Məhkəmə qərarları › İş №2(004)-1579/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-1579/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-1579/2024 22.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-də sığortalı olan ** FP *** dövlət qeydiyyat nişanlı VAZ21154 minik markalı avtomobilin sürücüsünün təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus K244CP05 dövlət qeydiyyat nişanlı VAZ 2109 minik markalı avtomobilə dəymiş 3136 manat zərərin, ziyan aktının tərtib olunması üçün ödədiyi 50 manatın və 52 manat dövlət rüsumu olmaqla, cəmi 3238 manat pulun "xxxx" ASC-dən tutularaq ona ödənilməsi barədə mətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 11:00-a təyin edilməsi barədə tərəflərə məhkəmə bildirişi verilmişdir. Tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən ona 2500 manat ödənilməsi təklif olunmuşdur. O, təklif olunan məbləğlə razıdır. Həmin sığorta ödənişi ona ödənildiyi təqdirdə iddia tələbindən imtina etməyə hazırdır. Odur ki, 2500 manat pulun ona ödənilməsi məqsədilə məhkəmə iclasının məhkəmə baxışına təyin edilməsinə etiraz etmir. Cavabdeh "xxxx" ASC xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitərilə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, mübahisə məhkəmədən kənar həll olunmuşdur, xx.xx.2024-cü il tarixdə İddiaçı 2500 manat ödənilmişdir. xx.xx.2024-cü il tarixli 1950 nömrəli ödəniş tapşırığı məhkəməyə təqdlim edilmişdir. Məhkəmə tərəflərin ərizələrini nəzərə alaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə xx.xx.2024-cü il tarixli 1950 nömrəli ödəniş tapşırığına əsasən tərəflərin razılaşdıqları 2.500 manat pulun "xxxx" ASC tərəfindən İddiaçı ödənildiyini, İddiaçı 2.500 manat pul ona ödəniləcəyi təqdirdə, iddiasından imtina barədə xx.xx.2024-cü il tarixli ərizəsini nəzərə alaraq hesab edir ki, mübahisə həll edildiyinə görə Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. xx.xx.2024-cü il tarixli 1950 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC xx.xx.2024cü il tarixdə İddiaçı 2500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.4, 262, 263, 264, 266-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair 2(004)- 1579/2024 nömrəli mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul edilsin və iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar