Məhkəmə qərarları › İş №2(004)-1490/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1490/2022

22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1490/2022 22.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC BOKT Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-945 saylı, 11 dekabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin İslam Bankçılıq Departamenti ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə, № 442/14 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3192 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank borc alan “Kirby” firmasının istehsalı olan “Sentria” modelli ********** seriya nömrəli avadanlığın (avtomatik yuyucu) alınması məqsədilə Bank 3192 manat məbləğində pul vəsaitinin verilməsini öhdəsinə götürmüşdür. (2.4. bənd) “Borcalan” bu Müqaviləyə əsasən borcu qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada borcu və bank gəlirləri üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 4.2-ci bəndinə əsasən borc vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına borc vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (4.3 bəndi) Borcalana verilən borc vəsaitindən istifadə müddəti 24 aydır. Qeyd olunan Borc müqaviləsinin 5.1 -ci bəndinə əsasən borc üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün avadanlıqdan istifadə edilmiş günlərinin faktiki sayına görə Əlavə 1-də göstərilən qaydada icarə gəliri hesablanır. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Göstərilənlərə əsasən Cavabdeh əsas borcu üzrə 2138,07 manat, faiz borcu üzrə 293,87 manat, cəmi 2431,94 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 44.32 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi X3iddia tələbini müdafiə etdi və vəlavə olaraq izahatında bildirdi ki, ekspert tərəfindən məbləğlər artıq hesablanmışdır. Belə ki, onlar irəli sürülmüş həcmdə pulu tələb edirlər. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehl Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, düzdür onunla müqavilə bağlansa da, kredit o götürməmişdir. Belə ki, pulu onun dostu götürmüş və Kirbi fiamsının tozsoranını almış və həmin tozsoranı da başqa şəxslərə kreditnən satmışdır. Bir müddət ödəniş etmiş, lakin devalvasiyadan sonra ödəniş edə bilməmişdir. Hazırda heç bir yerdə işləmir və aylıq mütəmadi gəlirə malik deyildir. Bu səbəbdən də, tələb edilən məbləği birdəfəyə ödəmək iqtidarında deyildir. İşə düzələcəyi təqdirdə ödənişlər edə və ya əmək haqqından tutulmalar ola bilər. Odur ki, tutulacaq məbləğin hissə-hissə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 442/14 saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3192 manat məbləğində kredit vermişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X5 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-İB-148 saylı, xx.xx.2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. Cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli, 442/14 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyinə görə bank qarşısında məsuliyyət daşıyaraq, borcu yaranmışdır. Məhkəmə tərəfindən keçirilmiş və rəyi alınmış Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3300 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2016-cl il tarixinə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) əsas borc üzrə 2130.60 manat, faiz borcu üzrə 538.57 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 2138.07 manat məbləğində pul vəsaitinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və əsas borc üzrə 2130.60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/3300 saylı, xx.xx.2022-ci il tarixli rəyinə əsasən Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2016-cl il tarixinə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) əsas borc üzrə 2130.60 manat borcunun olması müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə 293.87 manat faiz borcun tutulması hissəsinə münasibət bildirərək hesab edir ki, ekspert rəyinə əsasən cavabdehin faiz borc üzrə xx.xx.2016-cl il tarixinə (kredit müqaviləsinin qüvvədə olma tarixinə) 538.57 manat borcu olması müəyyən edilsə də, həmin hissədə iddia tələbi irəli sürülmüş tələb həcmində təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə faiz borcu üzrə 293.87 manat məbləğində pul vəsaiti tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə belə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının MM-nin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2130 (iki min yüz otuz) manat 60 (altmış) qəpik məbləğində əsas borc, 293 (iki yüz doxsan üç) manat 87 (səksən yeddi) qəpik məbləğində faiz borcu, cəmi 2424 (iki min dörd yüz iyirmi dörd) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 44 (qırx dörd) manat 32 (otuz iki) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2130 (iki min yüz otuz) manat 60 (altmış) qəpik məbləğində əsas borc, 293 (iki yüz doxsan üç) manat 87 (səksən yeddi) qəpik məbləğində faiz borcu, cəmi 2424 (iki min dörd yüz iyirmi dörd) manat 47 (qırx yeddi) qəpik məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 44 (qırx dörd) manat 32 (otuz iki) qəpik məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı QSC BOKT-un xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar