Məhkəmə qərarları › İş №2(004)-1460/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1460/2022

14.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1460/2022 14.03.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızının katibliyi, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdehan iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 7578,79 manat əsas, 30,79 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borclu olmaqla, cəmi 7609,58 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 96,10 manat məbləğində vəsaitin Unibank” Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki,cavabdeh arasında bağlanılmış 31.07.2019-cu il tarixlı kredit müqaviləsinə əsasən cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətində illik 1% ödəmək şərtilə 7616,14 manat məbləğində kredit verilişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb.Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 28 yanvar 2022-ci il cümə tarixinə "xxxx" KB ASC-yə 7578.79 manat əsas, 30,79 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 7609,58 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "Unibank“ KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə, AZEMİS vasitəsilə ona məxsus mobil nömrəsinə sms bildiriş göndərilməsinə, eləcə də məhkəmə iclas katibi tərəfindən cavabdehə məxsus mobil nömrəyə zəng edilərək baxış iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 31.07.2019-cü il tarixli 1294rstBANK/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsinə əsasən 26.11.2014-cü il tarixli 557nkCNTR/14 saylı kredit müqaviləsi üzrə Cavabdeh kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə əlaqədar olaraq restrukturizasiya olunmuş, "xxxx" Kommersiya Bankı ASC borcalan Cavabdeh istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 7616,14 manat kredit vermişdir. İş materiallarında olan 31.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair Sazişdən görünür ki, tərəflər arasında bağlanmış 26.11.2014-cü il tarixli 557nkCNTR/14 saylı kredit müqaviləsi üzrə Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq 01.03.2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunur. İş materiallarında olan 28.01.2022-ci il tarixli UB-BANK/PİKMD/1009668 nömrəli maliyyə arayışından görünür ki, 31.07.2019-cü il tarixli 1294rstBANK/19 güzəştli kredit və bank hesabı müqaviləsinə üzrə Cavabdeh 27.01.2022-ci il tarixə banka 7578,79 manat əsas, 30,79 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borclu olmaqla, cəmi 7609,58 manat borcu var. İş materiallarında olan "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh ünvanlanmış 12.11.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, yaranmış borcla bağlı 3 gün ərzində ödəniş edilməyəcəyi təqdirdə iddiaçı tərəfindən məhkəməyə müraciət olunacağı barədə Cavabdeh xəbərdar etmişdir. İş materiallarına əlavə olunmuş 18.02.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 96,10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 31.07.2019-cu il tarixində "xxxx" Kommersiya Bankı ASC ilə Cavabdeh arasında 1294rstBANK/19 güzəştli kredit və bank hesabı müqaviləsinə bağlanılmış və həmin müqaviləyə əsasən 26.11.2014cü il tarixli 557nkCNTR/14 kredit müqaviləsi üzrə Cavabdeh kredit borcu Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanın icrası ilə əlaqədar olaraq restrukturizasiya olunmuş, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh illik 1 faizlə 60 ay müddətinə 7616.14 manat məbləğində kredit verilmişdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində 27.01.2022-ci il tarixə yaranmış 7578,79 manat əsas, 30,79 manat faiz, 0 manat cərimə ,0 manat komisyon haqqı borclu olmaqla, cəmi 7609,58 manat məbləğində borcu qalmışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 31.07.2019-cü il tarixli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 27.01.2022-ci il tarixə yaranmış 7578,79 manat əsas, 30,79 manat faiz, 0 manat cərimə, 0 manat komisyon haqqı borclu olmaqla, cəmi 7609,58 manat pul və 96,10 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 31.07.2019-cu il tarixli 1294rstBANK/19 nömrəli güzəştli kredit və bank hesabı müqaviləsi üzrə 7578,79 (yeddi min beş yüz yetmiş səkkiz manat yetmiş doqquz qəpik) manat əsas borc, 30,79 (otuz manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 7609,58 (yeddi min altı yüz doqquz manat əlli səkkiz qəpik) manat borc və ödənilmiş 96,10 (doxsan altı manat on qəpik) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar