Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1545/2021 05.04.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı “xxxx” MMC(K@TV1)-nin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “xxxx” MMC(K@TV1)-nin cavabdeh X1 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC(K@TV1) cavabdeh X1 qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən “xxxx” MMC(K@TV1)-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 54 manat vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, ödənilmiş 20 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqı olmaqla, cəmi 224,40 manat pul tutularaq “xxxx” MMC(K@TV1)- -yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin məhkəmə baxışı iclası xx.xx.2021-ci il tarixə saat 12:40-a təxirə salınmışdır. İddiaçı “xxxx” MMC(K@TV1)-nin nümayəndəsi X5 xx.xx.2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə təkrar verilmiş AZ İİ 085035 nömrəli ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, cavabdeh X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsinin geri qaytarılmasına dair ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı “xxxx” MMC(K@TV1)-nin cavabdeh X1 qarşı ”dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Sənədlərin əsli iddiaçılara qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-1545/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1545/2021
05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver