Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1480/2021 18.03.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və ipoteka yüklülüyünə xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 2009-cu il tarixli 15L000000829 nömrəli Kredit xətti müqaviləsinin təmin olaraq bağlanmış xx xxxxxx 2011-ci il tarixli 26M000000172 nömrəli İpoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və Cavabdeh QSC-nin ipoteka predmeti olan İsmayıllı şəhəri, Babək küçəsində dövlət istifadəsinə olan 0.1148 ha torpaq sahəsində yerləşən, xüsusi mülkiyyət olan 1146.2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası üzərindəki ipoteka yüklülüyünə xitam verilsin. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh QSC arasında 120 ay müddətinə 800.000 ABŞ dolları limitində xx xxxxxxxx 2009-cu il tarixli 15L000000829 nömrəli Kredit xətti müqaviləsi bağlanmışdır. Kredit xətti müqaviləsinin 1.3-cu maddəsinə görə hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan Kredit Razdaşmaları ilə müəyyən edilməli idi. Daha əvvəl bağlanmış Kredit Xəttində göstərilən ümumi limit məbləğinə təminatı olaraq, tərəflər arasında imzalanmış xx xxxxxx 2011-ci il tarixli 26M000000172 nömrəli İpoteka müqaviləsinə əsasən İsmayıllı şəhəri, Babək küçəsində dövlət istifadəsinə olan 0.1148 ha torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan 1146.2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası qoyulmuşdur. Sözügedən kredit xətti çərçivsində sonralar imzalanmış Kredit razılaşmaları üzrə yenidən hər hansı öhdəliyin təminatı müqavilələri bağlanmamışdır. Çünki qoyulmuş ipoteka predmetinin bütün kredit xətti müqaviləsi çərçivəsində olan Kredit razılaşmalarını əhatə etməsi hesab edilmişdir. İddiaçı ilə cavabdeh arasında kredit xətti çərçivəsində müxtəlif tarixlərdə cəmi olaraq təxminən 470.000 ABŞ dolları məbləğində bir neçə kredit razılaşmaları bağlanmışdır. Hazırda həmin kredit xətti çərçivəsində bağlanmış iki kredit razılaşması üzrə yaranan borcların ödənilməsi tələbinə dair “Cavabdeh" QSC-nin iddia ərizəsinə Şəki Apelyasiya Məhkəməsinin icraatında baxılmaqdadır. Lakin xx xxxxxxxx 2009-cu il tarixli 15L000000829 nömrəli Kredit xətti müqaviləsinin təminatı olaraq bağlanmış xx xxxxxx 2011-ci il tarixli 26M000000172 nömrəli İpoteka müqaviləsi bağlanmamış hesab edilməli vəCavabdeh QSC-nin ipoteka predmetiolan İsmayıllı şəhəri, Babək küçəsində dövlət istifadəsinə olan 0.1148 ha torpaq sahəsində yerləşən, xüsusi mülkiyyətdə olan 1146.2 kv.metr ümumi sahədən ibarət 2 mərtəbəli qeyri yaşayış binası üzərindəki ipoteka yüklülüyünə xitam verilməlidir. Belə ki, sözügedən kredit xətti müqaviləsində öhdəliyin yalnız ümumi məbləği və müddəti nəzərdə tutulmuşdur. Lakin kredit sazişlərinin mühüm şərtləri olan faiz dərəcəsi, valyutası, məqsədi və digər şərtləri nəzərdə tutulmamışdır. Həmçinin əsas öhdəlikdən aslı olan təminat müqaviləsi olaraq xx xxxxxx 2011-ci il tarixli 26M000000172 nömrəli İpoteka müqaviləsində də əsas öhdəliyin dəqiq mahiyyəti və ölçüsü barədə heç bir qeyd göstərilməmişdir. Halbuki “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsində ipoteka müqaviləsində göstərilməli olan şərtlər sadalanmışdır. Həmin maddəyə əsasən, ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu ver və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsünün əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, İddiaçı ilə Cavabdeh QSC arasında 120 ay müddətinə 800.000 ABŞ dolları limitində xx xxxxxxxx 2009-cu il tarixli 15L000000829 nömrəli Kredit xətti müqaviləsi bağlanmışdır. x xxxxxx 2011-ci il tarixli 26M000000172 nömrəli İpoteka müqaviləsi bağlanmışdır. Cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiklərindən onlara qarşı pul tələbinə dair İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişlər. İddiaçı hər hansı ipoteka müqaviləsini mübahisələndirməmiş, yalnız faiz, cərimə borcunun azaladılmasını, iddianın qismən təmin edilməsini xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Lakin hazırki iş üzrə iddiaçı həmin qətnamədən şikayət verməmişdir, yalnız onun oğlu digər cavabdeh apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi xx.xx.2020-ci il tarixdə qətnamə qəbul etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi yalnız əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirmişdir. Həmin qətnamədən həm bank həm cavabdehlər (hazırki iddia üzrə iddiaçı da daxil) kassasiya şikayəti vermişlər. Hazırki iş üzrə iddiaçı kassasiya şikayətinin dəlillərində yalnız borc hissəsini mübahisələndirmişdir, yəni ipoteka müqaviləsi barədə heç bir şikayəti olmamışdır. Cavabdehlərin kassasiya şikayətləri təmin edilməmiş, bankın kassasiya təmin edilmiş və iş əmlakın ilkin satış qiymətinin dəyişdirilməsi hissəsində ləğv edilərək yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmələrdə aparılmış araşdırmalar zamanı ipoteka müqaviləsinin etibarsızlığına dair heç bir hal aşkar edilməmişdir. Həmçinin iddia tələbinin əsası kimi qeyd edilmiş Konstitusiya Məhkəməsinin qərarı isə ümumiyyətlə bu işə aidiyyəti yoxdur. Həmçinin ipoteka müqaviləsi hazırki iş üzrə iddiaçının öz razılığı və imzası ilə bağlanmışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Cavabdeh" QSC-nin İddiaçı ilə bağladığı xx.xx.2019-cu il tarixli, 15L000000829 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 800000 ABŞ dollar kredit xətti açılmışdır. İş materiallarında olan ipoteka müqaviləsinə əsasən İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2011-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə xx.xx.2019cu il tarixli, 15L000000829 saylı Kredit Xətti Müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(037)-06/2017 saylı qətnaməsi ilə «Access Bank» Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı, X1 və Mövlamov Ramil Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2009-cu il tarixli 15L000000829 saylı kredit xətti, xx.xx.2009-cu il tarixli 15S000001148 saylı və xx.xx.2009cu il tarixli 15S000001147 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər İddiaçı, X1 və Mövlamov Ramil Məhərrəm oğlundan Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla xx xxxx 2013-cü il tarixli 26R000002740 saylı kredit razılaşması üzrə 228212 ABŞ dolları 40 sent əsas kredit borcu, 32752 ABŞ dolları 20 sent faiz borcu və 1000 ABŞ dolları cərimə olmaqla, cəmi 261964 (iki yüz altmış bir min doqquz yüz altmış dörd) ABŞ dolları 60 (altrnış) sent və xx xxxxxx 2014-cü il tarixli 26R********** saylı kredit razılaşması üzrə 25350 ABŞ dolları 34 sent əsas kredit borcu, 2210 ABŞ dolları 58 sent faiz borcu və 50 ABŞ dolları cərimə olmaqla, cəmi 27610 (iyirmi yeddi min altı yüz on) ABŞ dolları 92 (doxsan iki) sent məbləği və iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 58 (əlli səkkiz) manat məbləği, ümumilikdə 289575 (iki yüz səksən doqquz min beş yüz yetmiş beş) ABŞ dolları 52 (əlli iki) sent və 58 (əlli səkkiz) manat məbləği müştərək qaydada alınaraq «Access Bank» Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli, 289575 (iki yüz səksən doqquz min beş yüz yetmiş beş) ABŞ dolları 52 (əlli iki) sent və 58 (əlli səkkiz) manat məbləğinin tutulması xx xxxxxx 2011-ci il tarixli 26M000000172 saylı ipoteka müqaviləsinə uyğun olaraq ipoteka ilə yüklü edilmiş, AR ƏMDK yanında DƏDRX Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş hüquqlann dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən yüklülüyü xx.xx.2012-ci il tarixdə qeydə alınmış, ismayıllı şəhəri, Babək küçəsində dövlət mülkiyyətində olan 0,1148 ha torpaq sahəsində yerləşən, İddiaçı mülkiyyətində olan 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinə açıq hərracda satılmaqla yönəldilməsi, ipoteka predmetinin hərracda ilkin satış qiyməti 715000 (yeddi yüz on beş min) manat məbləğində müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-4/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Mövlamov Ramil Məhərrəm oğlu tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(037)-06/2017 saylı qətnaməsinin dəyişdirilməsi, İddiaçı mülkiyyətində olan 2 mərtəbəli, 1148,2 kv.metr ümumi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 930000 (doqquz yüz otuz min) manat məbləğində müəyyən edilməsi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 165 manat pulun 82.5 manatının iddiaçı Cavabdeh QSC-dən, 82.5 manatı isə cavabdehlər İddiaçı, X1 və Mövlamov Ramil Məhərrəm oğlundan müştərək qaydada tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ **********0000003944, SFİFT BİK CTREAZ 22 hesaba ödənilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3253/2020 saylı Qərarından görünür ki, iddiaçı "Cavabdeh'' QSC tərəfindən verilmiş kasasiya şikayəti təmin edilmiş, iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(107)-4/2020 nömrəli qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iş yeni apelyasiya baxışına qaytarılması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmış, cavabdehlər İddiaçı və Mövlamov Ramil Məhərrəm oğlu tərəfindən birgə verilmiş kasasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 6-cı maddəsinin mənasına görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəllənin 269.11 və 307.4-cü maddələrinin "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx xxx 2018-ci il tarixli Qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxx 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Bu qayda kredit xətti müqaviləsi üzrə bağlanmış kredit müqavilələrində müəyyən edilmiş zəruri şərtlər barəsində ipoteka qoyanın razılığının alındığı hallara şamil edilmir. İpoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh" QSC-nin İddiaçı ilə bağladığı xx.xx.2009-cu il tarixli, 15L000000829 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 800000 ABŞ dollar kredit xətti açılmışdır. xx.xx.2011-ci il tarixli İpoteka müqaviləsi İddiaçı ilə Cavabdeh QSC arasında xx.xx.2011-ci il tarixdə xx.xx.2019cu il tarixli, 15L000000829 saylı Kredit Xətti Müqaviləsi üzrə Borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlanmışdır. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair xx xxxxxxx 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Hazırki iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İpoteka müqaviləsi isə xx.xx.2011-ci il tarixdə bağlanmış, yəni hüquq münasibətləri həmin tarixdə yaranmışdır. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və xx xxxx 2019-cu il tarixli qərarları hazırki münasibətlərə şamil olunmamalıdır. Odur ki, İddiaçı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-1480/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1480/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver