Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1438/2024 11.03.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə birgə faktiki nikah münasibətindən 07 iyun 2013-cü il tarixdə X5 doğulmuşdur. Atalığın müəyyən edilməsi barədə şəhadətnamə alınmışdır. Yasamal rayon məhkəməsinin 2(004)-3189/2013 saylı, 20 may 2013-cü il tarixli qətnaməsilə iddia tələbi qismən təmin edilərək, 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 93 (doxsan üç) manat olmaqla, cəmi 186 manat sabit pul məbləğində aliment tutulub İddiaçı Abdula qızına ödənilməsi qət edilmişdir. Qətnamənin qəbul edilməsindən sonra 07 iyun 2013-cü il təvəllüdlü X5 doğulmuşdur. Daha sonra, 29 iyun 2016-cı il tarixdə tərəflər arasında hər 3 uşağa görə alimentin ödənilməsi barəsində saziş imzalanmış və notarial qaydada təsdiq edilmişdir. Sazişin 2.1ci bəndindən görünür ki, "Birinci tərəf" Cavabdeh "ikinci tərəf" İddiaçı birfədəlik olaraq 18 000 manat təşkil edən aliment ödənişini nağd şəkildə ödəyir. 2.2-ci bəndindən görünür ki, "ikinci tərəf" İddiaçı uşaqların saxlanması üçün 18 000 manat məbləğində aliment ödənişi qəbul edir. Həqiqətdə isə alimentin ödənişi olaraq ona hər hansı bir məbləğdə pul verilməmişdir. Belə ki, bu sazişin müqabilində cavabdeh iddiaçının uşaqları ilə birlikdə yaşaması üçün Bakı şəhəri, Yasamal rayonu, M.Cabbarməmmədzadə küçəsi, 336 saylı evə dair etibarnamə vermişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3189/2013 saylı, 20 may 2013-cü il tarixli qətnaməsi də cavabdeh tərəfindən icra edilmir və hazırda icra işi Sabunçu rayon icra şöbəsinin icraatındadır. Göründüyü kimi, iddiaçı tərəfindən üç uşağın hər gün artan tələbatını ödəmək çox çətindir. Cavabdeh də öz üzərinə düşən öhdəliyi icra etmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmunu ilə oxşar məzmunlu izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərdi ki, aylıq gəliri 364 manat təşkil edir. Buna görə də 235 manat aliment ödənilməsinə maddi imkanı çatmayacaqdır. Hazırda sürücü olaraq çalışır. Həmçinin onun rəsmi nikahımdan olan övladları da vardır. Hazırda həmin rəsmi nikah pozulmuşdur. İddiaçı ilə isə rəsmi nikah olmadan yaşamışdır. Ehtimal edir ki, yaxın zamanda o da aliment tələbiylə məhkəməyə müraciət edəcəkdir. İddiaçıya həmin dövrdə ev vermişdir və bildirmişdir ki, evi kirayəyə verərək gəlir əldə edə bilər. Ancaq iddiaçı buna baxmayaraq məhkəməyə mövcud iddia ərizəsiylə müraciət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 29 iyun 2016-cı il tarixli alimentin ödənilməsi barədə tərəflər arasında saziş bağlanılmışdır. Sazişin 2.1-ci bəndinə əsasən, "Birinci tərəf" Cavabdeh "ikinci tərəf" İddiaçı birfədəlik olaraq 18 000 manat təşkil edən aliment ödənişini nağd şəkildə ödəyir. 2.2-ci bəndindən görünür ki, "ikinci tərəf" İddiaçı uşaqların saxlanması üçün 18 000 manat məbləğində aliment ödənişi qəbul edir. İş materiallarında olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014cü il tarixli AZ-İ 246399 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 07 iyun 2013-cü il tarixdə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir və bu barədə xx.xx.2014-cü il tarixdə 01 saylı akt qeydi tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2(005)-544/2024 saylı qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, Cavabdeh 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşana çatanadək saxlanılması üçün tutulan alimentin miqdarının artırılması, Cavabdeh 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşana çatanadək saxlanılmasına görə hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi və alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflərin birgə nikahından anadan olmuş digər iki uşaq - 17 mart 2009-cu il təvəllüdlü X4 və 15 avqust 2010-cu il təvəllüdlü X1 üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli 2(005)-544/2024 saylı qətnaməsinə əsasən hər ay hər uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Tərəflərin 07 iyun 2013-cü il tarixdə X5 uşaqları da anadan olmuşdur. Uşaq anası İddiaçı yanında qalır. Onun saxlanılması üçün aliment tutulmamışdır. Azərbaycan Respublikası Ailə Məlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə uşağın yüksək mənafeyini, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanunla 2024-cü il üzrə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. “Uşaq Hüquqları haqqında” 19 may 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 4-cü maddəsinə əsasən uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatlar Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası 19 may 1998-ci il tarixli Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 8-ci maddəsində qeyd edilir ki, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. “Uşaq hüquqları bəyənnaməsi”nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Bu məqsədlərlə qanunlar qəbul edilərkən başlıca mülahizə uşağın mənafeyinin ən yaxşı şəkildə təmin edilməsi olmalıdır. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu özlüyündə meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Belə ki, az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa da, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Beləliklə, məhkəmə uşağın saxlanılması üçün alimentin 235 manat müəyyən edilməsini ilk növbədə uşağın, daha sonra isə tərəflərin mənafelərinə uyğun hesab edir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verib hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, qətnamə aliment hissəsində dərhal icra edilməli, alimentin tutulması məhkəməyə müraciət edilən vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 119.2-ci maddəsinı əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, iddia təmin edildiyindən Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-1438/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1438/2024
11.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver