Məhkəmə qərarları › İş №2(004)-1577/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1577/2021

21.01.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1577/2021 21.01.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı içməli su sızmasının qarşısının alınması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, hazırki mübahisə ona məxsus Bakı şəhəri, Abşeron rayonu, Hökməli dairəsi ünvanında yerləşən fərdi yaşayış sahəsinə uçotsuz və təyinatsız axıdılan suyun qarşısının alınması və vurulmuş ziyanın ödənilməsi ilə bağlıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb konkret deyil, yəni vurulmuş ziyan məbləği və hansı məbləğdə pulun tutulması göstərilməmişdir. Digər tərəfdən hakim qeyd edir ki, cavabdehin hüquqi ünvanı Yasamal rayonu olsa da, hazırki iddia tələbinə müstəsna olaraq Abşeron rayon məhkəməsində baxılmalıdır. Belə ki, AR MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq ahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hakim qeyd edir ki, iddiaçının qaldırdığı tələb onun mlükiyyətində olan və Abşeron rayonunda yerləşən fərdi yaşayış sahəsinə axıdılan suyun qarşısının alınması və vurulmuş ziyanın ödənilməsi ilə əlaqədar olduğundan onun tərəfindən düzgün olmayaraq hazırki iddia cavabdehin hüquqi ünvanı üzrə Yasamal rayon məhkəməsinə verilmişdir. Yəni hakim hesab edir ki, iddiaçının qaldırdığı tələb mülkiyyətində olan daşınmaz əmlaka dair pozulmuş hüquqlarının bərpası və aradan qaldırılması ilə əlaqədar olduğundan, həmin iddia tələbinə cavabdehin qeydiyyatda olduğu hüquqi ünvan üzrə məhkəmədə baxıla bilməz. Həmin tələbə qanunvericilikdə müstəsna aidiyyət kimi nəzərdə tutulmuş daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmədə baxılmalıdır. Hakim izah edir ki, iddiaçının irəli sürdüyü tələbin taleyi mübahisə obyekti olan əmlakın yerində müayinəsindən, ekspertizanın keçirilməsindən asılıdır ki, bu hərəkətlər mübahisəli daşınmaz əmlakın yerləşdiyi yerdə daha uğurla həyata keçirilə bilər. Digər tərəfdən hazırki işə mübahisəli daşınmaz əmlakın yerləşdiyi rayonun məhkəməsində baxılması, iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə icrasının daha asan ola biləcəyi mülahizəsindən də doğur. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi aidiyyatı üzrə Yasamal rayon məhkəməsində baxılmalı olmadığından və iddiaçı tərəfindən verilmiş ərizənin AR MPM-nin 39-cu maddələrində nəzərdə tutulmuş aidiyyət qaydalarına uyğun olaraq daşınmaz əmlakın yerləşdiyi rayon məhkəməsinə aid olması müəyyən edildiyindən, iddia ərizəsi geri qaytarılmalıdır. AR MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. AR MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “uçotsuz və təyinatsız axıdılan suyun qarşısının alınması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunur ki, o, hazırki iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar