Məhkəmə qərarları › İş №2(004)-1464/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1464/2024

29.05.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1464/2024 29.05.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və Vəkil1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Mega-Siti Holdinq MMC-yə və Cavabdeh1 qarşı ünvan 1 ünvanında yerləşən Mega-Siti Holdinq MMC-yə məxsus olan binada 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 96,3 kvm sahəli 18 saylı mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi və mənzilə sahiblik və istifadə hüququnun tanınması tələbi haqqında iddiasının təmin edilməsi və qətnamənin dərhal icraya yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı və cavabdeh 2 arasında 25 dekabr 2012-cu ildə müqavilə bağlanılmış və bu müqavilə əsasında cavabdeh 2 ünvan 2 ünvanında cavabdehin tikilməkdə olan binasının 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 96,3 kvm sahəli mənzili iddiaçıya verməyi, iddiaçı isə mənzilin razılaşdırılmış 33705 (otuz üç min yeddi yüz beş) manat dəyərini cavabdeh 2-yə ödəməyi öhdəsinə götürmüşdür. Elə həmin gün iddiaçı cavabdeh 2-yə mənzilin razılaşdırılmış 33705 (otuz üç min yeddi yüz beş) manat dəyərini tam ödəmiş və bununla da əlaqədar cavabdeh 2 iddiaçıya 25 dekabr 2012-cu il tarixli maliyyə arayışı vermişdir. İddiaçı həmin mənzili 2012cu ildə almasına baxmayaraq bu günədək həmin mənzil iddiaçıya təhvil verilməmişdir. Mənzil iddiaçıya satıldıqdan sonra iddiaçıya o zaman tikilməkdə olan binada müvəqqəti olaraq 22 sayla nömrələnmiş, bina tam hazır olanda isə 18 sayla nömrələnmiş mənzildə təmirə icazə verilmiş, iddiaçı həmin mənzilə qapı qoymuş, lakin bir qədərdən sonra gələndə görmüşdür ki, ona satılmış mənzilə qoyulmuş qapı sındırılmış, mənzilə yeni giriş qapısı qoyulmuş və orada cavabdehl məskunlaşmışdır. Cavabdeh 1-də bildirmişdir ki ona da bu mənzil müqavilə üzrə satılmışdır. İddiaçı cavabdeh 2-yə müraciət etmiş, hazırda həbsdə olan və bu binada bir mənzili bir neçə şəxsə satan cavabdeh 2-nin rəhbər vəzifəli şəxsləri bu mübahisəni həll etməyə söz versələr də məsələ həllini tapmamışdır. Sonradan cavabdeh 2-nin rəhbər şəxsləri həbs edilmiş və müvafiq cəzalara məhkum edilmişlər. Cavabdeh 2-nin keçmiş rəhbər şəxsləri haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasımın 1(103)-1058/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında iddiaçının iddia etdiyi mənzillə bağlı vermiş olduğu şikayət haqqında deyilir: Məhkəmə kollegiyası zərərçəkmiş şəxs İddiaçı mülki iddia tələbinin tam təmin edilməsi, yəni "Mega-Siti Holding” MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə onun- İddiaçı payçı kimi mülkiyyət hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və İstifadəsinə verilməsi, o cümlədən 10.000 (on min) manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizoddan göründüyü kimi qeyd edilən mənzil İddiaçı əlavə başqa bir müştərinin də adına rəsmləşdirilmişdir və hazırda cinayət icraatı üzrə həmin mənzillə bağlı mübahisənin ədalətli həll edilməsi cinayət işinin apellyasiya baxışının əlavə yubanmasının nəticələnəciyi ehtimalları nəzərə alaraq, bununla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırılması hüququnun olması izah edilir. Apellyasiya məhkəməsinin bu qərarından sonra iddiaçı vəkillə müqavilə bağlamış və vəkil 9/24 saylı xx.xx.2024 tarixli vəkil sorgusu ilə cavabdeh2-yə (hazırda təsisçisi və rəhbəri Nümayəndə2) müraciət etmişdir. Cavabdeh2-nin vəkil sorgusuna vermiş olduğu cavabda göstərilmişdir: 1. İddiaçı ilə «X73» MMC arasında Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kvm-dən ibarət olan 3(üç) otaqlı mənzilin alqı-satqısı haqqında 25 dekabr 2012-ci il tarixli müqavilə bağlanılmışdır. Həmin müqavilə üzrə İddiaçı tərəfindən 33705 (otuz üç min yeddi yüz beş) manat vəsait «X73» MMC-nin hesabına ödəniş və bu barədə ona xx.xx.2012-ci il tarixində müvafiq maliyyə arayışı verilmişdir. Həmin dövrdə mənzillərin nömrələnməsinin (soldan sağa, yaxud sağdan sola) necə olacağı bilinmədiyindən ona göstərilən mənzilin nömrəsi müqavilədə qələmlə müvəqqəti olaraq 22 kimi göstərilmişdir, lakin bina tam hazır olanda həmin mənzilın sıra nömrəsi 18 olmuşdur. 2. İddiaçı ilə «X73» MMC arasında mənzil alqı-satqısı haqqında müqavilənin olmasına baxmayaraq həmin mənzil ona təhvil verilməmişdir. Müqavilə üzrə tam ödəniş edildikdən sonra N.M. Ələkbərova icazə verilmişdir ki, həmin mənzilə qapı qoyub təmirə başlasın. Lakin həmin 18(22) saylı mənzil başqa bir şəxs - Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. İddiaçı mənzilə qapı qoymuş, lakin sonradan E.R. Əmirova tərəfindən həmin qapı sındırılıb yerinə başqa qapı qoyulmuşdur. Həmin şəxslə tərəfimizdən aparılan söhbətlər zamanı ondan mənzilin ona satılmasını təsdiq edən ilkin müqavilə və maliyyə arayışının təqdim edilməsi tələb olunsa da, həmin şəxs tərəfindən belə sənədlər onlara təqdim edilməmiş, o mənzili ona satmış müxtəlif adamlarla istinad etmişdir. Hazırda Cavabdeh1 onlara xx.xx.2018-ci il tarixli sənədlərin götürülməsi haqqında protokolun surətini təqdim edərək bildirmişdir ki, onun adına verilən xx.xx.2014cü il tarixii sənədlər istintaq orqanındadır. Məsələnin mülki mübahisəyə aid olması səbəbindən tərəflərindən İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Cavabdeh 2-nin vəkil sorğusuna verdiyi cavabdan birmənalı şəkildə aydın olur ki, ünvan 1 ünvanında yerləşən Mega-Siti Holdinq MMC-yə məxsus olan binada 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 96,3 kvm sahəli 18 saylı mənzilə iddiaçı ilə xx.xx.2012-ci ildə, həmin mənzilə cavabdeh 1-lə müqavilə isə xx.xx.2014-cü ildə, vəni 2 il sonra bağlanmışdır. Bu fakt həmçinin xx.xx.2018-ci il tarixli "xxxx" MMC-nin cavabdeh2 haqqında verdiyi audit aktının 4-cü səhifəsinin sonuncu abzasında də öz əksini tapmışdır. Belə ki, həmin aktda göstərilmişdir ki, binanın 4-cü mərtəbəsində olan 2 ədəd 96,3 kvm sahəsi olan mənzilin qarşılığında 3 ədəd, o cümlədən X18 adına xx.xx.2008-ci il tarixli, İddiaçı adına xx.xx.2012-ci il tarixli, Cavabdeh1 adına xx.xx.2014-cü il tarixli satış müqaviləsinin olması aşkar edilmişdir. İş üzrə Cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, qeyd olunan məsələ X74 MMC vəzifəli şəxsləri barəsində olan cinayət işinin həm ibtidai istintaqı zamanı Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində, həm də məhkəmə istintaqı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılmışdır. Etiraza əlavə edilmiş X74 MMC vəzifəli şəxsləri X46, X37, X38, Nümayəndə2 və X11 məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmünün 11-ci vərəqindən görünür ki, X46 binanın 4-c mərtəbəsində cəmi iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Elnur Məmmədovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X24, digərini isə eyni tarixli müqavilə ilə X5 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd mənzilin əvvəlcədən heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını aralarındakı işgüzar münasibətlərlə əlaqədar pul borclu olduğu cinayətdən xəbərsiz olan Zöhrab adlı şəxsə bildirib həmin mənzili satmaq üçün alıcı tapmasını bildirməsi ilə əlaqədar, mənzil almaq üçün sonuncunun vasitəsi ilə 2012-ci ilin sonlarında özünə müraciət edən İddiaçı qeyd edilən mərtəbədə 96,3 m2 ölçülü mənzilin heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını sonuncunun cinayətdən xəbərsiz olan tanışı X39 vasitəsi ilə yalandan bildirib, həmin mənzili İddiaçı 41.500 ABŞ dollarına sata biləcəyini Elnur Məmmədovla birlikdə aldatmaqla Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 100 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və «X74 MMC-nin direktoru Məmmədov E.A» yazılarının qarşısında Elnur Məmmədov tərəfindən imza olunmaqla istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsindəki ofisində 33.705 manat dəyərində razılaşdıqları 41.500 ABŞ dollarını Elnur Məmmədovun iştirakı ilə almaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui- istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 33.705 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı Göründüyü kimi qeyd olnan binanın 4-cü mərtəbəsində yerləşən iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X24, digərini isə eyni tarixli müqavilə ilə X1 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda həmin mənzillərdən biri xx.xx.2012-ci il tarixdə İddiaçı təkrar satılmaqla ona qarşı dələduzluq cinayəti törədilmiş, bununla bağlı X46 və X26 ittihamlar irəli sürülmüş, həmin ittihamlar məhkəmədə öz təsdiqini tapmış və adı çəkilən şəxslər azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmçinin həmin məhkəmə hökmü ilə müəyyən olunur ki, göstərilən mənzillərin qanuni sahibi olan X40 və X41 borclarının qarşılığında xx.xx.2013-cü il tarixdə X8 adlı şəxsə satmışlar. Həsən Zümürxanov isə Emin Məmmədova məxsus olan mənzili isə xx.xx.2014-cü il tarixdə cavabdehə satmış və mənzil cavabdehin həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. X53 həmin mənzilləri X73 MMC-dən deyil mənzillərin qanuni sahibindən almış və mənzillərdən birini ona satmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmün 129-130-cu vərəqələridən görünür ki: "Məhkəmədə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində X74 MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan iki ədəd mənzili xx.xx.2013-cü il tarixdə əvvəlki sahibləri olan X40 və X12 almışdır. Arif Cəfərov ilə Emin Məmmədov əvvəllər Rusiya Federasiyasında bir yerdə işləmişlər, onların hər birinin ona xatırlamadığı məbləğdə pul borcları olmuş və həmin borcu ödəyə bilmədiklərinə görə 2013-cü ilin avqust ayında həmin mənzilləri borcun əvəzində etibarnamə əsasında ona verməyi təklif etmişlər. Belə razılaşmışlar ki, onların binanı tikən şirkətə qalan borclarını ödəsin, sonra isə mənzilləri satıb pulunu götürsün. xx.xx.2013- cü il tarixdə Arif Cəfərov və Emin Məmmədov ilə birlikdə Bakı şəhəri ərazisində yerləşən 32 saylı dövlət notariat kontoruna getmiş, hər ikisi onun adına 5 illik etibarnamə vermişlər. Mənzillər onların adlarına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirildiyindən, çıxarışı olmadığından etibarnaməni konkret həmin mənzillərlə bağlı deyil, bütün əmlakları ilə bağlı vermişlər. Yəni, həmin mənzillərin heç biri onun adına rəsmiləşdirilməmiş, etibarnamə ilə kifayətlənmişdir ki, mənzilləri satıb pulunu götürəcək. Arif Cəfərova məxsus mənzili xx.xx.2013-cü il tarixdə X3, lakin, həmin bina gec inşa olunduğuna görə Günel Mehdiyeva sonradan narazılıq edib mənzili geri qaytarmış, həmin mənzili 2018-ci ildə Akif adlı şəxsə satmışdır. Emin Məmmədova məxsus olan mənzili isə xx.xx.2014-cü il tarixdə Oqtay adlı şəxsə satmış və mənzil Oqtayın həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Xeyli müddət keçdiyinə görə mənzilləri konkret olaraq hansı qiymətə alıb-satdığını xatırlamır. Məhkəmədə şahid qismində dindirilmiş X41 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində «X73» MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan mənzili xx.xx.2008-ci ildə əvvəllər şəriki olan X40 ilə birlikdə şirkətin təsisçisi X19 almışdır. Belə ki, həmin dövrdə Arif Cəfərovla hər ikisi Rusiya Federasiyasında işləmiş, eyni mərtəbədə, bir-biri ilə qonşuluqda, eyni ölçülü mənzillər almışlar. Mənzili 62.595 manata almışdır. Arif Cəfərovla birlikdə mənzillərin dəyərindən bir hissəsini ilkin ödəniş kimi ödəmiş, qalan hissəsini isə ödəməkdə davam etmişlər. Biznes fəaliyyəti ilə əlaqədar Arif Cəfərovla birlikdə X7 pul borcları yarandığından sonuncu ilə 2013-cü ildə belə razılığı gəlmişlər ki, borcun əvəzində həmin mənzilləri ona versinlər. Həmin vaxt mənzilə görə şirkətə hələ borcları qaldığından, mənzilləri Həsən Zümürxanova vermək, sonuncunun isə onların şirkətə qalan borclarını ödəməsi, sonra isə mənzilləri satması, beləliklə, ona olan borclarının ödənilməsi barədə razılaşmışlar. Həsən Zümürxanovun adına 32 saylı notariat kontorunda xx.xx.2013-cü il tarixdə mənzillərin orderi olmadığına görə məhz həmin mənzillərlə bağlı etibarnamə verilməsi mümkünsüz olduğundan bütün əmlaklarıyla bağlı etibarnamə vermişlər. Mənzilin adına rəsmiləşdirilməsi haqqında müqavilənin əslini də həmin vaxt Həsən Zümürxanova vermiş, bildiyinə görə Həsən həmin mənzili başqa bir şəxsə satanda və mənzil həmin şəxsin adına rəsmiləşdiriləndə sözü gedən müqaviləni şirkətdə Həsəndən almışlar. Baş verənlər barədə şirkətin təsisçisi Aqil Qədirovun xəbəri olmuşdur. 2008-ci ildə X74 MMC-dən aldığı, sonradan Həsən Zümürxanova satması üçün etibar etdiyi mənzilin qanunsuz olaraq başqa şəxsin adına rəsmiləşdirilməsi barədə eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Talıblı küçəsində X74 MMC tərəfindən inşa olunan 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96,3 kv.metr olan üçotaqlı mənzili xx.xx.2014-cü ildə hazırda kimliyini xaırlamadığı ilkin sahibindən arvadı Cavabdeh1 adına 56.000 manata Natiq Zamanovun vasitəçiliyi ilə almışdır. Mənzilin arvadının adına rəsmiləşdirilməsinə dair arvadı Cavabdeh1 ilə həmin Cəmiyyətin direktoru X20 arasında xx.xx.2014-cü il tarixli müqavilə tərtib olunmuş, həmçinin mənzillə bağlı arvadının şirkətə borcunun olmaması barədə həmin tarixli maliyyə arayışı verilmişdir. Müqavilədə satıcı qrafasında Elnur Məmmədov bilavasitə onun yanında imza etmişdir. Məhz həmin gün mənzilin pulunu ilkin sahibinə tam şəkildə ödəmişdir. Xatırlamadığı tarixdə mənzilinin yerləşdiyi binanın yanında Cəmiyyətin təsisçisi Aqil Qedirdila görüşəndə mənzilin nömrəsinin müqavilədə olmadığına görə irad bildirmiş, sonuncu isə Cavabdeh1 adına verilmiş xx.xx.2014-cü il tarixli maliyyə arayışının sol yuxarı küncündə 18 N işarələrini yazmış və imza etmişdir. Həmin mənzil hazırda onun sahibliyindədir və mənzillə bağlı hər hansı bir problem yoxdur." Bundan əlavə həmin hökmün nəticəvi hissəsindən (iş vərəqi 206) görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində Ümumi sahəsi 96,3 kv.metrdən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddası qismən təmin edilmiş, ona dəymiş zərər 33.705 manat və 10.000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ona ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 noyabr 2023-cü il tarixli 1(103)-1058/2023-052 nömrəli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş və qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Bundan əlavə iddia ərizəsinə əlavə edilmiş İddiaçı nümayəndəsinin 18 yanvar 2024-cü il tarixli 9/24 nömrəli sorğusuna X73 MMC-nin hazırda təsisçisi və rəhbəri Nümayəndə2 vermiş olduğu cavab məktubunda qeyd olunan mənzilin İddiaçı satıldığı, lakin həmin mənzilin Cavabdeh1 tərəfindən mənzilin qapısının sındırılaraq yerinə başqa qapı qoyulduğu və zəbt olunduğu kimi həqiqəti əks etdirməyən məlumatlar əks olunmuşdur. Həmin mənzili X74 MMC-dən deyil, 2014-cü il tarixdə mənzilin qanuni sahibi və mülkiyyətçisi Həsən Zümürxanovdan həyat yoldaşı Cavabdeh1 adına rəsmiləşdirməklə almışdır və həmin tarixdən 2022-ci ilə qədər İddiaçı adlı şəxsi tanımamışam, onun mənzilə dair iddiasından cinayət işinin Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırması zamanı məlumatlı olmuşdur. Maraqlısı odur ki, hazırkı mülki iş üzrə İddiaçı qarşı dələduzluq cinayətini törətməkdə təqsirli bilinərək məhkum olunmuş Nümayəndə2 hazırda X73 MMC-nin təsisçisi və rəhbəridir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)-59/2023-152 nömrəli hökmün 62-ci vərəqindən görünür ki, Nümayəndə2 təkrarən, binanın 4-cü mərtəbəsində yerləşən 96,3 m2 ölçülü bir ədəd mənzilin X46 və X37 tərəfindən İddiaçı xx.xx.2012-ci il tarixdə qanuni əsaslarla satıldığını güman edib xx.xx.2016-cli aluna ünvan 4 ünvanında yerləşən binanın yaxınlığında sonuncuya mənzildə təmir aparılmasına icazə verilməsi haqqında arayışı təqdim edərkən Cəmiyyətin maddi vəziyyətinin pis olduğunu yalandan bildirib, köməklik göstərilməsi məqsədi ilə Cəmiyyətə 3.000 manat məbləğində pul ödənilməsinin zəruriliyini, həmin pulun sonradan bina sakinlərindən binanın saxlanılması məqsədi ilə toplanacaq xərclərdən çıxılacağını deyib aldadaraq həmin yerdə İddiaçı həmin vaxt 500 manat, xx.xx.2016-cı il tarixdə təmir icazəsi arayışının arxa tərəfində 1.000 manat aldığına dair qeyd yazıb imza edərək inandırıb daha 500 manat pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf edərək, sonuncuya məxsus ümumilikdə 1.000 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə ələ keçirərək təkrarən dələduzluq etmiş, sonradan binada zəruri tikinti quraşdırma işlərinin yerinə yetirilmədiyini görən İddiaçı aldadıldığını başa düşərək 2.000 manat məbləğində pul vəsaitini verməkdən imtina etdiyinə görə bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyib İddiaçı məxsus pul vəsaitini ələ keçirməyə nail olmayaraq, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə sonuncuya məxsus cəmi 3.000 manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. Nümayəndə2 təqsirləndirilən şəxs statusunda olduğu və bütün məhkəmə iclaslarında iştirak etdiyi cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırıması zamanı mənimlə yanaşı Həsən Zümürxanov və Emin Məmmədov şahid qismində, İddiaçı isə zərərçəkmiş şəxs qismində dindirilmişlər. Bütün yuxarıda qeyd olunan hallar, həmçinin İddiaçı eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qaldırdığı mülki iddiası ətraflı araşdırılmışdır. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023-cü il tarixli 1(101)- 59/2023-152 nömrəli hökmünə əsasən Nümayəndə2 Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı birləşdirmək yolu ilə ona 1 (bir) il 6 (altı) ay müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Həmin hökmün 75-ci vərəqində təqsirləndirilən şəxs Nümayəndə2 ifadəsi bu şəkildədir: "Həmin binanın 4-cü mərtəbəsində 96,3 kv.metr ölçülü mənzillərin birini xx.xx.2008-ci il tarixdə Aqil Qədirov ilə Elnur X4, digərini X2 sonra xx.xx.2012-ci il tarixdə qanunsuz olaraq İddiaçı satmışdılar. Həmin mənzilin İddiaçı qanuni şəkildə satıldığını güman elədiyi üçün müqaviləsinə baxıb bu barədə ona demiş və binanın tikintisi üçün pul almışdır. Həmin pullar razılıq əsasında binanın tikintisinin başa çatdırılması üçün yığılmışdır. İddiaçı ödədiyi pul binanın tikintisinə xərclənmişdir. Lakin binanın tikintisinə xərclənən pullara dair hansısa məxaric-mədaxil orderi, hansısa sənəd olmamışdır. Həmin hökmün 91-92 vərəqələrində olan zərərçəkmiş şəxs (mülki iddiaçı) qismində ifadə vermiş İddiaçı ifadəsi aşağıdakı kimidir: "oğlu Nazim Ələkbərliyə Bakı şəhərində mənzil almağa köməklik etməsi üçün müraciət etdiyi tanışı Asif Rüstəmov 2012-ci ilin dekabr ayında işlə bağlı dənizdə olduğu vaxt ona zəng edib Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində inşa olunmuş binanın 4-cü mərtəbəsində 41.500 ABŞ dollarına münasib mənzil satıldığını deyəndə mənzili alacağını deyib, əvəzindən 1.000 manat beh verməsini xahiş etmiş, dənizdən gələndən sonra Asiflə görüşmüş və sonuncu mənzili ona göstərmişdir. 25 dekabr 2012-ci il tarixdə təxminən 43.000-44.000 manat pul götürüb Namiq Özbəkzadə adlı dostuyla birlikdə binanın yanında Asif Rüstəmovla görüşmüş, Cavabdeh2 MMC tərəfindən Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 96,3 kv.metr sahəsi olan üçotaqlı, 22 nömrəli mənzilə bir daha Asif Rüstəmovun, Namiqin, həmçinin özünü şirkətin direktoru kimi təqdim edən X20, təsisçisi kimi təqdim edən Zöhrab adlı şəxsin iştirakları ilə baxmış, sonra birlikdə şirkətin 2-ci mərtəbədə yerləşən ofisində əsas təsisçi və sahibi olmasını anladığı X46 ilə görüşüb tanış olmuşdur. Aqil Qədirov onun mənzili bəyəndiyini biləndən sonra sənədləşmə aparılması barədə tapşırıq vermişdir. X36 pulu dollarla gətirməsini tapşırıb, mənzilin pulunu dollarla alacaqlarını, müqavilədə isə manatla yazılacağını demişdir. Ofisdə dostu Namiqin yanında 100 və 50 dollarlıq əskinaslardan ibarət olan, həmin dövrün məzənnəsi ilə 33.705 manat edən 41.500 ABŞ dollarını sayıb Asif Rüstəmova vermişdir ki, Aqil Qədirova versin. Aqil Qədirovun tapşırığı ilə həmin ofisdə olan tanımadığı qız şirkətin direktoru Elnur Məmmədovla onun arasında 22 nömrəli mənzilə dair alqı-satqı müqaviləsi, həmçinin, mənzilin dəyərinin ödənilməsi barədə xx.xx.2012-ci il tarixli, 100 nömrəli maliyyə arayışı tərtib etmiş, müqaviləni Elnür Məmmədov özünün imzası, həmçinin şirkətin möhürü ilə təsdiq etmişdir. X6 mənzil almaq münasibəti ilə təbrik edib yaxşı mənzil olduğunu, heç bir problemi olmadığını demiş, pul ödəməsi barədə ona Elnurun imzası və şirkətin möhürü ilə təsdiq olunmuş xx.xx.2012-ci il tarixli kassa mədaxil orderinin qəbzi verilmişdir. Müqaviləni tərtib edən xanım mənzillərə hələ nömrə verilmədiyini, ancaq həmin mənzilin böyük ehtimalla 22 nömrəli mənzil olacağını deyib, müqavilənin ikinci vərəqinin arxa tərəfində, sol yuxarı küncdə göy rəngli diyircəkli qələmlə «mənzil 22» söz və rəqəmlərini yazmışdır. Aqil Qədirov binanın altı ay ərzində təhvil veriləcəyini və mənzildə təmir aparmağın mümkün olacağını bildirməsinə baxmayaraq, bina vaxtında istismara verilməmiş, 2015-ci ilin iyun ayında, daha doğrusu xx.xx.2015-ci il tarixdə mənzilə öz hesabına qapı qoymuş, səhəri gündən mənzildə təmirə başlanması üçün usta ilə danışmış, xx.xx.2015-ci il tarixdə oğlu qətlə yetirildiyinə görə planları pozulmuşdur. 2015-ci ilin iyul ayında bir nəfər zəng edib qapı qoyduğu mənzilin ona məxsus olduğunu demiş, Aqil Qədirovla görüşmüş, Aqil mənzilin ona səhvən verildiyini, mənzillər nömrələnəndə 22 nömrəsinin həmin mərtəbədə başqa mənzilə düşdüyünü bildirib, həmin mənzili ona təqdim edərək məhz həmin mənzilin onun olmalı olduğunu demiş, bu dəfə həmin mənzilə qapı qoymuş, mənzildə təmirə icazə verilməsinə dair şirkətin digər təsisçisi Nümayəndə2 tərəfindən ona Aqilin adından arayış verilmişdir. Təmir icazəsini verəndə Nümayəndə2 ona verilmiş xx.xx.2015-ci il tarixli, 100 nömrəli maliyyə arayışının sağ yuxarı küncündə göy rəngli diyircəkli qələmlə mənzilin nömrəsi olan 22 rəqəmini yazıb imza etmiş, icazəsi arayışının verildiyi tarixi, yəni xx.xx.2016 rəqəmlərini yazmışdır. Təmir arayışı veriləndən sonra Nümayəndə2 şirkətin maddi vəziyyətinin pis olduğundan köməklik üçün 3.000 manat pul ödəmək lazım olduğunu, həmin pulun sonradan ödəniləcək kommunal xərclərdən çıxılacağını demiş, Maksimə bir dəfə Asif Rüstəmovun iştirakı ilə 500 manat, daha sonra xx.xx.2016-cı il tarixdə tanımadığı şəxslərin yanında daha 500 manat pul vermiş, xx.xx.2016-cı il tarixdə Maksim ona ümumilikdə 1.000 manat pul verdiyinə dair təmir icazəsi arayışının arxa tərəfində göy rəngli diyircəkli qələmlə qeyd yazaraq imza edib tarix yazmışdır. Nümayəndə2 özünü Aqil Qədirovun əvəz edicisi kimi təqdim edərək «Aqili mən əvəz edirəm, nə sözünüz varsa mənə deyin», bundan başqa «arxayın ol, heç bir problem yoxdur mənzil sənindir, səndən başqa da heç kimə satılmayıb sözlərini demişdir. Nümayəndə2 əlavə 2.000 manat verməli olmuş, xahiş etmişdir ki, binanın kanalizasiya sistemi quraşdırılsın və mənzilə heç olmasa pəncərə çərçivəsi qoyulsun. Bu işlər görülmədiyinə görə 1.000 manatdan sonra ona pul verməmiş, 2017-ci ilin sentyabroktyabr aylarında Nümayəndə2 zəng edib bildirmişdir ki, Rusiya Federasiyasından bir nəfər gəlib, əlində də müqaviləsi var və ona verilmiş mənzilin özünə məxsus olmasını bildirir, xx.xx.2017-ci il tarixdə isə yenidən zəng edib mənzilə iddia edən şəxsin gəlib onun mənzilə asdığı qapının qıfılını sındırıb yeni qıfıl asdığını, həmin şəxsin də əlində mənzilə dair müqavilə olduğunu bildirmişdir. Nümayəndə2 deməsinə görə mənzilin qıfılını sındıran şəxs əvvəl ona verilmiş mənzilin verildiyi, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşı olmuş, ondan alınıb verilmiş mənzil həmin polisdən də əvvəl kiməsə satılmış, bunu bildikdə polis əməkdaşı gəlib ikinci dəfə ona verilmiş mənzilə asdığı qapının qıfılını sındırmış və həmin mənzilin onun olduğunu iddia etmişdir. Zərərçəkmiş şəxs (mülki İddiaçı) İddiaçı məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Nümayəndə2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə iddia və tələbi də olmayacaqdır, lakin sonradan mülki iddia ərizə təqdim etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) İddiaçı məhkəməyə təqdim etdiyi notariat qaydada təsdiq olunmuş xx.xx.2021-ci il tarixli ərizəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Nümayəndə2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti yoxdur, gələcəkdə iddia və tələbi də olmayacaqdır, lakin sonradan mülki iddia ərizə təqdim etmişdir. Odur ki, İddiaçı ünvan 5 ünvanında yerləşən X73 MMC-yə məxsus olan binada 4-cü mərtəbədə yerləşən, 3 otaqdan ibarət, 96,3 kvadratmetr sahəli 18 nömrəli mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin ona verilməsi və qətnamənin dərhal icraya yönəldilməsi barədə tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə qərarı (hökmü) olduğundan iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və Vəkil1 oğliddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbi ilə razı olmadığını bildirərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunan: "xxxx" MMC (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanılmış 25 dekabr 2012-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzil alıcının mülkiyyətinə verilmişdir. "xxxx" MMC-nin 100 nömrəli, xx.xx.2012-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı bağlanmış olan müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. "xxxx" MMC (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında bağlanılmış 04 aprel 2014-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzil alıcının mülkiyyətinə verilmişdir. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh1 bağlanmış olan müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu Talıblı küçəsində inşa edilən 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 96.3 kv.m olan 3 otaqlı mənzil üçün şirkətə borcu yoxdur. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-1043/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, "xxxx" MMC-nin təsisçilərinin adından tərtib edilmiş 28 avqust 2019-cu il tarixli qərar və "xxxx" MMC-nin 3-cü redaksiyada nizamnaməsi və nəticələri etibarsız hesab edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə X46 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1, 311.3.2, 313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini, X37 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2, 311.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini, X38 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini, Nümayəndə2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.2.2, 29,178.2.3, 29,178.2.4, 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 308.2, 311.3.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini, X23 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,308.1, 32.5,313 və 320.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməklə təqsirli bilinərək məhkum edilmişdirlər. Hökmlə zərərçəkmiş şəxs İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa edilmiş 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.metrdən ibarət üçotaqlı 22 saylı mənzilə payçı kimi mülkiyyət hüququ tanınaraq həmin mənzil onun sahibliyinə və istifadəsinə verilməsi barədə mülki iddası qismən təmin edilmiş, ona dəymiş zərər 33.705 manat və 10.000 manat mənəvi ziyanın cavabdehlər Aqil Qədirov və Elnur Məmmədovdan tutularaq ona ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə məhkum X27 müdafiəçisi X21, məhkum Nümayəndə2 müdafiəçisi X42, məhkum X37, zərərçəkmiş şəxslər İddiaçı, X47, X43, X9, X33, X34, X35, X48 zərərçəkmiş şəxs X28 nümayəndəsi X29, zərərçəkmiş şəxs Arif Bayramovun nümayəndəsi X22 və maraqlarına toxunan şəxslər (mülki iddiaçılar) X15, X30, X10 hüquqi varisi X16 nümayəndələri X17 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Apellyasiya protesti qismən təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası zərərçəkmiş şəxs İddiaçı mülki iddia tələbinin tam təmin edilməsi, yəni "xxxx" MMC-nin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ünvanında inşa etdiyi 1 saylı yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 96,3 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə onun- İddiaçı payçı kimi mülkiyyət hüququnun tanınması, həmin mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, o çümlədən 10.000 (on min) manat mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd etmişdir ki, zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizoddan göründüyü kimi qeyd edilən mənzil İddiaçı əlavə başqa bir müştərinin də adına rəsmləşdirilmişdir və hazırda cinayət icraatı üzrə həmin mənzillə bağlı mübahisənin ədalətli həll edilməsi cinayət işinin apellyasiya baxışının əlavə yubanmasının nəticələnəciyi ehtimalları nəzərə alaraq, bununla bağlı gələcəkdə mülki mühakimə icraatı qaydasında iddia qaldırılması hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının qərarı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1058/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından verdiyi kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən müəyyən edilir ki, X46 qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ayrıayrı şəxslərə məxsus əmlakı xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgəyə məxsus əmlakı xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmiş, xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar edəcəyi bilə-bilə qanunsuz hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi neməti təkrarən rüşvət qismində istəməklə almış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah və şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları qeyrisinin köməkçiliyi ilə daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən saxta möhür hazırlamış, vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək fiziki şəxslərin və hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə, habelə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Zərərçəkmiş şəxs İddiaçı ilə bağlı epizod üzrə X46 binanın 4-cü mərtəbəsində cəmi iki ədəd 96,3 m2 ölçülü nömrəsiz üçotaqlı mənzil olmaqla, həmin mənzillərdən birini özü Elnur Məmmədovun imzası və cəmiyyətin möhürü ilə təsdiq edilmiş xx.xx.2008-ci il tarixli 88 nömrəli müqavilə ilə X24, digərini isə eyni tarixli müqavilə ilə X5 və mənzillərin dəyərinin Cəmiyyətə tam ödənildiyi halda, həmin mərtəbədə 96,3 m2 ölçülü bir ədəd mənzilin əvvəlcədən heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını aralarındakı işgüzar münasibətlərlə əlaqədar pul borclu olduğu cinayətdən xəbərsiz olan «Zöhrab» adlı şəxsə bildirib həmin mənzili satmaq üçün alıcı tapmasını bildirməsi ilə əlaqədar, mənzil almaq üçün sonuncunun vasitəsi ilə 2012-ci ilin sonlarında özünə müraciət edən İddiaçı qeyd edilən mərtəbədə 96,3 m2 ölçülü mənzilin heç kəsə satılmamasını və hər hansı bir sahibinin olmamasını sonuncunun cinayətdən xəbərsiz olan tanışı X39 vasitəsi ilə yalandan bildirib, həmin mənzili İddiaçı 41.500 ABŞ dollarına sata biləcəyini Elnur Məmmədovla birlikdə aldatmaqla Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsində yerləşən ofisində deyib, inandırmaq üçün sonuncu ilə birlikdə məzmununa həmin ofisdə tamah niyyəti ilə, mənzilin xx.xx.2012-ci il tarixdə guya İddiaçı satılmasına dair bilə-bilə yalan məlumatlar daxil etməklə eyni tarixli müqaviləni və mənzilin dəyərinin ödənilməsinə dair eyni tarixli 100 nömrəli maliyyə arayışını hazırlayıb həmin sənədlərin mətnində olan «direktor: Məmmədov E.A» və «X74 MMC-nin direktoru Məmmədov E.A» yazılarının qarşısında Elnur Məmmədov tərəfindən imza olunmaqla istintaqla müəyyən edilməyən şəraitdə saxtalaşdırmaqla hazırladıqları qeyd edilən dairəvi möhürlə təsdiq edib, həmin saxta rəsmi sənədləri İddiaçı təqdim etməklə həmin mənzilin satılması adı ilə sonuncudan həmin tarixdə Cəmiyyətin həmin ünvanda yerləşən binasının 2-ci mərtəbəsindəki ofisində 33.705 manat dəyərində razılaşdıqları 41.500 ABŞ dollarını Elnur Məmmədovun iştirakı ilə almaqla sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismindəöz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə İddiaçı məxsus 33.705 manat məbləğində pul vəsaitini ələ keçirərək ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq, Elnur Məmmədovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. Beləliklə məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” barədə iddia tələbinə əsassız olduğundan təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “mənzildən istifadəyə maneələrin aradan qaldırılaraq mənzilin iddiaçıya təhvil verilməsi, mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar