Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-1546/2021 17.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin (KaTV1) Cavabdeh qarşı «pul» tələbinə dair mülki işə Bakı şəhərində, Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 51,30 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 20 manat dövlət rüsumunun və 0,40 manat məbləğində bank xidmət haqqının, cəmi 221,70 manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, «KATV 1» əmtəə nişanı ilə fəaliyyət göstərən “İddiaçı" MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin son zamanlar bir çox vətəndaşlar “İddiaçı" MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə “İddiaçı" MMC ilə “xxxx” hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il. 01.10.2014-cü il, 29.03.2015-ci il və 04.01.2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. AR DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. ünvan 2q edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, cavabdeh 18.12.1997-ci il tarixdə ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olmuş və həmin mənzili 31.08.2013-cü il tarixdə başqa şəxsə satmışdır. Belə ki, 26.01.2008-ci il tarixdə həmin ünvanda yaşayan Paşayev Vaqif ilə “xxxx” MMC arasında bağlanmış müqaviləyə əsasən mənzil “KATV 1" Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və son ödəməsini 01.02.2011-ci il tarixinədək edərək, 29.03.2011-ci il tarixində 1,70 manat borc ilə şəbəkədən ayrılmışdır. 16.09.2011-ci il tarixdə “xxxx” hüquq firmasının və “KATV 1" kabel televiziyasının əməkdaşları Rabitə Nazirliyinin nümayəndəsinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0537 D saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. “KATV 1” kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsəydi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Qeyd olunan mənzilin şəbəkədən ayrıldığı 29.03.2011-ci il tarixdən 16.09.2011ci il tarixli qanunsuz qoşulma faktı aşkar edilənədək müddət 171 gün təşkil edir. Bu isə hər gün üçün müvafiq olaraq 30 qəpik maddi ziyan hesablamaq şərti ilə cavabdehin iddiaçıya kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurduğu zərər 51,30 manat təşkil edir. Göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxx» MMC-nin, RİTN-nin və İddiaçı MMC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16.09.2011-ci il tarixli, 0537 D №-li aktın surətindən görünür ki, həmin tarixdə ünvan 3 ünvanında kabel şəbəkəsinə baxış keçirilən zaman, həmin binanın 113 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar olunmuşdur. İddiaçı MMC-nin 13.08.2020-ci il tarixli arayışına əsasən İddiaçı MMC ilə ünvan 3 ünvanında yaşayan Paşayev Vaqif arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 26.01.2008-ci il tarixində bu ünvan «KATV1» Kabel Televiziyasının şəbəkəsinə qoşulmuşdur. 01.02.2011-ci il tarixinədək isə son ödəmə edilmişdir. 29.03.2011-ci il tarixdə 17,70 manat borc ilə şəbəkədən ayrılmışdır. İddiaçı MMC-nin arayışına əsasən İddiaçı MMC-nin KATV1 Kabel televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzilə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır. ünvan 2q edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətinə əsasən, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35 ünvanında yerləşən 113 saylı mənzil 2013-ci ilin avqust ayınadək Cavabdehnun adına olub. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Telekommunikasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.3-cü maddəsinə əsasən telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 3 Cavabdehnun sahibliyində olmuş, həmin ünvan iddiaçı ilə müqavilə bağlanılmadan və razılığı alınmadan, qanunsuz olaraq İddiaçı MMC-nin şəbəkəsinə qoşulmuş və 16.09.2011-ci il tarixdə həmin fakt iddiaçının əməkdaşları tərəfindən müəyyən olunmaqla müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən olunmuşdur ki, cavabdehin sahibliyində olmuş mənzilə qanunsuz qoşulma nəticəsində iddiaçıya cəmi 51,30 manat məbləğində ziyan vurulmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin olunmalıdır. Məhkəmə iddianın hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanması üçün ödənilmiş 150 manat məbləğində pul vəsaitini cavabdehdən tutulması hissəsində hesab edirki, iddia tələbi bu hissədə əsasızdır və rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iddiaçı «xxxx» MMC firmasının baxışlarda (yoxlamalarda) iştirakını “xxxx” MMC ilə «xxxx» MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələrlə əsalandırılmışdır. Lakin hüquqi xidmətlərin göstərilməsi üçün 2008-ci ildə “xxxx” MMC ilə «xxxx» MMC arasında bağlanmış və 01 may 2013-cü il tarixədək qüvvədə olan müqavilənin ödənişlər barədə 4.1-ci bəndinə əsasən xxxx” MMC məhkəmə iddiası üçün 140 manat məbləğində ödənişlərin ödənilməsi, 4.2-ci bəndinə əsasən kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı məhkəmələr vasitəsi ilə kəsilmiş cərimələrin 70%-nin «xxxx» MMC-yə ödənilməsi nəzərdə tutulmuş, lakin yoxlamalarda «xxxx» MMC-nin əməkdaşlarının iştirakına görə xidmət haqqlarının ödənilməsi barədə razılaşma nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı MMC-nin iddia tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün məhkəmə hesab edir, iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun 7,50 manat hissəsi və 0,40 manat bank xidməti haqqının 0,10 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC-yə vurulmuş maddi zərərin əvəzi olan 51,30 manat, 7,50 manat dövlət rüsumu və 0,10 manat bank xidmət haqqı Cavabdehndan tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-1546/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-1546/2021
17.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver