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 60 saylı mənzilin binanın 2-ci mərtəbəsində, cavabdehə məxsus 63 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 60 saylı mənzilin yaşayış otağı, dəhliz və mətbəx tikililərinin tavanında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızma və 63 saylı mənzildə aparılmış təmir işləri nəticəsində yarandığını, eləcə də "xxxx" MTK-nın əməkdaşları və Yasamal RPİ-nin 26-cı polis sahə rəisi tərəfindən, 15 noyabr 2020-ci il tarixində tərtib etdiyi aktın məlumatlarını nəzərə alaraq, Bakı şəhəri, Yasamal rayonu 507/511 məhəllə, Ə.Ələkbərov küçəsi 10 a saylı evin 60 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 63 saylı mənzildən su axıdıldığı, həmçinin aparılmış təmir işləri nəticəsində 60 saylı mənzilin yaşayış otaqları, hamama, ayaqyolu, dəhliz və mətbəx tikililərinə ziyan vurulduğu müəyyən olunmuşdur. Bakı şəhəri, Yasamal rayonu 507/511 məhəllə, Ə.Ələkbərov küçəsi 10 a saylı evin 60 saylı mənzilində su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirəcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 2574 manat məbləğində müəyyən olunmuşdur. Göstərilənləri, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə mənzilə dəymiş zərərə görə 2574 manat məbləğində pul vəsaiti tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq, 200 manat vəkil xərcinin 103 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ekspertizanın dəyəri, yəni 50 manat ekspertiza xərcinin 24 manat hissəsi iddiaçıya, 26 manat hissəsi isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2574 (iki min beş yüz yetmiş dörd) manat məbləğində maddi zərər, 103 (yüz üç) manat vəkil xərci tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində məhkəmə ekspertizasının dəyərinin 26 (iyirmi altı) manatı Cavabdeh, 24 (iyirmi dörd) manatı İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO13601**********3944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1428/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1428/2021
14.12.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver