Məhkəmə qərarları › İş №2(004)-1469/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1469/2023

29.03.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1469/2023 29.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan xx.xx.2022-ci il tarixli, 2(004)-2368/2022 saylı qətnaməyə əsasən 193 manat alimentin məbləği artırılaraq hər ay 220 manat sabit pul məbləğinin, mediasiya sessiyası üçün ödənilmiş 50 manat rüsumun 50 faizinin (25 manat) Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-2368/2022 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 193 manat pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hal-hazırda övladının 4 yaşı var. Cavabdeh alimentdən əlavə heç bir maddi yardım etmir. Övladı ilə ümumiyyətlə maraqlanmır. Cavabdehin kifayət qədər maddi imkanı vardır. Xırdalan şəhərində “Bizim ev” mebel şəhərciyində böyük mebel mağazası var və aylıq gəliri 10000 civarındadır. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış həmin qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını özü çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Daha sonra Cavabdeh məhkəməyə İddiaçı Cavabdeh qarşı “aliment artırılması” tələbinə dair etiraz təqdim edərək ərizəsində qeyd etmişdir ki, o dəfələrlə məhkəməyə sübutlar təqdim etsə də o pulu uşağı X4 xərcləmir və bu alimenti öz geyiminə, bahalı telefon, elektron saat və s. yerlərə xercləyir. Hətta o icradan alimentin vaxtında köçməsini tələb edib, ona uşağı göstərmədiyi üçün məhkəmənin qərarına əsasən 500 manat inzibati cərimə borcunu ödəmək üçün istədiyini bildirib. O, düşünür ki, iddiaçı bu alimenti almaqda haqlı deyil, hələ artırmasını tələb etməkdə heç haqqı yoxdur. Çünki, bütün məhkəmə proseslərində uşağı ona göstərmək istəmədiyini deyib və görüş saatının azaldılmasını tələb edib. Halbuki ona həftədə bir dəfə uşaqla görüşə 8 saat verilib. Onu da bəzən işdən icazə ala bilməyəndə görə bilmir. Lakin iddiaçı həmişə çalışır ki, bütün yükü ona versin alimenti alıb özü rahat yaşasın. Əgər iddiaçı uşağı maddi cəhəhətdən saxlaya bilmirsə versin o özü saxlasın. Hətta onun kimi aliment tələbi də etməz, əgər qanunla razılığa gələrsə uşağın təhsili və bütün maddi və mənəvi cəhətdən yaxşı sağlam böyüməsinə aid iddiaçıya tam dəstək olar. Çünki o pul uşağın saxlanmasına kifayət qədər yetər. Həmçinin ailədə bir tək o işlədiyinə görə bütün maddi xərcləri çox çətinliklə qarşılayır. Hər ay o alimentdən əlavə Kapital banka 5500 manat kredit borcu olduğuna görə 286 manat ödəyir. Sonra işlətdiyi yerin icarə haqqı 324 manat, vergi xərcləri, evin və işin kommunal xərcləri, evdə xəstə anasının və özünün dərmanları və tələbə qardaşının xərcləri və s. maddi problemlərlə qarşılaşır. İddiaçı 2(004)-1469/2023 saylı iş üzrə iddia ərizəsinə etiraz edir və aliment məbləğinin miqdarının dəyişmədən əvvəl ki, 193 manat məbləğində qalmasını istəyir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İzahatına əlavə olaraq bildirdi ki, uşağın ehtiyacı günü-gündən artır. Əvvəlki aliment məbləği kifayət etmir. O, hal-hazırda işləməsə də iş axtarışındadır. Özləri də kirayə evdə yaşayırlar. O, əvvəllər cavabdehlə birlikdə yaşadığına görə bilir ki, onun gəliri bütün məsrəflər çıxdıqdan sonra ən zəif vaxtlarda 10000 manat olur. Lakin bunu təsdiq edəcək hər hansı bir sübutu yoxdur. Cavabdeh alimenti verməmək üçün müxtəlif vasitələrə əl atır. Həmçinin cavabdehin bir neçə yerdə mənzili var. Bəzi aylarda gəliri 30000 manat olur. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı bildirsə də ki, işləmir. Faktiki olaraq işlədiyini düşünür. Sadəcə olaraq rəsmi iş yeri yoxdur. O isə öz rəsmi iş yerini qeyd etmişdir və öz ehtiyaclarının da kifayət qədər olmasına baxmayaraq, alimenti vaxtı-vaxtında ödəməyə çalışır. Həmçinin o, xəstə anasına və tələbə qardaşına da baxır. Alimentin artırılması onun üçün əlavə yük olacaqdır. Həmçinin mebel mağazası işlədir. Həmin mağazanı icarəyə götürmüşdür və hər ay icarə haqqı ödəyir. Bununla yanaşı vergi ödəyicisidir. Onun işində isə sabitlik olmur. Elə aylar olur ki, demək olar ki, qazanc olmur. İddiaçının dedikləri həqiqətə uyğun deyil. Onun 10000 manat gəliri olsa bu vergi ödəyicisi olduğu üçün aşkar edilə bilərdi. Lakin iddiaçının söylədiklərini təsdiq edəcək heç bir sübutu yoxdur. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci maddələrini, Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddələrini, «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikası Qanunun 19-cu maddəsini, «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14, 77, 82, 119.1, 217, 218 və 220-ci rəhbər tutaraq müəyyən etdi: İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2368/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh xx.xx.2018-ci il təvəllüdülü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İV 411723 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci il tarixdə, Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Bakı şəhəri 8 saylı Mediasiya Təşkilatına 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2368/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-3546/2020 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh xx.xx.2018-ci il təvəllüdülü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Lakin hazırki aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də iddiaçı aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə hesab edir ki, uşağın saxlanılması və maddi təminatının təmin edilməsi valideynlərin yalnız birinin üzərinə düşən məsuliyyət deyil, valideynlərin hər ikisinin bərabər vəzifəsidir. Ona görə də məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən qanuni və əsaslı olduğundan qismən təmin olunmalı, xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2018ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə həmçinin hesab edir ki, iddia tələbi mediasiya sessiyası üçün ödənilmiş 50 manat rüsumun 50 faizinin (25 manat) Cavabdeh alınaraq İddiaçı ödənilməsi hissəsində təmin edilməli, mediasiya sessiyası üçün ödənilmiş 25 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia ərizəsi qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 210 (iki yüz on) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılsın. Mediasiya sessiyası üçün ödənilmiş 25 manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar