Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1536/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirak ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-yə vurulmuş 2.075,80 manat zərərin, pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2.405,80 manat pulun Cavabdeh məcburi qaydada tutularaq İddiaçı İB-nın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə 02/12019 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus ünvan 1 ünvanı təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00120 nömrəli abonent kodu verilmişdir. Həmin evi təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X3nın tələblərinə əməl etmək) və “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən, cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuşdur. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X3nın pozulması haqqında” müvafiq olaraq xx.xx.2017ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixli aktlar tərtib edilmişdir. Həmin aktlara əsasən cavabdehə ümumilikdə 2.298,80 manat maddi zərər hesablanmışdır. Cavabdeh aktları imzalamaqdan imtina etmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Video çəkiliş aparılmamışdır. Cavabdehin sayğac üzrə 2020-ci il üçün 205 manat borcu qalmışdır. Cavabdeh tərəfindən müəyyən ödənişlər edildikdən sonra İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumilikdə 2.075,80 manat təşkil edir. İddiaçı İB tərəfindən cavabdehə 2.075,80 manat pulun könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurulmuş maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Birinci dəfə xx.xx.2017-ci ildə akt tərtib edilmiş, kənar xətt kəsilməmiş, sonradan eyni xəttə görə növbəti aktlarır tərtib edilmiş və cərimələr hesablanmışdır. İddiaçı İB-nin əməkdaşları kənar xətt aşkar etdikdə onu kəsmirlər, yalnız cərimə yazırlar. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu səbəbdən, iddia tələbinin təmin edilməsini xahiş edir. xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, o, yaşadığı ünvan 1 ünvana 2000-ci ildə köçmüşdür. xx.xx.2017-ci ildə İddiaçı İB-nin əməkdaşları mənzilə baxış keçirərək, kənar qaz xətt olmasını bildirmişlər və buna görə ona 388 manat cərimə yazmışlar. O, yaşadığı mənzilə sayğacdan kənar xətt çəkməmiş və qanunsuz olaraq təbii qazdan istifadə etməmişdir. O, sayğacxın göstəricisinə uyğun olaraq istifadə etdiyi təbii qazın dəyərini tam şəkildə hər ay iddiaçıya ödəmişdir. İddiaçı İBnin əməkdaşları onun mənzilində kənar qaz xətti olduğunu bildirdikdə, o, Məhəbbət adlı mühəndisə bildirmişdir ki, əgər həqiqətəndə kənar xətt varsa, xətti kəssinlər. Lakin onlar kənar xətt olmasını bildirsələr də, xətti kəsməmişlər. Təbii qazdan qanunsuz imtifadə etməsi halı sübuta yetirilməsə də, o, xx.xx.2017-ci il tarixdə yazılmış 388 manat cəriməni hissə-hissə iddiaçıya ödəmişdir. Hazırda ona məlum olub ki, iddiaçı sui-istifadə edərək, eyni hadisəyə görə xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixli aktlar tərtib etmiş və ona ümumilikdə 2.298,80 manat cərimə hesablamışdır. Həmin aktların tərtib edilməsindən onun xəbəri yoxdur və aktların tərtib edilməsində iştirakı olmamış və ona imza etdirilməmiş, aktların surətləri ona təqdim edilməmişdir. Aktları imza etməkdən imtina etməsinə dair aparılmış qeydlər həqiqəti əks etdirmir. Çünki, belə bir hadisə baş verməmişdir. Onun şikayətlərindən sonra İddiaçı İB-nin əməkdaşları onun mənzilinə gəldiyi iddia edələn xətti kəsmişlər. Həmin xətti kəsərkən məlum olmuşdur ki, bu xəttən qaz gəlmir. Hesab edir ki, tərtib edilmiş aktlar və onunların əsasında hesablanmış maddi zərər qanunsuzdur. Çünki, o, fəhlədir, evində bir ədəd PQ-4 tipli qaz plitəsi və QSS Q tipli su qızdırıcısı var. Bütün günü işdə olur, onun xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020ci, xx.xx.2020-ci tarixli aktlara əsasən hesablanmış 2.298,80 manat həcmində təii qazdan istifadə etməsi və zərər vurması qeyri mümkündür. Çünki, onun istifadə etdiyi aylıq qazın miqdarı bəllidir və aylar üzrə sayğaca əsasən 10-15 manat arasında olmuş və hazırda da həmin miqdarda sərfiyyat edir. Odur ki, İddiaçı İB-nin iddiasının rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının davamının xx.xx.2021-ci il tarixə saat 11:00-a təxirə salınması barədə məhkəmə bildirişi verilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işin faktiki halları və rəsmi sənədlərlə təsdiq edilir ki, Cavabdeh ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Abonentin saldosundan müəyyən edilir ki, Cavabdeh ünvan 3 ünvana xx.xx.2020-ci il tarixdə ZENNER G4T mexaniki tipli **********3 nömrəli yeni qaz sayğacı quraşdırılmışdır. Cavabdeh barəsində İddiaçı tərəfindən tərtib edilmiş “təbii X3nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* nömrəli, xx.xx.2019-cu il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlarda göstərilir ki, Cavabdeh yaşadığı (abunə kodu **********00120) ünvan 4 ünvanda qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar edilmişdir. Dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Aktda abunəçinin aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Aktı BQRSD-nin Yasamal rayonu üzrə nümayəndələri Möhsüm Məmmədov, Məhəbbət Məmmədov və Vüqar Ataşovun tərtib etdiyi və imzaladığı qeyd edilmişdir. Abunəçiyə xx.xx.2017-ci il tarixli ******* nömrəli akta əsasən əsasən xx.xx.2017-ci il tarixdə 388,80 manat; xx.xx.2019-cu il tarixli ******* nömrəli xx.xx.2019-cu il tarixdə 810 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən xx.xx.2020-ci il tarixdə 756 manat; xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən xx.xx.2020-ci il tarixdə 252 manat və xx.xx.2020-ci il tarixli ******* nömrəli akta əsasən xx.xx.2020-ci il tarixdə 92 manat borc yazılmışdır. Aktın tərtib edilməsində Cavabdeh iştirakı təmin edilməmiş, video çəkiliş aparılmamışdır. Cavabdeh aktı imzalamaqdan imtina etdiyi aktda qeyd edilsə də, bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. Əgər həqiqətən də sayğacdan kənar xətt aşkar edilmişdirsə, İddiaçı İB-nin əməkdaşları həmin xəttin kəsilməsini və mənzildə təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısının alınması üçün tədbirlər görməli və bu barədə cavabdehin iştirakı ilə müvafiq sənədləşdirmə işləri aparmalı idilər. Hazırkı iş üzrə bu halları təsdiq edən sənədlər (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını təsdiq edən və sonradan qazın verilməsinin bərpa olunmasını təsdiq edən, istehlakçının iştirakı ilə tərtib edilmiş aktlar və bu aktların bir nüsxəsinin istehlakçıya təqdim edilməsini təsdiq edən sübutlar yoxdur) mövcud deyildir. İddiaçının nümayəndəsi məhkəmə iclasında cavabdehin qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulması hallarının iddiaçı tərəfindən aşkar edildiyini, bu barədə aktlar tərtib edildiyini bildirsə də, hansı səbəbdən birinci dəfədən, yəni xx.xx.2017-ci ildən iddiaçının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmadığını izah edə bilməmişdir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mənzilində sayğacdan qeyri-qanuni təbii qazdan istifadə edilməsi halı ümumiyyətlə mövcud olmamışdır. Tərtib edilmiş xx.xx.2017-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci il tarixli aktlar qanunsuzdur və həmin aktlar əsasında hesablanmış borclar abunəçinin hesabına əsassız olaraq yazılmışdır və ödənilməsi cavabdehdən tələb edilə bilməz. Çünki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X3”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması ilə bağlı halları sübuta yetirə bilməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişlər. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, iddiaçı qanunsuz tərtib etdiyi yuxarda qeyd edilən aktlara əsaslanmaqla cavabdehdən istifadə etmədiyi təbii qaza görə ödəniş tələb edə bilməz. Cavabdeh sayğac göstəricisinə uyğun olaraq təbii qazdan istifadəyə görə borcunu ödəmişdir, cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsi və iddiaçıya maddi zərər vurması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Cavabdehin mənzilində təbii qazdan istifadə edilməsi smart kart vasitəsilədir. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə iddiaçının qanunsuz hesabladığı və cavabdehin abunə hesabında göstərdiyi borc məbləği, istehlakçı kimi cavabdehdən tələb edilə bilməz. Çünki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş 2075,80 manat maddi zərərin, pozulmuş hüquqların bərpası üçün çəkilmiş 300 manat xərcin və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 2405,80 manat pulun Cavabdeh tutularaq İddiaçınə ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1536/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1536/2021
05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver