Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1508/2022 03.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil1, İkinci iddia üzrə İddiaçı2 və onun nümayəndəsi və vəkili Vəkil2, Birinci və ikinci iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, İkinci iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçücü şəxs X6 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MTK-ya qarşı “mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair birinci iddia ərizəsi və İddiaçı2 cavabdehlər İddiaçı1, "xxxx" MMC-yə, "xxxx" MTK-ya və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “protokoldan çıxarışın, maliyyə arayışının və forma 2 arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair ikinci iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət huququ əsasında ona məxsus olan ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən yaşayış sahəsi 86,5 kv.m olan, 2 otaqlı, 13 nömrəli mənzildən istifadə etməyinə qanunsuz maneələrin yaradılmasının cavabdeh "Kaspian-İnşaat MB” MMC-yə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (2(004)-1508/20221 nömrəli mülki iş). İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdır ki, onunla "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 2 ünvanında 4-cü mərtəbədə yerləşən yaşayış sahəsi 86.5 kv olan, 2 otaqlı, 13 nömrəli mənzil ona satılmış və onun adına **********13-05301-093168 reyestr nömrəli qeydiyyat nömrəli çıxarış verilmişdir. Hazırda mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildən istifadə etməsinə "xxxx" MMC-nin nümayəndələri tərəfindən qanuıbsuz maneələr yaradılır. O, sözügedən mənzili həm dostu həmdə ev alqı-satqısı ilə məşğul olan Fərid vasitəsi ilə tapıb birlikdə həmin MTK-ya getmişlər. Həmin vaxt binanın həyətində özünü MTK-nın sədri kimi təqdim edən Rafət Qəniyevlə görüşmüş, bir yerdə 4-cü mərtəbədə yerləşən mənzilə baxış keçirmişlər. Həmin vaxt mənzilin açarları Rafət Qəniyevdə olmuşdur. Sənəddə qeyd olunan otaqların sayı uyğun gəlmişdir. Bundan sonra onlar bir neçə dəfə mənzilə baxış keçirərk onu almaq qərarına gəlmişlər. Mənzilin qiymətini razılaşdırdıqdan sonra ona protokol, muqavilə və maliyyə arayışı verilmişdir. Həmçinin bildirmişdir ki, ASAN xidmətə gedib protokulu qəbul eləsinlər və çıxarış alınması üçün növbə versinlər. Bütün bunlar ona inandırıcı gəlmişdir. Onun "Asan” xidmətdə sənədlərini qəbul etmişlər. Həmçinin onun nömrəsini götürüb, daşınmaz əmlakın mütəxəssisinin gəlib mənzilə baxış keçirməsi üçün gun təyin etmişlər. Həmin vaxtdan 4-5 gün keçdikdən sonra mütəxəsis tərəfindən zəng gəlmiş və onunla görüşərək mənzilə getmişlər. Texniki Pasportun verilməsi uçun mütəxəsis tərəfindən mənzilə baxış keçirilmiş və çəkilişlər aparılmışdır. Bundan sonra o dostu Fəridlə birlikdə binanın həyətində Rafət Qəniyevlə görüşərək pulu tam şəkildə ona vermişdir. Həmin mənzili onlara təhvil verilmişdir. X15 yoxa çıxandan sonra onlara məlum olmuşdur ki, onun evinin nömrəsi başqadır və 13 saylı mənzil üzbəüzdəkı mənzildir. Həmçinin, ona Bəxtiyar adlı şəxs bildirmişdir ki, Rafət tərəfindən başqa mənzilin protokolu verilmişdir. Həmin mənzil başqa bir şəxsin mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən ona çıxarış verilən zaman mütəxəsis məhz həmin mənzilə gələrək baxış keçirmiş və həmin mərtəbədə sahəsi 86,5 kv.m olan yeganə mənzil onların mənzilidir. Həmçinin o, öz növbəsində "xxxx" MMC-yə bildirmişdir ki, o, mənzili görüb bəyənmiş və məhz həmin mənzil barəsində çıxarış əsasında alqı-satqı müqaviləsi bağlamışdır. "xxxx" MMC müxtəlif bəhanələrlə mənzillərin nömrələrini dəyişdirmək yolu ilə mülkiyyətində olan mənzildən istifadə etməyə maneələr yaradır. Hər dəfə MTK yeni yalanlar deyərək, gah onlara düzgün nömrəli olmayan mənzilin satıldığını, gah da həmin mənzilin başqa adama məxsus olmasını göstərərək maneələr yaratmaqda davam edir. Əgər mənzil başqa adama məxsusdursa, o adam niyə indiyənə qədər gəlib onunla görüşmür. Hesab edir ki, bütün bu maneələr ona MMC tərəfindən yaradılır və hal-hazırda orada aparılan təmir işlərini də özü həyata keçirir. Hətta, MMC bu mənzili hansısa yolla digər şəxsə satsa belə, o, bu mənzili Çıxarış əasında alqı-satqı yolu ilə alıb və öz adına dövlət qeydiyyatından keçirmişdir. İddiaçı2 cavabdehlər İddiaçı1, "xxxx" MMC-yə, "xxxx" MTK-ya və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “protokoldan çıxarışın, maliyyə arayışının və forma 2 arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mənzilə sahiblik və istifadə hüququnun tanınması” tələbinə dair dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yerləşən 3 saylı evin 13 saylı mənzilinə dair İddiaçı1 adına verilmiş "xxxx" MTK üzvlərinin ümumi iclasının 129 nöməli, 20.08.2020-ci il tarixli protokolundan çıxarışının, 01-M nömrəli, 20.08.2021-ci il tarixli maliyyə arayışının, 01-F nömrəli, 20.08.2021-ci il tarixli forma 2 arayışının etibarsız hesab edilməsi, həmin sənədlər əsasında İddiaçı1 adına verilmiş daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi, onun həmin mənzilə sahiblik və istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. (2(004)- 1782/2022 nömrəli mülki iş) İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC tərəfindən inşa edilmiş 3 girişli yüksək mərtəbəli yaşayış binasının 1-ci girişinin 5-ci mərtəbəsində yerləşən ümumi sahəsi 100 kv.m olan 13 nömrəli mənzilin dəyərini təşkil edən 65.000 ABŞ dolları məbləğində pul vəsaitini tam ödəməklə mənzili almışdır. Mənzilin ümumi dəyərinin tam olaraq ödənilməsi və borcunun olmaması “Kaspian İnşaat МВ" MMC tərəfindən verilmiş “Maliyyə arayışı” ilə təsdiq olunur. Mənzilə dair müqavilə bağladığı gündən hazırki vaxtadək mənzil onun sahibliyində və istifadəsində olmuş, orada təmir işləri aparmış, həmin vaxtdan hazırki günədək ailəsi ilə birgə həmin mənzildə yaşayır. 2021 -ci ilin dekabr ayında "xxxx" MMC-nin direktoru X7 ofisinə dəvət edərək bildirmişdir ki, ona məxsus 13 saylı mənzilin Tofiq adlı bir şəxsə satılması, sonradan da onun tərəfindən Elxan adlı şəxsə satılması barədə yenicə xəbər tutmuşdur. O, bunun necə baş verə biləcəyini soruşduqda bildirmişdir ki, 02 avqust 2017-ci il tarixdə "xxxx" MMC-nin də təsisçiliyi ilə "xxxx" MTK təsis edilmiş və MTK-nın sədri X2. Sonradan Rafət ona məxsus 13 saylı mənzil də daxil olmaqla bir neçə mənzili onun məlumatı olmadan üzvlərinin ümumi iclasının protokolundan çıxarışlar vermək yolu ilə başqa şəxslərə təkrar satmışdır. Həmçinin, hazırda Rafət Qəniyevin avtomobilində yanğın baş verdiyini, yanğın baş verən zaman Rafətin də avtomobilində olubolmadığının dəqiq bilinmədiyini, hazırda Rafətin harada olmasını bilmədiyini, yanğınla bağlı istintaq aparıldığını bildirmişdir. Eyni zamanda, ona mənzilinin Tofiq və Elxan adlı şəxslərə satılması barədə məlumat vermişdir. Həmin gün bu məsələ ilə bağlı Tofiq və Elxan adlı şəxslər də gəlmiş və birgə bu məsələni araşdırmaq üçün söhbət aparmışlar. İddiaçı1 ona Rafətin onun yaşadığı 13 saylı mənzili deyil, üzbəüzdə yerləşən 11 saylı mənzili göstərdiyini və həmin mənzilə baxıb bəyənərək aldığını, həmin mənzili Elxan Əliyevə satdığını bilmişdir. Eyni zamanda, Elxan Əliyev də İddiaçı1 bildirdiklərini təsdiq etmiş, onun yaşadığı mənzillə üzbəüz yerləşən 11 saylı mənzilin ona göstərildiyini və Tofiqdən həmin mənzili aldığını, həmçinin aldığı mənzildə müəyyən təmir işləri apardığını qeyd etmişdir. Elxan üzbəüzdə yerləşən mənzildə təmir işləri aparan zaman o, öz mənzilində yaşayırdı. Bir neçə gündən sonra, Elxan Əliyev məsələnin mahiyyətini tam dəqiqləşdirmiş, ona məlum olmuşdur ki, 13 saylı mənzil həqiqətən də iddiaçıya məxsusdur. Nəticədə İddiaçı1 ilə bağladığı müqaviləni ləğv etdirmişdir. Onun həmin vaxta qədər, MTK-nın təsis edilməsi, Rafət Qəniyevin MTK sədri olması və mənzilinin başqa şəxsə satılması barədə məlumatı olmamışdır. Məsələ ilə bağlı dərhal hüquq müstəvisində lazımi addımların atılması üçün vəkilə müraciət etmişdir. İlk addım kimi vəkilin müraciəti əsasında iddia ərizəsi üçün lazımi sübutlar toplananadək Yasamal Rayon Məhkəməsinin e- MTT(004)-61/2021 saylı 08 dekabr 2021-ci il tarixli qərardadı ilə mənzilin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Eyni zamanda, 06 dekabr 2021-ci il tarixli vəkil sorğusu ilə mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilib-verilməməsi məsələsinin aydınlaşdırılması üçün Əmlak Məsələləri Dövlət sorğu verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********91 nömrəli 14 dekabr 2021-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, "Bakı şəhəri, Yasamal rayonu, Salamzadə küçəsi, 1055-ci məhəllədə “Kaspian inşaat MB" MMC tərəfindən inşa edilmiş 3 saylı yaşayış binasının 1-ci girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m-dən ibarət 13 nömrəli mənzilin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirik ki, sözügedən çoxmənzilli yaşayış binasında eyni göstəricilərə malik, lakin mərtəbəliliyi və ümumi sahəsi fərqli olan mənzil mövcuddur.” Məsələ barədə daha ətraflı və dəqiq məlumat verilməsi üçün verilmiş 24 dekabr 2021-ci il tarixli vəkil sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 700561 nömrəli 11 yanvar 2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, ‘Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, 13 saylı mənzil (4-cü mərtəbə, 1-ci giriş, ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 46.1 kv.m olan) "xxxx" MTK üzvlərinin ümumi iclasının 129 nömrəli, 20.08.2020-cə il tarixli protokolundan çıxarışına, 01-M, 20.08.2021-ci il tarixli maliyyə arayışına, 01-F 20.08.2021-ci il tarixli, forma 2 arayışına əsasən ilkin olaraq 07.09.2021-ci il tarixində İddiaçı1 adına qeydiyyatdan keçmişdir. Bakı şəhən 15 saylı notahat ofisi tərəfindən təsdiq edilmiş, 26.09.2021-cl il tarixli, 4Ə-639 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 09.10.2021-ci il tarixində X10 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 15 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, 08.12.2021-ci il tarixli, ЗМ-1045 reyestr nömrəli 26.09.2021-cl il tarixli, 4Ə-639 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğvi barədə sazişə əsasən sözügedən mənzil 13.12.2021-ci il tahxində yenidən İddiaçı1 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Toplanmış sübutlar əsasında müəyyən olunmuşdur ki, həqiqətən də 3 saylı binada mənə ona məxsus 13 saylı mənzil sonradan verilmiş MTK-nın protokolundan çıxarışı və maliyyə arayışı əsasında İddiaçı1 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmişdir, Sonradan İddiaçı1 mənzili Elxan Əliyevə satmışdır. Eyni zamanda Elxan Əliyev mənzilinin texpasportunu ona göstərmiş, aydın olmuşdur ki, verilmiş pasportda mənzilin ölçüləri ilə həqiqi ölçüləri arasında uyğunsuzluq vardır, faktiki olaraq onun mənzilinin 2 eyvanı olduğu halda, verilmiş texpasportda 1 eyvan göstərilmiş və başqa fərqliliklər mövcuddur. Bu da bir daha sübut edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi inin əməkdaşları gəlib mənzilə baxış keçirmədən çıxarış və texniki pasport verilmişdir. Nəticədə, hazırda ona məxsus 13 saylı mənzilə dair qanunsuz sənəd əsasında başqa şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeyd aparılmışdır ki, bu qeyd də onun mülkiyyət hüquqlarını pozur. Odur ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 04.04.2022-ci il tarixli 2(004)-1782/2022 nömrəli qərardadı ilə 2(004)-1782/2022 nömrəli mülki iş, 2(004)-1508/2022 nömrəli mülki işə birləşdirilmişdir. Daha sonra, birinci iş üzrə İddiaçı1 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə təqdim edərək, mülkiyyət huququ əsasında ona məxsus olan ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən yaşayış sahəsi 86,5 kv.m olan, 2 otaqlı, 13 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən X11 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçücü şəxs qismində işə cəlb edilmişdir. Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, İddiaçı1 iddiasının təmin edilməsi, İddiaçı2 iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, mənzil üçün MTK-nın sədri kimi təqdim edən Qəniyev Rafətə 95000 manat ödəmişdir. Ona borcun olmaması barədə maliyyə arayışı təqdim edilmişdir. Mənzildə aparılmış təmir işləri zamanı ustaların yanında olmamış, istifadə edilmiş suya görə kommunal xərc ödəməmişdir. Maneə olaraq fiziki maneəni nəzərdə tutmur. Belə ki, MMC tərəfindən ona bildirilmişdir ki, MTK onlardan ayrılmışdır. Onunla müqavilələri yoxdur, MTK tərəfindən verilmiş protokoldan çıxarış və maliyyə arayışı MMC tərəfindən verilməmişdir və mənzilə dair şübhələr vardır. Birinci və ikinci iddia üzrə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 birinci iddia tələbini qəbul etməyərək, ikinci iddia ərizəsini isə qismən qəbul edərək, izahatında bildirmişdir ki, "xxxx" MTK 2017-ci ildə dövlət qeydiyyatına alınmışdır. Qəniyev Rafət MTK-nın sədri olmuşdur. MTK yaradılanda MMC tərəfindən inşa edilmiş binada mövcud olan 240 mənzilin hamısı satılmışdır. Mənzillərin satışı MTK və MMC tərəfindən həyata keçirilə bilməzdi. MTK yalnız kommunal xidmətlərlə bağlı, liftin işlək vəziyyətdə saxlanılması və s. ilə bağlı fəaliyyət göstərirdi. Hesab edir ki, birinci iddia tələbi tamamilə əsassızdır. İkinci iddia tələbini isə qismən qəbul edir. Belə ki, maliyyə arayışı, protokolda çıxarış etibarsızdır və qeydiyyat əsassızdır. Əlavə olaraq bildirmişdir, mənzillərin mərtəbəsi qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbənin nəzərə alınıb-alınmamasından aslı olaraq dəyişir. "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanılmış müqavilədə mənzilin mərtəbəsinin qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbə nərəzə alınmaqla qeyd edilmişdir. Qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbə nəzərə alınmadıqda isə mənzilin yerləşdiyi mərtəbə 4-cü mərtəbədir. İkinci iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, həmin binada iki mütəxəssis olmuşdur. Onlardan biri mənzillərin nömrələnməsini soldan sağa, digəri isə sağdan sola həyata keçirmişdir. Ona görə də, mənzillərə fərqli nömrələr verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçücü şəxs X6 nümayəndəsi X4 izahatında bildirmişdir ki, məkəmədən ona bildiriş gələnə kimi onun mənzilin bu vəziyyətindən məlumatı olmamışdır. Onların mənzilinə kilidini sındırıraraq daxil olmuşlar və evdə təmir işlərinə başlamışlar. "xxxx" MMC-nin nümayəndəsi evin sahibi olduğunu bildirdikdən sonra təmir işləri dayandırılmışdır. 11 nömrəli mənzil onun ərinin mülkiyyətindədir və 2019-cu ildə mənzilə dair çıxarış əldə etmişdir. Cavabdeh "xxxx" MTK məhkəmə iclasının vaxtı və yeri barədə barədə məhkəmə bildirişi göndərilmişdir, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdeh "xxxx" MTK-nın nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, birinci iddia rədd edilməli, ikinci iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 20.02.2015-ci il tarixli 183 nömrəli sifariş müqaviləsinin surətindən görünür ki, bir tərəfdən sifarişçi adlanan İddiaçı2 və digər tərəfdən icraçı adlanan "xxxx" MMC arasında Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi, ev 3, 1055-ci məhəllədə inşa edilən yüksəkmərtəbəli yaşayış binasının 1 saylı blokunun 5-ci mərtəbəsində, ümumi sahəsi 100 kv.m olan 2 otaqlı 13 saylı mənzili sifarişçiyə təhvil verilməsi barədə razılığa gəlmişlər. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışınının surətindən görünür ki, X5 ilə "xxxx" MMC arasındakı bağlanmış 20.02.2015 tarixli 183 saylı sifariş müqaviləsinə əsasən Bakı şəhəri, Yaşamal rayonu, A.Salamzadə küçəsi, 1055-ci məhəllədə MMC-nin inşa etdiyi yaşayış binasının 1 saylı Blokunun 5-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m ibarət olan mənzilin əsaslı tikintisini sifariş etmişdir. İddiaçı2 ilə sifariş müqaviləsinin 3-cü maddəsinə əsasən mənzilin ümumi dəyərinin tam hissəsi olaraq "xxxx" MMC-nin xəzinəsinə - 65000 USD ödəmişdir və borcu yoxdur. İş materiallarında olan "xxxx" MTK-nın nizamnaməsinin surətindən görünür ki, "xxxx" MTK 02.08.2017-ci ildə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MTK-nın üzvlərindən biri də "xxxx" MMC-dir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi İdarəsinin 18.04.2022-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 46.1 kv.m, 2 yaşayış otağından ibarət ünvan 3 ünvanı (Yeni qaydalarla: AZ 1122, ünvan 74, m1) "xxxx" MTK üzvlərinin 129 nömrəli 20.08.2020-ci il tarixli protokolundan çıxarışa, eyni tarixli 01-M saylı maliyyə və 01-F nömrəli Forma 2 arayışlarına əsasən, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/17 nömrəli 02.10.2017-ci il tarixli qərardadına əsasən İddiaçı1 adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhər 15 saylı Notariat ofisinin 4ə-639 reyestr nömrəli 26.09.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X10 adına qeydiyyata alınmışdır. Bakı şəhər 15 saylı Notariat ofisinin ЗМ-1045 reyestr nömrəli 08.12.2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvi barədə sazişə əsasən İddiaçı1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 17.05.2022-ci il tarixli **********31 saylı məktuba təsdiq edilmiş surətləri əlavə edilmiş "xxxx" MTK üzvlərinin ümumi iclasının 98 nömrəli protokolundan çıxarışdan, "xxxx" MTK-nın tərəfindən verilmiş maliyyə arayışından, "xxxx" MTK tərəfindən verilmiş 14.11.2019-cu il tarixli 01-F nömrəli Forma 2 arayışından və Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 19.12.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, X1 üzv qəbul olunmaqla, MTK-nın ünvan 5 ünvanında 1-ci giriş, 4-cü mərtəbə, yaşayış sahəsi 69kv.m olan, 2 otaqlı, 11 nömrəli mənzilin payçısı olması təsdiq edilmişdir. MTK-ya məxsus olan ünvan 5 ünvanında yerləşən binanın 1-ci giriş, 4cü mərtəbəsində ümumi sahəsi 87 kv.m olan, yaşayış sahəsi 69 kv.m olan, 2 otaqlı, 11 nömrəli mənzilin pay dəyəri payçı X11 tərəfindən tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur. Mənzildə qeydiyatda heç kim yoxdur. Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən 11 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1122, ünvan 74, m1) X6 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 3262 nömrəli reyestr kitabının 304707 nömrəli vərəqində 19.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 26.05.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli, 27 nömrəiı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10.02.2012ci il tarixli, 590 nömrəli Fərmanına uyğun olaraq çoxmənzilli yaşayış binalarındakı mənzillərin ünvanı nəqliyyat infrastrukturu obyektinin (küçənin, prospektin və s) adından, binanın giriş nömrəsindən və mənzilin mərtəbə üzrə nömrəsindən ibarət olur. Çoxmənzilli yaşayış binalarında mənzilin mərtəbə üzrə nömrəsi həmin mərtəbəyə qalxan pilləkənin yuxarı hissəsindən baxanda pilləkən meydançasının solundan, saat əqrəbi istiqamətində 1-dən başlamaqla ardıcıl nömrələmə qaydasında mənzilə nömrə verməklə formalaşır. Lift olan binalarda da, pilləkənlər mənzil nömrələrinin müəyyən edilməsi zamanı başlanğıc istinad nömrəsi kimi qəbul edilir. Məhkəmə tərəfindən 11.04.2022-ci il tarixdə Bakı Şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3 (yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1 saylı blokunun, 4, 5 və 6-cı mərtəbələrinə baxış keçirilmişdir. Baxış zamanı hər blokda 5 mənzilin olduğu və mənzillərin liftin və pilləkənin çıxışından sol tərəfdən başlayaraq saat əqrəbi istiqamətində nömrələndiyi, binanın 4-cü mərtəbəsində pilləkən meydançasının solundan, saat əqrəbi istiqamətində ardıcıl nömrələmə qaydasında 1-ci mənzilin İddiaçı1 məxsus olduğu iddia edilən 11 nömrəli mənzil, həmin mənzillə üzbəüz mənzilin İddiaçı2 yaşadığı və ona məxsus olan mənzil olduğu müəyyən edilmişdir. Baxış zamanı, 11 nömrəli mənzilin qapısını İddiaçı1 özündə olan açar vasitəsilə açmış, həmin mənzilə baxış keçirilmiş və mənzilin təmirsiz vəziyyətdə olduğu, yüngül təmir işlərinin aparıldığı, iş materiallarında olan Bakı Şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 13 nömrəli evin 13 nömrəli mənzilinə dair İddiaçı1 verilmiş 03.09.2021-ci il tarixli texniki pasporta uyğun yerləşməklə dəhliz, 2 ədəd yaşayış otağı, 1 ədəd mətbəx, 2 ədəd şkaf, 2 ədəd sanitar qovşaq və 1 ədəd eyvan olduğu müəyyən edilmişdir. Həmçinin baxış zamanı, İddiaçı2 yaşadığı mənzilin 13 nömrəli mənzil olması, mənzilin 2 otaqdan 3 otağa düzəldildiyi, mənzilin tam təmirli və 2 ədəd böyük eyvanın olması, mənzilin 11 nömrəli mənzildən sahəsinə görə geniş olması, Bakı Şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 13 nömrəli evin 13 nömrəli mənzilinə dair İddiaçı1 verilmiş 03.09.2021-ci il tarixli texniki pasportda göstərilən plana uyğun olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20.02.2015-ci il tarixli 183 nömrəli sifariş müqaviləsi əsasında Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən sahəsi 100 kv.m olan 2 otaqlı 13 saylı mənzilin İddiaçı2 təhvil verilməsi razılaşdırmışdır. İddiaçı2 mənzilin dəyərini tam şəkildə ödəmişdir. Həmçinin, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3 ünvanında yerləşən ümumi sahəsi 86.5 kv.m, yaşayış sahəsi 46.1 kv.m, 2 yaşayış otağından ibarət 13 nömrəli mənzil (Yeni qaydalarla: AZ 1122, ünvan 74, m1) "xxxx" MTK üzvlərinin 129 nömrəli 20.08.2020-ci il tarixli protokolundan çıxarışa, eyni tarixli 01-M saylı maliyyə və 01-F nömrəli Forma 2 arayışlarına əsasən, habelə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5052/17 nömrəli 02.10.2017-ci il tarixli qərardadına əsasən İddiaçı1 adına ilkin qeydiyyata alınmış və 09.10.2021-ci il tarixdə mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən həmçinin yerli baxış zamanı binanın 4-cü mərtəbəsində pilləkən meydançasının solundan, saat əqrəbi istiqamətində ardıcıl nömrələmə qaydasında 1-ci mənzilin İddiaçı1 məxsus olduğu iddia edilən 11 nömrəli mənzil, həmin mənzillə üzbəüz mənzilin İddiaçı2 yaşadığı mənzil olduğu, 13 nömrəli mənzilin göstəricilərinin İddiaçı1 məxsus texniki pasportda olan göstəricələrə uyğun olmadığı müəyyən edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı2 arasında bağlanılmış müqavilədə mənzilin mərtəbəsinin fərqli göstərilməsi binanın qeyri-yaşayış obyektlərinin yerləşdiyi alt mərtəbənin nəzərə alımaqla hesablanması ilə bağlıdır. Bundan başqa, İddiaçı1 iddia ərizəsinin məzmunu və iddiaçı tərəfin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı1 mənzili almamışdan əvvəl bir neçə dəfə mənzilə baxmış, X15 yoxa çıxandan sonra onun evinin nömrəsinin başqa olduğu və 13 saylı mənzilin üzbəüzdəkı mənzil olduğu məlum olmuşdur. ünvan 5 ünvanında yerləşən binanın 1-ci giriş, 4-cü mərtəbəsində ümumi sahəsi 87 kv.m olan, yaşayış sahəsi 69 kv.m olan, 2 otaqlı, 11 nömrəli mənzilə isə X6 mülkiyyət hüququ Daşınmaz əmlakın dövlət reyestrində 19.12.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan başqa İddiaçı1 və X8 adında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda göstərilən 11 nömrəli və 13 nömrəli mənzilin hər ikisinin ünvanı yeni qaydalarla AZ 1122, ünvan 74, m1 olmaqla eynilik təşkil edir. Beləliklə müəyyən edilir ki, ünvan 5 ünvanında yerləşən 11 nömrəli mənzilə (yeni qaydalarla AZ 1122, ünvan 74, m1) "xxxx" MTK tərəfindən 11 və 13 nömrə müəyyən edilməklə X6 və İddiaçı1 pay hüququ tanınmışdır. Həmçinin, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı1 iddia tələbində ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən yaşayış sahəsi 86,5 kv.m olan, 2 otaqlı, 13 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələrin yaradılmasının cavabdehlərə qadağan edilməsini tələb etsə də, əslində tələbi eyni ünvanda yerləşən 11 nömrəli mənzil üzrədir. O, Süleyman Murad oğlunun müqavilə əsasında "xxxx" MMC-dən əldə edilən, faktiki olaraq sonuncunun sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında 4-cü mərtəbədə yerləşən 13 nömrəli mənzili mübahisələndirmir. Bu İddiaçı1 tərəfindən iddia tələbində mənzilin sahəsinin 86,5 kv.m göstərilməsi, mənzilin onun sahibliyinə və istifadəsinə verilməsinə törədilən maneələrin aradan qaldırılmasının cavabdehlər "xxxx" MMC-dən və "xxxx" MTK-dan tələb etməsi və İddiaçı2 qarşı tələb irəli sürməməsi ilə bir daha təsdiq edilir. Göründüyü kimi, X6 mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 11 nömrəli mənzilə (yeni qaydalarla AZ 1122, ünvan 74, m1) dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış qüvvədə olduğu və ünvan 5 ünvanında yerləşən 13 nömrəli mənzil İddiaçı2 məxsus olduğu halda, "xxxx" MTK 11 nömrəli mənzilin nömrəsi 13 qeyd etməklə mənzilin pay haqqının İddiaçı1 tərəfindən ödənilməsi barədə maliyyə arayışı və onun MTK-nın üzvlüyünə qəbul olunmaqla mənzilin payçısı olmasının təsdiqi barədə ümumi iclasın protokolundan çıxarışı tərtib etmiş və həmin sənədlər əsasında ünvan 5 ünvanında yerləşən 13 nömrəli mənzilə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aparılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ, İİ, İİİ, İV, Vİİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Mülki Məcəllənin 152.1-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Mülki Məcəllənin 178.2-ci maddəsinə müvafiq olaraq, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Mülki qanunvericiliyinin müddəalarını nəzərə alınmaqla məhkəmə hesab edir ki, ünvan 5 ünvanında yerləşən 11 nömrəli mənzil (yeni qaydalarla AZ 1122, ünvan 74, m1) X6 mülkiyyətində olduğundan və eyni ünvanda yerləşən 13 nömrəli mənzil İddiaçı2 faktiki sahibliyində və istifadəsində olmaqla müqavilə əsasında ona məxsus olduğundan "xxxx" MTKnın ümumi yığıncağının hər iki mənzil barəsində üçüncü şəxsin pay haqqının tanınması barədə qərar qəbul etmək səlahiyyəti olmamışdır. Ona görə də, heç bir hüquqi əsas olmadan, mülki qanunvericiliyinin tələblərinin pozulması ilə İddiaçı1 adına tərtib olunmuş "xxxx" MTK üzvlərinin ümumi iclasının 129 nömrəli, 20.08.2020-ci il tarixli protokolundan çıxarış və 01-F nömrəli, 20.08.2021-ci il tarixli forma 2 arayışı etibarsız hesab edilməli, habelə bu sənədlərin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və verilmiş çıxarış ləğv edilməli və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 13 saylı mənzilinə sahiblik və istifadə hüquqları tanınmalıdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və s. sənədlər əsasında aparılır. MM-nin 139-1.1.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Bununla belə, adı çəkilən reyestr sistemində “səbəbə bağlılıq” prinsipi rəhbər tutulur. Bu prinsipə görə, reyestrdəki qeydin hüquqi səbəbi (məsələn, əsasında qeydiyyat aparılan müqavilə, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı və s.) etibarsızdırsa, onun əsasında aparılmış qeydiyyat da əsassız hesab edilir. Bu halda daşınmaz əmlakın dövlət reyestrindəki qeydin məzmunu ilə həqiqi hüquqi vəziyyət uzlaşmır. Başqa sözlə, reyestrdə hüquq sahibi kimi görünən şəxslə həqiqi hüquqi vəziyyətə görə mülkiyyətçi olan şəxs eyni olmurlar. Qanunverici bu halı Mülki Məcəllənin 141-ci maddəsində tənzimləmişdir. Həmin normaya əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəlişin aparılmasını tələb edə bilər. Mülki Məcəllənin 141.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmçinin məhkəmə İddiaçı2 iddia tələbinin maliyyə arayışının etibarsız hesab edilməsi hissəsinə münasibətdə hesab edir ki, maliyyə arayışı pay haqqının ödənilməsi barədə sənəd olaraq İddiaçı1 MTK-ya müəyyən edilmiş pul məbləğinin ödənilməsini təsdiq edən sənəd olduğundan və məhkəmə tərəfindən İddiaçı1 adına tərtib olunmuş "xxxx" MTK üzvlərinin ümumi iclasının 129 nömrəli, 20.08.2020-ci il tarixli protokolundan çıxarış və 01-F nömrəli, 20.08.2021ci il tarixli forma 2 arayışı etibarsız hesab edilməsi, habelə bu sənədlərin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməli olması qənaətinə gəlindiyindən, İddiaçı1 həmin pul məbləğinin geri ödənilməsini tələb etmək hüququ vardır. Bu səbəbdən maliyyə arayışı etibarsız hesab edilə və iddia tələbi həmin hissədə təmin edilə bilməz. Bununla da, məhkəmə iddiaçının MTK-ya qarşı ödədiyi pulun geri qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olmasını izah edir. Məhkəmə birinci iddia üzə İddiaçı1 iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən ikinci iddia tələbinin qismən təmin edilməsi və İddiaçı1 iddiasının əsasını təşkil edən, onun adına tərtib olunmuş "xxxx" MTK üzvlərinin ümumi iclasının 129 nömrəli, 20.08.2020-ci il tarixli protokolundan çıxarışın və 01-F nömrəli, 20.08.2021-ci il tarixli forma 2 arayışı etibarsız hesab edilməsi, habelə bu sənədlərin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeyd və verilmiş çıxarışın ləğv edilməli olması qənaətinə gəlindiyindən, bununla da birinci iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Yuxarıda şərh olunan qanunvericilik normalarını rəhbər tutaraq, məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, birinci iddia üzrə İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MTK-ya qarşı “mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilməli, birinci iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilməli, ikinci iddia üzrə İddiaçı2 iddiası qismən təmin edilməli, "xxxx" MTK üzvlərinin ümumi iclasının 129 nömrəli, 20.08.2020-ci il tarixli protokolundan çıxarış və 01-F nömrəli, 20.08.2021-ci il tarixli forma 2 arayışı etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 13 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1122, ünvan 74, m1) İddiaçı1 adına aparılmış qeyd və 13 dekabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilməli, İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 13 saylı mənzilinə sahiblik və istifadə hüquqları tanınmalı, ikinci iddia tələbi qalan hissədə, yəni “01-M nömrəli, 20.08.2021-ci il tarixli maliyyə arayışın etibarsız hesab edilməsi” hissəsində təmin edilməməli, ikinci iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X16rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Birinci iddia üzrə İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə və "xxxx" MTK-ya qarşı “mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi və törədilən maneələrin aradan qaldırılması” tələbinə dair iddiası rədd edilsin. Birinci iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı1 aid edilsin. İkinci iddia üzrə İddiaçı2 iddiası qismən təmin edilsin. "xxxx" MTK üzvlərinin ümumi iclasının 129 nömrəli, 20.08.2020-ci il tarixli protokolundan çıxarış və 01-F nömrəli, 20.08.2021-ci il tarixli forma 2 arayışı etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 13 saylı mənzilinə dair (yeni qaydalarla: AZ 1122, ünvan 74, m1) İddiaçı1 adına aparılmış qeyd və 13 dekabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarış ləğv edilsin. İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 13 saylı mənzilinə sahiblik və istifadə hüquqları tanınsın. İkinci iddia tələbi qalan hissədə, yəni “01-M nömrəli, 20.08.2021-ci il tarixli maliyyə arayışın etibarsız hesab edilməsi” hissəsində təmin edilməsin. İkinci iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-1508/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1508/2022
03.06.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver