Məhkəmə qərarları › İş №2(004)-1528/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1528/2023

15.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1528/2023 15.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu – İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı ”dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək Müəyyənetdi: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı ”dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisənin hər iki tərəfi kommersiya hüquqi şəxs olduğundan və mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olduğundan, iş məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan əlavə iş materiallarında olan İddiaçı MMC (Agent) ilə Cavabdeh MMC (Subagent) xx.xx.2022-ci il tarixli “agentə sərnişin aviadaşımaların satışı hüququnun verilməsi barədə” müqavilənin surətindən görünür ki, həmin müqavilənin predmetini Subagent tərəfindən sorğu əsasında Agentin təqdim etdiyi biletlərin satışı ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. Ona görə də məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında müvafiq kommersiya məhkəməsində baxılmalıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemi vergi ödəyicilərinin məlumatlarından Çıxarışdan görünür ki, Cavabdeh MMC-nin hüquqi ünvanı ünvan 1 olan sənədlərdən görünür ki, İddiaçı MMC tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı dövlət rüsumu ödənilməmiş, dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbz işə əlavə olunmamışdır. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq Qəraraaldı: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı ”dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya hazırki iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar