Məhkəmə qərarları › İş №2(004)-1535/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1535/2021

01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1535/2021 01.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı “İddiaçı” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 7969,80 manat məbləğində zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 8299,80 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nın Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (Kod 805153, YÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı" İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixində 04/5040 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsi bağlanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı" İB abonent Cavabdeh məxsus evi təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********05 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı, 1602AZ**********97 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və "X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxışı keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qosulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən "Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki. cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 1144,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 99,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında115,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 97,20 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1403,20 manat; xx.xx.2019-cıı il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cıı il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cıı il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cıı il tarixli ******* saylı akt əsasında 32,40 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 118,10 manat; cəmi 5364,50 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 177,90 manat, əvvəlki illərdən isə sayğac üzrə 2427,40 manat borcu qalmışdır. Cavabdeh 2017-2020-ci illər ərzində təbii qaza pul ödəməmişdir. Bu da ona göstərir ki, cavabdeh mütamadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb bu barədə kəsim aktları tərtib olunub, lakin o yenidən qanunsuz xətti bərpa etmişdir. Cavabdehin "İddiaçı” İB-və ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə minimum 7969.80 manat təşkil etməkdədir. “İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 7969,80 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində “İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, yuxarıda qeyd edilmiş izahata uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəməyə nümayəndəsini göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “İddiaçı” İB ilə Cavabdeh arasında xx xxxx 2017-ci il tarixdə bağlanılmış “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 04/5040 saylı müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan 100**********05 nömrəli abonentin saldosundan müəyyən olunur ki, Cavabdeh qalıq və aktlar qaz sərfiyyatı üzrə borcu 2018-ci ilin aprel ayı üçün 1144,20 manat təşkil edir. İş materiallarında olan Təbii X1 pozulması haqqında” № 089717 saylı, xx xxxxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması xx xxxxx 2018-cı il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, yay ayları üçün orta günlük iş rejimi 4 saat və hesabat müddəti 4 gün, qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 176 gün; dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 176 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 5721 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması xx xxx 2018-cı il tarixli tələblərindən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kənd, Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ-4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 26 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat, orta günlük iş rejimi 8 saat, hesabat müddəti 26 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 499 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxx 2018-ci il tarixli aktdan görünür ki, təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxx 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxx 2018-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. xx.xx.2018-ci il tarixli 307 nömrəli xidməti yazıya əsasən itirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 576 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. xx.xx.2018-ci il tarixli 415 nömrəli xidməti yazıya əsasən itirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxxx 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1152 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 972 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. 858 nömrəli xidməti yazıya əsasən itirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2018-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 972 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. 994 nömrəli xidməti yazıya əsasən itirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1332 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1332 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1332 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1332 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № 02144461 saylı, xx xxxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 4 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 324 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2019-cu il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2019-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2020-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2020-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxxx 2020-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxxxx 2020-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxx 2020-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 2952 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № ******* saylı, xx xxxx 2020-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan “İddiaçı” İB-nin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının, xx xxxxx 2020-ci il tarixli BRQSD-nin görəcəyi işlər barədə tələblərdən görünür ki, istehlakçı Cavabdeh aid Bakı şəhəri, Sabunçu rayonu, 714 Kürdəxanı kəndi Abşeron meyvə tingliyi ünvanında qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış cəmi 1181 m3 görə məbləğin ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “İddiaçı” İB-nin tərəfindən tərtib edilmiş “Təbii X1 pozulması haqqında” № 02833499 saylı, xx xxxxx 2020-cu il tarixli aktdan görünür ki, mənzildə sayğacda kənar təbii qazdan istifadə olunur. İtirilmiş qazın bərpa edilməsi üçün dəymiş zərərin hesablanması tələb edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. 3.4-cü bəndinə görə istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək; 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir; 6.6-cı maddəsinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir; 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxx 2017-ci il tarixdə “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən, iddiaçı cavabdehi təbii qazla təmin etmək, cavabdeh isə, iddiaçı tərəfindən ona ötürülən təbii qazın dəyərini ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilə bağlandıqdan sonra iddiaçı təşkilatın əməkdaşları tərəfindən cavabdehin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi aşkar edilmiş, bununla bağlı fotoşəkillər çəkilərək xx xxxxx 2018-ci il tarixdə akt tərtib edilmiş, cavabdehə 1144,20 manat məbləğində borc hesablanmışdır. Bundan sonra iddiaçı təşkilatın əməkdaşları mütəmadi olaraq cavabdehin ünvanına gedərək onun sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi barədə aktlar tərtib etmişdir. Hazırda iddiaçı tərəf həmin aktlara görə, habelə onlardan əvvəl hesablanmış borcun ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehdən yalnız onunla bağlanmış müqavilədən sonra aşkar edilmiş qeyri-qanuni olaraq qazdan istifadə edilməsi barədə xx xxxxx 2018-ci il tarixli akt üzrə borc tutulmalı, Cavabdeh (5721 m3 X 0,20 manat=1144,20) 1144,20 manat məbləğində borc tutularaq “İddiaçı” İstehsalat Birliyinə ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi pozulmuş hüquqların bərpası ilə əlaqədar çəkdiyi 300 manat xərcin tutulması hissəsində təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələblə bağlı məhkəməyə heç bir sənəd və ya sünut növünü təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizələrində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1144,20 (bir min yüz qırx dörd manat iyirmi qəpik) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq “İddiaçı” İstehsalat Birliyinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar