Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1526/2022 15.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Sadıqov Cəlil Cəfərbala oğlunun katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı, İlkin iddia ərizəsi üzrə cavabdeh və qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İlkin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair; ilkin iddia ərizəsi üzrə Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.000 manat məbləğində pul vəsaitinin və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 3060 manat vəsaitin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış və “Toyota Prius” minik markalı avtomobili xx.xx.2024-cü il tarixədək aylıq 736 manat ödəmək şərti ilə almışdır. Müqavilə üzrə ödənişləri vaxtında həyata keçirsə də, ona məlum olmayan səbəblərdən cavabdeh nəqliyyat vasitəsini idarə etmək üçün verilmiş etibarnaməni ləğv etmiş və bu səbəbdən müxtəlif vaxtlarda Azərbaycan Respublikası Dövlət Yol Polis İdarəsi tərəfindən o, cərimələrə məruz qalmışdır. Həmçinin nəqliyyat vasitəsinin sığortası olmadığı üçün əlavə cərimələnmişdir. Bir müddət keçdikdən sonra müqavilənin 3.1 və 4.3-cü maddələrinin tələblərini pozaraq nəqliyyat vasitəsinə baxış keçirmək adı altında avtomobil ondan geri alınmışdır. Cavabdeh ünvan 1 ünvanda qeydiyyatdadır. O, pretenziya qaydasında cavabdehin ünvanına həm məktub, həm də teleqram ünvanlamış, lakin cavabdeh həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq orda faktiki yaşamadığına görə geri qaytarılmışdır. Hazırda məhkəməyə müraciət edərək cavabdehin təqsiri ucbatından ona dəymiş 3.000 manat maddi ziyanın tutulmasını tələb edir. İlkin iddia ərizəsi üzrə Cavabdeh “alqı-satqı müqaviləsinin ləğv edilməsi və öhdəliyin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək onunla cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə xitam verilməsini və müqavilə öhdəliyi üzrə ödənilməmiş 1.810 manat, avtomobilə dəymiş 4.000 manat ziyanın və qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun, eləcə də əldən çıxmış faydaya görə 4.000 manat məbləğin, ümumilikdə 10.000 manatın qarşılıqlı iddia ərizəsi üzrə cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə görə o, ödənilməmiş qalan 26.500 manatı hər ay ona 736 manat notariusun bankda olan depozit hesabı vasitəsi ilə ödəmək öhdəliyini götürmüşdür. Lakin müqavilə şərtlərinə baxmayaraq o, bir ayın (sentyabr) ödənişini etmiş və sonrakı dörd ay üçün müxtəlif bəhanalərlə ödəməkdən boyun qaçırmışdır. Bundan başqa avtomobil İddiaçı olduğu müddətdə onun icbari sığorta ödənişi bitmiş və onun səhlənkarlığına görə 600 manata kimi cərimə yazılmışdır. Lakin o, cərimə məbləğlərini ödəməmiş və bu səbəbdən avtomobil Azərbaycan Respublikası DYPİ-nin əməkdaşları tərəfindən cərimə meydançasına yerləşdirilmişdir. Eyni zamanda sözügedən avtomobil İddiaçı tərəfindən yararsız vəziyyətə salınmış və hazırda avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün 4.000 manat məbləğində xərc tələb olunur. Bundan başqa İddiaçı müqavilə öhdəliyinin şərtlərini pozaraq dörd ay ödəməli olduğu 3.000 manat puldan hazıradək cəmi 1.110 manat ödəniş etmiş və onun Cavabdeh müqavilə üzrə 1.890 manat borcu yaranmışdır. Göstərilənlərlə yanaşı tərəflər arasında müqavilə bağlanan zaman müqavilə predmetini təşkil edən “Toyota Prius” markalı avtomobilin satış qiyməti hazırki bazar qiymətləri ilə müqayisə edildikdə görünür ki, hazırda oxşar markalı avtomobillərin satış qiymətləri xeyli yüksəkdir. Odur ki, qeyd olunan hal nəzərə alınmaqla, ona 4.000 manat əldən çıxmış faydaya görə ziyan dəymişdir. Həmin mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-1526/2022 saylı qərardadına əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, iş rəy verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş və mülki iş üzrə icraat rəy alınanadək dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/4645 saylı ekspert rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına əsas olmuş səbəb aradan qalxdığından mülki iş üzrə dayandırılmış icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən ilkin iddia ərizəsi üzrə iddiaçı və qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Cavabdeh ilə 07 sentyabr 2021-ci il tarixli hər ay 736,11 manat ödəniş etməklə 3 il müddətinə nisyə alqı-satqı müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə görə nəqliyyat vasitəsinin ümumi dəyəri 27.000 manata razılaşdırılmışdır. Həmin məbləğin 500 manatı isə ilkin ödəniş olaraq "xxxx" ASC vasitəsilə Cavabdeh hesabına köçürmüşdür. Müqavilə tərəfi Cavabdeh olmasına baxmayaraq, onunla bütün danışıqları Cavabdeh oğlu Kamran və qohumu Turalla aparmışdır. Ümumi razılığa əsasən o aylıq ödənişləri bank vasitəsilə etməli idi. Müqavilə bağlandığı tarixdən növbəti ay üçün Cavabdeh "xxxx" ASC-də olan hesabına 610 manat ödəniş etmişdir. Daha sonra Tural ona zəng edərək bildirmişdir ki, bank hesabından pul vəsaitinin çıxarılmasında çətinlik yarandığından aylıq ödənişləri Turala məxsus kart hesabına köçürsün. O etiraz etməmiş və təkliflə razılaşmışdır. Lakin sonradan aylıq ödənişləri həyata keçirməkdə çətinlik çəkdiyinə görə özü qarşı tərəfə təklif etmişdir ki, ödənişlər gündəlik həyata keçirilsin. Beləliklə o, hissə-hissə avtomobilə görə ilkin ödəniş daxil olmaqla 3.000 manat ödəniş həyata keçirmişdir. Yəni, onun avtomobildən istifadə etdiyi 4 aya görə borcu qalmamışdır. Buna baxmayaraq sonuncu dəfə 2022-ci ilin yanvar ayında Tural ona zəng edərək təkid etmişdir ki, nəqliyyat vasitəsinə baxış keçirmək istəyir. Nəqliyyat vasitəsinə baxış adı ilə Tural adlı şəxs maşının açarlarını ondan alıb nəqliyyat vasitəsini aparmışdır. İddiaçı həmçinin qeyd etmişdir ki, cavabdeh tərəfindən ona verilmiş etibarnamənin ləğv edilməsi səbəbilə ayrı-ayrı vaxtlarda DYPİ-nin müvafiq qərarları ilə 2 dəfə 100 manat olmaqla cərimə edilmiş, eyni zamanda nəqliyyat vasitəsinin texniki baxış və icbari sığorta müddətinin bitməsi səbəbilə müxtəlif vaxtlarda cərimə edilmişdir. O cavabdehdən həmin cərimələrin ödənilməsini tələb etməsinə baxmayaraq qarşı tərəf tələbini yerinə yetirməmiş nəticədə isə onun nəqliyyat vasitəsini idarəetmə hüququ məhdudlaşdırılmışdır. O, avtomobili taksi fəaliyyəti ilə məşğul olmaq məqsədilə əldə etməsinə baxmayaraq, istifadə edə bilməmiş və fayda götürmədiyindən aylıq ödənişlərini həyata keçirə bilməmişdir. Bundan sonra o, kredit ödənişlərini həyata keçirməkdən imtina etmişdir. O, aylıq ödənişlərinə dair məhkəməyə qəbzlər təqdim etmişdir. Verilmiş suallara əsasən İddiaçı bildirmişdir ki, hazırda nasaz vəziyyətdə olan avtomobilə dəymiş zərər onun təqsiri ilə bağlı olmamışdır. Belə ki, cavabdeh qərəzli olaraq maşını toz-torpaq içində saxlayıb, təkərlərini boşaldaraq onun barəsində dələduzluq fakti üzrə şikayətçi olmaq niyyətində olmuşdur. Halbuki, avtomobil ona ilkin olaraq təhvil verildikdə vurulmuş vəziyyətdə olmuşdur. Hətta cavabdeh ona təklif etmişdir ki, yavaşyavaş özü təmir etdirər. Nəqliyyat vasitəsinin yararsız vəziyyətdə olan fotoşəkilləri təqdim edildikdə isə o, avtomobilin buferinin tanış ustada saxlanıldığını, avtomobilin şüşəpəncərələrinin onun istifadəsində olduğu müddətdə yararsız vəziyyətə salındığını və rənglənmə işinin də onun öhdəsində olmasını etiraf etmişdir. O, həmin nasazlıqlarının onun özü tərəfindən gələcəkdə aradan qaldırılacağını və təmir üçün xeyli miqdarda xərc tələb olunmadığını bildirmişdir. Göstərilənlərə əsasən, İddiaçı ilkin iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili Nümayəndə qarşılıqlı iddia ərizəsini müdafiə edərək, qarşılıqlı iddianın təmin olunmasını xahiş etdi. O, izahatında əlavə olaraq bildirdi ki, ilkin İddiaçı izahatında göstərilən xüsusatlar həqiqəti əks etdirmir. Belə ki, 07 sentyabr 2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanan zaman İddiaçı texniki cəhətdən saz vəziyyətdə olan 2008-ci il buraxılışlı, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil təhvil verilmişdir. Müqavilədə nəqliyyat vasitəsində gələcəkdə qüsurla bağlı pretenziya irəli sürülməsi üçün müddət müəyyən edilməsinə baxmayaraq bu müddət ərzində heç bir etiraz daxil olmamışdır. Daha sonra İddiaçı öz öhdəliklərindən qəsdən boyun qaçıraraq razılaşdırılmış ödənişləri yubatmış, telefon zənglərinə cavab verməmiş və görüşdən imtina etmişdir. Bu səbəbdən Cavabdeh onun tərəfindən verlmiş etibarnaməni ləğv etmişdir. Yalnız bundan sonra İddiaçı onunla əlaqə yaratmış və vaxtlı vaxtında ödənişlər edəcəyini vəd etmişdir. Buna baxmayaraq o, yenə də öz vədlərinə əməl etməmiş və mütamadi olaraq ödənişləri gecikdirmişdir. İddiaçı nəqliyyat vasitəsi 4 ay onun istifadəsində olduğu müddət ərzində 2.944,44 manat ödəməli olmasına baxmayaraq, 4 ay üçün hazıradək cəmi 1.110 manat ödəniş etmişdir. Həmçinin daxil olmuş SMS məlumatları əsasında müəyyən edilmişdir ki, İddiaçı nəqliyyat vasitəsi onun istifadəsində olduğu dövrdə texniki baxış və icbari sığorta müddətinin bitməsinə baxmayaraq bu öhdəliyini də yerinə yetirmədiyinə görə xeyli miqdarda cərimə edilmişdir. Bu səbəbdən Aynurun qohumu olan və bilavasitə danışıqlarda iştirak edən Tural Ramazanov təkid etmişdir ki, nəqliyyat vasitəsinə baxış keçirmək istəyir. Yalnız bundan sonra aşkar edilmişdir ki, Təhmasib nəqliyyat vasitəsini Sumqayıt şəhərində hansısa evin həyətindəki ağacın altında yararsız vəziyyətdə saxlamışdır. Həmin vaxt nəqliyyat vasitəsinin qabaq ön buferi və bamperi, arxa baqaj salonu yerində olmamış, şüşəsi qırılmış, təkərləri isə boşalmış vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsi ümumilikdə paslanmış vəziyyətə düşmüşdür. Yəni nəqliyyat vasitəsi idarə etmək üçün yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən Tural Ramazanov sözügedən nəqliyyat vasitəsini evakuator vasitəsilə daşıyaraq mülkiyyətçi Cavabdeh təhvil vermişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə izahatında göstərilən xüsusatları təsdiq edən yəni “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı təhvil verilməmişdən öncəki saz vəziyyəti və onun tərəfindən yarasız vəziyyətə salınmış hazırki vəziyyətinə dair fotoşəkilləri məhkəməyə təqdim etmişdir. Həmçinin bildirmişdir ki, nəqliyyat vasitəsi hazıradək təmir edilməmişdir. Verilmiş suallar əsasında qarşılıqlı iddiaçının vəkili Nümayəndə dəqiqləşmə verərək bildirmişdir ki, ilkin iddiaçı tərəfindən 4 aylıq ödənişlər üzrə hazıradək 1575 manat ödəniş etmiş və 1369,44 manat ödənilməmiş borcu qalmışdır. Həmçinin avtomobilə vurulan ziyanı 4.000 manat dəyərləndirmişlər və 19 sentyabr 2022-ci il tarixli 9/4645 saylı ekspert rəyi ilə sözügedən məbləğ 3.927 manat müəyyən edilmişdir. Buradan da aydın görünür ki, qarşılıqlı iddia tələbi əsaslı olmuşdur. Bundan başqa qeyd edir ki, iş materiallarında olan ödəniş çeklərinə əsasən özləri də hesablama aparmış, bu zaman məlum olmuşdur ki, ödəniş aylar üzrə kəsrlərlə edilmiş, gündəlik ödəniş etməli olduğu halda bəzən günlərlə ödəniş edilmədiyi üçün borc yaranmışdır. İlkin ödədiyi 500 manatdan sonra iddiaçı pulun ödənilməsini gecikdirmişdir. Odur ki, göstərilənlərə əsasən ilkin iddia tələbinin rədd edilməsini, qarşılıq iddia tələbinin isə təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində X5 izahatında bildirmişdir ki, İddiaçı ilə əsasən danışıqlar onun tərəfindən aparılmışdır. Belə ki, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh oğlu Kamran onun həm dostu, həm də müdiridir. Bu səbəbdən də Kamranın bütün işlərini faktiki olaraq o idarə edir. Danışıqlar zamanı İddiaçı ilk gündən başlayaraq öz öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, ilkin ödəniş 1.200 manat ödənilməli olmasına baxmayaraq imkanının olmamasını əsas gətirdiyinə görə 800 manat ilkin ödəniş üçün razılaşmışlar. Lakin notariusda müqavilə bağlanarkən Təhmasib 800 manat deyil, 500 manatının olduğunu bildirdiyinə görə ona köməklik etmək üçün 500 manata razılaşmışdır. Müqavilə bağlandıqdan sonra ilkin ödəniş olan 500 manat "xxxx" ASC vasitəsilə Cavabdeh hesabına köçürülmüşdür. 1-ci ayın ödənişi 736 manat olmasına baxmayaraq İddiaçı 610 manat vəsaiti Cavabdeh bank hesabına köçürmüşdür. Həmin pulun çıxarılmasında çətinlik yarandığına görə ümumi şifahi razılıq əsasında aylıq ödənişlərin onun kart hesabına köçürülməsi razılaşdırılmışdır. Bundan sonra Təhmasib ödənişləri gecikdirmiş və dəfələrlə onun zənginə cavab verməmişdir. Uzun müddət sonra əlaqə saxlandıqda isə Təhmasib özü təklif etmişdir ki, birdəfəlik aylıq ödəniş etməyə çətinlik çəkir ona görə də gündəlik ödənişlər etmək istəyir. O, İddiaçı bu təklifi ilə də razılaşmışdır. Lakin İddiaçı yenə də öz vədinə əməl etməmiş və ödənişləri yubatmışdır. İddiaçı nəqliyyat vasitəsi 4 ay onun istifadəsində olduğu müddət ərzində 2944,44 manat ödəməli olmasına baxmayaraq, hazıradək ilkin ödəniş 500 manat Cavabdeh bank hesabına köçürmüş, 1-ci ay üçün 610 manatı bank hesabına köçürmüş, bundan sonra onun kart hesabına hissə-hissə olmaqla 1000 manata yaxın pul ödəmişdir. X1 həmçinin qeyd etmişdir ki, nəqliyyat vasitəsi müqavilə bağlandıqdan sonra İddiaçı təhvil verildikdə saz vəziyyətdə olmuş həmçinin texniki baxış və icbari sığorta müddəti bitməmişdir. Danışıqlara əsasən sonrakı dövr üçün texniki baxışdan keçirmək və icbari sığorta etdirmək İddiaçı üzərinə düşürdü. Lakin Təhmasib bu öhdəliyi yerinə yetirmədiyinə görə nəqliyyat vasitəsinə DYPİ tərəfindən cərimələr və gecikdirilmiş faizlər yazılmışdır. Bu səbəbdən o, narahat olaraq Təhmasibə təkid etmişdir ki, avtomobili görmək istəyir. O, Təhmasibin iştirakı ilə nəqliyyat vasitəsini Sumqayıt şəhərində hansısa evin həyətindəki ağacın altında yararsız vəziyyətdə aşkar etmişdir. Həmin vaxt nəqliyyat vasitəsinin qabaq ön buferi və bamperi, arxa baqaj salonu yerində olmamış, şüşəsi qırılmış, təkərləri isə boşalmış vəziyyətdə olmuşdur. Nəqliyyat vasitəsi ümumilikdə paslanmış vəziyyətə düşmüşdür. Eyni zamanda aşkar etmişdir ki, nəqliyyat vasitəsinə yararsız yağ mayesi boşaldılmış və içinə selofan tıxanmışdır ki, bu hal nəqliyyat vasitəsi üçün xeyli zərərlidir. Avtomobilin şüşəsi qırıq vəziyyətdə olduğundan daxili salonu da keyfiyyətsiz hala düşmüşdür. Dolayısıyla nəqliyyat vasitəsi idarə etmək üçün tam yararsız vəziyyətdə olmuşdur. Bu səbəbdən o, evakuator xidmətinə müraciət edərək nəqliyyat vasitəsini oradan daşımış və mülkiyyətçisi Cavabdeh təhvil vermişdir. Nəqliyyat vasitəsi hazıradək təmir edilməmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı qarşılıqlı ərizə üzrə cavabdeh Babayev X4 Aynur Kərim qızının nümayəndəsi Nümayəndə və şahid qismində dindirilmiş X2 izahatında göstərilənlərlə bağlı bildirmişdir ki, həqiqətən də nəqliyyat vasitəsinin qabaq ön buferi və bamperi, eləcə də, arxa baqaj salonu üzərində olmamış, şüşəsi isə qırılmış vəziyyətdə olmuşdur. O, qeyd etmişdir ki, həmin ehtiyat hissələri hazırda onun ustasında saxlanılır və göstərilən qüsurların təmiri qarşılıqlı iddiaçının göstərdiyi kimi 4000 manat deyil, 100-200 manat təşkil edir ki, o həmin ehtiyat hissələrini təmirini, eyni zamanda qırılmış şüşənin təmirini və avtomobilin ümumi olaraq rənglənməsi xərcini öz üzərinə götürür, avtomobilin isə ona geri qaytarılmasını xahiş edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli və qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsindən müəyyən edilir ki, Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş BA seriyalı 114556 nömrəli dövlət qeydiyyat şəhadətnaməsi əsasında mülkiyyətçi - Cavabdeh məxsus 27.000 manat dəyərində 2008-ci il buraxılışlı, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü ilədək aylıq 736 manat ödəmək şərti ilə İddiaçı nisyə satılmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər müqaviləni imzaladıqdan sonra və o notarial qaydada təsdiq olunduğu anda əldə edən (İddiaçı) 500 manat mülkiyyətçiyə (Cavabdeh) ödəyir. Qalan 26.500 manatı isə İddiaçı hər ay 736,11 manat ödəmək şərti ilə xx.xx.2024-cü ilədək ödəməyi öz öhdəsinə götürür. Ödəniş notariusun bankda olan depozit hesabı vasitəsilə aparılır. İlkin 3 ay ərzində ödəniş həyata keçirilməzsə mülkiyyətçi tərəfindən müqaviləyə məhkəmə qaydası ilə xitam verilə bilər. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən avtomobili mülkiyyətçidən qəbul edərkən əldə edən avtomobilin texniki sazlığını, görünüşün zədəsiz və qüsursuz olmasını və əla vəziyyətdə olduğuna dair sertifikatlaşdırma sənədinin uyğunluğunu yoxlama hüququna malikdir. Avtomobilin qəbulu zamanı və bundan sonra 3 gün müddət ərzində mülkiyyətçi öz mülahizəsini və ya mümkün olan iddialarını əldə edənə yazılı formada təqdim edə bilər. Həmçinin işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yaranmış mübahisə ilə bağlı “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə notarial qaydada verilmiş ƏN-V seriyalı 787977 nömrəli etibarnaməyə əsasən həmin vaxtdan 4 ay müddətində İddiaçı istifadəsində olmuş, 2022-ci il yanvar ayından hazıradək isə avtomobil Cavabdeh faktiki sahibliyindədir və texniki cəhətdən nasaz vəziyyətdə olmaqla təmirə ehtiyacı vardır. Hazırda ilkin İddiaçı ilkin Cavabdeh müqavilə üzrə ödənilmiş 3.000 manat pulun və məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini tələb edir. Həmçinin işin faktiki hallarında görünür ki, onun ilkin tələbi nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi ödənilmiş pul vəsaitinin cavabdehdən tutularaq ona geri qaytarılması olmuşdur. Belə ki, ilkin İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli pretenziya qaydasında verilmiş və ilkin iddia ərizəsi üzrə Cavabdeh ünvanlanmış ərizədən müəyyən edilmişdir ki, o, öhdəliklərin pozulması səbəbiylə tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin pozulmasını və tərəfindən ödənilmiş 3.000 manat maddi ziyanın ona ödənilməsini tələb etmişdir. Eyni zamanda ilkin İddiaçı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli teleqramdan müəyyən edilir ki, o, Cavabdeh bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin ləğv edilməsini, tərəfindən ödənilmiş 3.000 manat maddi ziyanın ona ödənilməsini tələb etmiş və əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. İlkin iddia ərizəsi üzrə Cavabdeh ilkin iddia tələbinə etiraz edərək bağlanmış xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə xitam verilməsini və müqavilə öhdəliyi üzrə ödənilməmiş 1.810 manat, avtomobilə dəymiş 4.000 manat ziyanın və qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş 120 manat dövlət rüsumunun, eləcə də əldən çıxmış faydaya görə 4.000 manat məbləğin, ümumilikdə 10.000 manatın qarşılıqlı iddia ərizəsi üzrə cavabdehdən tutularaq ona ödənilməsi tələb etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər hər biri ayrı-ayrılıqda öz şərtləri daxilində müqavilənin ləğv edilməsinə razıdır. Bundan başqa işin faktiki hallarından müəyyən edilir ki, kreditor olan Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh İddiaçı kredit borcunun qaytarılması ilə bağlı müraciətlər olunmuşdur. Qeyd olunan müraciəti məhkəmə müqavilənin birtərəfli qaydada ləğv edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş təklifə bərabər tutur. Məhkəmə həmçinin qeyd edir ki, İddiaçı mülki iş üzrə məhkəmə baxış iclası təyin edildikdən sonra iddia tələbinin həcminin artırılmasına ərizə təqdim edərək müqavilə münasibətlərinin davam etdirilməsi və mübahisə predmeti olan avtomobilin ona təhvil verilməsini tələb etməsinə baxmayaraq, ərizə MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olmadığından geri qaytarılmışdır. Belə ki, MPM-nin 53-cü maddəsinə görə iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, məhkəmə qarşlıqlı iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, bu hissədə qarşılıqlı iddia tələbi təmin edilməlidir. Həmçinin işin mübahisəli hallarından biri, tərəflərin müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliklərin lazımınca və vaxtında yerinə yetirilməməsidir. Məhkəmə araşdırması ilə müəyyən edilmiş işin faktiki hallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra edərək, mülkiyyətində olan və texniki cəhətdən saz vəziyyətdə olan “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı təhvil vermişdir. Məhkəmə baxışı zamanı İddiaçı mübahisə predmeti olan avtomobilin alqı-satqı müqaviləsi bağlandıqdan sonra ona nasaz vəziyyətdə təhvil verilməsi iddia etməsinə baxmayaraq o, buna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə ki, müqavilənin 4.2-ci maddəsində birbaşa olaraq nəzərdə tutulmuşdur ki, avtomobili qəbul edərkən onun texniki sazlığını, görünüşün zədəsiz və qüsursuz olmasını, əla vəziyyətdə olduğuna dair sertifikatlaşdırma sənədini yoxlamaq hüququ vardır. Lakin İddiaçı bununla bağlı pretenziyasını qarşı tərəfə bildirməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bunun əksinə olaraq, o, öz izahatında mübahisə predmeti olan avtomobilin onun faktiki istifadəsində olduğu 4 ay müddətində buferinin çıxarılaraq tanış ustasında saxlanıldığını, avtomobilin şüşə-pəncərələrinin qırıldığını, o cümlədən təkərləri boşalaraq onun istifadəsində olduğu müddətdə yararsız vəziyyətə salındığını və rənglənmə işinin də onun öhdəsində olmasını etiraf etmişdir. O, həmin nasazlıqlarının onun özü tərəfindən gələcəkdə aradan qaldırılacağını və təmir üçün xeyli miqdarda xərc tələb olunmadığını bildirmişdir. Cavabdeh vəkili tərəfindən məhkəməyə təqdim edilmiş sözügedən avtomobilin fotoşəkilləri tədqiq edilərkən müəyyən edilmişdir ki, onun iddia etdiyi nöqsanlar mövcuddur. İddiaçı buna dair münasibəti öyrənildikdə isə o, həmin nöqsanların onun istifadə müddətinə təsadüf etdiyini etiraf etmiş və özü tərəfindən qüsurların aradan qaldırıla biləciyini bildirmişdir. Beləliklə, İddiaçı faktiki istifadəsində olduğu 4 ay müddət ərzində mübahisə predmeti olan avtomobilə maddi zərər vurulması məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Lakin dəymiş zərərin dəyəri ilə bağlı tərəflər arasında mübahisə mövcuddur. Eyni zamanda ilkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizə üzrə cavabdeh İddiaçı izahatında etiraf etmişdir ki, həqiqətən də o, nəqliyyat vasitəsinin qabaq ön buferini və bamperini, eləcə də, arxa baqaj salonunu özündə saxlamış həmçinin nəqliyyat vasitəsi onun istifadəsində olduğu müddətdə şüşəsi qırılmış, təkərləri isə boşalmış vəziyyətdə olmuşdur. O, qeyd etmişdir ki, həmin ehtiyat hissələri onun ustasında saxlanılır və göstərilən qüsurların təmiri qarşılıqlı iddiaçının göstərdiyi kimi 4.000 manat deyil, 100-200 manat təşkil edir. Avtomobilə dəymiş zərərin dəyəri ilə bağlı tərəflər arasında mübahisə olduğundan məhkəmə tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş qüsur aktından müəyyən edilmişdir ki, 2008-ci il buraxılışlı, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **- CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı əvəz olunmalı ehtiyat hissələri: arxa baqajın obifkası 285 manat, arxa baqajın knopkasının plasması 65 manat, akkumlyatorun üstünün plasması 25 manat, stopların plasması 30 manat, jalüz 80 manat, arxa sağ qapının şüşəsi 70 manat, arxa sol stopda çat var, qabaq bufer 300 manat, 4 təkər datçiki 130 manat, qabaq təkərlər 140 manat, tormoz mayesi 22 manat, motor yağı 90 manat, antifriz 70 manat, 1 və 14-cü batareyka (zəifdir) 50 manat, motorun arxa salniki 35 manat, motorun qabaq salniki 35 manat, su pompası 80 manat, arxa sol stupica 145 manat, qabaq sağ stupica 125 manat, təmir işləri: armatur işçilik 660 manat, malyar işi (arxa buferdə çat, arxa sol qapıda batıq, qabaq sol qapıda batıq və qabaq sol krıloda batıq var, sağ-sol ayaqaltı, arxa sol krılo paslıdır, arxa qabaq sağ qapılarda cızıq var) 2.200 manat olmaqla, ümumilikdə 4.637 manat təşkil edir. Məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4645 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2008-ci il buraxılışlı, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 3.927 manat müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəyə əsasən həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasəm ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəyə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəyə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Beləliklə məhkəmə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/4645 saylı ekspert rəyini iş üzrə digər sübutlarla birgə tədqiq edib hesab edir ki, ekspert rəyi mötəbər sübut olaraq qəbul edilməlidir. Həmçinin yuxarıda göstərilənlərə əsasən məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ilkin iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuş və müqavilənin şərtlərinə əməl etməmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, İddiaçı tərəfindən cəmi 1575 (bir min beş yüz yetmiş beş) manat ödəniş həyata keçirilmişdir. Həmin ödənişlərdən 500 manat müqavilə bağlandığı tarixdə, yəni xx.xx.2021-ci il tarixdə və 610 manat xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin 4 saylı filialı vasitəsilə, 170 manat xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə 100 manat “E-Manat” ödəmə terminalları vasitəsilə həyata keçirilmişdir. Qalan vəsait isə müxtəlif tarixlərdə müəyyən vaxt intervalları ilə 25, 50, 70, 75 manat olmaqla ödənilmişdir. Göründüyü kimi, İddiaçı avtomobil onun istifadəsində olduğu 4 ay müddətində hər ay üçün 736,11 manat olmaqla 2944,44 manat ödəməli olduğu halda, hazıradək 1575 manat ödəmişdir. O, həmçinin bu məbləği müəyyən vaxt intervalları ilə cüzi ödənişlər etməklə həyata keçirmişdir. Hazırda onun Cavabdeh 1369,44 (min üç yüz altmış doqquz manat qırx dörd qəpik) borcu yaranmışdır. Bununla da o, öhdəliyin icrasını gecikdirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 571.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqa zidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqa zidd əməl dedikdə, qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, ilkin İddiaçı cavabdeh və Cavabdeh qarşı “pul” tələbi ilə məhkəməyə müraciət etsə də, ona qarşı dəymiş hər hansı maddi ziyanın olduğu məhkəmə tərəfindən müəyyən olunmamışdır. Bununla da, məhkəmə hesab edir ki, ilkin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddiası əsassız olduğundan rədd edilməlidir. Həmçinin ilkin iddia ərizəsi üzrə Cavabdeh “alqı-satqı müqaviləsinin ləğv edilməsi və öhdəliyin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə münasibətdə məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə 6 saylı Notariat ofisində bağlanmış və reyestrdə 3M-1833 nömrə ilə qeydə alınmış nisyə alqı-satqı müqaviləsinə xitam verilməlidir. Öhdəliyin icra edilməməsinə görə İddiaçı tərəfindən avtomobildən istifadə etdiyi 4 ay müddətinə ödəməli olduğu 2944,44 manatdan 1575 manat hissəsi ödənildiyindən qalıq qalan 1369,44 manat borc ödəməlidir. Odur ki, qarşılıqlı iddianın öhdəliyin yerinə yetirilməməsinə görə dəymiş ziyanın ödənilməsi hissəsində qarşılıqlı iddia tələbi qismən təmin edilməli və müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 1.369,44 manat borc İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Qarşılıqlı iddia tələbi üzrə avtomobilə dəymiş ziyana görə tələb olunan 4.000 manat ziyan isə ekspert rəyinə əsasən müəyyən edilmişdir. Odur ki, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3.927 manat İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə qarşılıqlı iddiaçının əldən çıxmış faydaya görə 4000 manat tələbinə münasibətdə hesab edir ki, qarşılıqlı iddia ərizəsi həmin hissədə əsassızdır və təmin edilə bilməz. Belə ki, qarşılıqlı iddia ərizəsində əldən çıxmış faydaya münasibətdə qeyd olunan əsas xx.xx.2021-ci il tarixdə “nisyə alqı-satqı” müqaviləsi bağlanan zaman satılan “Toyota Prius” markalı avtomobillərin satış qiymətinin bugünki satış qiymətindən yuxarı olması ilə bağlıdır. Lakin iş materialları ilə də təsdiq olunur ki, 2022-ci ilin yanvar ayından etibarən həmin avtomobil qarşılıqlı iddiaçı Cavabdeh faktiki sahibliyində olmuşdur. Həmin vaxt artıq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı öz mülkiyyət hüquqlarından azad istifadə edərək mülkiyyəti üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilərdi. Həmçinin qarşılıqlı iddia ərizəsində və təqdim olunan sübutlarda qarşılıqlı iddiaçıya əldən çıxmış faydaya münasibətdə maddi zərər dəyməsi sübuta yetirilməmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia bu hissədə qismən təmin edilməli İddiaçı 73 manat dövlət rüsumu tutularaq Cavabdeh ödənilməlidir. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumu isə İddiaçı özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. Həmin Məcəllənin 101-1.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Bu Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. MPM-nin 118.1-ci maddəsinin tələblərinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Məcəllənin 118.2ci maddəsinə görə ödənilməli olan məbləğlərin miqdarı və verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, məhkəmənin öz təşəbbüsü ilə iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat işdə iştirak edən şəxslərə aid edilməklə, həmin məbləğin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X3; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, ilkin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi rədd edilməli, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilməli, tərəflər, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə 6 saylı Notariat ofisində bağlanmış və reyestrdə 3M-1833 nömrə ilə qeydə alınmış nisyə alqı-satqı müqaviləsinə xitam verilməli, həmin müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 1.369,44 manat borc, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3.927 manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 73 manat olmaqla, ümumilikdə 5.369,44 (beş min üç yüz altmış doqquz manat qırx dörd qəpik) manat İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilməli, qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilməlidir. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 manat dövlət rüsumu isə İddiaçı özünə aid edilməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat işdə iştirak edən şəxslərə aid edilməklə, həmin məbləğin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X3; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İlkin İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilkin iddia ərizəsi rədd edilsin. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinə xitam verilməsi və pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilsin. Tərəflər, İddiaçı ilə Cavabdeh arasında 07 sentyabr 2021-ci il tarixdə 6 saylı Notariat ofisində bağlanmış və reyestrdə 3M-1833 nömrə ilə qeydə alınmış nisyə alqı-satqı müqaviləsinə xitam verilsin və həmin müqavilə üzrə öhdəliyin icra edilməməsinə görə yaranmış 1.369,44 manat, “TOYOTA PRİUS HİBRİD” minik markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3.927 manat və qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumuna görə 73 manat olmaqla, ümumilikdə 5.369,44 (beş min üç yüz altmış doqquz manat qırx dörd qəpik) manat İddiaçı tutularaq Cavabdeh xeyrinə ödənilsin. Qarşılıqlı iddia ərizəsi qalan hissədə rədd edilsin. İlkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat işdə iştirak edən şəxslərə aid edilməklə, həmin məbləğin 50 (əlli) manatı İddiaçı, 50 (əlli) manatı Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Büdcə təsfinat kodu: 142595; Büdcə səviyyəsinin kodu: 3; Adı: X3; Kodu: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZ********************; SWİFT BİK: CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********; Hesab: AZ34CTRE********************088501) hesabına köçürülsün. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-1526/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1526/2022
15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver